Avtombil (Kuzov) – Zədələnmiş kuzovun analizi

0
0

Avtombil (Kuzov) – Zədələnmiş kuzovun analizi

İşin məqsədi: Bu modulu bitirdikdən sonra tələbə:

1. Zədələnmiş kuzova zərbənin istiqamətini ölçməklə, zədələnmiş hissənin təhlili yolu ilə avtomobilin kuzovunun quruluşunu/adını/iş prinsiplərini izah edəcək;
2. Zədələnmiş kuzovun zədələnmiş hissəsini təmir edə biləcək.

Təcrübə materialları:

• Smeta
• Sığorta ödənişinə dair ərizə (foto daxil olmaqla)
• Avtomobil istehsalçısının istismar təlimatları (kuzovun ölçüləri)
• İşlərin yerinə yetirilmə ardıcıllığı
• Kuzovun hissələrinin hesabı

Avadanlıq və alətlər:

• Ölçmə alətləri (ölçmə lenti, perpendikulyarlığın ölçülməsi üçün alət, polad işarələyici alət, mərkəzləyici qurğu, quraşdırma datçiki, üçölçülü kompüter ölçmə aləti, və s)
• Kuzovu ölçmə avadanlığı
• Kuzovun kalibrasiya qurğusu
• Quraşdırma və sökmə üçün xüsusi alətlər
• qaldırma qurğusu
• Çərçivənin gərginliyinin kalibrasiya qurğusu
• Hava kompressorları
• Kamera
• Verstak

Təhlükəsizlik və ehtiyat tədbirləri:

• Zədələnmiş avtomobilin ümumi vəziyyətini müəyyən edərkən təhlükəsizlik qaydalarından agah olun.
• Meydana gəlmiş zədənin dərəcəsini vizual yolla necə yoxlamaqla tanış olun.
• İstismar kitabçasında qeyd olunmuş ölçülər düzgün şəkildə təhlil edilməli və ölçmə alətləri üçün tətbiq olunan ölçmə üsulu başa düşülməlidir.
• Tapşırığa başlamazdan əvvəl iş təcrübəsi ilə tanış olun və təcrübi avadanlığı, alətləri, istismar təlimatlarını və materialları diqqətlə nəzərdən keçirin.
• Ölçmə cihazından istifadə edərkən, həddən artıq güc tətbiq etməyin və ehtiyatla istifadə edin.
• Zədələnmiş lövhələri sökərkən, əlcək geyin.
• Zədələnmiş lövhələri kəsərkən qoruyucu geyimlər geydiyinizdən əmin olun.
• İş sahəsində təhlükəsizlik ayaqqabıları geyinmək çox vacibdir.
• Qurğu və ya alətlə əlaqədar, o cümlədən kuzovu ölçmə aləti ilə əlaqədar problem meydana gəldikdə, alətdən istifadəni dərhal dayandırın.
• Bütün hissələr sökmə və quraşdırma sırasına uyğun olaraq sökülməli və quraşdırılmalıdırlar.
• Təlim sessiyasından sonra təcrübi sahəni təmizləyin.

Təcrübə mərhələləri
1. Zərbənin istiqamətinə əsasən zədənin təhlili

Hissələrin zədələnmə dərəcəsinin təhlili üçün, kuzovu zərbə sahəsinə və yük sahəsinin istiqamətinə müvafiq şəkildə təhlil edin.

1. Qabaq hissənin quruluşunun müəyyən edilməsi və zədələnmə dərəcəsinin təhlili

(1) Təkər tağının və qabaq qanad panelinin deformasiyası təsdiqləyir ki, zərbə idarəetmə panelinə və yan panelə ötürülərək, nisbətən daha geniş deformasiyaya səbəb olub.

(2) Bu cür dəyişikliklərə səbəb olan deformasiya geniş həcmli olur, buna görə də zədələnmənin dərəcəsi təhlil edilməlidir.

(3) Qabaq hissənin sol tərəfindəki bu cür deformasiya böyük deformasiyaya işarə edir, lakin zədə özlüyündə böyük deyil. Kapot panelinin deformasiyasını və sol qabaq panelin və faraların deformasiyasını yoxlayın.

(4) Qabaq hissənin sağ tərəfindəki zədəni yoxlayın.

(5) Avtomobilin kuzovunun quruluşundakı hərtərəfli dəyişikliklər səbəbilə meydana gəlmiş zədəli hissələrin böyük deformasiyaya uğramış zədələnmiş alt hissələrini müəyyən edin.

(6) Panel daxilindəki hissələrin zədələnib-zədələnmədiyini yoxlayın.

2. Arxa strukturun müəyyən edilməsi və zədələnmə dərəcəsinin təhlili

(1) Arxa hissənin sağ tərəfində güclü zərbə səbəbi ilə meydana gəlmiş deformasiyanı yoxlayın.

(2) Sol tərəfdəki geniş həcmli zədələnməni yoxlayın.

(3) Arxa hissələri və bu hissə ilə əlaqəli müxtəlif cihazları yoxlayın.

(4) Bütün zədələnmiş hissələri sökün və panelin daxili hissəsini yoxlayın.

(5) Arxa yan bölmənin asanlıqla zədələnə bilən sahələrini müəyyən edin.

3. Vizual yoxlama ilə zədənin dərəcəsinin təhlili

Zədələnmiş nəqliyyat vasitəsinin təhlili üçün ilk növbədə vizual yoxlama ilə deformasiyanın dərəcəsini müəyyən edin.
(1) Xarici deformasiyaların və zədələnmənin dərəcəsinin müəyyən edilməsi

(A) Aşağıdakı zədələnmə şəklində vizual olaraq zədələnmənin dərəcəsini yoxlayın. Sol qabaq qapıda və arxa qapıda bir-biri ilə toqquşmuş deformasiyaları müəyyən edin.

(B) Arxa panelin yan tərəfinin zədələnməsinin vizual təsviri. Göründüyü kimi, sadə deformasiya deyil, kiçik həcmli deformasiya meydana gəlib. Təkcə xarici içlik panelinin deformasiyaya uğraması deyil, həm də zədələnməsi başa düşülməlidir.

(C) Başa düşülməlidir ki, arxanın yan panelinə göstərilən təsir dayansa da, qapı və arxa qapı arasındakı fərq sürətlə genişlənib.

(D) Zədənin yalnız paneldəki deformasiya nəticəsində şəklini dəyişmiş qapı panelinin təsiri ilə meydana gəlməsi təsdiqlənib.

(E) Bu, bir obyektin təsiri ilə meydana gəlmiş deformasiyanın şəklidir. Bu həm də yalnız qapıda meydana gəlmiş sadə deformasiya kimi başa düşülməlidir.

(F) Qabaq bamper avtomobildən aralanıb və adi gözlə baxdıqda belə, sağ tərəfdə ön qanad panelinin böyük deformasiyası nəzərə çarpır. Qeyd etmək lazımdır ki, kapot panelinin deformasiyası ön tərəfin qəzası ilə meydana gəlməyib, lakin ön hissənin yuxarı bölməsi deformasiyaya uğraması təsadüfi deyil.

(G) Sağ tərəfi yoxlamaq üçün bamperin üstü kəsilib çıxarılır. Sağ tərəfin hissələrinin zədələnib-zədələnmədiyini yoxlayın.

(H) Yuyucu çənin və naqillərin, bamperin qüvvətləndirici elementlərinin və palçıq şitinin hissələri sınmış hesab olunur və zədənin təsiri sağ qabaq tərəflə məhdudlaşıb.

(I) Başa düşmək lazımdır ki, arxa hissənin toqquşması nəticəsində arxa bamper içəriyə istiqamətdə əzilib və yan panelin sol tərəfi içəriyə əyilib.

(J) Sağ arxa tərəfdəki toqquşma zədəsi səbəbi ilə yük bölməsinin qapısının zədələndiyini, arxa kombinə edilmiş lampanın və arxa bamperin qırıldığını başa düşmək lazımdır.

(K) Başa düşmək lazımdır ki, yük yerinin qapısı deformasiya nəticəsində qabağa doğru itələnib və yük yerinin qapısı arxa yan panel sahəsinə ilişib.

4. Əl toxunuşu nəticəsində meydana gəlmiş zədənin dərəcəsini müəyyən edin. Əl toxunuşu ilə zədənin dərəcəsini müəyyən edin.

(1) Xarici içlik panelində meydana gəlmiş deformasiyanın ölçüsü və dərinliyi və bütün paneldə meydana gəlmiş forma dəyişikliyi əl toxunuşu ilə təsdiqlənir.

(2) Xarici içlik panelində meydana gəlmiş deformasiyanı dəqiq şəkildə müəyyən etmək üçün əl toxunuşu ilə deyil, panelin səthini müxtəlif istiqamətlərdə tərpətməklə, deformasiyaya uğramış sahəni yoxlayın.

(3) Panelin deformasiyasını dəqiq şəkildə müəyyən etmək üçün əlinizin ovucu ilə bütün səthi yoxlayın və deformasiyaya uğramış hissəyə doğru hərəkət edin.

Fəaliyyət üzrə tövsiyə
• Barmağınızı və ya barmaqlarını qaldırmayın.
• Panelin səthini ovucunuzla yoxlaya bilərsiniz, lakin yumşaq əlcəklərdən istifadə etməklə, mümkün qədər dəqiq yoxlama aparmalısınız.

5. Ölçmə alətindən istifadə etməklə zədələnmiş sahənin ölçülməsi

Zədəni ölçmək üçün ölçmə alətindən istifadə edin və müvafiq göstəricilərə uyğun şəkildə kökləyin.

(1) Ölçmə alətindən istifadə edərək zədənin təhlilini aparın və nəqliyyat vasitəsinin kuzovunun sol, sağ, yuxarı və aşağı deformasiyasını yoxlayın. Kuzovun uzunluğunu, enini, hündürlüyünü, deformasiyanın yerini və deformasiyaya uğramış hissəni yoxlayın.

(2) Kuzovun enində dəyişikliklərə baxarkən, kuzovun eninin sol və ya sağ tərəflərini necə dartmalı olduğunuzu, uzunluğun necə burulduğunu və burulmanı necə düzəltməli olduğunuzu, yuxarı və ya aşağıya tərəf dartmalı olduğunuzu öyrənin.

(3) Körpünü kuzovun modifikasiya avadanlığı olan verstaka bərkidin və ölçmə avadanlığını görmə hissəsini verstaka tərəf çevirin, kompüterdə görmə hissəsi ilə məlumatları əlaqələndirin.

(4) Görmə hissəsinin ölçülməsi. Görmə hissəsini ölçmək üçün uyğun vəziyyətə gətirin və ölçmə vəziyyətinə doğru hərəkət etsə, ekran vasitəsilə bu ölçmə vəziyyətinə uyğun olan göstəriciləri yoxlayın.

Fəaliyyət üzrə tövsiyə

Əgər siz görmə hissəsinə, sadə ölçmə nöqtəsinin vəziyyətinə uyğun gələn aksessuarları birləşdirirsinizsə, əvvəlcə standart vəziyyətdə, sonra isə daha bir nöqtədə ölçmə aparın. Ekranda ölçmə dəyərinin ölçmə vəziyyətinə nə dərəcədə uyğun gəldiyini və vəziyyətin nə qədər dəyişdiyini görə bilərsiniz.

(5) Əsas ölçü nöqtəsinin ölçülməsini başa çatdırdıqda ölçü alətini ölçmək istədiyiniz mövqeydə yerləşdirin və en, uzunluq və hündürlüyü yoxlayın.

6. İkinci dərəcəli zədələnmə sahəsinin təhlili

Birbaşa təsirlə dolayı deformasiyanın meydana gətirdiyi ikinci dərəcəli zədələnmə sahəsini təhlil edərkən, kuzovun daxilindəki hissələri və ya ətalətlə hərəkət edə biləcək obyektləri təhlil edin.

(1) Qabaq hissənin sol tərəfindəki böyük zədəni yoxlayın.
(2) Son tərəfdəki böyük zədə yalnız kuzovun hissələrinin deyil, həm də mühərrikin hissələrinin, şassinin hissələrinin və elektrik hissələrin zədələndiyini təsdiqləyə bilər.
(3) Qapı panelini, qabaq dayaqları və döşəmə panellərini yoxlayın.
(4) Hava yastığının zədələnməsi, şüşənin qırılması və qoruyucu sipərin deformasiyası kimi ikinci dərəcəli zədələri yoxlayın.

(5) Qapı panelinin və ön dayaqların zədələnməsi birbaşa toqquşma nəticəsində təkər tağının və qabaq qanad panelinin deformasiyası ilə təsdiqlənir.

2. İşlərin əhatə dairəsini müəyyən edin
1. Zərbə almış sahənin zədələnmə səviyyəsinə uyğun olaraq işlərin əhatə dairəsini müəyyən edin

Düzəldilmiş hissələr kəsilməli və zədələnmənin dərəcəsinə uyğun olaraq dəyişdirilməlidirlər. İşlərin əhatə dairəsi toqquşma nəticəsində deformasiyaya uğramış panelin formasını dəqiq müəyyən etməklə və zərbənin hara ötürülməsi və hansı hissədə dayanması ilə müəyyən olunur.

(1) Arxa panelə və ya arxa döşəmə panelinə yetirilən zədə zədələnmiş arxa bamperin qırılması kimi nəzərə çarpır. Başqa sözlə, işlərin əhatə dairəsi zədələnmiş arxa bamperin sökülməsi və arxa panellə əvəz edilməsi, həmçinin arxa döşəmə panelinin təmiri ilə müəyyən edilməlidir.

(2) Kuzovun yan hissəsinin zədələnməsi nəticəsində meydana gəlmiş qabaq qapının və arxa qapının böyük zədəsi və mərkəzi dayağın deformasiyası gözləniləndir. Bu halda işlərin əhatə dairəsi mərkəzi dayağın təmiri və dəyişdirilməsi və mərkəzi döşəmə panelinin təmiri olmalıdır.

(3) Qabaq sağ tərəfin zədələnməsi nəticəsində meydana gəlmiş kapot panelinin deformasiyasından, ön qabaq panelin deformasiya formasından və əlaqədar hissələrin qırılma formasından asılı olaraq, işlərin əhatə dairəsinə qabaq sağ təkərin tağının dəyişdirilməsi, qabaq qanad panelinin dəyişdirilməsi, qabaq bamperin dəyişdirilməsi və mühərrik və şassi hissələrinin sökülməsi aid ola bilər.

2. Hissələrin təmir edilməsi və ya dəyişdirilməsinin müəyyən edilməsi

Hansı hissələrin təmir edilməli və hansı hissələrin dəyişdirilməli olduğunu müəyən etmək çətin deyil. Əgər zədələnmiş hissələri əvvəlki vəziyyətinə qaytarmaq mümkündürsə, təmir edilməlidirlər. Əgər təmir mümkün deyilsə və ya hissələr sınmışsa, dəyişdirilməlidirlər.

(1) Qabaq bamper və qabaq sipərləyici şit paneli cızıla və ya kiçik deformasiyaya uğraya bilər. Bunu sadə gözlə görmək çətin olmadığı üçün, hissələri dəyişdirməyin və təmir edin.

(2) Strukturun deformasiyası deyil, sadə panelin kiçik deformasiyası halında dəyişdirməyi deyil, təmir etməyi seçin.

(3) Təmir etmək mümkündürsə, lakin təmirdən sonra təkrar təmir etmək çətin olacaqsa, hissəni dəyişdirin.

(4) Təmir işi, adətən, tam bərpaya əsaslanır. Əgər tam bərpa çətindirsə və bərpa etdikdən sonra təmirə ehtiyac varsa, hissəni dəyişdirin.

3. İş prosesini və iş müddətini müəyyən edin

İş prosesini və iş müddətini başa düşmək üçün dəqiq şəkildə necə işləməyi bilmək lazımdır.

(1) Dəyişdirmə işi zədələnmiş hissənin kuzovdan sökülməsi və yeni panellə əvəz edilməli yolu ilə aparılır. Dəyişdirmə zamanı yalnız panel dəyişdirildiyi üçün, qapı panelinin bütün daxili hissələri sökülməli və yeni panelə quraşdırılmalıdırlar.

(2) Bu iş prosesi və iş müddəti rəngləmə daxil olmaqla, təxminən 8 saat çəkir.

(3) Dəyişdirmə aparmadan təmir edildikdə, buraya təmir müddəti də əlavə olunur. Təmir avadanlığından istifadə zamanı sərf olunan vaxt, bir saatda sərf olunan əmək və rəngləmə müddəti.

Fəaliyyət üzrə tövsiyə

• Ön sipərləyici şit paneli və qabaq qapı paneli kiçikdir, lakin asanlıqla deformasiyaya uğramırlar, iş prosesi və iş müddəti bu panelləri təmir edəcəyinizdən və ya dəyişdirəcəyinizdən asılı olaraq dəyişəcək.

Avtombil (Mühərrik) – Silindr başlıqlarının yoxlanması/təmiri

Fikirlərinizi bildirin.