Avtombil (Mühərrik) – Qəbul/çıxış sisteminin yoxlanılması/təmiri

0
0

Avtombil (Mühərrik) – Qəbul/çıxış sisteminin yoxlanılması/təmiri.

İşin məqsədi: Bu modulu bitirdikdən sonra tələbə:

1. Qəbul/çıxış sisteminin quruluşunu/adını, onun əməliyyat prinsiplərini, qəbul/çıxış sisteminin yığılması və sökülməsi vasitəsilə izah edəcək;

2. Qəbul/çıxış sisteminin yığılması/ölçülməsi vasitəsilə qəbul/çıxış sistemini yoxlamağı/təmir
etməyi bacaracaq.

Təcrübə materialları:

• Hər bir nəqliyyat vasitəsinin növü üçün müştəri müqaviləsi, iş prosesinin diaqramı, texniki
istismar yoxlanılması bildirişi, istismar üzrə təlimat

Avadanlıq və alətlər:

• Hava alətləri • Əl alətləri, ölçmə alətləri, diaqnoz alətlər, sökülmə/yığılma üçün dinamometrik açarlar kimi xüsusi alətlər, təhlükəsizlik mühafizə alətləri, istismar alət vasitələri, təmizləmə avadanlıqları,

Təcrübə təhlükəsizliyi və ehtiyat tədbirləri:

• Tapşırığa başlamazdan öncə, təcrübənin ardıcıllığını müəyyənləşdirin və tapşırıq avadanlıqlarını, alətlərini, istismar təlimatlarını və materiallarını diqqətlə təkrar nəzərdən keçirin.

• Təlim başlamazdan öncə təhlükəsizlik təlimi keçirin, yanğın hadisələri üçün yanğınsöndürmə balonlarını hazırlayın və yanğın təhlükələrinin qarşısını almaqdan ötrü yağ kimi tez alışan maddələri kənarda təhlükəsiz bir yerdə saxlayın.

• Tapşırıq zamanı düzgün alətlərdən istifadə edin və təcrübə ərzində təhlükəsizliklə və
yanğınla ehtiyat olun.

İcraetmə ardıcıllığı

1. Sorma • Xaricetmə qurğusunun çıxarılması • Təmir • Yoxlama

1. Havatəmizləyənin Çıxarılması

(1) Klapan mexanizminin örtüyünü və sapun şlanqını çıxarın.
(2) Hava axını sensoru ilə birləşən şlanqı boşaldın.
(3) Havatəmizləyənin yuxarı və aşağı örtüyünün bərkitmə qısqaclarını çıxarın.

Avtombil (Mühərrik) – Qəbul/çıxış sisteminin yoxlanılması/təmiri

Sorğunun icrası

• Yeni havatəmizləyənlərin dəyişdirilməsi zamanı süzgəclərin səthlərini çirkləndirməyin.

(4) Yığılma zamanı birdəfəli məhsulları dəyişin.
(5) Sökülmənin əksi istiqaməti ardıcıllığı ilə yığın.
(6) Müxtəlif boltlar və qaykalar texniki istismar üzrə kitabçada göstərilmiş momentə müvafiq olmalıdırlar.

2. Havatəmizləyənin yoxlanılması
(1) Havatəmizləyəni sökülmənin əksi istiqaməti ardıcıllığı ilə quraşdırın. Yuxarı və aşağı örtüyün və birləşdirici şlanqın tarımlığını yoxlayın.
(2) Müxtəlif bərkidilmə tərəflərinin təsdiqlənməsindən sonra mühərrikin əməliyyat vəziyyətini və qeyri-normal səsin əmələ gəlməsini yoxlayın.

2. Qəbul manifoldunun dəyişdirilməsi • Təmiri • Yoxlanılması
1. Qəbul manifoldunun dəyişdirilməsi
(1) Mühərrik qapağını çıxarın.

(2) Havatəmizləyənə uyğun xətt və naqilləri çıxarın.

Avtombil (Mühərrik) – Qəbul/çıxış sisteminin yoxlanılması/təmiri

(3) ISA (BGSA), TPS (DQVS), MAP (MHKT) və birləşdiricini çıxarın.
(4) Drosselin gövdəsinə birləşdirilmiş soyutma şlanqını çıxarın.
(5) Qəbul manifolduna bərkidilmiş boltları və qaykaları çıxarın.
(6) Qəbul manifoldunu mühərrikdən çıxarın.
(7) Yığılma zamanı araqatı və birdəfəlik istifadəni dəyişdirin.
(8) Sökülmənin əksi istiqaməti ardıcıllığı ilə yığın.
(9) Müxtəlif boltlar və qaykalar texniki istismar üzrə kitabçada göstərilmiş momentə müvafiq olmalıdırlar.

2. Qəbul manifoldunun yoxlanılması
(1) Qəbul manifoldunda deformasiyaların və çatların olub-olmamasını yoxlayın.
(2) Qəbul manifoldu ilə sıx əlaqədə olan başlığın qəbul dəliyinin səthini yoxlayın.
(3) Qəbul manifoldunu karbon toplanmasını və normal işləməsini yoxlayın.

Avtombil (Mühərrik) – Qəbul/çıxış sisteminin yoxlanılması/təmiri

(4) Qəbul manifoldunun vakuumunu yoxlayın.
(5) Mühərrik işə düşdükdən sonra mühərrikin rpm-ni qəbul manifoldunun ətrafına püskürtülən gövdə təmizləyici mayenin dəyişikliyi üçün yoxlayın.

3. Dəyişən qəbul sisteminin (DQS) dəyişdirilməsi, təmiri, yoxlanılması
1. Dəyişən sistemin yığılmasının yoxlanılması Mövcud təşkilatın dəyişən qəbul sistemini (DQS) texniki istismar kitabçasına müraciət etməklə sökülmə ardıcıllığı ilə sökün, dəyişin və təmir edin və texniki istismar kitabçasında tələb olunduğu kimi yığın və yoxlayın.

Sorğunun icrası

• Nəqliyyat vasitəsinə müvafiq texniki istismar kitabçasına müraciət etməklə, sökülmə proseduruna və iş vəziyyətinə uyğun sökün və yığın.

2. Dəyişən qəbul sisteminin (DQS) dəyişdirilməsi
(1) Mühərrik qapağını çıxarın.
(2) Havatəmizləyənə uyğun xətt və naqilləri çıxarın.
(3) ISA (BGSA), TPS (DQVS), MAP (MHKT) və birləşdiricini çıxarın.

(4) Drosselin gövdəsinə birləşdirilmiş soyutma şlanqını çıxarın.
(5) Dəyişən qəbul sisteminə (DQS) bərkidilmiş boltları və qaykaları çıxarın.
(6) Dəyişən qəbul sistemini (DQS) mühərrikdən çıxarın.

Avtombil (Mühərrik) – Qəbul/çıxış sisteminin yoxlanılması/təmiri

3. Dəyişən qəbul sisteminin (DQS) Yoxlanılması
(1) Dəyişən qəbul sistemində (DQS) deformasiyaların və çatların olub-olmamasını yoxlayın.
(2) Dəyişən qəbul sisteminə (DQS) sıx şəkildə əlavə olunan başlığın qəbul dəliyinin səthini yoxlayın.
(3) Dəyişən qəbul sisteminin (DQS) karbon toplanmasını və normal işləməsini yoxlayın.
(4) Dəyişən qəbul sisteminin (DQS) klapanının işləməsini yoxlayın.
(5) Dəyişən qəbul sisteminin (DQS) vakuum tənzimləyicisinin işləmə vəziyyətini yoxlayın və vakuum sızmasının olub-olmadığını aydınlaşdırın.

Avtombil (Mühərrik) – Qəbul/çıxış sisteminin yoxlanılması/təmiri

(6) Dəyişən qəbul sisteminin (DQS) solenoidinin və müvafi q müqavimət dəyərinin işləməsini yoxlayın.
(7) Dəyişən qəbul sisteminin (DQS) vakuum şlanqını vakuum sızması üçün yoxlayın.
(8) Dəyişən qəbul sisteminin (DQS) solenoid qidalanma gərginliyni və idarəetmə gərginliyini yoxlayın.

4. Dəyişən qəbul motor sistemini dəyişin
Mövcud mühərrikdə dəyişən qəbul motor sistemini dəyişdirdikdən sonra əməliyyat problemlərinin mövcudluğunu yoxlayın və məlumatları ölçməkdən ötrü diaqnoz alətindən istifadə edin.

5. Dəyişən qəbulun vəziyyət sensorunun yoxlanılması
(1) Diaqnoz qurğusunu (MÖB) DLC birləşdiricisinə birləşdirin. Nəqliyyat vasitəsini sazladıqdan sonra mühərrik sistemini seçin.
(2) Özünü diaqnoz funksiyasını istifadə etməklə nöqsanı təsdiqləyin.
(3) Sensor məlumatlarını yoxlayın və həqiqi əməliyyatı təsdiq edin.

6. Dəyişən qəbul sisteminin motor yoxlanılması
(1) Özünü diaqnoz funksiyasını istifadə etməklə nöqsanı yoxlayın.
(2) Sensor məlumatını və həqiqətən işlədiyini yoxlayın.

Avtombil (Mühərrik) – Qəbul/çıxış sisteminin yoxlanılması/təmiri

4. Dönən idarəetmə klapanının (DİK) (DİKdönən idarəetmə klapanı) dəyişdirilməsi, təmiri, yoxlanılması

1. Dəyişən dönən idarəetmə klapanının (DİK) qaydalarına və verilmiş mühərrikin texniki istismar kitabçasına müraciət etməklə sökülmə ardıcıllığı ilə sökün, dəyişin və təmir edin və texniki istismar kitabçasında tələb olunduğu kimi yığın və yoxlayın.

2. DİK-Dönən idarəetmə klapanın vəziyyət sensorunu yoxlayın.
(1) Diaqnoz qurğusunu (MÖB) DLC birləşdiricisinə birləşdirin və müvafiq nəqliyyat vasitəsini seçdikdən sonra mühərrik sistemini seçin.
(2) Özünü diaqnoz funksiyasını istifadə etməklə nöqsanı təsdiqləyin.
(3) Sensor məlumatlarını yoxlayın. əməliyyatı təsdiq edin.

3. DİK- Dönən idarəetmə klapan motorunu yoxlayın
(1) Özünü diaqnoz funksiyasını istifadə etməklə nöqsanı yoxlayın.
(2) Sensor məlumatını və həqiqətən işlədiyini yoxlayın.

Avtombil (Mühərrik) – Qəbul/çıxış sisteminin yoxlanılması/təmiri

5. Drossel gövdəsinin dəyişdirilməsi, təmiri, yoxlanılması

1. Drossel gövdəsinin texniki istismar kitabçası vasitəsilə dəyişdirilməsi, təmiri, yoxlanılması
(1) Drossel gövdəsini texniki istismar kitabçasına müraciət etməklə sökülmə ardıcıllığı ilə sökün, dəyişin və təmir edin və drossel gövdəsini texniki istismar kitabçasında tələb olunduğu kimi yığın və yoxlayın.

2. Drossel gövdəsinin vəziyyət sensorunun (DQVS) yoxlanılması
(1) Diaqnoz qurğusunu (MÖB) DLC birləşdiricisinə birləşdirin, uyğun modeli və sonra mühərrik sistemini seçin.
(2) Özünü diaqnoz funksiyasını istifadə etməklə nöqsanı təsdiqləyin.
(3) Sensor məlumatlarını yoxlayın və həqiqi əməliyyatı təsdiq edin.

3. Drossel gövdəsinin yoxlanılması
(1) Drossel gövdəsinin klapanını yoxlayın.

(2) Drossel gövdəsinin qayıdışını yoxlayın.

Avtombil (Mühərrik) – Qəbul/çıxış sisteminin yoxlanılması/təmiri

4. Boşuna gediş sürətinin idarəetməsinin (BGSİ) yoxlanılması
(1) Diaqnoz qurğusunu (MÖB) DLC birləşdiricisinə birləşdirin, nəqliyyat vasitəsini və sonra mühərrik sistemini seçin.
(2) Özünü diaqnoz funksiyasını istifadə etməklə nöqsanı təsdiqləyin.
(3) Sensor məlumatlarını yoxlayın və həqiqi əməliyyatı təsdiq edin.

5. Boşuna gediş sürətinin idarəetməsinin (BGSİ) icbari sürmə sınağı
(1) Boşuna gediş sürətinin idarəetmə klapanını yoxlayın.
(2) Boşuna gediş sürətinin idarəetmə qayıdış klapanını yoxlayın.

Avtombil (Mühərrik) – Qəbul/çıxış sisteminin yoxlanılması/təmiri

Elektron idarə olunan drossel gövdəsinin (EDS) dəyişdirilməsi, təmiri, yoxlanılması

1. Elektron idarə olunan drossel gövdəsinin texniki istismar kitabçasına uyğun dəyişdirilməsi, təmiri, yoxlanılması
(1) Elektron İdarə Olunan Drossel Gövdəsinin (EDS) qaydalarına və verilmiş mühərrikin texniki istismar kitabçasına müraciət etməklə sökülmə ardıcıllığı ilə sökün, dəyişin və təmir edin və texniki istismar kitabçasında tələb olunduğu kimi yığın və yoxlayın.

※ Nəqliyyat vasitəsinə müvafi q texniki istismar kitabçasına müraciət etməklə, sökülmə proseduruna və iş vəziyyətinə uyğun sökün və yığın.

2. Elektron idarə olunan drossel gövdəsinin (EDS) DQVS yoxlanılması

(1) Diaqnoz qurğusunu (MÖB) DLC birləşdiricisinə birləşdirin, nəqliyyat vasitəsini və sonra mühərrik sistemini seçin.
(2) Özünü diaqnoz funksiyasını istifadə etməklə nöqsanı təsdiqləyin.
(3) Sensor məlumatlarını yoxlayın və həqiqi əməliyyatı təsdiq edin.

3. Elektron idarə olunan drossel gövdəsinin (EDS) motor yoxlanılması
(1) Özünü diaqnoz funksiyasını istifadə etməklə nöqsanı yoxlayın.
(2) Sensor məlumatlarını yoxlayın və həqiqi əməliyyatı təsdiq edin

Avtombil (Mühərrik) – Qəbul/çıxış sisteminin yoxlanılması/təmiri

Maşında sexi necə unudulmaz etmək olar?Avtomobil haqqında 50 maraqlı fakt

Fikirlərinizi bildirin.