Avtombil (Şassi) – Asma sistemin təmiri

456

Avtombil (Şassi) – Asma sistemin təmiri

İşin məqsədi: Bu modulu bitirdikdən sonra tələbə:

1. Avtomobilin asma sistemi cihazlarının strukturunu/adını və ön amortizatorun çıxarılması və quraşdırılması vasitəsilə sistemin iş prinsiplərini izah edəcək;
2. Ön amortizatorun çıxarılması/quraşdırılması vasitəsilə ön amortizatoru bacarıqla quraşdırmaq iqtidarında olacaqdır.

Təcrübə materialları:

1. Silgi kağızı
2. Pambıq əlcək
3. Sarımtıl səpələnən sürtgü yağı
4. Sürtgü yağı

Avadanlıq və alətlər:

1. Sərnişin avtomobili
2. Qayçışəkilli qaldırıcı
3. MacPherson markalı yaylı amortizator çıxarıcısı
4. 2PCS Silindrik resorun kompressor dəsti
5. Hərtərəfli kürəvi birləşmə separatoru
6. Mühərrik yuma qurğusu
7. 227 PCS mexaniki alətlər dəsti 7 siyirməli alətlər arabacığı ilə
8. Portativ alətlər yeşiyi
9. Burma açarı
10. Portativ alətlər yeşiyi
11. Çoxtəyinatlı məngənə
12. Qatlanan (açılan) burğulu alətlər qayka açarları dəsti
13. Ştangenpərgarlar
14. Yağ şprisi

Mövzu ilə əlaqəli biliklər
Asma
1. Asmanın əsasları

Təkər bazası və tırtıl: Ox üzərində şinlərin mərkəz xətti arasındakı yan-yana məsafə tırtıl adlanır. Ön və arxa şinlərin mərkəz xətti arasındakı məsafə təkər bazası adlanır (Şəkil CH08-1). Əgər nəqliyyat vasitəsi düzgün nizamlanmazsa, təkərlər nəqliyyat vasitəsinin həndəsi mərkəz xətti paralel xətdə diyirlənəcək. Yol və şinlər arasındakı tutulma və ya sürtünmənin həcmi nəqliyyat vasitəsinin sürətlənmə, künclərdən manevr etmə və dayanma qaydasını məhdudlaşdıran əsas amildir. Sürtünmə böyük olduqca avtomobil daha sürətlə sürətlənə, künclərdən manevr edə və dayana bilər. Şinin yol ilə təmasına bir neçə qüvvə təsir edir. Nəqliyyat vasitəsinin dinamikası bu qüvvələrin və onların hərəkətdə olan nəqliyyat vasitəsinə təsirlərinin tədqiqidir. Nəqliyyat vasitəsinin həndəsi parametrləri, asma və sükan qurğusunun planı nəqliyyat vasitəsinin idarə edilməsinə təsir edir. Yolun təcridi nəqliyyat vasitəsinin yol təkanlarını udmaq və ya sərnişin bölməsindən təcrid etmək qabiliyyətidir. Buna nail olmanın dərəcəsi asma sistemi və onun komplektləşdirici hissələrinin vəziyyəti ilə idarə olunur. Lazımi qaydada işləyən asma sistemi kələ-kötür yolların üzərində hərəkət edərkən nəqliyyat vasitəsinin gövdəsinin nisbətən maneəsiz olmasına imkan verir. Buna oymaqlar, yaylar və hidravlik amortizatorların birləşdirilmiş istifadəsi ilə nail olunur.

Şassi şinləri və təkərləri nəqliyyat vasitəsinin gövdəsinə birləşdirir. Şassi çərçivə, asma sistemi, sükan sistemi, şinlər və təkərlərdən ibarətdir. Çərçivə həmçinin öz növbəsində asma və təkərlər ilə saxlanılan avtomobilin mühərrik və gövdəsini saxlayan struktur yük daşıyan detaldır. Asma sistemi çəkini saxlamaq, yol təkanlarını udmaq və zəiflətmək, habelə şin təmasını və təkər və şassi arasında lazımi əlaqəni qoruyub saxlamaq üçün istifadə olunan blokdur. Sükan sistemi sürücüyə nəqliyyat vasitəsini istiqamətləndirmək imkanı verən bütöv mexanizmdir.

2. Yay

Yaylar nəqliyyat vasitəsinin çəkisini saxlayır, yol zolağını qoruyub saxlayır və yol təkanlarını udur. Yaylar çərçivə və gövdənin nisbətən maneəsiz olmasına imkan verən elastik bəndlərdir, şinlər və asma isə yolda təkanları izləyir. Yaylar çərçivə və gövdə arasında sıxıla bilən bəndlərdir. Yayların üzərində əlavə yük yerləşdirildikdə və ya nəqliyyat vasitəsi yolda təkana cavab verərsə, yaylar sıxılma ilə yükü udacaq. Yaylar asma sisteminin çox mühüm komplektləşdirici hissəsi olub, rahat səfəri təmin edir. Yayların öyrənilməsi zamanı tullanma termini asma sisteminin şaquli (yuxarı və aşağı) hərəkətini ifadə edir. Yay və amortizatoru sıxan asmanın yuxarıya hərəkəti təkan və ya sıxılma adlanır. Yay və amortizatoru uzadan şin və təkərin aşağıya hərəkəti sıçrama və ya uzanma adlanır.

1) Silindrik resor

Ən çox istifadə olunan yay silindrik resor adlanır (Şəkil 08-3). Silindrik resor dolağa sarınan dairəvi yayın polad milinin uzunluğudur. Məftilin diametri və uzunluğu yayın gücünü müəyyənləşdirir. Məftilin diametrinin artması daha güclü yay yaradacaq, uzunluğunun artması isə yayı daha çox elastik edəcək. Bəzən əyinti əmsalı adlanan yayın möhkəmlik əmsalı yayın gücünü ölçmək üçün istifadə olunur. Bu, yayı 2.5 sm sıxmaq üçün tələb olunan çəkinin miqdarıdır. Bəzi silindrik resorlar dəyişən möhkəmliklə hazırlanır. Bu dəyişən möhkəmliyə bu yayı müxtəlif qalınlığa malik materiallardan hazırlamaqla və ya yayı dolamaqla (buna görə də dolaq tədricən daha yüksək sürətdə sıxılacaq) nail olunur. Dəyişən möhkəmliyə malik yaylar daha hamar səfər təklif edən yüksüz şəraitlərdə daha aşağı möhkəmlik, daha çox dəstək və nəzarət ilə nəticələnən yüklü şəraitlərdə isə daha yüksək möhkəmlik təmin edir.

2) Lövhəli resor

Lövhəli resorlar iki üsulla layihələndirilir: çox lövhəli və bir lövhəli. Çox lövhəli resor üst-üstə yığılan fərqli uzunluqlara malik bir neçə polad plitədən hazırlanır. Normal istismar zamanı resor yol təkanlarını udmaq üçün sıxılır. Lövhəli resorlar bir-birinin üzərinə əyilərək və sürüşərək asmanın hərəkətinə imkan verir. Bir lövhəli resorun nümunəsi konusvari lövhəli resordur. Lövhənin ortası qalındır və iki kənara tərəf daralır. Bu lövhəli resorların bir çoxu kompozit materialdan, digərləri isə poladdan hazırlanır. Əksər hallarda lövhəli resorlar uzununa (öndən-arxaya) montaj edilmiş cütlər şəklində istifadə olunur. Buna baxmayaraq, bir köndələn montaj edilən (yan-yana) lövhəli resordan istifadə edən avtomobil istehsalçılarının sayı artmaqdadır.

3) Pnevmatik resor

Pnevmatik resor resorun digər növü olub, sərnişin avtomobilləri, yüngül və ağır yük avtomobillərində daha da məşhurlaşır. Pnevmatik resor sıxılmış hava ilə doldurulan rezin silindrdir. Aşağı idarəetmə linginə birləşdirilən porşen ling ilə birlikdə yuxarı və aşağı hərəkət edir. Bu, sıxılmış havanın resorun hərəkətini təmin etməsinə səbəb olur.

3. Amortizatorun iş prinsipi

Resor amortizatorlar (Şəkil CH08-4) və dayaqlar (sıxılmış element) olmadan uzanacaq və öz enerjisini nəzarətsiz sürətdə ayıracaq. Resor və asmanın hərəkətinə nəzarət etməklə, sükan dartıları kimi komplektləşdirici hissələr hesablanmış diapazon daxilində işləyəcək və nəqliyyat vasitəsi hərəkətdə olarkən təkərlərin dinamik nizamlanması qorunub saxlanacaq. Standart amortizatorlar nəqliyyat vasitəsinin çəkisini saxlamır. Bunun əvəzinə amortizatorun əsas məqsədi resor və asmanın hərəkətini idarə etməkdən ibarətdir. Buna asmanın hərəkətinin kinetik enerjisini hidravlik maye vasitəsilə səpələnəcək termiki enerjiyə və ya istilik enerjisinə çevirməklə nail olunur. Amortizatorlar əsasən yağ nasoslarıdır. Porşen milinin ucuna birləşdirilir və təzyiq borusunda hidravlik mayeyə qarşı işləyir. Asma yuxarı və aşağı hərəkət etdikcə, hidravlik maye kiçik dəliklər vasitəsilə porşenin içinə axır. Lakin bu dəliklər yalnız kiçik miqdarda mayenin porşenə axmasına imkan verir. Bu, porşeni yavaşıdır və porşen də öz növbəsində resor və asmanın hərəkətini yavaşıdır. Amortizatorun yaratdığı müqavimətin həcmi asmanın sürətindən və porşendəki dəliklərin sayı və ölçüsündən asılıdır.

4. Müstəqil qabaq asma
a) McPherson markalı dayaq:

Sistem əsasən resor və bir, aşağı lingin üzərindəki kürəvi birləşmə üzərində fırlanan amortizatordan ibarətdir. Yuxarı ucda bəzi daha müasir sistemlərin üzərində iynəli diyircəkli yastıq var. Dayaq bu blokda yük daşıyan detaldır, resor və amortizator isə faktiki olaraq avtomobili qaldırmır və təkcə öz funksiyalarını icra edir.

Bu şəkildə (Şəkil CH08-5) siz amortizatoru görə bilməzsiniz, çünki resorun daxilində qara çexolun içinə daxil edilir. Sükan mexanizmi birbaşa aşağı amortizatorun korpusuna və ya şpindelin (bu halda) önündən və ya arxasından çıxan qola birləşdirilir. Siz avtomobili idarə etdikdə, sükan mexanizmi təkəri döndərmək üçün fiziki şəkildə dayağı və amortizatoru (nəticə etibarilə resoru) burur. Resor blokun yuxarısında xüsusi plitəyə oturdulur və bu da burulmanın baş verməsinə imkan verir.

2) İki lingli asqı (Silindrik resor növ 1)

Bu, qoşalanmış paralel A formalı lingləri olan və ya iki lingli asqının bir növüdür. Təkər şpindelləri yuxarı və aşağı A formalı qolla saxlanılır. Bu növdə aşağı qol yükün çoxunu daşıyır. Sistemin bu növündə üz-üzə toqquşmaya baxdıqda görərsiniz ki, bu, çox paraleloqramlı sistem olub, şpindellərin şaquli vəziyyətdə yuxarı və aşağı hərəkətinə imkan verir. Onlar bunu edən zaman linglərin öz fırlanma nöqtələri ətrafında təsvir etdikləri qövsün səbəb olduğu bir qədər yan-yana hərəkətə də malik olur. Bu yan-yana hərəkət sürtünmə kimi tanınır. Bəndlər hədsiz dərəcədə uzun olmayana qədər sürtünmə hərəkəti həmişə mövcud olur. Asqı oynaqla qoşalaşdırıldıqda gövdə ilə nisbətdə təkərin hərəkətinin iki digər növü mövcud olur. Birincisi keçmə bucağıdır (dönmə bucağı). İkincisi təkərin maillik bucağıdır. Dönmə və maillik şinlərin yeyilməsinə səbəb olur.

5. Asılı arxa asqı növləri
Bərk ox, lövhəli resor

Bu sistemin üzərində aparan ox lövhəli resorlara sıxılır və amortizatorlar normal olaraq birbaşa oxa boltlanır (Şəkil CH08-6). Lövhəli resorların ucları amortizatorların yuxarı hissələri kimi birbaşa şassiyə birləşdirilir. Bu konstruksiyada əsas çatışmazlıq ox üçün yan yerin olmamasıdır (bu o deməkdir ki, daxilində çoxlu yan mailliyə malikdir).

6. Müstəqil arxa asqı

Məlum olur ki, avtomobilin qabağına quraşdırıla bilən detal sükan mexanizminin mürəkkəblikləri olmadan avtomobilin arxasına da quraşdırıla bilər. Bütün müstəqil sistemlərin sadələşdirilmiş versiyaları avtomobillərin arxa oxlarının üzərində aşkar edilə bilər. Bu o deməkdir ki, bütün təkərlər müstəqil şəkildə montaj edilir və yaylarla birləşdirilir. Bu asqı növünün əsas məqsədi nəqliyyat vasitəsində mövcud olan daxili (interyer) yeri artırmaqdan ibarətdir. Əksər asqı sistemləri qabaq və arxa “fincan”lara (dayağın yerləşdiyi kuzovun hissəsi) malikdir. Qabaqda bu, problem deyil, lakin arxada qoruyucu manjet (və ya yük yeri) sahəsinə mane olur. Müstəqil arxa asqı növü (Şəkil 08-7) amortizatoru resorlardan ayırır. Bunu etmək üçün uzununa lingli asqı tələb olunur ki, təkər qövslərinin altında heç bir fırlanan ling olmasın. Resorlar qısaldılır, daxilə və aşağıya hərəkət etdirilir. Birinci variantda amortizatorlar hələ də şaquli vəziyyətdə oturacaq, lakin onların indi tutduğu yer əhəmiyyətli dərəcədə azaldılır, çünki kənarın ətrafında artıq silindrik resorlara malik olmur. İkinci variantda isə amortizator nəqliyyat vasitəsinin altında resorların daxilinə montaj edilmiş yarım xırda qurğudur.

Təcrübə mərhələləri:
Aşağı lingin çıxarılması
1. Nəqliyyat vasitəsini domkratla qaldırın və qabaq təkəri çıxarın.
2. Qabaq pər önlüyünün kipkəcinin çıxarın.

3. Aparan valın kontrqaykasını çıxarın.
(a) Şplinti və bağlayıcı qapağı çıxarın.
(b) Əyləclərin tətbiqi zamanı qaykanı çıxarın.

4. Sükan dartısının ucunu sükanın çarx topundan ayırın.
(a) Şplinti və qaykanı çıxarın.
(v) sst-dən istifadə edərək sükan dartısının ucunu sükanın çarx topundan ayırın.
sst 09628–62011

5. Sol və sağ stabilizatorun uc pərçimlərini aşağı linglərdən çıxarın.

6. Aşağı lingi aşağı kürəvi birləşmədən ayırın Bolt və 2 qaykanı çıxarın.

7. aparan valı ox topundan ayırın.
(a) aparan valı ox topundan çıxarın.

(b) Məftildən istifadə edərək aparan valı asın və s.

Xəbərdarlıq:

Ehtiyatlı olun ki, apran valın qoruyucu manjeti və ABS sensor rotoru zədələnməsin.

8. Aşağı lingi çıxarın.
(a) aşağı lingin qabaq tərəfinin üzərində 2 boltu çıxarın.

(b) Aşağı lingin arxa tərəfinin üzərində bolt və qaykanı çıxarın.
(c) Aşağı lingi çıxarın.
(d) Aşağı lingin oymaq stoporunu aşağı ling valından çıxarın.

Aşağı asqı linginin quraşdırılması

1. Aşağı lingi quraşdırın (Şəkil).
(a) Aşağı lingi yerləşdirin və arxa tərəfin bolt və qaykasını müvəqqəti quraşdırın.

(b) Aşağı lingin oymaq stoporunu aşağı ling valına quraşdırın.
(c) Aşağı lingin qabaq tərəfinin üzərində 2 boltu quraşdırın.
Burucu moment:
206 n-m (2,100 kgf-cm, 152 ft-lbf)

(d) Aşağı lingin arxa tərəfinin üzərindəki boltu bərkidin.
Burucu moment:
206 N.m (2,100 kgf-cm, 152 ft-lbf)

2. Aparan valı ox topuna quraşdırın (Şəkil).

3. Aşağı lingi (Şəkil) aşağı kürəvi birləşməyə birləşdirin.
Bolt və 2 qaykanı quraşdırın.
Burucu moment:
127 N.m (1,300 kgf-cm, 94 ft-lbf)

4. Sol və sağ stabilizatorun uc pərçimlərini aşağı linglərə quraşdırın.
burucu moment: 56 N.m (570 kgf-cm, 41 ft-lbf)

5. Sükan dartısının ucunun sükanın çarx topuna birləşdirin.
(a) Sükan dartısının ucunu (Şəkil) sükanın çarx topuna birləşdirin və qaykanı bərkidin.
Burucu moment: 49 n-m (500 kgf-cm. 36 ft-lbf)
(b) Yeni şplinti quraşdırın

6. Aparan valın kontrqaykasını quraşdırın (Şəkil)
(a) Əyləclərin tətbiqi zamanı, qaykanı quraşdırın.
Burucu moment: 294 n-m (3,000 kgf-cm, 217 ft-lbf)
(b) Bağlayıcı qapağı və yeni şplinti quraşdırın.

7. Qabaq pər önlüyünün kipkəcini quraşdırın (Şəkil).
8. Qabaq təkəri quraşdırın.
Burucu moment: 103 n-m (1,050 kgf-cm, 76 ft-ibf)

9. Qabaq təkərin nizamlanmasını yoxlayın.

Avtombil (Mühərrik) – Yanacaq vurma sisteminin yoxlanması

Əvvəlki məqaləOyanışın 7 mərhələsi – Robin Sharma
Növbəti məqaləKişi feminizmi haqqında 5 maraqlı sayt

Fikirlərinizi bildirin.