Avtombil (Mühərrik) – Mühərrik blokunun diaqnostikası/təmiri

0
0

Avtombil (Mühərrik) – Mühərrik blokunun diaqnostikası/təmiri

İşin məqsədi: Bu modulu bitirdikdən sonra tələbə:

1.Mühərrik blokunun quruluşunu və onun işləmə prinsipini mühərrik blokunun təmiri vasitəsilə izah edəcək;

2.Avtomobil mühərrik blokunu məharətlə sökməyi bacaracaq.

Təcrübə Materialları:

1.Mühərrikin araqatı

2.Yapışqan

3.Toz əsgisi

4.Yuyucu yağ

5.Araqatı

Avadanlıq və Alətlər:

1.Mühərrik stendi

2.Mühərrik yuma qurğusu

3.Sökmə/yığma üçün benzin mühərriki

4.7 yeşikli alət arabası 227 ədədli mexaniki alət dəsti

5.Yığcam alət sandığı dəsti

6.Dirsəkli yüksək məhsuldarlıqlı kombinasiyalı qayka açar dəsti

7.Dinamometrik açar

8.Dilçək mexanizmli kombinasiyalı qayka açar dəsti

9.41 ədədli peşəkar 1/2 dərəcəli öt. yuvalı dəst

10.Super güclü hava mexanizmli qayka açarı

Mövzu ilə əlaqəli biliklər
Təsvir
Mühərrikin işləmə prinsipi

1.Ümumi işləmə prinsipi

Avtombil (Mühərrik) - Mühərrik blokunun diaqnostikası/təmiri

Şəkil 01-1: Enerjiyə çevrilmə

Benzin mühərrikinin məqsədi sizin maşınınız hərəkət edə bilsin deyə, benzinin hərəkətə çevrilməsidir (Şəkil 01-1). Hal-hazırda benzindən hərəkət əldə etməyin ən sadə üsulu mühərrikin daxilində yanmadır. Buna görə də avtomobil mühərriki daxili yanma mühərrikidir, yanma daxildə baş verir.

Daxili yanma mühərriklərinin müxtəlif növləri var. Dizel mühərrikləri bu növlərdən biridir. Benzin mühərrikləri isə bunların başqa bir formasıdır. Hər birinin üstünlükləri və çatışmazlıqları var.

Köhnəlmiş qatarlar və buxar qayıqlarındakı buxar mühərriki xarici yanma mühərrikinə çox yaxşı nümunədir. Buxar mühərrikində yanacaq (kömür, odun, neft, istənilən hər şey) mühərrikin xaricində yanaraq, buxar yaradır və bu buxar mühərrik daxilində hərəkət yaradır.

Şəkil 01-2: Daxili yanma mühərrikinin işləmə prosesi

Daxili yanma xarici yanmadan daha effektlidir (hər milə daha az yanacaq istifadə edir), üstəlik, daxili yanma mühərriki ona ekvivalent olan xarici mühərrikdən daha kiçikdir.

Daxili yanmaya aid ən yaxşı nümunə azadlıq uğrunda aparılan müharibədəki toplardır. Yəqin ki, siz əsgərlərin topu barıt və top mərmisi ilə doldurduqlarını və onu yandırdıqlarını görmüsünüz. Yaranan istilik və qazlar top mərmisini lülədən çox böyük sürətlə çölə itələyirlər.

İstənilən porşenli-hərəkətli daxili yanma mühərriklərinin təməlində istifadə edilən qayda ilə, topun istifadəsindəki əsas qayda eynidir: Əgər siz az miqdarda yüksək enerjili yanacağı (benzin kimi) kiçik bir qapalı məkana qoyub yandırsanız, enerji genişlənən qaz şəklində ayrılacaq (Şəkil 01-2).

2.Taktın iş dövrü (taktlı mühərrikin işləməsi)

Porşenli mühərriklər iki növə ayrılır: 2 taktlı və 4 taktlı. Porşenli mühərrikin prinsipi ondan ibarətdir ki, hava ilə benzinin qarışığı silindrin içinə püskürdülür, qarışıq yanır, yanma qüvvəsi porşeni əks istiqamətdə hərəkətə gətirir, əks hərəkət isə dirsəkli val vasitəsilə fırlanma hərəkətinə dəyişir. Demək olar ki, hal-hazırda bütün maşınlar yanacağı hərəkətə çevirməkdən ötrü 4 taktlı yanma dövründən istifadə edir. 4 taktlı işçi dövr, həmçinin onu 1867-ci ildə kəşf edən Nikolaus Ottonun şərəfinə Otto dövrü (Şəkil 01-3)

kimi də məşhurdur. Qrafikin üfüqi oxu özlüyündə yanma kamerası daxilində təzyiqi, şaquli ox isə yanma kamerasının həcmini təqdim edir.

Avtombil (Mühərrik) - Mühərrik blokunun diaqnostikası/təmiri

Şəkil 01-3: Otto dövrü

Dörd takt bunlardır:

01-4: dörd taktlı dövrlər

1)Sorma taktı (A-B):

Porşen yuxarıdan başlayır, sorma klapanı açılır və porşen aşağıya doğru hərəkət edir. Benzin mühərriklərində mühərrik hava və benzin ilə dolu silindri sorur. Dizel mühərriklərində yanma kamerasına yalnız hava sorulur (Şəkil 01-4).

2)Sıxma taktı (B-C):

Porşen yanacaq/hava qarışığını sıxmaqdan ötrü geriyə doğru hərəkət edir və beləcə, təzyiq və temperatur yüksəlir. Yanacaq qızmış havanın sıxması nəticəsində buxarlanır. Benzin mühərrikində sıxılma dərəcəsi təqribən 10:1, dizel mühərrikində isə təqribən 25:1 nisbətindədir.

3)Alışma/ Yanma taktı (C-D):

Porşen, həmçinin “yuxarı ölü nöqtəyə” (YÖN) öz taktının zirvəsinə çatır. Benzin mühərriklərində yanma alışdırma şamlarının yaratdıqları elektrik qığılcımı vasitəsilə yerinə yetəcək. Dizel mühərriklərində yanacaq bilavasitə yanma kamerasına, porşen YÖN-ə çatmadan əvvəl püskürdülür, hava ilə yanacaq qarışığı sıxılma istiliyi ilə yanır. Qarışıq, alışma zamanı tam yanmır. Nəticədə, yanma kamerasının daxilində yaranan alışmadan maksimal təzyiqə qədər azacıq yubanma baş verir. Silindrin daxilində hava/yanacaq qarışığı partlayaraq, porşeni aşağıya doğru hərəkət etdirir.

4)Xaricetmə taktı (D-E):

Porşen, həmçinin “aşağı ölü nöqtə” (AÖN) adlanan öz taktının aşağı hissəsinə düşdükdə, xaricetmə klapanı açılır, işlənmiş qazlar isə ixrac qaz borusu vasitəsilə xaric olmaqdan ötrü silindri tərk edir.

İndi mühərrik növbəti dövrə hazırdır, buna görə də, bir dəfə də hava və qaz yüklənməsini götürür.

3.Mühərrikin təsnifatı:

Avtombil (Mühərrik) - Mühərrik blokunun diaqnostikası/təmiri

Şəkil 01-5: Mühərrikin təsnifat diaqramı

Şəkil 01-6: Yanma kamerasının həcmi üzrə düstur

Mühərrikin ölçüsü yerdəyişmə həcmi ilə təqdim olunmuşdur. Silindrin yerdəyişməsi aşağı ölü nöqtədən (AÖN) yuxarı ölü nöqtəyə (YÖN) doğru hərəkət edən porşeni olan müəyyən bir silindrin həcmidir. Bir mühərrikin ümumi yanma həcmi bütün silindrlərin həcmlərinin cəminə bərabərdir. Silindrin yerdəyişmə həcmi çarpaz kəsim sahəsinin silindrin taktına hasili vasitəsilə hesablanır.

Çarpaz kəsim sahəsi silindrin diametri üzrə hesablanır. Dəlik və takt hər bir mühərrikdə fərqlənə bilər, hətta onlar eyni sayda silindrə və mühərrik həcminə malik olsalar belə. Bu, müxtəlif dəlik və taktlara görə baş verir. Mühərrikin həcmi sm³ vahidi ilə verilmiş və ya 1-də ifadə olunmuşdur.

Sıxılma əmsalı silindrin həcminin yanma kamerasının həcminə bölünməsi yolu ilə hesablanır (Şəkil 01-6). Porşen yuxarı ölü nöqtədə olanda (YÖN), yanma kamerasının həcmi porşen ilə silindr başlığının arasındakı məsafədir.

 Qısa takt: qısa takt böyük gücə və yüklənməyə malik mühərriklərdən ötrü istifadə olunur. Takt/dəlik nisbəti 1-dən kiçikdir, bu o deməkdir ki, takt dəlikdən kiçikdir.

 Uzun takt: uzun takt mühərrikin yüksək fırlanma anını əldə etməkdən ötrü istifadə olunur. Takt/dəlik nisbəti 1-dən böyükdür, bu o deməkdir ki, takt dəlikdən böyükdür.

 Kvadrat takt: takt/dəlik nisbəti 1-dir, bu o deməkdir ki, takt dəliyə bərabərdir.

4.Mühərrikin gücü və fırlanma anı

Mühərrikin əsas cəhətləri mühərrikin gücü və fırlanma momenti kimi iki əsas faktorla təqdim olunub. Bir qayda olaraq, mühərrikin məhsuldarlığının ən vacib elementi, həmçinin at gücü (a.g.) adlanan səmərəliliyidir (güc). At gücü müəyyən vaxt ərzində görülən iş həcmini bildirən işin effektivliyidir.

Avtombil (Mühərrik) - Mühərrik blokunun diaqnostikası/təmiri

Şəkil 01-7: Mühərrikin gücü və fırlanma anı

Bu anlayış İngiltərədə buxar mühərrikini kəşf etmiş Ceyms Vatt tərəfindən irəli sürülmüşdür. Bir at gücü (a.g.) 75kq-ı bir saniyə ərzində 1 metr məsafəyə dartmaq üçün lazım olan gücdür (Şəkil EN01-7).

At gücü üçün ən çox istifadə olunan ixtisar Alman sözü “Pferdestärke”-dən götürülmüş PS-dir. Mühərrikin gücü hal-hazırda kVt ilə göstərilir. Beynəlxalq vahidlər sistemində BS-də, Vt-ı (vatt) təmsil edən PS təqribən 735,4 Vt-dır. Beləliklə, 100PS 73,5 kVt və ya 100 kVt 136PS-dir. Bəzən siz texniki təfsilatda kVt/rpm vahidindən əvvəl yazılmış (Net) və ya (Gross) kimi əlavə sözlərlə qarşılaşırsınız. Gross dəyəri mühərrik avtomobildən çıxarıldığı zaman mühərrikin təmiz gücüdür,

Net dəyəri isə mühərrikin avtomobilə quraşdırıldığı zaman gücüdür. Benzin mühərriki üçün Net dəyəri Gross dəyərdən 15% azdır. Bu, ötürülmə qutusunun, şinlərin və s.-in sürtünmə qüvvəsinə görə baş verir. Əgər heç bir bildiriş yoxdursa, o zaman böyük dəyər Gross olacaq. Mühərrikin gücü bu zamanın funksiyasıdır.

Mühərrikin gücü rmp-ə mütənasib olaraq artacaqdır, çünki zaman ərzində rmp yüksələrsə, işin miqdarı artar. Lakin müəyyən dəyərdən yuxarı fırlana bilməyən dinamik hissələrə görə rpm-də və güc səmərəliliyində məhdudiyyətlər var. Buna görə də, maksimal səmərəlilik gücü rmp ilə işarə olunur, məsələn: 6000 rpm-də 100kVt.

Fırlanma momenti özlüyündə bolt, şin, dirsəkli val və s. kimi fırlanma komponentinə tətbiq edilən burma qüvvəsini ehtiva edir. Bu, təkcə tətbiq edilən qüvvədən deyil, qüvvənin təsir etdiyi qolun uzunluğundan da asılıdır. Təyinatına görə fırlanma anı qüvvənin qola, rotorun mərkəzindən qüvvənin tətbiq olunduğu nöqtəyə qədər uzunluğunun hasilinə bərabərdir.

Mühərrikdə fırlanma anı, porşenin getdiyi qüvvənin dirsəkli valın boynunun mərkəzindən, dirsəkli valın mərkəzinə qədər olan məsafə ilə hasilinə bərabərdir. Beləliklə, fırlanma momentinin böyüklüyü porşenin sürgü qolunu sıxdığı qüvvə, yəni yanma qüvvəsi tərəfindən müəyyən olunur.

Fırlanma momentinin səmərəlilik qrafiki özlüyündə müəyyən rpm-də porşenlərin dirsəkli vala tətbiq etdikləri qüvvəni ehtiva edir. Bu qüvvə təkərə ötürüləcəyi üçün, əgər mühərrikin fırlanma momenti aşağı olarsa, nəqliyyat vasitəsinin yekun qüvvəsi aşağı olacaqdır. Və əksinə, mühərrikin fırlanma momenti yüksək olduqda, yekun qüvvə də yüksək olacaq.

Fırlanma momentinin səmərəliliyi bir çox faktorlarla, əsasən silindrə sovrulan havanın miqdarı ilə müəyyən olunur. Sovrulan havanın miqdarı ilə mühərrikin rpm-i arasındakı əlaqəni nəzərə alaraq, mühərrik aşağı fırlanma sürətinə malik olduqda, porşenin hərəkəti də yavaşlayır, sovrulan havanın miqdarı da azalır.

Mühərrik yüksək fırlanma sürətinə malik olduqda, porşenin hərəkəti sürətli olur, sovrulan havanın miqdarı da çoxalır. Lakin əgər mühərrik çox yüksək sürətlə fırlanarsa, sorma klapanı müvafiq hava miqdarının silindrə sovrulmasından qabaq bağlana bilər. Bu halda, taktda sovrulan hava miqdarı (həcm əmsalı) azalır, bu da mühərrikin fırlanma momentinin enməsinə səbəb olur.

5.Mühərrikin komponentləri

Avtombil (Mühərrik) - Mühərrik blokunun diaqnostikası/təmiri

Şəkil 01-8: Mühərrikin komponentləri

Mühərrik aşağıdakı əsas komponentlərdən ibarətdir:

 Dirsəkli val, karterin bərkidilmə pəncəsi, porşen və sürgü qolundan mühərrik bloku

 Paylayıcı val yastıqları, klapanlar və qazpaylama mexanizmindən ibarət silindr başlığı

 Qəbul Sistemi

 Xaricetmə Sistemi

 Yağlama Sistemi

 Soyutma Sistemi

 Turbokompressor kimi köməkçi sistemlər

MÜHƏRRİK BLOKUNUN ÇIXARILMASI
Təcrübə mərhələləri:

1.Nəqliyyat vasitəsindən mühərriki və aparıcı körpü ilə dəst halında olan ötürmə qutusunu çıxarın.

2.Boltları boşaldaraq, transmissiyanı mühərrikdən və aparıcı körpü ilə dəst halında olan ötürmə qutusundan çıxarın.

3.Nazim çarx boltlarını çıxarın, daha sonra nazim çarxı dirsəkli valın flansından ayırın.

4.Qazpaylama mexanizminin qayış montaj dəstini çıxarın.

5.Qəbul və xaricetmə manifoldlarını çıxarın.

6.Silindr başlıq dəstini çıxarın.

7.Yanacaq alışdırma nasosunu çıxarın.

BİLDİRİŞ:

Yanacaq alışdırma nasosuna zərbə endirməməkdən ötrü ehtiyatlı olun, çünki bu, yanacaq alışdırma nasosunun nasazlığına səbəb ola bilər. Alışdırma nasos ulduzcuq çıxarıcını və ya başqa bir müvafiq alət istifadə etməklə, ulduzcuğu alışdırma nasosundan çıxarın.

8.Kompressor dirsəyini çıxarın (A).

9.Sol balansın val qapağını çıxarın (A).

Avtombil (Mühərrik) - Mühərrik blokunun diaqnostikası/təmiri

10.Silindr blokuna sol tərəfdən bir mil (A) daxil edin və sol balans val ulduzcuğunu çıxarın.

11.Sol balans val ulduzcuğunu (A) və araqatını (B) çıxarın.

Avtombil (Mühərrik) - Mühərrik blokunun diaqnostikası/təmiri

12.Ön yuxarı qapağı (A) və sol balans valını (B) çıxarın.

13.Su nasosunu çıxarın.

14.Yağ altlığını çıxarın (A).

Avtombil (Mühərrik) - Mühərrik blokunun diaqnostikası/təmiri

15.Yağ torunu çıxarın.

16.Silindr blokundakı tıxacı çıxarın və sağ balans valının fırlanmasının qarşısını almaqdan ötrü vint açanı daxil edin.

Avtombil (Mühərrik) - Mühərrik blokunun diaqnostikası/təmiri

17.Sağ balans valının aparıcı çarxının ulduzcuğunu çıxarın (A).

18.Tıxac qapağını (A) və sağ balans valının aparıcı çarxının boltunu çıxarın.

Avtombil (Mühərrik) - Mühərrik blokunun diaqnostikası/təmiri

19. Ön qapağı (A) və sağ balans valını çıxarın (B).

20.Balans val çarxının qapağını çıxarın (A), daha sonra aparıcı çarxı (B) və aparılan çarxı (C) çıxarın.

21.Arxa kipkəc korpusunu (A) çıxarın.

İNSPEKSİYA VƏ QURAŞDIRMA PORŞENİ

Təcrübə mərhələləri:

1.Deformasiya və ya çatlaq üçün porşeni yoxlayın.

2.Porşenin üst hissəsindən 68,7 (2.7in.) mm bir nöqtədə porşenin diametrini ölçün. Üç standart ölçülü porşen vardır. Porşenin üstündə hərf möhürlənmişdir. Hərflər həmçinin silindrin diametr ölçüləri boyda blokda möhürlənmişdir.

Avtombil (Mühərrik) - Mühərrik blokunun diaqnostikası/təmiri

Silindrin diametri

91.10 ~ 91.13mm (3.5866 ~ 3.5878in.)

3.X və Y köhnəlmə və nazikləşməsini hər silindrdə üç səviyyədə ölçün. Əgər hər hansı silindrdə ölçülər silindrin (Əvvəlki baxmaq) diametrinin standart dəyəri həddini keçirsə, bloku əvəz edin.

Səviyyə 1: Üst Ölü nöqtədə 1 nömrəli porşen üzüyünün vəziyyəti

Səviyyə 2: Silindr mərkəzi

Səviyyə 3: Silindrin altlığı

4.Silindrin çapılmış və ya cızılmış dəlikləri cilalanmış olmalıdır.

5.Blokun yuxarı hissəsinin əyriliyini yoxlayın. Qıraqları boyu və mərkəz üzrə ölçün.

Mühərrik blokunun əyriliyi

Mühərrik blokunun əyriliyi: 0.05mm (0.0020in.)

Xidmət Limiti: 0.10mm (0.004in.)

  1. Silindrin dəliklərini yuyun.

Silindrin cilalanması

Yalnız xamıt və ya silindrin cızılmış borusu cilalanmalıdır.

1)Silindrin dəliklərini ölçün. Əgər blok təkrar istifadə olunacaqsa, silindrləri cilalayın və dəlikləri yenidən ölçün.

2)Silindrin dəliklərini cilalama yağı və xırda daşla cilalayın. Köhnəlmiş və ya sındırılmış daşlardan istifadə etməyin.

3)Cilalanma başa çatdıqda bütün metal hissəciklərin mühərrikinin blokunu ciddi şəkildə təmizləyin.

Silindrin dəliklərini isti sabunlu su ilə yuyun, sonra qurudaraq dərhal yağlayın ki, paslanmanın qarşısı alınsın. Heç vaxt həlledicidən istifadə etməyin, o silindrin divarlarında çınqılları yenidən dağıdacaq.

2.Silindrin dəliklərinin nahamarlığını yoxlayın. Əgər silindrlərin dəliklərində xidmətin hüdudu çərçivəsində (mümkün olacaq qədər) cilalanmadan sonra çapılma və sıyrıntılar hələ də mövcuddursa, silindrin blokunu təkrar deşin. Bəzi yüngülvari şaquli çapılma və sıyrıntılar qəbul ediləndir, əgər şaquli çapılma və sıyrıntılar dərin deyilsə, sizin dırnağınıza ilişmirsə və dəliyin bütün uzunluğu üzrə keçmirsə.

TƏKRAR QURAŞDIRILMA

1.Yağ püskürtücüsünü quraşdırın(A).

Sıxma torku

30 ~ 35Nm (300 ~ 350kgf.cm, 22 ~ 26lbf.ft)

2.1 qat mühərrik yağını əsas podşipniklərə çəkin.

Avtombil (Mühərrik) - Mühərrik blokunun diaqnostikası/təmiri

3.Silindr blokunda podşipnik yarımlarını quraşdırın.

4.Dirsəkvarı valı (A) silindr blokuna yerləşdirin.

5.Əsas podşipnik qapaqlarını (A) və podşipnikləri quraşdırın.

Sıxma torqu

75 ~ 85Nm (750 ~ 850kgf.cm, 55.3 ~ 62.7lbf.ft

Avtombil (Mühərrik) - Mühərrik blokunun diaqnostikası/təmiri

6.Mühərrikin vaxtı tənzimləyən saat kəməri tərəfi ilə üzləşən işarələr (A) qoyun.

7.Porşenin milini (A) daxil edin. Porşeni və birləşdirən qolu eyni tərəfdə ön işarələri ilə birləşdirin.

Avtombil (Mühərrik) - Mühərrik blokunun diaqnostikası/təmiri

8.Porşeni silindrdə yerləşdirin və çəkicin taxta qolunu istifadə edərək onu vurun. Silindr çuxuruna daxil edilməzdən əvvəl üzüklərin genişlənməsinin qarşısını almaq üçün üzük kompressorunda aşağı güc tətbiq edin.

9.Üzük kompressorun sərbəst buraxılmasından sonra dayanın və porşeni yerinə itələməzdən əvvəl qol ilə krankın uyğunluğuna diqqət edin.

10.Mühərrik yağı bolt ipliklərinə tətbiq olunduqdan sonra qol qovşaqlarını (A) porşen (B) ilə quraşdırın.

Avtombil (Mühərrik) - Mühərrik blokunun diaqnostikası/təmiri

Sıxma torku

45 ~ 48Nm (450 ~ 480 kqf.cm, 33.2 ~ 35.4 lb.f.)

Gil vasitəsi ilə avtomobilin təmizlənməsiAvtomobilinizdə ideal təmizliyi təmin edəcək 14 hiylə

Fikirlərinizi bildirin.