Avtombil (Mühərrik) – Soyutma sisteminin yoxlanması/təmiri
İşin məqsədi: Bu modulu bitirdikdən sonra tələbə:
1.Mühərrikin soyutma sisteminin sökülməsi və yığılması yolu ilə mühərrikin soyutma sisteminin quruluşunu, adını və onun əməliyyat prinsiplərini izah edəcək;
2.Mühərrikin soyutma sisteminin sökülməsi və yığılması yolu ilə mühərrikin sökülmə və yığılması funksiyalarında təcrübə toplamağı bacaracaq.
Təcrübə materialları:
1.Mühərrik döşəkçəsi
2.Yapışqan
3.Toz əsgisi
4.Yuyucu yağ
5.Qızdırıcı
Avadanlıq və alətlər:
1.Benzin mühərrikinin sökülməsi və yığılması
2.Dinamometrik açar
3.Yığcam alət sandığı dəsti
4.Dirsəkli yüksək məhsuldarlıqlı kombinasiyalı qayka açar dəsti
5.Yuma lövhəsi
6.Kombinasiyalı bucaq
7.Radiator qapağı üçün sınaq cihazı
Mövzu ilə əlaqəli biliklər
Təcrübə mərhələləri:
SOYUTMA SİSTEMİNİN YOXLANMASI
Əgər termostat otaq temperaturunda açılırsa, o zaman onu dəyişin.
1.Termostatı su dolu konteynerdə saxlayın. Termometrin isti konteynerin aşağı hissəsinə toxunmasına icazə verməyin.
2.Suyu isidin və termometr vasitəsilə temperature yoxlayın. Termostatın birinci açıldığı temperaturu və onun tam açıldığı temperaturu yoxlayın.
3.Termostat tam açıldıqda onun qaldırılma hündürlüyünü yoxlayın.
Standard termostat
Qaldırılma hündürlüyü: 8.0 mm-dən yuxarı (0.31 düym.)
Açılmanın başlaması: 82°C (180°F)
Tam açılma: 95°C (203°F)
Su nasosu
1.Nasosda çatların, zədələnmənin, köhnəlmənin olub-olmamasını yoxlayın. Ehtiyac olarsa, su nasosu quraşdırmasını dəyişdirin.
2.Podşipnikdə zədələnmənin, qeyri-normal küyün və asta fırlanmanın olub-olmamasını yoxlayın. Ehtiyac olarsa, su nasosu quraşdırmasını dəyişdirin.
3.Kipkəcdə sızmaların olub-olmamasını yoxlayın. Ehtiyac olarsa, su nasosu quraşdırmasını dəyişdirin.
Radiator
1.Radiator qabırğalarının arasında kənar materialların olub-olmamasını yoxlayın.
2.Radiatorda korroziyanın, zədələnmənin, pasın və ya ərpin olub-olmamasını yoxlayın.
3.Radiator qabırğalarında zədələnmənin olub-olmamasını yoxlayın və lazım gələrsə düzləndirin.
Radiator qapağı
1.Radiator qapağında zədələnmənin, çatların və ya zəiflənmənin olub-olmamasını yoxlayın.
2.Sınaq cihazını radiator qapağına birləşdirin
3.Göstərici tərpənməyi dayandırana qədər təzyiqi artırın.
4.Əgər göstərici təqribən 10 saniyə ərzində sabit olmazsa, radiatorun qapağını dəyişin.
ÇIXARILMA
Su Nasosu
1.Drenaj tıxacını (A) boşaldın və soyutma mayesini axıdın.
2.Radiator sərinkeşinin örtüyünü (A) çıxarın.
3.Ötürücü qayışları çıxarın.
4.Su nasosunun qasnağını çıxarın (A).
5.Qazpaylama mexanizminin qayışını çıxarın (EM – 18 səhifəsinə baxın).
6.Altı boltu çıxarmaqla, döşəkçəli su nasosunu (A) çıxarın.
Termostat
- Drenaj tıxacını boşaldın və soyutma mayesini axıdın.
- Su giriş fitinqini (A) çıxarın.
3. Termostatı (B) çıxarın.
Radiator
1.Mühərrikin soyutma mayesini axıdın.
2.Radiatorun yuxarı və aşağı şlanqlarını çıxarın.
3.Radiatordan sərinkeş örtüyü dəstini və digər hissələri çıxarın.
4.Radiatoru çıxarın.
SOYUTMA SİSTEMİNİ QURAŞDIRIN
Təcrübə mərhələləri:
Su nasosu
- Su nasosunu quraşdırın
Burucu moment
A(8 × 25) 1EA : 20 ~ 27Nm (200 ~ 270kqq.sm, 14.7 ~ 20.0fq.ft)
B(8 × 40) 4EA : 20 ~ 27Nm (200 ~ 270kqq.sm, 14.7 ~ 20.0fq.ft)
C(8 × 70) 1EA : 20 ~ 27Nm (200 ~ 270kqq.sm, 14.7 ~ 20.0fq.ft)
2.Qazpaylama mexanizminin qayışının quraşdırılması.
3.Su nasosunun qasnağının (A) quraşdırılması
4.Ötürücü qayışları quraşdırın.
5.Radiatorun sərinkeş örtüyünü (A) quraşdırın.
6.Radiatoru mühərrik soyutma mayesi ilə doldurun və hava vurun.
Termostat
1.Termostatı (B) termostatın gövdəsinə quraşdırın
2.Su giriş fitinqini (A) quraşdırın.
3.Soyutma mayesini yenidən doldurun.
Radiator
1.Radiator quraşdırılmasını mühərrik bölməsinə quraşdırın.
2.Kondensatoru radiatora quraşdırın.
Burucu moment
12 ~ 15Nm (120 ~ 150kqq.sm, 8.8 ~ 11.0fq.ft)
3.Su nasosunun qasmağını quraşdırın.
4.Sərinkeş örtüyünü quraşdırın.
5.Radiatorun yuxarı və aşağı şlanqlarını quraşdırın.
6.Ötürücü qayışları quraşdırın.
7.Radiatoru mühərrik soyutma mayesi ilə doldurun və hava vurun.
Elektroavtomobillər haqqında 6 mif, Gil vasitəsi ilə avtomobilin təmizlənməsi