Avtombil (Mühərrik) – Mexaniki Dizel Püskürmə Sisteminin Diaqnozu (BOSCH sıralı)

128

Avtombil (Mühərrik) – Mexaniki Dizel Püskürmə Sisteminin Diaqnozu (BOSCH sıralı)

Təlim Məqsədləri

• Texniki təmir təlimatlarına uyğun olaraq yanacaq sisteminin quruluşunu təyin edin və hissələrə ayırma və birləşdirmə ardıcıllığına əsasən uyğun hissələri dəyişdirin.

• Yanacaq blokunun əlaqədar hissələri texniki təmir təlimatlarına uyğun olaraq təmir edilə bilər.

• Yanacaq sisteminin sxemini təyin edin.

• Yanacaq sistemi, yanacaq sisteminin diaqnostik təhlilinin nəticələrinə əsasən təmir edilə bilər.

• Yanacaq sistemi texniki təmir təlimatlarına uyğun olaraq diaqnostik avadanlıqlardan istifadə etməklə yoxlanıla bilər.

• Yanacaq sisteminin normal şəkildə işləyib-işləmədiyini müəyyənləşdirmək mümkündür.

• Yanacaq sisteminin sızmaya qarşı sınaq prosedurları tətbiq edilə bilər.

• Fəaliyyətdən sonra yanacaq qurğusunun istismar keyfiyyətlərini yoxlaya bilərsiniz.

Mövzu ilə əlaqəli biliklər
1. Yanacaq sisteminin konfiqurasiyası

Yanacaq sistemi yanma üzrə zəruri qaz qarışımı yaratmaq üçün mühərrikin əsas yardımçı qurğusudur və mühərrikin tutumu, yanma səmərəliliyi, zərərli işlənmiş qaz generasiyası kimi mühərrikin istismar keyfiyyətinə birbaşa təsir edir. Yanacaq qurğusuna yanacaq saxlama çəni, yanacaq tərkibindəki zərərli qarışıqları təmizləmək üçün yanacaq süzgəci, yanacaq təmini üçün yanacaq nasosu, yanacaq boruları və s. daxildir.

Yanacaq sisteminin yoxlanılması üçün profilaktik tədbirlər

Yanacaq sistemi mühərrikə birbaşa təsir edən hissədir. Uyğun hissələri dəyişdirərkən, təmir edərkən və yoxlayarkən nəqliyyat vasitəsinin texniki təmir kitabçasına uyğun olaraq dəyişdirmə, təmir və yoxlanış üsullarına riayət edərək tətbiq edin. Yoxlamalar apararkən qanuni tənzimləmələrlə heç bir ziddiyyətin olmadığına əmin olun. Yanacaq sisteminin bəzi tərkib elementləri müntəzəm dəyişmə tələb edir. Odur ki, texniki təmir, yanacaq qurğularının dəyişdirilməsi və təmiri üzrə qaydalar və üsullara uyğun olaraq həyata keçirilməlidir.

2. Yanacaq qurğularının dəyişdirilməsi və yoxlama detalları

Yoxlama prosesi yanacaq sisteminin normal fəaliyyətini təsdiqləməklə və nəqliyyat vasitəsinin təhlükəsizliyini təmin etməklə, eləcə də qabaqcadan minik vasitəsinin tutumu və zərərli işlənmiş qazla bağlı problemləri bloklamaqla nəqliyyat vasitəsinin təhlükəsiz fəaliyyətini təmin edən zəruri prosedur xarakteri daşıyır. Burada yanacaq nasosu və yanacaq süzgəcinin əvəz edilməsi.

Yanacaq blokunun dəyişilməsi, təmiri və yoxlanışı
Təcrübə materialları:

• Müştəri razılaşması, iş prosesi diaqramı, texniki xidmət prosesinə baxış üzrə hesabat, qiymətləndirmə, hər bir nəqliyyat vasitəsi üçün texniki xidmət üzrə yönəldici

Avadanlıq və alətlər:

• Hava alətləri, əl alətləri, ölçü alətləri, diaqnostika alətləri, hissələrə ayırmaq və quraşdırmaq üçün dinamometrik açar kimi xüsusi alətlər, təhlükəsizlikdən qoruma avadanlıqları, çilingər işi, təmizləmə avadanlıqları

Təcrübə təhlükəsizliyi və ehtiyat tədbirləri:

• Təlimə başlamazdan öncə təlim təhlükəsizliyini təmin edin, yanğın hadisələrinə qarşı hazır
olmaq üçün yanğın söndürmə qurğusunu hazırlayın və yanğın təhlükəsinin qarşısını almaq üçün neft kimi yanan maddələri ayrıca təhlükəsiz bir yerdə saxlayın.

• Çalışma ərzində alətləri və digər əşyaları atmayın.

• Ağır bir obyekt qaldırarkən həmin obyekti kuzaya yaxınlaşdırmaq və orta hissəyə endirmək üçün belinizin əvəzinə dizinizi bükün.

• Əgər yerdə neft və ya yağ varsa həmin hissəni təmizlədikdən sonra işə başlayın.

• Bolt və qaykaları bərkidərkən həddindən artıq güc sərf etmədən göstərilən burucu momentlə sıxın.

• İş zamanı qoruyucu eynəklərdən istifadə edin ki, toz və ya mikro-maddələrin ətrafa saçılmasıyla xarici cisimlər gözlərin kor olmasına səbəb ola bilər.

• İş yerində zərurət halında qoruyucu ayaqqabılar geyinin və tozlu mühitdə çalışarkən toz maskalarından istifadə etməlisiniz.

• Nəqliyyat ətrafında insanlar və ya maneələr olduqda avtomobil liftləri qaldırılıb və ya endirildikdən sonra təhlükəsiz fəaliyyət göstərir.

• Xəta yaranması halında, cihazdan istifadəni dərhal dayandırın.

• Bütün tərkib elementləri, hissələrə ayırma və ya birləşdirmə qaydalarına uyğun olaraq hissələrə ayrılır və birləşdirilir.

Təcrübə mərhələləri
Dizel yanacaq sistemi (sıralı dizel püskürmə sistemi)

Dizel yanacağı təzyiq sonunda sıxılmış havanı formalaşdırmaq üçün sadəcə hava ilə kompressiya olunan sıxılmış hava əsaslı təbii yanma sistemidir və həmin yanacaq, kompressiya sonunda (sıxma sonu temperatur: təxminən 500-550℃ dərəcə) püskürdülən yüksək təzyiqli yanacaq vasitəsilə havanın sıxılma istiliyi ilə öz-özünə alışır.

Avtombil (Mühərrik) – Mexaniki Dizel Püskürmə Sisteminin Diaqnozu (BOSCH sıralı)

1. Yanacaq Doldurma Nasosu

(1) Birbaşa yüksək təzyiqli püskürmə nasosu üzərində quraşdırılmış və yüksək təzyiqli püskürmə nasosunun paylayıcı valı üzərində ekssentrik yumruq vasitəsilə mexaniki olaraq fəaliyyət göstərən qurğu

(2) Yanacaq çənindən yanacaq doldurmaq və onu süzgəc vasitəsilə yüksək təzyiqli püskürmə nasosunun aşağı dərəcəli hissəsinə ötürmək.

Avtombil (Mühərrik) – Mexaniki Dizel Püskürmə Sisteminin Diaqnozu (BOSCH sıralı)

(3) Yanacaq nasosunun verilmə təzyiqi, təxminən 2~3kqq /sm2.

(4) Doldurma nasosu, püskürmə nasosunun gövdəsi üzərinə montaj edilir və püskürmə nasosunun paylayıcı valı vasitəsilə idarə olunur. Nasosla bağlı təlimatda olduğu kimi, mühərrik dayandığı zaman yanacaq çənindəki yanacaq, yanacaq püskürmə nasosuna ötürülür və ya hava vasitəsilə yanacaq kəmərinə buraxılır.

(5) Yanacaq kəmərində hava olduqda dizel tərkibli mühərriklər işə salınmamalıdır. Odur ki, doldurma nasosu hərəkətə gətirilməli və havanın boşaldılması “yanacaq nasosu, yanacaq süzgəci, püskürmə nasosu” qaydasında olmalıdır.

2. Yanacaq Süzgəci

(1) Bu, avtomobilə verilən yanacağın tərkibindəki toz və su kimi zərərli qarışıqları təmizləyir və mühərriki təmiz yanacaqla təmin edir.

(2) İnjektorlara xarici maddələrin qarışması səbəbi ilə yanacaq süzgəci, nasos ucluqları kimi
(plunjerin yeyilməsinin və forsunka deşiyinin tutulmasının qarşısını alır) yanacaq qurğularının funksiyasının pisləşməsinin qarşısını alır.

(3) Bu, mühərrikin ömrünü uzadır və yanacağın tamamilə yanması ilə atmosfer vəziyyətinin yaxşılaşmasına kömək edir.

(4) Yanacaq süzgəcinin fəaliyyəti, 0.01 mm və ya daha artıq ölçüdəki zərərli qarışıqları süzməkdən ibarət olmalıdır.

3. Sərbəst Tipli Yanacaq Nasosu

(1) Bir yanacaq nasosunun gövdəsində nasos hissəsi mühərrikin silindrlərinin sayına bərabər şəkildə quraşdırılır.

(2) Nasos hissəsi püskürmə forsunkasına və hər bir silindrə uyğun olaraq püskürmə borusuna birləşdirilir.

(3) Baxmayaraq ki, quruluşca mürəkkəb və tənzimləmə baxımından mürəkkəbdir, lakin çoxsilindrli mühərrik və yüksək sürətlə fırlanan mühərrik üçün uyğundur.

(4) Püskürmə nasosunun paylayıcı valı, dirsəkli valdan güc alaraq fırlandıqca, püskürmə qaydasına əsasən hər bir silindrə uyğun olaraq yanacaq forsunkaya ötürülür.

(5) Püskürmə nasosu əsasən üç hissəyə ayrılır: nasos bölməsinin işləyən hissəsi, püskürdülən yanacaq miqdarını avtomatik olaraq idarə edən qurğu və yanacağın püskürmə müddətini tənzimləyən nizamlayıcı qurğu.

(A) Paylayıcı val
1) Püskürmə Nasosunun Paylayıcı Valı

Bu, dirsəkli val vasitəsilə idarə olunur və yanacaq nasosunu və plunjeri hərəkətə gətirir. Paylayıcı valın fırlatma sürəti, dirsəkli valın fırlatma sürətinin yarısı ilə fırlanır və dirsəkli valın fırlatma sürəti iki gedişli mühərriklə eynidir.

(B) İtələyici

Nasos gövdəsi yivli deşiyə quraşdırılır və plunjeri yumruqcuq vasitəsilə yuxarı və aşağı hərəkət etdirmək üçün fəaliyyət göstərir.

1) İtələyici interval

A) Plunjer yumruqcuğun hərəkəti ilə ən yüksək mövqeyə qaldırılanda plunjer başlığı və plunjerin yuxarı səthi arasındakı araboşluğu təmizlənir.

B) Klapanın çubuğu ilə itələyici arasındakı ara boşluğu ümumiyyətlə 0.5mm-dir.

C) Yanacaq püskürmə intervalı sabit olmadıqda klapanın çubuğu ilə itələyici arasındakı ara boşluğunu tənzimləyin.

D) İtələyici interval geniş olarsa, yumruqcuğun işəsalma hərəkəti ləngidilir və yumruqcuğun hərəkətinin sonu isə sürətləndirilir.

E) Klapanın çubuğu ilə itələyici arasındakı ara boşluğunu nizamlayıcı vintdən istifadə olunaraq standart itələyici qurğu həmin boşluğu tənzimləyir.

Avtombil (Mühərrik) – Mexaniki Dizel Püskürmə Sisteminin Diaqnozu (BOSCH sıralı)

(C) Nasos hissəsi
1) Plunjer silindri:

Dizel mühərrikinin plunjer silindri mühərrikin silindrinə uyğundur və yanacaq nasosundan təmin edilmiş yanacağı qəbul edən bir silindrdir. O, fırlanmasın deyə, bərkitmə ştifti və ya vint vasitəsilə yanacaq püskürmə nasosu gövdəsinin yuxarı hissəsinə quraşdırılır və basma klapan saxlayıcısı ilə bərkidilir.

2) Plunjer:

Plunjer, yanacağı kompressiya etmək üçün nasos gövdəsinə bərkidilən plunjer silindrində yuxarı və aşağı hərəkət edir və onu püskürmə forsunkasına ötürür.

A) Plunjer yayının funksiyası :

Plunjer yayı, plunjeri qaytarmağa xidmət edir. Yumruqcuğun hərəkəti tamamlandıqdan
sonra yayın tarımlığı zəif olduqda plunjerin geri qayıdışı hamar olmur.

B) Nümunəvi idarə:

Yumruqcuğun hərəkəti ilə plunjerin aşağı ölü nöqtədən hərəkət etdiyi və plunjer silindrində təzhiz edilən yanacaq deşiyi bağlanana qədər plunjerin yuxarı səthinin hərəkət etdiyi məsafəyə görə yanacaq verilməzdən qabaqkı hazırlıq dövrü.

C) Effektiv idarə:

Plunjerin yuxarı səthində yerləşən takt, yumruqcuq hərəkəti vasitəsilə plunjer silindrinin yanacaq dəliyini bağlayır, sonra isə dolama kanalı qanovu yanacaq deşiyi ilə üst-üstə düşənə qədər plunjerin hərəkət məsafəsini qapayır. Effektiv takt, nizamlayıcı reyka ilə fırlanan plunjer bucağı vasitəsilə dəyişdirilir. Effektiv takt uzandıqca, püskürən yanacaq miqdarı artır. Effektiv takt qısaldıqca, püskürən yanacaq miqdarı azalır.

4. Yanacaq Nizamlayıcı Struktur

Nizamlayıcı reyka, nizamlayıcı dişli çarx və nizamlayıcı plunjer borucuğu, eləcə də nizamlayıcı dişli çarx və nizamlayıcı borucuğun vəziyyətini dəyişməklə, püskürmə vəziyyətinə nəzarət edin.

(1) Nizamlayıcı Reyka

Nizamlayıcı qurğu vasitəsilə düz hərəkət, nizamlayıcı dişli çarxa və ya akseleratora (sürətləndirici rəqs). Belə ki, maksimum püskürmə miqdarından da yüksək dərəcədə püskürdüləcək yanacağın qarşısı alınır.

(2) Nizamlayıcı Dişli çarx

Bu, sıxıcı boltla nizamlayıcı borucuğa bərkidilir və nizamlayıcı reykaya qoşulur. Nizamlayıcı reykanın xətti hərəkəti fırlanan hərəkətə çevrilir və nizamlayıcı borucuğa ötürülür.

(3) Nizamlayıcı Borucuq

Nizamlayıcı dişli çarxın fırlatma hərəkəti plunjerə ötürülür. Yanacağın püskürmə miqdarı, plunjerin effektiv taktını dəyişməklə tənzimlənir.

(4) Basma Klapanı | rolu

Dizel mühərrikindən yanacaq püskürdüyü zaman yanacaq axını üçün kanal açılır və püskürmə sonunda yanacaq təzyiqi sürətlə azalır.

(A) Daha sonra yəni yanacaq püskürməsi tamamlandıqdan sonra forsunka ucluğu üzərində yanacaq damlası formalaşır və yanma kamerasına düşür.

(B) Qalıq təzyiqi işlək vəziyyətdə saxlayın və yanacağın əks axının qarşısını alın.

5. Püskürmə Forsunkaları

Avtombil (Mühərrik) – Mexaniki Dizel Püskürmə Sisteminin Diaqnozu (BOSCH sıralı)

(1) Püskürmə Forsunkasının Vəziyyəti

(A) Alovlanmanı asanlaşdırmaq üçün yanacağın hissəcikləri kiçik fraksiyalar formasında püskürdülməlidir.

(B) Tozlanma, yanma kamerasında düzgün şəkildə paylanmalıdır.

(C) Onlar çətin şərtlər altında uzunmüddətli istifadə üçün dayanıqlı olmalıdır.

(D) Yanacaq püskürmənin sonunda tamamilə kəsilməlidir və daha sonra yanacaq damlası ilə bağlı heç bir təsir meydana gəlməməlidir.

Püskürmə borusunun montajı

1. (A) Püskürmə borusunu çıxarılma üsulunun əks qaydasında montaj edin.

2. Püskürdücü ucluğu dəyişdirmək

Tətbiq növü

• Püskürmə borusu püskürmə nasosunun buraxma borusu ilə birləşdirilən yüksək təzyiqli kəmərdir. Püskürmə borusu yanacaq püskürməsinin gecikməsini azaltmaq üçün mümkün qədər qısa olmalıdır. Püskürmə borusu poladdan hazırlanır və quraşdırılmış ştuser, yüksək təzyiqli yanacaq sızmasının qarşısını almaq üçün möhkəm şəkildə qoşulmalıdır.

(1) Püskürmə borusunu püskürdücü forsunka gövdəsindən çıxarın.

(2) Qaytarma borusunu, püskürdücü forsunka gövdəsindən ayırın.

(3) Ağzıaçıq qayka açarından istifadə etməklə püskürdücü forsunka gövdəsini forsunka gövdəsi qapağından ayırın.

Avtombil (Mühərrik) – Mexaniki Dizel Püskürmə Sisteminin Diaqnozu (BOSCH sıralı)

Tətbiq növü

• Yanacaq qaytarma borusunu bərkitmədən qaykanı söküb açın, həmin borunu bərkitdiyinizə əmin olun və onu boşaldın.

(4) Çıxardılan püskürdücü forsunka gövdəsinə görə silindr sayını təyin edin ki, silindr ucluğunu ayırd etmək mümkün olsun.

(5) Çıxarılmış forsunka gövdəsini təmizləyici yağla təmizləyin.

(6) Püskürdücü ucluğu çıxarılma üsulunun əks qaydasında montaj edin.

3. Püskürmə nasosunun dəyişdirilməsi

(1) Püskürmə nasosunun çıxarılması (ötürücü növ)

(A) Batareya (-) klemini çıxarın və mexanik yerindən ayırın.

(B) PVC şlanqını işəsalma kollektor qurğusunu və forsunka qapağını çıxarın.

(C) Yanacaq dayandırıcı klapan üzrə induktiv vericini və drossel qapağının vəziyyəti üzrə verici konnektoru (A / T nəqliyyat vasitəsi) birləşdirin.

(D) Təcil trosu və drossel qapağının trosunu çıxarın.

(E) Yanacaq püskürmə borusunu çıxarın.

(F) Vakuum şlanqı və yanacaq verici şlanqı çıxarın.

(G) Yağ təmizləyici qurğunu və sərinləşdirici ventilyatoru, su nasosunu çıxarın.

(H) Dirsəkli val qasnağı və karterin altlığını çıxarın.

(I) Yanacaq püskürmə nasosunun qapağını və plomb diskini çıxarın.

(J) Nizamlayıcı ötürmə qurğusunun qapağını çıxarın.

(K) Nizamlayıcı ötürmə qurğusunun paylayıcı valın fırlanma hərəkətinin qarşısını almaq üçün birləşdirici flans gövdəsini paylayıcı vala birləşdirin.

(L) Birləşdirici dartıdan istifadə etməklə yanacaq nasosunun bərkidici qaykasını boşaldın.

(M) Ötürmələri dəyişdirmə lingindən istifadə etməklə yanacaq nasosunu çıxarın (yanacaq püskürmə nasosunun flansı və kronşteyni üzərində montaj işarəsini qoyun).

Avtombil (Mühərrik) – Mexaniki Dizel Püskürmə Sisteminin Diaqnozu (BOSCH sıralı)

Avto tuning üçün Carbon

Əvvəlki məqaləQadınların sexi korlamağının 10 adətləri
Növbəti məqaləLev Tolstoy həyat qanunları

Fikirlərinizi bildirin.