Avtombil (Mühərrik) – Emissiya nəzarəti sisteminin yoxlanması və təmiri

144

Avtombil (Mühərrik) – Emissiya nəzarəti sisteminin yoxlanması və təmiri

İşin məqsədi: Bu modulu bitirdikdən sonra tələbə:

1. Emissiya nəzarəti sisteminin quruluşunu/adını onun əməliyyat prinsiplərini emissiya nəzarəti sisteminin təmiri vasitəsilə izah edəcək;

2. Emissiya nəzarəti sistemini təmir etmək yolu ilə emissiya nəzarəti sistemini məharətlə yoxlamaq və təmir etməyi bacaracaq.

Təcrübə materialları:

1. Batareya
2. Batareyanın əsas naqili
3. Pambıq əlcək
4. Təmizlik kağızı

Avadanlıq və alətlər:

1. QFFD qurğusu əlavə olunmuş mühərrik
2. Yığcam alət sandığı dəsti
3. Mühərrik skaneri

Mövzu ilə əlaqəli biliklər
EMİSSİYA NƏZARƏTİ SİSTEMİ
1. Giriş

Daxili yanma mühərriklərinin arzuolunmaz qaz emissiyalarının havanın keyfiyyətinə, insan sağlamlığına və qlobal istiləşməyə mənfi təsiri böyük narahatlığa səbəb olur. Buna görə də bir çox ölkələr ortaq səylərlə bu emissiyalara nəzarət edirlər. Arzuolunmaz emissiyalara yanmamış karbohidrogenlər (KH), karbon monoksid (CD), nitrogen oksid (NOx) və bərk hissəciklər (BH) aiddir. Biz benzinlə və dizellə işləyən mühərriklər üçün və arzuolunmaz emissiyalara nəzarət üzrə strategiyaların ABŞ və Avropa emissiya standartlarını təqdim edirik. Yuxarıda sadalanan tullantıların miqdarını minimallaşdırmaqda mühərrikin quruluşunun, nəqliyyat vasitəsinin idarə edilməsi göstəriciləri, yanacağın keyfiyyəti və emissiyaya nəzarət qurğularının rolu, həmçinin ətraflı şəkildə qeyd olunur. “Emissiyalar” müxtəlif mənbələrdən havaya buraxılan arzuolunmaz qazları və hissəcikləri təsvir edən ümumi termindir və bu tullantıların miqdarı və növü sənaye fəaliyyətinin, texnologiyanın və havanın çirklənməsi qanunları və emissiyaya nəzarət qaydaları kimi bir sıra digər amillərin dəyişməsi ilə birlikdə dəyişmişdir. ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyi (ƏMMA) ilk növbədə ictimaiyyət üçün əhəmiyyətli dərəcədə zərərli olan emissiyalara nəzarət edir. ƏMMA karbon monoksid (CO), qurğuşun (Pb), nitrogen dioksid (NO2), ozon (O3), bərk hissəciklər (BH) və sulfur dioksid (SO2) kimi maddələri birinci dərəcəli əhəmiyyətə malik çirkləndiricilər hesab edir və meyar çirkləndiricilər adlandırır. Bu çirkləndiricilər aşağıdakı mənbələrdən buraxılır:

1. Hərəkətsiz mənbələr, buraya zavodlar və elektrik, istilik stansiyaları kimi qurğular aiddir.

2. Hərəkətdə olan mənbələr, buraya avtomobillər və yük maşınları, həmçinin otbiçən maşınlar, təyyarələr və hərəkət edən və havaya çirkəndirici buraxan istənilən mənbə aiddir.

3. Biogen mənbələr, buraya ağaclar və bitkilər, qaz sızmaları və mikrobların fəaliyyəti aiddir.

4. Ərazi mənbələr, bu mənbələr quru təmizləmə və yağsızlaşdırma əməliyyatları kimi daha kiçik hərəkətsiz mənbələrdən ibarətdir.

Benzin və dizel yanacaqları karbohidrogenlərin, yəni tərkibində hidrogen və karbon atomları olan birləşmələrin qarışığıdır. “Mükəmməl” mühərrikdə havadakı oksigen yanacaqdakı hidrogeni suya və yanacaqdakı karbonu karbon dioksidə çevirir. Havadakı nitrogen təsirə məruz qalmır. Həqiqətdə isə yanma prosesi “mükəmməl” ola bilməz və avtomobil mühərrikləri müxtəlif növ çirkləndiriciləri havaya buraxır.

2. Şəxsi təhlükəsizlik

• Şəxsi mühafizə avadanlıqlarından (ŞMA) istifadə edin.
• Geriyə fırlanma əleyhinə dayaqlardan və qoruyucu örtüklərdən istifadə edin.
• İsti və ya hərəkət edən komponentləri mühərrikdən uzaq tutun.
• Nəqliyyat vasitələrini müvafiq qaydada və təhlükəsiz şəkildə qaldırın.
• Alətləri və avadanlıqları standart prosedura uyğun şəkildə istifadə edin.
• İşləyən mühərriklərlə işləyərkən məkanı tez-tez havalandırın.

3.Emissiya və nəzarət sistemi

Emissiyalara nəzarət sistemi. Avtomobillərdə daxili yanma mühərrikindən və digər komponentlərdən buraxılan zəhərli qazların buraxılmasını azaltmaq üçün tətbiq olunan üsullardır. Bu qazların üç əsas mənbəyi mövcuddur: mühərrikin qaz buraxan borusu, karter və yanacaq çəni ilə karbürator. Qaz buraxma borusu yanmış və yanmamış karbohidrogenləri, karbon monoksidi, nitrogen və sulfur oksidlərini və müxtəlif turşuların, spirtlərin və fenolların qalıqlarını havaya buraxır. Karter yanmamış karbohidrogenlərin ikinci dərəcəli və karbon monoksidin daha kiçik mənbəyidir. Yanacaq çənində (köhnə avtomobillərdə) karbüratorda davamlı şəkildə benzindən ayrılan karbohidrogenlər kiçik bir hissəni təşkil etsə də, çirklənmənin nəzərəçarpan amillərindən biridir. Bütün mənbələrdən emissiyalara nəzarət etmək üçün müxtəlif sistemlər inkişaf etdirilib.

4. Emissiyaların əhəmiyyəti

Nəqliyyat vasitənizin emissiya sınağının aparılması əhəmiyyətli və faydalı ola bilər. Bu sınaq yalnız sizə yox, həm də ətrafımızdakı şəxslərə və ətraf mühitə kömək edir. Emissiya sınağı daxili yanma mühərriki olan nəqliyyat vasitənizdən ayrılan zərərli maddələrin səviyyəsini yoxlayır. Emissiya sınaqları müxtəlif sahələrdə, o cümlədən şəhər və şəhərətrafı ərazilərdə icbari qaydada aparılır. Emissiya sınaqları nəqliyyat vasitənizin buraxdığı çirkləndiriclərin miqdarını azaltmaq üçün istifadə olunur. Bu çirkləndiricilər ətraf mühit və sizin üçün zərərlidir. Bu sınaq havanın keyfiyyətini yaxşılaşdırmağa kömək edə bilər.

5. Nəqliyyat vasitələrindən ayrılan çirkləndiricilər

5.1 Karbon Dioksid

Ətraf mühitlə əlaqədar əsas narahatlıq karbon dioksidin iqlimə ehtimal olunan təsiri ilə əlaqəlidir. Alimlər bu maddənin istixana effektinin güclənməsinin və nəticə etibarilə, qlobal istiləşmənin əsas təsir faktoru hesab edirlər. CO2 qalıq yanacaqların yanması ilə buraxılır. Hesablamalar göstərir ki, dünya üzrə insan tərəfindən buraxılan CO2 miqdarının 15%-i motorlu nəqliyyat vasitələri tərəfindən meydana gətirilir və bəzi ölkələrdə bu ədəd 70%-ə çatır. CO2 havanın tərkibində təbii şəkildə mövcud olan maddələrdən biri olduğu üçün (yalnız 0.03%) mütləq şəkildə çirkləndirici kimi nəzərdən keçirilmir.

Qazın həddən artıq miqdarının insan sağlamlığı üçün heç bir zərəri yoxdur. Problem ondadır ki, bəzilərinin yekun olmadığını hesab etdiyi, getdikcə artmaqda olan elmi dəlillər atmosferdə yüksək CO2 miqdarının istiliyin planetdən çıxmasının qarşısını aldığını göstərir ki, bu da qlobal istiləşməyə səbəb olacaq. Xüsusilə, istiliyin Yer planetində və atmosferdə saxlanması onunla əlaqədardır ki, havadakı CO2 daxil olan qısa dalğalı radiasiyaya tamamilə şəffaf olsa da, Yerdən ayrılan uzun dalğalı radiasiyanı keçirmir. Bu hal istixana effekti adlandırılır, çünki istixanadakı şüşə istiliyin saxlanmasında eyni rolu oynayır.

Qərbin və Şərqin sənayeləşmiş ölkələri qlobal CO2 emissiyalarının 80%-ni meydana gətirir, baxmayaraq ki, onlar dünya əhalisinin yalnız 25%-ni təşkil edir. Dünya əhalisinin 75%-nin yaşadığı az inkişaf etmiş ölkələr, o cümlədən, Çin Xalq Respublikası bu çirkləndiricinin dünya üzrə göstəricisinin yalnız 20%-ni meydana gətirir. Karbon dioksid tərkibində karbon olan bütün yanacaq növlərinin (biokütlə, taxta, kömür və onun növləri, neft və onun törəmələri) yanması nəticəsində meydana gələn və aerob metabolizmin (tənəffüs) məhsuludur.

Digər tərəfdən, bitkilərdə bu maddə xlorofillər tərəfindən karbon tərkibli bərk maddələrə təkrar çevrilir. 1983-cü ildə qalıq yanacağın yanması nəticəsində meydana gələn karbon emissiyaları ildə təqribən 5Gt (109 ton) təşkil edirdi və bəşəriyyətin digər fəaliyyətləri tərəfindən eyni miqdarda emissiya buraxılırdı. Digər tədqiqatlar müəyyən edib ki, Yerin atmosferində saxlanan karbon emissiyalarının payı digər mənbələrdən illik əsasda buraxılan 5.8 Gt miqdarından 2.9 Gt təşkil edir. O zamandan bəri emissiyaların 1990-cı il üçün təkrar qiymətləndirilərək 26 Gt CO2 təşkil etdiyi aşkar olunub və bu miqdarın 15%-i yol hərəkətində meydana gəlir.

5.2 Karbon monoksid

CO sıxlığı havanın sıxlığına yaxın olan rəngsiz, iysiz və yüksək toksikliyə malik qazdır. Bu qazın sağlamlığa mənfi təsiri ola bilər, çünki o, qırmızı qan hüceyrələri tərəfindən oksigenin udulmasına təsir edir. Bu hal xəstəliklərin artmasına səbəb ola və doğum səviyyəsinə mənfi təsir göstərə bilər, qazın iş məhsuldarlığına mənfi təsiri ilə əlaqədar elmi dəlillər mövcudur. CO, xüsusilə, digər çirkləndiricilərlə sinergetik təsirə malik olduğu şəhərlərdə daha problemlidir, yəni, fotokimyəvi tüstünün və səthi ozonun formalaşmasına təsir göstərir. Ozonun hətta ən az miqdarda konsentrasiyası belə tənəffüs sisteminə mənfi təsir göstərə bilər.

Karbon monoksid yanacağın tam şəkildə yanmaması nəticəsində meydana gəlir və birbaşa nəqliyyat vasitəsinin qol borularından buraxılır. Qeyri-tam yanma daha çox mühərrikdəki hava-yanacaq nisbətinin aşağı olması ilə meydana gəlir. Bu şərtlər nəqliyyat vasitəsinin hava təchizatının məhdud olduğu (“boğulduğu”) işə salınma prosesində, avtomobillər müvafiq qaydada sazlanmadıqda və “nazik” havada yanma üçün zəruri olan oksigen miqdarının azaldığı hallarda (yüksəkliyi nəzərə alaraq istehsal olunmuş və uyğunlaşdırılmış avtomobillər istisna olmaqla) daha çox meydana gəlir.

Qeydlərdə göstərildiyi kimi, karbon monoksid benzinlə işləyən nəqliyyat vasitələrindən ayrılan emissiyalarla yaxından əlaqəli olan çirkləndiricidir. Sənayeləşmiş ölkələrdə bütün CO emissiyalarının təqribən 90%-i nəqliyyat sektorunda meydana gəlir və təqribən 85%-i avtomobillərdən istifadə ilə əlaqəlidir. Şəhərləşmiş ərazilərdə motorlu nəqliyyat vasitələri karbon monoksid çirklənməsinin 90%-dən çoxunu təşkil edir. BK-da CO emissiyalarının təqribən 85%-i nəqliyyatda meydana gəlir. ABŞ-da ümumi karbon monoksid emissiyalarının üçdə ikisi nəqliyyat mənbələrindən buraxılır və ən əsas mənbə şossedə hərəkət edən motorlu nəqliyyat vasitələridir. Konsentrasiyaların daha yüksək olduğu şəhərləşmiş ərazilərdə motorlu vasitələrinin yol hərəkəti cəmi karbon monoksid emissiyalarının təqribən 98%-ni təşkil edir. Bu göstərici sıx məskunlaşmış inkişaf etmiş ərazilərin mərkəzlərində 100%-ə çatır.

5.3 Sulfur Dioksid

Sulfur dioksid (SO2) rəngsiz, lakin güclü qoxuya malik qazdır. O, atmosferə buraxılan əsas sulfur birləşməsidir. Tərkibində sulfur olan bütün məhsulların yanma prosesi zamanı SO2 buraxılır buna görə də qalıq yanacaqları atmosferdəki SO2 birləşməsinin əsas mənbəyi hesab olunur. Bu qazın emissiyaları tənəffüs sistemdə bronxit və digər xəstəliklərə səbəb ola bilər və “turşu yağışlarının” əsas təsiredici amillərindən biridir. Yol hərəkəti ümumi SO2 emissiyalarının təqribən 5%-ni meydana gətirir (lakin bəzi ölkələrdə bu göstərici 17%-ə çatır) və dizel yanacağı benzinlə müqayisədə daha çox SO2 buraxır. Bundan əlavə, kömürlə elektrik enerjisinin əldə olunması prosesi bu qazın əsas mənbəyi hesab olunur və elektrik dəmiryolu nəqliyyatından istifadə və nəqliyyat vasitələrinin istehsalı ilə əlaqədar ətraf mühitə daha çox dolayı təsir göstərir. Daşınma zamanı meydana gələn sulfur tərkibli çirkləndiricilər, əsasən, dizellə və ya evlərin isidilməsi məqsədilə tərkibində 0.3% S olan (Fransa meyarlarının üst həddi) yağla işləyən mühərriklər vasitəsilə meydana gəlir. Adətən, benzinin tərkibində maksimum 0.08% S olur, lakin müvafiq meyarlar 0.15% (premium) və 0.2% (sadə) S miqdarlara icazə verir.

Fransanın 1987-ci il üzrə istehlak göstəriciləri ilə əlaqədar hesablamalar bəzi avtomobil yanacaqlarının 30.000 ton SO2 və dizel yanacaqlarının 72.000 ton SO2 buraxdıqlarını göstərir. 1982-ci ildə Almaniyada yol hərəkətinin meydana gətirdiyi SO2 emissiyaları ildə 100.000 ton olmuşdur ki, bu da ümumi emissiyaların 3.4%-ni təşkil edib. 1985-ci ildə yük maşınlarının buraxılan emissiyalar ildə 42.000 tona bərabər olmuşdur və dizel yanacağının emissiya faktoru 0.54 q SO2/kq olmuşdur.

ABŞ-da SO2 karbon monoksid, ozon və bərk hissəciklərlə müqayisədə hava keyfiyyəti üçün daha kiçik problem təşkil edir. 1978-1997-ci illər arasında havadakı SO2 konsentrasiyası 55% azalıb. Havadakı konsentrasiya miqdarı SO2 NAAQS səviyyəsindən yüksək olan rayonlarda yaşayan amerikalıların sayı 100.000-dən azdır. SO2 standartlarının pozuntularının aşağı olmasına baxmayaraq sulfur dioksid emissiyaları ətraf mühit üçün problemdir, çünki SO2 atmosferdə bərk hissəciklərin meydana gəlməsinə və turşu yağışlarına səbəb olur. ABŞ-da yol hərəkəti SO2 emissiyalarının nisbətən kiçik faizini təşkil edir və ölkə üzrə SO2 emissiyalarının 3%-ni təşkil edir. Nəqliyyat üçün neftin hasilatı və emal ölkə üzrə SO2 emissiyalarının təqribən 2%-ni təşkil edir.

Yol hərəkəti zamanı meydana gələn SO2 emissiyalarının miqdarı, əsasən böyük və kiçik gəmilərin emissiyalarının artması səbəbi ilə 1970-ci və 1980-ci illərdə yüksəlməyə davam edib. 1992- 1994-cü illər arasında ağır yük maşınlarından buraxılan emissiyaları əhəmiyyətli dərəcədə azalıb. ƏMMA son dövrlərdə benzinin sulfur tərkibini nəzərəçarpacaq dərəcədə azaltmağı tələb edən və beləliklə motorlu nəqliyyat vasitələrinin OC, CO və NOx emissiyalarını azaltmağa kömək edəcək yeni qanun hazırlayıb, çünki benzinin tərkibindəki sulfur müasir nəqliyyat vasitələrindəki katalitik açarların fəaliyyətini zəiflədir.

Atmosferdəki sulfur dioksid oksidləşərək sulfur turşusunu meydana gətirir. Sulfur turşusu yağışın tərkibinə daxil ola və ya kiçik hissəciklər üçün quru çöküntülərə çevrilə bilər və bununla da torpağın və səth sularının turşulaşmasına səbəb ola bilər. Bu cür turşulaşma prosesləri ümumi termin olan “turşulu yağış” kimi ətraflı şəkildə ictimailəşdirilmiş problemlərlə əlaqədar olmuşdur. Avropada bu problemlər ən çox Skandinaviyada müşahidə olunub. Bu ölkə havaya az miqdarda sulfur dioksid buraxır, lakin digər ölkələrdə, xüsusilə Şərqi Avropada və BK-da meydana gələn emissiyalardan ayrılan turşulu komponentlərin çöküntülərinə malikdir. Sulfur dioksidə nəzarət məqsədilə BK-ın iri zavodlarında dəm qazlarının qeyri-sulfurlaşma avadanlıqları quraşdırılıb. Proses əhəngdaşının sulu qarışığından (suspenziya) istifadə etməklə elektrik istilik stansiyasını tullantı qazlarının sulfur dioksiddən təmizlənməsindən ibarətdir, lakin bu proses tullanma tələb edən çox miqdarda gipsin meydana gəlməsi ilə nəticələnir.

5.4 Nitrogen oksidlər (nox)

Mühərrikin daxilindəki yüksək təzyiq və yüksək temperatur şəraitində havadakı nitrogen və
oksigen atomları müxtəlif nitrogen oksid növləri meydana gətirir və ümumi şəkildə NOX adlandırılır. Karbohidrogenlər kimi nitrogen oksidlər də ozon təbəqəsinin formalaşmasının əsas səbəblərindəndir. Onlar həm də turşu yağışlarının meydana gəlməsinə səbəb olurlar.

5.5 Karbohidrogenlər

Karbohidrogen emissiyaları mühərrikdəki yanacaq molekullarının yanmaması və ya qismən yanması ilə meydana gəlir. Karbohidrogenlər nitrogen oksidlər və günəş işığı ilə reaksiyaya girərək, smoqun əsas tərkib hissəsi olan yer səviyyəsində ozonu meydana gətirirlər. Ozon gözləri qıcıqlandırır, ağciyərləri zədələyir və tənəffüs problemlərini ağırlaşdırır. Bu, şəhərdə hava çirklənməsinin ən geniş yayılmış və həllolunmaz problemidir. Bir çox buraxılan karbohidrogenlər də zəhərlidir və xərçəng meydana gətirmə potensialı mövcuddur.

Avtombil (Mühərrik) – Emissiya nəzarəti sisteminin yoxlanması və təmiri

Avtombil (Mühərrik) – Emissiya nəzarəti sisteminin yoxlanması və təmiri

Avtombil (Mühərrik) – Emissiya nəzarəti sisteminin yoxlanması və təmiri

İŞLƏNMİŞ QAZLARIN XARİC OLUNMASINA NƏZARƏT SİSTEMİ
QAZPAYLAYICININ FAZALARININ FASİLƏSİZ DƏYİŞMƏSİ

Avtombil (Mühərrik) – Emissiya nəzarəti sisteminin yoxlanması və təmiri

TƏSVİR

Xaricetmə paylayıcı valın üzərində quraşdırılmış xaricetmə QFFD-si (Qazpaylayıcının Fazalarının Fasiləsiz Dəyişməsi) mühərrikin işləməsinin xarakteristikasını yaxşılaşdırmaqdan ötrü qəbul klapanının açılmasını və qazpaylayıcı mexanizmin bağlanmasını idarə edir.

Qəbul klapanın qazpaylayıcı mexanizmi mühərrikin rpm-nə uyğun QFFD tərəfindən optimallaşdırılmışdır.

Bu, QFFD sistemi mühərrikin sürətinin nəqliyyat vasitəsinin sürətinin bütün mərhələlərində və mühərrikin klapanın qismən örtülməsi ilə İQTD effekti tərəfindən yüklənməsi yanacaq səmərəliliyini yüksəldir və NOx tullantılarını aşağı salır.

QFFD yağ təzyiqi tərəfindən qəbul paylayıcı valın fazasını dəyişir.

Bu, qəbul qazpaylayıcı mexanizmini fasiləsiz dəyişir.

EMİSSİYA NƏZARƏTİ SİSTEMİ
ƏMƏLİYYAT [2.0 DOHC]

QFFD sistemi əməliyyat şərtlərinə əsaslanan qəbul klapanının qazpaylayıcı mexanizminin fasiləsiz dəyişikliklərini təmin edir.

Qəbul klapanının qazpaylayıcı mexanizmi mühərrikin maksimum güclə təmin olunmasından ötrü optimallaşdırılmışdır.

Yumruqcuğun bucağı İQTQ effektini əldə etməkdən və nasos itkisini azaltmaqdan ötrü irəli sürülür. Qəbul klapanı hava/qaz qarışığının qəbul dəliyindən daxil olmasını azaltmaqdan və dəyişiklik effektini yaxşılaşdırmaqdan ötrü tez bağlanır.

Yumrucuq boşuna işlədikdə irəliləməsinin azaldılması yanmanı stabilləşdirir və mühərrikin
sürətini aşağı salır. Nasazlıq yarandığı zaman, QFFD idarəetmə sistemi sönür və klapanın qazpaylayıcı mexanizmi tamamilə dayanma vəziyyətində qeydə alınır.

Avtombil (Mühərrik) – Emissiya nəzarəti sisteminin yoxlanması və təmiri

1. Yuxarıda göstərilən şəkildə gövdə pərinin rotorun pərinə olan nisbi əməliyyat quruluşları təsvir olunmuşdur.

2. Əgər QFFD bu vəziyyəti saxlamaqdan ötrü müəyyən idarəetmə bucağını saxlayırsa, yağ yağın yağ nasosundan sızdığı qədər doldurularaq tamamlanır.

YAİK-nın (yağ axının idarəedilmə klapanı) makarasının yerləşməsi aşağıdakı kimidir.

Yağ nasosu “irəli yağ kamerası” (Az-az irəli yağ kamerasına axın tərəfini açmaq )= Demək olar ki, drenaj hissəsini bağlamaq

Avtombil (Mühərrik) – Emissiya nəzarəti sisteminin yoxlanması və təmiri

Avtomobil haqqında 9 mənasız fakt

Əvvəlki məqaləQadınlar haqqında 20 maraqlı fakt
Növbəti məqaləAzadlığın əlli çaları – Erika Leonard Ceyms

Fikirlərinizi bildirin.