Avtombil (Kuzov) – Kuzovun deformasiyasının nizamlanması/təmiri

0
0

Avtombil (Kuzov) – Kuzovun deformasiyasının nizamlanması/təmiri

İşin məqsədi: Bu modulu bitirdikdən sonra tələbə:

1. Kuzovun deformasiyasını nizamlamaq və təmir etmək yolu ilə kuzovun deformasiyasının quruluşunu/adını və işləmə prinsiplərini izah edə biləcək;
2. Kuzovun deformasiyasını nizamlamaq və təmir etmək yolu ilə kuzovun deformasiyasını müvafiq qaydada təmir edə biləcək.

Təcrübə materialları:

• Nəqliyyat vasitəsinin istehsalçısının istismar təlimatları
• Ölçmə alətləri (lentşəkilli ölçmə aləti, quraşdırma datçiki)

Avadanlıq və alətlər:
1. Avadanlığın seçilməsi

Deformasiya olmuş kuzovu əvvəlki vəziyyətinə uyğun bərpa etmək üçün siz müvafiq avadanlıqları və bərpaedici alətləri seçməlisiniz. Bərpaedici alətlərin və avadanlığın istifadəsi
təhlükəsizlik qəzalarına səbəb ola bilər, buna görə də kitabçada qeyd olunmuş avadanlıqlardan və alətlərdən istifadə etdiyinizdən əmin olun.

Şəkildə göstərildiyi kimi, kuzovun təmiri üçün müxtəlif avadanlıqlar mövcuddur, lakin daha çox istifadə olunan avadanlıqlara verstak, zəncirli blok, dartma qurğusu, nəqliyyat vasitəsinin kuzovunun bərpası üçün fiksasiya qurğuları olan zəncir və fiksator daxildir.

(1) Dartma qurğusu

Dartma qurğusu avtomobil kuzovunun hidravlika ilə hərəkət edən avadanlıq vasitəsilə dartılması üçün böyük güc tələb edən avadanlıqdır və şəkildə göstərildiyi kimi, kuzov verstaka bərkidilməsi ilə hərəkətə gətirilir. Dartma qurğusu dartma üçün nəzərdə tutulmuş avadanlıqdır, buna görə də dartılma zamanı böyük həcmdə güc meydana gəlir. Dartma qurğusu dartılmalı obyektdən müəyyən qədər məsafədə hərəkətə gətirilməlidir, çünki dartma qurğusu əks istiqamətdə dartıldıqda qəza baş verə bilər.

Fəaliyyət üzrə tövsiyə

• Dartma qurğusundan istifadə edərkən təhlükəsizlik halqası bərkidilməlidir. Təhlükəsizlik halqası olmadan dartma qurğusundan istifadə qəza ilə nəticələnə bilər ki, bu qəza fiksatorun və zəncirin qırılması ilə meydana gələ və əməliyyatçının ölümü ilə nəticələnə bilər.
• Həmçinin yadda saxlamaq lazımdır ki, dartma qurğusundan istifadə zamanı zəncir qurğuya birləşdirilməlidir. Zəncirlər yastı və düzləşdirilmiş şəkildə olmalıdırlar, çünki zəncir zəif birləşdirilibsə, burula və qırıla bilər. Beləliklə, güc tətbiqi ilə dartıldıqda, bir zəncir digər zəncirlə toqquşmayacaq.

(2) Zəncir blokları

Zəncir blokları dartma qurğusunun köməkçi qurğularıdır. Dartma qurğusu ilə çoxsaylı dartma əməliyyatları yerinə yetirilə bilmədikdə, zəncir bloku çox-dartmalı əməliyyatla seçilir.

Fəaliyyət üzrə tövsiyə

• Zəncir bloku verstaka və kuzovun konstruksiyasına bərkidilir və dartma cihazı ilə dartılır, bu halda zəncir bloku kuzovu içəriyə istiqamətdə dartır və burulmuş və ya əyilmiş hissə düzləşdirilir. Dartma qurğusuna malik deyilsinizsə, zəncir blokundan istifadə edərək dartma əməliyyatlarını yerinə yetirə bilərsiniz.

(3) Zəncirlər

Zəncir dartma qurğusuna və zəncir blokuna birləşdirilir və kuzovun düzləşdirilməsində əsas rol oynayır. Zəncirin ölçüsündən və uzunluğundan asılı olaraq, istifadə məqsədi fərqli ola bilər, lakin kuzovun modifikasiyası üçün istifadə olunan zəncir nazik zəncirlə müqayisədə daha qalın olmalıdır.

Fəaliyyət üzrə tövsiyə

• Zəncirlər dartma zamanı dartma qurğusu ilə birlikdə istifadə olunur, lakin təhlükəsizlik halqasını əvəz etmək kimi digər məqsədlər üçün də istifadə oluna bilər. Təhlükəsizlik halqası yoxdursa, zəncir daha çox təhlükəsizlik halqası kimi istifadə olunur.

(4) Fiksatorlar

(A) Fiksatorlar darma qurğusu, zəncir bloku və zəncirlə birlikdə istifadə olunur və ən uyğun fiksator kuzovun modifikasiya işləri üçün istifadə olunan alət vasitəsilə dartılacaq kuzovun formasına uyğun şəkildə istifadə edilməlidir.

(B) Tətbiqindən asılı olaraq, müxtəlif növ fiksatorlar mövcuddur və istifadə məqsədindən asılı olaraq, avtofiksator, döyməklə hazırlanmış fiksator, C-tipli fiksator və D-tipli fiksator kimi fiksator növləri seçilir.

(C) Fiksatordan istifadə edərkən, onu kuzova birləşdirmək lazımdır ki, dartma zamanı fiksator aralanmasın.

(D) Fiksatorun dişlərinin sürüşməsinin və aralanmasının qarşısını almaq üçün, fiksatorun bərkidildiyi hissəyə köhnə lent və ya hermetik material örtülməlidir.

Avtombil (Mühərrik) – Turbo Şarj Sistemi haqqında Məlumat

Fikirlərinizi bildirin.