Avtombil (Mühərrik) – Yağlama sisteminin yoxlanması/təmiri
İşin məqsədi: Bu modulu bitirdikdən sonra tələbə:
1. Yağlama sisteminin quruluşunu, adını və onun əməliyyat prinsiplərini yağlama sisteminin
sökülməsi və yığılması vasitəsilə izah etməyi bacaracaq;
2. Yağlama sistemini məharətlə sökmək/yığmaq vasitəsilə avtomobilin yağlama sistemini
təmir etməyi biləcək.
Təcrübə Materialları:
1. Toz əsgisi
2. Yuyucu yağ
3. Mühərrik yağı
Avadanlıq və Alətlər:
1. Mühərrik yağ drenajı
2. Mühərrik yuma qurğusu
3. Sökülmə və yığılma üçün benzin mühərriki
4. Yağ süzgəci üçün əsas kəlbətin
5. Zəncir və ya sep açar
6. 7 yeşikli alət arabalı 227 ədədli mexaniki alət dəsti
7. Yığcam alət sandığı dəsti
8. Dirsəkli yüksək məhsuldarlıqlı kombinasiyalı qayka açar dəsti
Təcrübə mərhələləri:
Yağ nasosunu təmir edin.
ÇIXARILMASI
1. Mühərrik yağını boşaldın.
2.Qazpaylama başlığına quraşdırılmış kəməri çıxarın.
3. Yağ altlığını mühərrik blokundan ayırın
4. Yağ nasosundan yağ torunu (A) çıxarın.
5. Tıxac qapağını ön gövdədən çıxarın və sürülən çarx boltunu çıxarın.
6. Sağ balans valının ulduzcuğunu çıxarın
7. Ön gövdəni (A) çıxarın.
8. Boşaltma plunjerini (A) və boşaltma yayını (B) çıxarın.
Yağ süzgəcinin dirsəyi
1. Yağ soyutma şlanqını (A) çıxarın.
2. Vakuum nasosunun şlanqını çıxarın.
3. Yağ süzgəcini çıxarın.
4. Yağ soyuducusunun buraxma klapanını (A) çıxarın.
5. Yağ təzyiq açarını (A) çıxarın.
6. Yağ süzgəcinin dirsəyini (A) çıxarın.
Yağ soyudan
1. Mühərrik yağını axıdın.
2. Ön bamperi çıxarın.
3. Yağ soyutma şlanqlarını (A) ayırın və ya soyuducunu (B) çıxarın.
YERDƏYİŞMƏ
▣ Mühərrik yağı
BİLDİRİŞ
Normal şərait altında, yağ süzgəci hər dəfə yağı dəyişdikdə, dəyişdirilməlidir.
1. Mühərriki qızdırın.
2. Drenaj boltunu çıxarın və mühərrik yağını axıdın.
3. Yeni şaybalı drenaj boltunu (A) təkrar quraşdırın.
Sıxılma momenti
35 ~ 40Nm (350 ~ 400kqq.sm, 25.8 ~ 29.5fq.ft)
4. Mühərriki tövsiyə olunan yağ ilə təkrar doldurun.
Yağ tutumu
Cəmi : 6.9 L (7.29 US qt, 6.07 lmp qt)
Yağ altlığı : 5.1 L (5.39 US qt, 4.48 lmp qt)
Yağ süzgəci daxil olmaqla, axıdılma və təkrar doldurma :5.7 L (6.02US qt, 5.01 lmp qt)
Yağın keyfiyyəti: ABOVE API CF-4 və ya ACEA B2, B3
BİLDİRİŞ
Daşmamasına diqqət edin! Bu yağın havalandırılmasına və təzyiqinin itirilməsinə səbəb olar.
Yağı doldurmazdan öncə yağın səviyyəsinə nəzarət şupunu çıxarmalısınız.
▣ Mühərrik yağının seçilməsi
AMC-nin tövsiyə etdiyi özlülük dərəcələri :
ÇIXARILMA BİLDİRİŞİ:
Bütün növ əməliyyatların ən yaxşı məhsuldarlığının və maksimum müdafiəsinin təmin
edilməsindən ötrü yalnız o yağlama materiallarını seçin ki, onlar:
1. APİ təsnifatının tələblərini təmin edir.
2. Güman edilən ətraf mühit temperaturu üçün məxsusi AMC dərəcə nömrəsinə malikdirlər.
Konteynerinin üzərində həm AMC dərəcə nömrəsi, həm də APİ xidmət təsnifatı olmayan
yağlama materialları istifadə olunmamalıdır.