Avtombil (Kuzov) – Kuzovun qaynaq edilməsi və yığılması

0
0

Avtombil (Kuzov) – Kuzovun qaynaq edilməsi və yığılması

İşin məqsədi: Bu modulu bitirdikdən sonra tələbə:

1. Avtomobil kuzovunun qaynağı və yığılması yolu ilə avtomobil kuzovunun quruluşunu/adını və qaynaq və yığılma işlərinin prinsiplərini izah edə biləcək:
2. Avtomobil kuzovunun zədəsinin qaynağı və yığılması yolu ilə kuzovun zədəsini müvafiq qaydada təmir edəcək.

Təcrübə materialları:

• MG-CO2 Qaynaq Avadanlığı üzrə İstifadəçi Kitabçası
• Kuzov və yeni kuzov panelləri, paslanmaya davamlı möhkəm naqil, təsirsiz qaz

Avadanlıq və alətlər:

• Kuzova texniki xidmət üçün əl alətləri, MG • CO2 qaynaq avadanlığı, hava komressoru, qaynaqdan mühafizə alətləri, şəxsi təhlükəsizlik qurğuları, qaz təchizatı, ölçmə aləti, işarələmə aləti, fiksasiyaedici verstak

Təcrübə təhlükəsizliyi və ehtiyat tədbirləri:

• MG • CO2 qaynağı üçün tələb olunan təhlükəsizlik tədbirlərinə uyğundur.
• MG və CO2 qaynağı zamanı qığılcım yayılması əleyhinə qoruyucu kaskadan istifadə edilməlidir.
• MG və CO2 qaynaq qurğusunun hissələrini yoxlayın.
• Qaynaq avadanlığının birləşdirildiyi elektrik mənbəyinə şoka qarşı elektrik ayırıcı quraşdırıldığından əmin olun.
• Elektrik naqili torpaqlanmış elektrik qurğusuna birləşdirilməlidir.
• Alışabilən partlayıcı və ya ziyanlı materialları təcrid edin.
• Qapalı ərazilərdə işləyərkən daşına bilən ventilyasiya qurğusundan istifadə edin.
• Yanğınsöndürənlərin və yanğın əleyhinə suyun hazır olub-olmadığını yoxlayın.

Təcrübə mərhələləri
1. MIG Qaynaq qurğusundan istifadə

Zədələnmiş kuzovun panelində qaynaq edilmiş sahəni yoxlayın və köhnə paneli sökərkən, paneli düz xətt boyu söküb çıxarın.
Lakin panelin yeni hissəsi quraşdırılarkən, kəsilmiş sahə MG • CO2 qaynaq qurğusu ilə qaynaq edilir. Tıxac qaydalara uyğun şəkildə qaynaq edilməlidir.

1. Zədələnmiş paneli söküb çıxarın.

2. Köhnə panel ölçüsündə yeni panel kəsin.

3. Kuzovun panelini kəsin.

4. Daxili panelin flans sahəsini düzləşdirin.

5. Yeni paneli kəsin.

6. Panelin flans sahəsinə qaynaq edərkən, paslanma əleyhinə maddədən istifadə edin.

7. Yeni paneli yerləşdirin.

8. Panelin flansında dəliklər açın.

9. Pərçimlərlə qaynaq:
(1) Qaynaq işi qaynaq odluğunu dəliyin içində, pərçim qaynağı üçün nəzərdə tutulmuş dəlik ətrafında döndərməklə yerinə yetirilir.

(2) Pərçimlə qaynaq etdikdən sonra cilalanma dəzgahı ilə cilalayın.

10. İş panelin pərçimlə qaynaq tikişləri olan hissəsinin kəsilməsi ilə başlanır.

11. Paneli qaynaq tikişi üzrə kəsin.

12. Panelin səthindən qaynaq tikiş örtüyünü çıxarın.

13. Qaynaq tikişinin olduğu hissənin çıxıntıları arasındakı məsafəni yoxlayın.

14. Panelin qaynaq edilmiş hissəsi.

15. Səthin cilalanması.

16. MIG • CO2 qaynağı.

17. MIG qaynaq tikişlərinin cilalanması.

18. MIG • C02 qaynaq işləri başa çatır və yoxlanır.

19. MIG qaynağından sonra panelin kalibrasiyası.

20. Hermetik material tətbiq edin.

21. İş sahəsini, avadanlıqları və alətləri təmizləyin.

Avtombil (Mühərrik) – Elektron İdarəetmə ilə Benzin Püskürmə Sisteminin Diaqnozu (ÇNP)

Fikirlərinizi bildirin.