Avtombil (Mühərrik) – Turbo Şarj Sistemi haqqında Məlumat

0
0

Avtombil (Mühərrik) – Turbo Şarj Sistemi haqqında Məlumat.

İşin məqsədi: Bu modulu bitirdikdən sonra tələbə:

1. Mühərrik turbo şarj sisteminin adını və quruluşunu, eləcə də iş və sınaq motoru vasitəsilə
fəaliyyət prinsiplərini izah edəcək;
2. Mühərrik turbo şarj sistemini ustalıqla yoxlamaq/dəyişdirməyi bacaracaq;
3. Avtomobil turbo şarj mühərriklə bağlı şərtləri doğru şəkildə sınaqdan keçirməyi biləcək.

Təcrübə materialları:

• Müştəri razılaşması, iş prosesi diaqramı, texniki xidmət prosesində baxış üzrə hesabat, qiymətləndirmə, hər bir nəqliyyat vasitəsi üzrə texniki xidmət.

Avadanlıq və alətlər:
• Hava alətləri, əl alətləri, hissələrə ayırmaq və quraşdırmaq üçün dinamometrik açar kimi xüsusi alətlər, təhlükəsizlikdən qoruma avadanlıqları, çilingər işi, təmizləmə avadanlıqları.
• Təhlükəsizlik və ehtiyat tədbirləri:
• Tətbiqə başlamazdan qabaq təlim ardıcıllığını müəyyənləşdirin və təlim avadanlıqlarını, alətləri, texniki təlimatları və materialları hərtərəfli yoxlayın.
• Təlimə başlamazdan qabaq təlim təhlükəsizliyini təmin edin, yanğın hadisələrinə qarşı hazır olmaq üçün yanğın söndürmə qurğusunu hazırlayın və yanğın təhlükəsinin qarşısını almaq üçün neft kimi yanan maddələri ayrıca təhlükəsiz bir yerdə saxlayın.
• Praktikaya başlamazdan əvvəl praktika sahəsindəki qurğuları qaydaya salın və tətbiqə keçin.
• Təlim zamanı müvafiq vasitələrdən istifadə edin və tətbiq zamanı yanğına qarşı diqqətli olun və təhlükəsizliyinizi qoruyun.
• Bolt və qaykaları bərkidərkən, həddindən artıq güc sərf etməyin, sadəcə göstərilən burucu
momentlə sıxın.

Təcrübə mərhələləri

1. Sıra ilə kompressorla əlaqəli hissələri çıxardın və dəyişdirin.

Ayırmaq üçün texniki xidmət kitabçasına baxın və kompressorla əlaqəli hissələri birləşdirin və həmin prosesi raportda qeyd edin.

1. Çıxarmaq
(1) Buraxma kollektorunun A istilik qoruyucusunu çıxardın.

Avtombil (Mühərrik) – Turbo Şarj Sistemi haqqında Məlumat

(2) Turbo şarj A yağ kəmərini ayırın.

(3) Turbo şarj A su soyutma kəmərini ayırın.

(4) A işlənmiş qazların yenidən alışdırma sistemi borusuna birləşdirilmiş hissəni ayırın.

Avtombil (Mühərrik) – Turbo Şarj Sistemi haqqında Məlumat

(5) Turbo şarja bərkidilmiş kronşteynin (A) və yağ kəmərinin (B) vintini açın.

(6). Səkkiz ədəd 12mm ölçüdə qaykaları boşaldın və buraxma kollektorunu çıxardın.

2. Montaj

Quraşdırmaq hissələrə ayırmağın əks qaydasıdır. Texniki xidmət kitabçasına baxın və göstərilmiş burucu momentə uyğun kompressorla əlaqəli hissələri təyin edin və həmin prosesi raportda qeyd edin.

(1) A buraxma kollektorunun kipkəcini quraşdırmaq.

Avtombil (Mühərrik) – Turbo Şarj Sistemi haqqında Məlumat

(2) A Turbo şarjın yağ verən kəmərini quraşdırmaq.

(3) Silindr başlığı üzərində A buraxma kollektorunu montaj etmək.

Avtombil (Mühərrik) – Turbo Şarj Sistemi haqqında Məlumat

(4) A Turbo şarja bərkidilmiş kronşteynə boltları birləşdirmək.

(5) A Turbo Şarj yağ kəmərini quraşdırmaq.

Avtombil (Mühərrik) – Turbo Şarj Sistemi haqqında Məlumat

(6) A Turbo Şarj soyuducu su kəmərini quraşdırmaq.

(7) A işlənmiş qazların yenidən alışdırma sistemi borusunu birləşdirmək.

(8) A istilik qoruyucusunu montaj etmək.

Avtombil (Mühərrik) – Turbo Şarj Sistemi haqqında Məlumat

2. Verilən kompressorun təmiri
1. Turbo şarjı hissələrə ayırmazdan qabaq, turbin karteri, kompressor qapağı və kaset dəstinin montajının mövqeyi barədə qeyd edin.

2. Halqavari kəlbətin vasitəsilə kompressor qapağını montaj etmək üçün kompressor
örtüyünün aşağı olması şəklində sıxan halqanı çıxardın.

Tətbiq növü

• Hissələrə ayırarkən kompressor çarxına və ya turbin çarxının pərlərinə zərər vurmayın.

3. Plastik çəkiclə kompressor qapağının ətrafına yüngülcə vurmaqla kaset dəstini çıxardın.

0 halqa kaset dəstini çevrəsində montaj edildiyi üçün bir az sıx quraşdırılmış ola bilər.

Tətbiq növü

• Təmizləmə işi, satışda olan təmizləyici yağlar vasitəsilə edilməli və aşındırıcı təmizləyici yağlar istifadə olunmamalıdır.
• Alüminium tərkibli məhsullar üçün plastik ərsin və ya yumşaq fırçalardan istifadə edin.

4. Turbin çarxı ilə kontaktı, eləcə də yüksək qızma və deformasiyadan qaynaqlanan zədələnməni yoxlayın.

5. Filtrə elementini yoxlayın və dəyişdirin.

(1) Turbin pərləri və kompressor çarxına dəyən zədə, deformasiya və korroziya vəziyyətini yoxlayın.
Qeyri-normal hal olduqda, onu yenisi ilə dəyişin.
(2) Bağlı olmayan kaset dəstinin yağ kanalını yoxlayın.
(3) Tıxanma və ya deformasiya halında, yağ kəməri və qaytaran yağ kəməri təmir edilməli və ya dəyişdirilməlidir.

Avtombil (Mühərrik) – Turbo Şarj Sistemi haqqında Məlumat

6. Kipləşdirici halqanı quraşdırın.

Mühərrik yağının nazik qatını yeni kipləşdirici halqaya tətbiq edin və onu kaset dəstinə quraşdırın.

Tətbiq növü
• Quraşdırma zamanı kipləşdirici halqanın zədələnməməsi üçün diqqətli olun.

7. Kompressor qapağı / kaset dəstini quraşdırmaq.
(1) Kaset dəstini və kompressor qapağını hissələrə ayırarkən göstərilən işarəyə uyğun quraşdırın.
(2) Yeni qurğularla əvəz edərkən şəkildə göstərilmiş şəkildə quraşdırın.

Avtombil (Mühərrik) – Turbo Şarj Sistemi haqqında Məlumat

Tətbiq növü

• Kaset dəstini kompressor qapağına quraşdırarkən kompressor çarx pərinin zədələnməməsi üçün diqqətli olun.

8. Sıxan halqanı kompressor qapağının aşağı hissəsi ilə montajlayın və sıxan halqanı quraşdırın.
Sıxan halqanı yuxarı boşluq hissə ilə montaj edin.

Diaqnostika qurğusu ilə artıq yükləmə cihazını özünüz müəyyənləşdirin, nasazlıq kodunu yoxlayın, eləcə də VİT sxemini yoxlayın.

1. Nasazlıq kodunun təsviri P0048 kodu göstərir ki, VİT ötürücü idarəetmə sxemində 1.0 və ya bir neçə saniyə müddətinə yüksək cərəyan həddi aşkar edilir.

VİT ötürücü idarəetmə konturunun daxilə tək və qısa qapanmaya malik enerji təchizatı.

2. Nasazlığı müəyyənləşdirmə forması

Avtombil (Mühərrik) – Turbo Şarj Sistemi haqqında Məlumat

3. Siqnal qəbulu

Avtombil (Mühərrik) – Turbo Şarj Sistemi haqqında Məlumat

(1) İstiqamətləndirici VİT intiqal dalğa forması: İş rejiminin təxminən 64%-ni təşkil edir.
(2) Təcil müddətində VİT ötürücü rejiminin dalğa forması: Təcil müddətində yüksək təzyiq artdıqca, güc azalır.

Gil vasitəsi ilə avtomobilin təmizlənməsi

Fikirlərinizi bildirin.