Avtombil (Kuzov) – Panellərin təmiri

46

Avtombil (Kuzov) – Panellərin təmiri

İşin məqsədi: Bu modulu bitirdikdən sonra tələbə:

1. Avtomobil kuzovunun zədələnmiş panellərinin təmiri yolu ilə avtomobil kuzovunun panelininvquruluşunu/adını/iş prinsiplərini izah edə biləcək;
2. Avtomobil kuzovunun zədələnmiş panellərinin təmiri yolu ilə avtomobil kuzovununbzədələnmiş panelini müvafiq qaydada təmir edə biləcək.

Təcrübə materialları:

• Nəqliyyat vasitəsinin istehsalçısının istismar təlimatları
• Ölçmə alətləri (lentşəkilli ölçmə aləti, quraşdırma datçiki)

Avadanlıq və alətlər:

• Avtodartma qurğusu
• Zəncir bloku
• Zəncir
• Çəkic
• Dəri qayışlı zəncir
• Təhlükəsizlik halqaları
• Sancaqların qaynaq qurğusu
• Cilalayıcı alət
• Kuzov işləri üçün fasonlu əyə
• Düzəltmə işləri üçün bel
• Qaynaq avadanlığı

Təcrübə təhlükəsizliyi və ehtiyat tədbirləri:

• Deformasiyaya uğramış kuzov və paneli düzəldilməsi üçün qoruyucu eynəkdən istifadə etdiyinizdən əmin olun.
• Zədələnmiş hissəni düzəltmək üçün zədənin diaqnostikası üsulunu dəqiq başa düşdüyünüzdən əmin olun.
• İstismar kitabçasında qeyd olunmuş ölçüləri diqqətlə təhlil edin və təmir vəziyyətini ətraflı
şəkildə başa düşün.
• Tapşırığa başlamazdan əvvəl iş praktikası ilə tanış olun və təcrübi avadanlığı, alətləri, istismar təlimatlarını və materialları ətraflı şəkildə nəzərdən keçirin.
• Təlimə başlamazdan əvvəl təhlükəsizlik üzrə təlim keçin, yanğın hadisələrinə qarşı yanğınsöndürənləri hazır saxlayın və yanğın hallarının qarşısını almaq üçün yağ kimi alışabilən maddələri ayrıca təhlükəsiz ərazidə saxlayın.
• Praktika zamanı müvafiq avadanlıq və alətlərdən istifadə edin və praktika zamanı təhlükəsizlik qaydalarına riayət edin.
• Ağır əşyaları qaldırarkən əşyanı bədəninizə yaxınlaşdırmaq üçün belinizi deyil, dizlərinizi bükün və beləliklə, bədəninizin mərkəz nöqtəsini yerə yaxınlaşdırın.
• Boltun qaykasını bərkidərkən həddən artıq güc tətbiq etmədən müvafiq dinamometrik açarla bərkidin.
• Dartma zamanı zəncirin və fiksatorun aralanması nəticəsində təhlükəsizlik qəzalarının baş
verməməsinə çalışın.
• İş sahəsində təhlükəsizlik ayaqqabıları geyin.

• Kuzovun modifikasiyası avadanlığından istifadə edərkən, avadanlığın ətrafında insanların və ya maneələrin olmadığından əmin olun və sonra təhlükəsiz şəkildə əməliyyatları yerinə yetirin.
• Bərpa avadanlıqlarından, o cümlədən, kuzovun modifikasiya avadanlığından istifadəni dərhal dayandırın.
• Bütün hissələr sökmə və quraşdırma ardıcıllığına uyğun şəkildə sökülür və quraşdırılır.
• Təlim sessiyasından sonra praktika sahəsini təmizləyin.

Təcrübə mərhələləri
1. Modifikasiya edilmiş panelin bərpa üsulu
1. Necə işləməli

(1) Paneli düzəldərkən, panelin titrəməsinin və ya səsinin qarşısını almaq üçün panelin daxili hissəsinə səskeçirməyən üzlük çəkilir. Səskeçirməyən üzlük müəyyən qalınlığa malikdir və paneli təmir etmək üçün əl alətindən istifadə edərkən narahatlıq yaradır. Buna görə də panelin daxilinə çəkilmiş üzlüyün çıxarılması məqsədəuyğundur.

(2) Səskeçirməyən üzlük qızdırıcı tapançadan istifadə etməklə, qızdırılaraq çıxarılır.

(3) Səskeçirməyən üzlük tam çıxarıldıqdan sonra, panelin iç tərəfindən deformasiyaya uğramış hissəni çəkiclə, bellə və taxta ilə döyəcləyin.

(4) Səskeçirməyən üzlük çıxarıldığına və əl alətindən istifadə üçün kifayət qədər boşluq olduğuna görə, zədələnmiş panel çöl tərəfdən müəyyən qədər bərpa edilir. Paneli iç tərəfindən çöl istiqamətdə itələmək üçün əl alətindən istifadə edin, eyni zamanda adi çəkic və ya taxta çəkiclə çöl tərəfdən döyəcləyin və deformasiya olmuş hissəni itələməyə çalışın.

(5) Panelin iç tərəfində bel və altlıqdan istifadə edərək, paneli çölə istiqamətdə itələyin. Çöl tərəfdə deformasiya olmuş paneli çölə istiqamətdə döyəcləmək üçün çəkic və ya oxşar alətdən istifadə edin.

(6) Deformasiya olmuş paneli bərpa edərkən, press xəttinin (bucağı) birinci hissəsi düzəldilməlidir. Çünki press xətti panel səthində ən yüksək gücə malikdir və press xətti müvafiq qaydada düzəldilmişsə, panelin səthinin qalan hissələri təbii şəkildə asanlıqla əvvəlki formasına qayıdır. Press xətləri müəyyən qədər düzəldildikdən sonra, panelin səthindəki digər deformasiyalar düzəlmiş olur.

(7) Panelin çöl səthini düzəldin və deformasiyanın birbaşa meydana gəldiyi səthində dolayı yolla genişlənmiş deformasiya olmuş səthi çəkiclə düzəldin.

(8) Panelin səthinin bərpa dərəcəsini müəyyən etmək üçün həmişə döyəcləmə əməliyyatı zamanı ovucunuzla panel səthinin bərpa olunub- olunmadığını yoxlayın.

(9) Əgər panelin səthinin müəyyən qədər bərpa olunduğunu düşünürsünüzsə, press xəttini və panelin səthlərini düzəltmək üçün çökək alətindən və beldən istifadə edin.

(10) Çökək alətindən və beldən istifadə edərək panelin bir hissəsini bərpa etdikdən sonra, çəkiclə panelin digər hissələrini hamarlaşana qədər döyəcləyin.

(11) Çəkic, altlıq, bel, çökək aləti və s. kimi alətlərdən istifadə edərək yerinə yetirilən bərpa işi başa çatmışsa, digər səthlər sancaq qaynağı ilə tam şəkildə düzəldilir. Sancaq qaynağı avadanlığından istifadə etməzdən əvvəl, disk cilalayıcı aləti ilə panelin səthindəki köhnə qatı təmizləyin.

(12) Panelin köhnə qatını disk cilalayıcı ilə cilalayarkən, panelin səthini elə cilalayın ki, köhnə qatın qalıqları qalmasın. Əgər köhnə qatın müəyyən qədər qalıqları varsa, panelin səthi sancaq qaynağı edilərkən, qalıqlar sıçramaların meydana gəlməsinə səbəb ola bilər və nəticədə panelin səthində dəliklər əmələ gələ bilər. Köhnə qatı cilaladıqdan sonra, panelin səthini düzəltmək üçün sancaq qaynağından istifadə etməklə deformasiya olmuş hissələri çıxarın.

(13) Sancaq qaynağından istifadə etməklə panel səthini düzəldərkən ehtiyatlı olun. Panelin modifikasiyası ilk növbədə düzəldilməli olan press xəttinin bir hissəsidir. Press xəttini tam düzəltmədən panelin çöl səthini düzəltsəniz, panelin çöl səthi tam düzəlməyə və digər kiçik deformasiyalar meydana gələ bilər. Buna görə də ilk növbədə press xəttini və sonra digər hissələri düzəltməlisiniz.

(14) Əl aləti və sancaq qaynağı ilə müəyyən qədər bərpa edilmiş press xəttini düzəldərkən, əvvəlcə press xəttini, sonra digər hissələri düzəltmək tövsiyə olunur. Yadda saxlayın ki, press xətti panelin düzəldilməsi zamanı boşluq yaradır və panelin digər hissələrinin düzəlişini yalnız press xəttini düzəltdikdən sonra yerinə yetirin.

(15) Panelin səthi sancaq qaynağından istifadə etməklə düzəldilmişsə, bərpa vəziyyətini yoxlamaq lazımdır. Panelin çöl səthinə toxunarkən, əlinizin ovucu ilə bərpa vəziyyətini həmişə yoxlayın.

(16) Bərpa üçün sancaq qaynağından istifadə etsəniz belə, panelin nisbətən qabarmış hissəsini adi çəkic və taxta çəkicdən istifadə edərək düzəldin.

(17) Panelin səthini həddən artıq güclə döyəclədikdə, panel dartınacaq, buna görə də biləyinizi yüngülcə bükməklə döyəcləyin.

(18) Sancaq qaynağından istifadə etməklə panel səthini düzəldərkən, çökmüş hissəni dartmaq üçün üçün panelin çöl səthini sancaq çəkici ilə ehmalca döyəcləyin. Bu zaman diqqətli olmaq lazımdır, çünki panelin səthi həddən artıq güclə dartıldıqda, panel qabara bilər.

(19) Panelin geniş səthi sancaq qaynağı ilə dartılarkən, dartma cihazını yüngülcə tam şəkildə hərəkətə gətirin və yalnız əlinizin və biləyinizin gücü ilə paneli çölə doğru dartın.

(20) Sancaqla bərpa işi müəyyən qədər başa çatdıqdan sonra, orbital cilalayıcı ilə panelin bütün səthlərini cilalayın.

(21) Düzəlmiş hissələri orbital cilalayıcı ilə cilaladıqdan sonra, siz düzəlmiş və düzəlməmiş hissələri asanlıqla ayırd edə bilərsiniz və sancaqlarla dartılmış hissələr aydın şəkildə görünəcək. Sancaqlarla dartılmış hissələrdəki kiçik nahamarlıqları aradan qaldırın və fasonlu əyədən istifadə edərək, panelin qabarmış hissəsini düzəldin.

(22) Düzəlmiş hissələri orbital cilalayıcı ilə cilaladıqdan sonra, siz düzəlmiş və düzəlməmiş hissələri asanlıqla ayırd edə bilərsiniz və sancaqlarla dartılmış hissələr aydın şəkildə görünəcək. Sancaqlarla dartılmış hissələrdəki kiçik nahamarlıqları aradan qaldırın və fasonlu əyədən istifadə edərək, panelin qabarmış hissəsini düzəldin.

(23) Panelin düzəldilməmiş hissəsi sancaq qaynağından istifadə edərək təkrar dartılmışsa, onun əvvəlki vəziyyətini bərpa edin. Bu zaman panel demək olar ki, düzəlmiş olur və həddən artıq güclə dartınmır. Sancaq çəkici ilə zəif güc tətbiq etməklə, panel əvvəlki vəziyyətinə qayıdaraq düzəlir.

(24) Panelin bərpa işləri zamanı panelin qabarmış hissəsi güc tətbiq etməklə döyəclənsə, panel dartına və eyni zamanda, burula bilər, buna görə də qabarmış hissə sancaq qaynağı ilə kiçildilməlidir.

(25) Kiçiltmə əməliyyatı aparılarkən, panel su ilə soyudulur ki, istiliyin təsiri ilə panelin dartılmış hissəsi soyusun və kiçilmə meydana gəlsin, beləliklə, panelin qabarmış hissəsi əvvəlki vəziyyətinə qayıtsın.

(26) Paneli kiçiltmə əməliyyat başa çatdıqda, panelin bərpa vəziyyətini yoxlamaq üçün kuzovun kiçilmiş hissələri və panelin ümumi səthi cilalanır.

(27) Fasonlu əyə ilə aparılan panelin bərpa işləri başa çatdıqda, növbəti mərhələyə keçməzdən əvvəl panelin səthləri orbital cilalayıcı ilə cilalana bilər.

Avtombil (Mühərrik) – Akkumulyator tipli yüksək təzyiqli yanacaq sisteminin (CRDI) diaqnozu/təmiri

Əvvəlki məqaləChuck Norris həyat qanunları
Növbəti məqaləXəritə: 10 kişi orqazmına nə qdər qadın orqazmı düşür?

Fikirlərinizi bildirin.