Avtombil (Kuzov) – Kuzovun deformasiyasının ölçülməsi

0
0

Avtombil (Kuzov) – Kuzovun deformasiyasının ölçülməsi

İşin məqsədi: Bu modulu bitirdikdən sonra tələbə:

1. Avtomobil kuzovunun deformasiyasını ölçmək yolu ilə avtomobil kuzovunun quruluşunu/ adını/iş prinsiplərini izah edə biləcək;
2. Avtomobil kuzovunun deformasiyasını ölçmək yolu ilə avtomobil kuzovunun deformasiyasını müvafiq qaydada təmir edə biləcək.

Təcrübə materialları:

• Alətlər üzrə istismar təlimatları
• Avtomobil istehsalçısının istismar təlimatları (kuzovun ölçüləri)
• İş prosesinin qrafiki
• İşlərin qeydiyyat dəftərçəsi
• İşlərin ardıcıllığı
• Kuzov işlərinin kalibrasiyası üzrə istismar bələdçisi

Avadanlıq və alətlər:

• Ölçmə alətləri (ölçmə lenti, perpendikulyarlığın ölçülməsi üçün alət, polad işarələyici alət, mərkəzləyici qurğu, quraşdırma datçiki, üçölçülü kompüter ölçmə aləti, və s)
• Kuzovu ölçmə avadanlığı
• Kuzovun kalibrasiya qurğusu
• Kuzovun təmir qurğusu
• Dartılma zamanı möhkəmlik sistemi
• Qaldırıcı qurğu

Təhlükəsizlik və ehtiyat tədbirləri:

• Zədənin yerindən və dərəcəsindən asılı olaraq, zəruri ölçmə üsulunu seçin.
• İstismar kitabçasındakı ölçüləri düzgün şəkildə öyrənmək və avtomobil kuzovunu düzgün şəkildə başa düşmək zəruridir.
• Tapşırığa başlamazdan əvvəl iş təcrübəsi ilə tanış olun və təcrübi avadanlığı, alətləri, istismar təlimatlarını və materialları diqqətlə nəzərdən keçirin.
• Tapşırıq zamanı müvafiq alətlərdən istifadə edin və tapşırıq zamanı təhlükəsizliyə riayət edin.
• Paneli sökərkən göz üçün qoruyucu qurğulardan istifadə etdiyinizdən əmin olun.
• Toz meydana gəlsə, toz maskasından istifadə edin.
• İş sahəsində qoruyucu ayaqqabılar geyinmək çox vacibdir.
• Nəqliyyat vasitəsinin kuzovunun modifikasiyası avadanlığı ilə ölçmələr apararkən, avadanlıq ətrafında insanların və ya maneələrin olub-olmadığını yoxlayın və əməliyyatları təhlükəsiz şəkildə yerinə yetirin.
• Təmir avadanlığından, o cümlədən, kuzovun modifikasiyası avadanlığından istifadəni dərhal dayandırın.
• Bütün hissələr sökmə və quraşdırma sırasına uyğun olaraq sökülməli və quraşdırılmalıdırlar.
• Ölçmə üsulunun və alətlərinin seçilməsi

Təcrübə mərhələləri
Ölçmə üsulu və ölçmə avadanlığının seçilməsi
1. Ölçmə üsuluna əsasən ölçmə avadanlığından istifadə

(1) Zədələnmiş sahəni müəyyən etmək üçün ölçmə üsuluna əsasən ölçmə avadanlığından istifadə edərkən, kuzovun dibinin və ya kuzovun üst hissənin ölçmələrinin aparılmalı olduğunu başa düşmək lazımdır.
(2) Kuzovun üst hissəsi ölçülməlidirsə, kuzov avadanlığından istifadə etməklə ölçmələr aparmaq mümkündür, lakin bu halda quraşdırma datçikindən istifadə etmək lazımdır.
(3) Quraşdırma datçiki diaqonal xəttin uzunluğunu ölçən alətdir və kuzovun dib hissəsinin uzunluğundakı və diaqonalındakı dəyişiklikləri təsdiqləyir.

Fəaliyyət üzrə tövsiyə

• Kuzovun dibinin dayaq qurğusundan istifadə etməklə aparılan bərpa işləri ətraflı şəkildə başa düşülməli və alətdən istifadə edilməlidir, çünki zədə halında yoxlanmalı hissələrin sayı çox olur.

2. Ölçmə avadanlığının seçilməsi

Fəaliyyət üzrə tövsiyə

• Hal-hazırda Koreyadan idxal olunan çox sayda alətlər mövcuddur. Qeyd etmək lazımdır ki, işin keyfiyyəti və uyğunluğu üçün müəyyən avadanlıqlarla təmir etmək məqsədəuyğundur.
• Zərbə nəticəsində zədələnmiş kuzovun dəqiq bərpası üçün düzgün ölçmə avadanlığı seçilməlidir. İşə yararlılıq, rahatlıq və təhlükəsizlik kimi müxtəlif xüsusiyyətlərə malik avadanlıqların seçilməsi və istifadə edilməsini bilmək çox vacibdir.

Avtombil (Mühərrik) – Elektron İdarəetmə ilə Benzin Püskürmə Sisteminin Diaqnozu (ÇNP)

Fikirlərinizi bildirin.