Avtombil (Şassi) – Əl ilə idarə edilən ötürülmə qutusunun təmiri (FF növü)

96

Avtombil (Şassi) – Əl ilə idarə edilən ötürülmə qutusunun təmiri (FF növü)

İşin məqsədi: Bu modulu bitirdikdən sonra tələbə:

1. Avtomobilin ötürülmə qutusu cihazlarının strukturunu/adını/ ötürülmə qutusu sisteminin yığılması və sökülməsi vasitəsilə onun iş prinsiplərini izah edəcək;
2. Ötürülmə qutusu sisteminin sökülməsi vasitəsilə ötürülmə qutusunu bacarıqla sökmək iqtidarında olacaqdır.

Təcrübə materialları:

1. Silgi kağızı
2. Pambıq əlcək

Avadanlıq və alətlər:

1. Sərnişin avtomobili
2. Qayçışəkilli qaldırıcı
3. Ötürülmə qutusunun domkratı
4. Yağ boşaltma dəliyi
5. Mühərrik yuma qurğusu
6. 227 PCS mexaniki alətlər dəsti 7 siyirməli alətlər arabacığı ilə
7. Portativ alətlər yeşiyi
8. Dirsəkli qayka açarları dəsti
9. Diyircəkli yastıq çıxarıcısı
10. Portativ alətlər yeşiyi
11. Çoxtəyinatlı məngənə
12. Qatlanan (açılan) burğulu alətlər qayka açarları dəsti
13. Ştangenpərgarlar

Mövzu ilə əlaqəli biliklər
1. Ötürülmə qutuları

Avtomobili hərəkətə gətirmək üçün bir neçə müqavimətin öhdəsindən gəlməlidir. Nəqliyyat vasitəsinin hərəkətinə qarşı üç əsas müqavimətə aşağıdakılar daxildir: Diyirlənmə müqaviməti; yaxşı qudronlanmış şossedə aşağı, yolsuzluq şəraitində isə yüksəkdir. Hava müqaviməti: aşağı sürətdə aşağı, yüksək sürətdə yüksəkdir. Hava müqaviməti sürətlə xətti artmır, lakin sürətin 2 mislinə bərabər olur: ikiqat sürətdə hava müqaviməti dörd dəfə yüksək olur və s. Nəqliyyat vasitəsinin hava müqaviməti həmçinin onun Cw qiyməti ilə ifadə olunan formasından da asılıdır. Bu qiymət külək kanalında ölçülür.

Nəqliyyat vasitəsi güc ölçən cihazın üzərində yerləşdirilir və bu zaman müəyyənləşdirilmiş külək sürətinə məruz buraxılır. Maili yolların üzərində maillik müqaviməti; yol dik olduqca müqavimət daha yüksək olur. Maksimum yoxuşu dəf etmək qabiliyyəti qoşqu yedəyi halında məhdudlaşdırılır. Bütün müqavimətlərin cəmi nəqliyyat vasitəsinin dinamik vəziyyətinə uyğun olaraq güc ötürülməsinin işini tələb edir. Mühərrik məhdud diapazonda qənaətbəxş güc və burucu momentə malik olduğuna görə, habelə mühərrikin maksimum sürət həddini nəzərə alaraq, burucu momenti və sürəti faktiki tələblərə uyğunlaşdıran sistem tətbiq edilməlidir. Bu cihaz ötürülmə qutusu adlanır. Ötürülmə qutusu mühərrikin sürətini və burucu momenti avtomobili idarə etmək üçün tələb olunan qiymətə dəyişir (Şəkil 02-1). Dayanacaqdan (boşda yanma) hərəkətə nəqliyyat vasitəsinin inersiya gücünə qalib gəlmək üçün aşağı təkər sürətində yüksək burucu moment tələb olunur. Ötürülmə qutusu mühərrikin nisbətən yüksək sürətini/aşağı burucu momentini aşağı sürətə/yüksək burucu momentə dəyişir. Avtomobil hərəkətdə olarkən və sürətlənərkən aşağı burucu moment, lakin yüksək sürət tələb olunur, buna görə də ötürülmə qutusu bu tələblərə cavab vermək üçün müxtəlif ötürmə ədədlərinə malik bir neçə dişli çarxa malikdir.

Avtombil (Şassi) – Əl ilə idarə edilən ötürülmə qutusunun təmiri (FF növü)

2. Dişli ötürücü

Burucu moment/sürət ötürülmə qutusunun daxilində dişli ötürücülər ilə dəyişdirilir. Gəlin birinci sadə olanına nəzər salaq: Enerji girişi Z1-ə (15 diş), enerji çıxışı isə Z2-yə (30 diş) qoyulur. Bu tərtibatda çıxış sürəti giriş sürətinin yarısıdır; eyni zamanda burucu moment əks qaydada dəyişir: çıxış burucu moment giriş burucu momentin iki qatıdır. İki dişli çarx arasındakı əlaqə ötürmə ədədi adlanır və aşağıdakı kimi müəyyənləşdirilir: I=nümunə üçün aparılan/aparan təkər 30 / 15 = 2,0 . Bu tərif nəticəsində çıxış sürəti əldə etmək üçün mühərrikin sürətini ötürmə ədədinə bölməli, lakin çıxış burucu momenti almaq üçün mühərrikin burucu momentini ötürmə ədədinə vurmaq lazımdır. İki mərhələli ötürmə ədədi halında ədəd i= Z2 x Z3 / Z1 x Z4-dir; nümunədə: 30 x 28 / 15 x 14 = 840 /210 = 4. Sərnişin avtomobili üçün bir ötürmə ədədi nəqliyyat vasitəsinin ümumi sürət diapazonu üçün qənaətbəxş deyil; fərqli sayda dişləri olan bir neçə dişli çarx dəstləri quraşdırılır.

Aşağıdakı şəkildə 3 sürətli ötürülmə qutusu üzrə prinsip göstərilir: Giriş və aşağı vallarının üzərindəki bütün dişli çarxlar birbaşa vallara bərkidilir, çıxış valının üzərindəki dişli çarxlar isə valın üzərində boşala bilər. Onları vala fərdi qaydada birləşdirmək üçün sağ tərəfdə göstərilən xüsusi mexanizmdən (Şək, III-1-1) istifadə olunur. Hərəkət edən hissə aidiyyəti dişli çarxı valla birləşdirilən topa birləşdirir və bu da seçilmiş dişli çarxın vala birləşdirilməsi ilə nəticələnir. İndi o, burucu momenti ötürə bilər (dişli çarx seçilir). Arxaya gediş ötürməsinə nail olmaq üçün üçüncü aparıcı dişli çarx tətbiq edilməlidir. Bunun nəticəsində dönmə istiqaməti giriş dönmə istiqaməti ilə müqayisədə dəyişdirilir. Aralıq dişli çarx ötürmə ədədi üzərində heç bir təsirə malik deyil!

Avtombil (Şassi) – Əl ilə idarə edilən ötürülmə qutusunun təmiri (FF növü)

Burucu moment/sürət ötürülmə qutusunun daxilində dişli ötürücülər ilə dəyişdirilir. Gəlin birinci sadə olanına nəzər salaq: Enerji girişi Z1-ə (15 diş), enerji çıxışı isə Z2-yə (30 diş) qoyulur. Bu tərtibatda çıxış sürəti giriş sürətinin yarısıdır; eyni zamanda burucu moment əks qaydada dəyişir: çıxış burucu moment giriş burucu momentin iki qatıdır. İki dişli çarx arasındakı əlaqə ötürmə ədədi adlanır və aşağıdakı kimi müəyyənləşdirilir: I=nümunə üçün aparılan/aparan təkər 30 / 15 = 2,0 . Bu tərif nəticəsində çıxış sürəti əldə etmək üçün mühərrikin sürətini ötürmə ədədinə bölməli, lakin çıxış burucu momenti almaq üçün mühərrikin burucu momentini ötürmə ədədinə vurmaq lazımdır. İki mərhələli ötürmə ədədi halında ədəd i= Z2 x Z3 / Z1 x Z4-dir; nümunədə: 30 x 28 / 15 x 14 = 840 /210 = 4.

Sərnişin avtomobili üçün bir ötürmə ədədi nəqliyyat vasitəsinin ümumi sürət diapazonu üçün qənaətbəxş deyil; fərqli sayda dişləri olan bir neçə dişli çarx dəstləri quraşdırılır. Aşağıdakı şəkildə 3 sürətli ötürülmə qutusu üzrə prinsip göstərilir: Giriş və aşağı vallarının üzərindəki bütün dişli çarxlar birbaşa vallara bərkidilir, çıxış valının üzərindəki dişli çarxlar isə valın üzərində boşala bilər. Onları vala fərdi qaydada birləşdirmək üçün yuxarı sağ tərəfdə göstərilən xüsusi mexanizmdən istifadə olunur. Hərəkət edən hissə aidiyyəti dişli çarxı valla birləşdirilən topa birləşdirir və bu da seçilmiş dişli çarxın vala birləşdirilməsi nəticələnir. İndi o, burucu momenti ötürə bilər (dişli çarx seçilir). Arxaya gediş ötürməsinə nail olmaq üçün üçüncü aparıcı dişli çarx tətbiq edilməlidir. Bunun nəticəsində dönmə istiqaməti giriş dönmə istiqaməti ilə müqayisədə dəyişdirilir. Aralıq dişli çarx ötürmə ədədi üzərində heç bir təsirə malik deyil!

3. Dəyişdirmə mexanizmi

Bu şəkildə (Şəkil 02-3) iş və konstruksiya sxemi göstərilir (əvvəlki plana oxşardır). Buradan görmək olar ki, bir top maksimum iki aparıcı dişli çarxı birləşdirə/ayıra bilər. Fərdi topların mövqeyindən asılı olaraq, müxtəlif dişli çarxlar dəyişdirilə bilər. Neytral vəziyyətə nail olmaq üçün (vala heç bir çıxış aparıcı dişli çarx birləşdirilmir, hamısı sərbəst dönə bilər) bütün toplar orta mövqedə olur. Dişli çarxı dəyişdirmək üçün dəyişdirmə lingi hərəkət etdirilir. Bu hərəkət bundan sonra sağ tərəfdə dəyişdirmə sxemində göstərildiyi kimi, əlaqəli dəyişdirmə plankası vasitəsilə dişli çarxda seçmə mexanizminin çəngəlinə ötürülür. Lingin sağa-sola hərəkət etdirilməsi hərəkət etdiriləcək planka/çəngəli seçir; bundan sonra lingin irəli-geri hərəkəti sol və ya sağ tərəf aparıcı dişli çarxı çıxış valına toxundurur: dişli çarx seçilir. Aşağı hissədə siz bu iş prinsipi üzrə real nümunəni görə bilərsiniz.

Avtombil (Şassi) – Əl ilə idarə edilən ötürülmə qutusunun təmiri (FF növü)

Daha yaxşı dəyişdirmə hissinə və dişli çarxların daha yaxşı qoşulmasına nail olmaq üçün dəyişdirmə plankası çox vaxt xüsusi fiksatorlarla təchiz olunur. Bundan əlavə, sürücü tərəfindən iş xətalarına yol verməmək üçün dəyişdirmə mexanizmi xüsusi blokirovka mexanizmlərinə (Şəkil 02-4) malik ola bilər. Bəzən təsadüfi arxaya gedişdən mühafizə tətbiq olunur və bu, arxaya gediş ötürməsini birbaşa olaraq digər dişli çarxdan deyil, yalnız neytral vəziyyətdən seçmək imkanı verir.

Faktiki avtomobil və ötürülmə qutusundan asılı olaraq, dəyişdirmə lingi ya birbaşa ötürülmə qutusuna birləşdirilir, ya da mil, yaxud çox vaxt istifadə olunan dəyişdirmə kabelləri vasitəsilə seçmə mexanizminə birləşdirilir. Bir çox hallarda siz seçmə mexanizminə əlavə edilən kütlə aşkar edəcəksiniz: bu, dişli çarxın dəyişdirilməsi zamanı çəki ilə yaradılan inersiya gücü nəticəsində daha yaxşı dəyişdirmə hissi üçün quraşdırılır. Dəyişdirmə kabelləri (Şəkil 02-5) pərçim ilə ötürülmə qutusunun korpusuna və sancaq/oymaq birləşməsi ilə seçmə mexanizminə bərkidilir.

4. Sinxronizator

Avtombil (Şassi) – Əl ilə idarə edilən ötürülmə qutusunun təmiri (FF növü)

Başlanğıcda dəyişdirmə mexanizmi əvvəldə göstərilən kimi sadə idi, lakin sadə konstruksiya nəticəsində dəyişdirmə elə də asan deyildi. Dişli çarxın qoşulması topun və birləşdiriləcək dişli çarxın eyni sürətini tələb edir. Əvvəlki vaxtlarda buna görə də dəyişdirmə təcrübəsiz sürücülər üçün asan olmayan ikili ilişmə muftasının istifadəsini tələb edirdi. Dəyişdirməni təkmilləşdirmək məqsədilə, ikili ilişmə prosedurundan istifadə etmədən dişli çarxı və topu eyni sürətə gətirmək üçün sinxronizator mexanizmi (Şəkil 02-6) işlənib hazırlandı. Sağ tərəfdə sinxronizatorun iş prinsipi göstərilir: dişli çarxı qoşmaq üçün oymağın dişləri aparıcı dişli çarxın dişləri ilə təmasda olmalıdır. Aparıcı dişli çarx və top konusvari sahə ilə təchiz edilir. Dişlər bir-birinə toxunmazdan əvvəl birinci konuslar toxunacaq. Bununla yaradılan sürtünmə gücü nəticəsində dişli çarx tormozlanacaq və ya top ilə eyni sürətə malik olana qədər sürətlənəcək və bundan sonra dişlər bir-birinə asanlıqla keçəcək. Bunu mümkün etmək üçün konusvari sahə oymaq ilə münasibətdə hərəkət edən olmalıdır. Aşağı bölmədə siz sinxronizator sisteminin real konstruksiyası və görünüşünü görürsünüz. Daha yaxşı səmərəlilik üçün birdən artıq sinxronizator konusuna malik sistemlər mövcuddur. Təfərrüatlar 2-ci bölmədə təqdim olunur.

5. Enerji axını

Bu, qabaq təkərlərə intiqallı nəqliyyat vasitəsinin səciyyəvi ötürülmə qutusudur. Sol tərəfdəki şəkildə ötürülmə qutusu neytral vəziyyətdə və fərdi dişli çarxlar üçün aparıcı dişli çarxların müxtəlif cütləri göstərilir. Sinxronizatorun bütün oymaqları orta mövqedə olur ki, heç bir burucu moment ötürülə bilməsin. Sağ tərəfdə birinci dişli çarx seçilir; bu onunla izah olunur ki, oymaq sağ tərəfə doğru hərəkət etdirilir və bununla aparıcı dişli çarxı çıxış valına birləşdirir ki, enerji axını sarı xəttə uyğun olsun.

Avtombil (Şassi) – Əl ilə idarə edilən ötürülmə qutusunun təmiri (FF növü)

Burada siz 2-dən 5-ə kimi digər dişli çarxları görə bilərsiniz. Xahiş olunur, fərdi dişli çarxları qoşmaq üçün müxtəlif oymaqları və onların müxtəlif mövqelərini qeyd edin. Həmçinin, fərdi dişli çarxlar üçün qoşulmuş dişli çarx dəstlərinin müxtəlif ölçülərini qeyd edin. Hər bir dişli çarx üçün enerji axını sarı xətlə göstərilir (Şəkil 02-8).

Təcrübə mərhələləri:

1. Çexolu çıxartdıqdan sonra konsentrik köməkçi silindr blokunu sökün.
2. Dəyişdirməyə nəzarət kabelinin pərçim blokunu (A) və sürət datçikini (B) çıxarın.
3. Seçmə lingini (C) və yığma dəyişdirmə bəndini (D) çıxarın.

Avtombil (Şassi) – Əl ilə idarə edilən ötürülmə qutusunun təmiri (FF növü)

4. Ehtiyat lampa açarını (A) çıxarın.

5. İdarəetmə valı dəstini çıxarın (A).

Avtombil (Şassi) – Əl ilə idarə edilən ötürülmə qutusunun təmiri (FF növü)

6. Diferensiallı ötürülmə qutusunun asqısını ayırın.
7. Yağ doldurma tıxacını və boş gediş valının boltunu çıxarın.
8. İlişmə muftasının korpusunu (B) diferensiallı ötürülmə qutusunun korpusundan (A) ayırın.

9. Yay ştiftlərini dəyişdirmə plankasından çıxarın (3-cü/4-cü və arxaya gediş).

Avtombil (Şassi) – Əl ilə idarə edilən ötürülmə qutusunun təmiri (FF növü)

10. Dəyişdirməyə nəzarət valının çəngəllərini (4EA), valları (2EA) və plankanın dayaq pərçimini çıxarın.
11. Aşağıda göstərilən ardıcıllıqda hissələri çıxarın.
2-ci çıxış valı→giriş valı→1-ci çıxış valı→diferensial bloku.
12. Arxaya gedişin aralıq dişli çarx blokunu çıxarın.
13. Maqnit tıxacı və konsentrik köməkçi silindri çıxarın.
14. Yağ istiqamətvericilərini, diyircəkli yastığın xarici həlqələrini, istiqamətverici ştiftləri və araqat halqalarını ilişmə muftasının korpusundan çıxarın.
15. Yağ kipkəclərini və istiqamətvericilərini ilişmə muftasının korpusundan çıxarın.

Avtombil (Mühərrik)- Mühərrik blokunun diaqnostikası/təmiriAvtombil (Mühərrik) -Silindr başlıqlarının yoxlanması/təmiri

Əvvəlki məqaləKişilərin dilə gətirməyə utandıqları sex haqqında 9 fikir
Növbəti məqaləƏfsanəvi qadınların şərəfinə adlandırılmış 5 otel nömrələri

Fikirlərinizi bildirin.