Avtombil (Elektrik) – Komfort sistemlərinin diaqnostikası/ təmiri

0
0

Avtombil (Elektrik) – Komfort sistemlərinin diaqnostikası/ təmiri

İşin məqsədi: Bu modulu bitirdikdən sonra tələbə:

1. Avtomobil kuzovunun elektrik sisteminin yoxlanması və diaqnostikası yolu ilə avtomobilin elektrik cihazlarının adını/quruluşunu/işləmə prinsiplərini izah edə biləcək;
2. Avtomobil kuzovunun elektrik sisteminin yoxlanması və diaqnostikası yolu ilə kuzovun elektrik sistemini müvafiq qayda təmir etməyi biləcək.

Təcrübə materiallar:

1. Elektrik birləşdirici naqillər
2. Qum kağız
3. Əriyən qoruyucular
4. Xarici yivli ştuser
5. Rozetka

Avadanlıq və alətlər:

1. Quraşdırma və sökmə üçün yanacaqla işləyən mühərrik
2. Daşına bilən alətlər qutusu dəsti
3. Yüksək performanslı kombinasiyalı qayka açarları dəsti
4. Multimetr
5. Daşına bilən alətlər qutusu dəsti
6. Şüşətəmizləyənin elektrik mühərriki
7. Birləşdiricinin terminaldan ayırıcı iynəsi
8. Birləşdiricinin terminaldan çıxarıcısı
9. Reversiv xırxıra kombinasiyalı qayka açarları dəsti

Mövzu ilə əlaqəli biliklər
NAQİLİN RƏNG KODU

Naqil rəngləri əlifba sırası ilə işarələnib.
B=Qara L=Mavi R=Qırmızı
BR=Qəhvəyi LG=Açıq yaşıl V =Bənövşəyi
G=Yaşıl O=Narıncı W=Ağ
GR=Boz P=Çəhrayı Y=Sarı
Birinci hərf naqilin rəngini və ikinci hərf zolağın rəngini bildirir.

1. BİRLƏŞDİRİCİNİ AYIRIN.
İkincili qıfıl cihazı və ya terminal sıxıcısını ayırın.

(a) Qıfıl cihazı terminaldan əvvəl ayrılmalıdır, qıfıl tutucusu buraxıla və terminal birləşdiricidən sökülə bilər

(b) İkincili qıfıl cihazını və ya terminal tutucunu açmaq üçün xüsusi alətdən və ya terminalın lingindən istifadə edin.

QEYD:

Terminal tutucunu konnektorun gövdəsindən sökməyin.

(c) Qıfıl çıxıntısını terminaldan açın və terminalı arxadan çəkin.

2. TERMİNALI BİRLƏŞDİRİCİYƏ QURAŞDIRIN.

(a) Terminalı quraşdırın.

KÖMƏK:

1. Terminalın düzgün yerləşdirildiyindən əmin olun.
2. Qıfıl çıxıntısı möhkəm bağlanana qədər terminalı daxil edin.
3. Terminalı terminal tutucusu ilə müvəqqəti qıfıl vəziyyətinə gətirin.
(b) İkincili qıfıl cihazını və ya terminal tutucunu tam qıfıl vəziyyətinə itələyin.

3. ƏRİYƏN QORUYUCU DƏYİŞİN.

Əriyən qoruyucunu dəyişərkən onu eyni amper səviyyəsindəki əriyən qoruyucu ilə əvəz etdiyinizdən əmin olun.

QEYD:

Əriyən qoruyucunu və ya əriyən birləşməni dəyişməzdən əvvəl bütün elektrik hissələri və alışdırma keçiricisini söndürün. Əriyən qoruyucunun və ya əriyən birləşmənin amperaj səviyyəsini aşmayın.

Əriyən qoruyucunu çıxararkən və daxil edərkən həmişə əriyən qoruyucu çıxarıcısından istifadə edin. Burmadan birbaşa çıxarın və daxil edin. Burulma terminalların həddən artıq açılmasına səbəb olaraq, zəif birləşmə ilə nəticələnə bilər.

Əriyən qoruyucu və ya əriyən birləşmə partlamağa davam etsə, qısa qapanma meydana gələcək. Sistem təcrübəli texnik tərəfindən yoxlanılmalıdır. Çıxarıcı 2 nömrəli qovşaq blokunda yerləşir.

4. DÖVRƏNİN GƏRGİNLİK SƏVİYYƏSİNİ YOXLAYIN.

(a) Gərginliyin yoxlama nöqtəsində olduğu şərtləri müəyyən edin.
Məsələn:
A- Alışdırma keçiricisi yanılıdır
B- Alışdırma keçiricisi və 1-ci keçirici yanılıdır
C – Alışdırma keçiricisi, 1-ci keçirici və rele yanılıdır (2-ci keçirici sönülüdür)
(b) Voltmetrdən istifadə edərək, (-) başlığı müvafiq torpaqlama nöqtəsinə və ya batareyanın mənfi (-) terminalına və müsbət (+) başlığı birləşdiriciyə və ya komponent terminalına birləşdirin. Bu yoxlama voltmetr əvəzinə sınaq lampası ilə yerinə yetirilə bilər.

5. PƏNCƏRƏSİLƏNİN MOTORUNUN YOXLANMASI.

(a) Aşağı sürətdə hərəkət
Batareyanın müsbət (+) başlığını 3 nömrəli terminala və mənfi (-) başlığı 1 nömrəli terminala birləşdirin, motorun aşağı sürətdə işlədiyini yoxlayın. Motorun hərəkəti müvafiq qaydada deyilsə, motoru əvəz dəyişin.

(b) Yüksək sürətdə hərəkət
Batareyanın müsbət (+) başlığını 2 nömrəli terminala və mənfi (-) başlığı 1 nömrəli terminala birləşdirin, motorun aşağı sürətdə işlədiyini yoxlayın. Motorun hərəkəti müvafiq qaydada deyilsə, motoru əvəz dəyişin.

(c) Durma vəziyyətində hərəkət və dayanma
1. Mühərriki aşağı sürətdə hərəkətə gətirin və müsbət (+) başlığı 3 nömrəli terminaldan ayıraraq, durma vəziyyətindən başqa vəziyyətdə hərəkəti dayandırın.

2. 3 və 5 nömrəli terminalları birləşdirin.
3. Batareyanın müsbət (+) başlığını 6 nömrəli terminala və mənfi (-) başlığı 1 nömrəli terminala birləşdirin, təkrar hərəkətə başladıqdan sonra motorun durma vəziyyətində dayanıb-dayanmadığını yoxlayın.

Hərəkət müvafiq qaydada deyilsə, motoru dəyişin.

6. ARXA PƏNCƏRƏSİLƏNİN MOTORUNU YOXLAYIN.

(a) Aşağı sürətdə hərəkət
Batareyanın müsbət (+) başlığını 4 nömrəli terminala və mənfi (-) başlığı 2 nömrəli
terminala birləşdirin, motorun aşağı sürətdə hərəkət edib-etmədiyini yoxlayın.

Hərəkət müvafiq qaydada deyilsə, motoru əvəz dəyişin.

(b) Durma vəziyyətində hərəkət və dayanma
Motoru aşağı sürətlə hərəkətə gətirin və motorun müsbət (+) başlığı 4 nömrəli terminaldan ayırmaqla, durma vəziyyəti istisna olmaqla, motorun fəaliyyətini dayandırın.

(c) 3 və 4 nömrəli terminalları birləşdirin.
Batareyanın müsbət (+) başlığını 1 nömrəli terminala və mənfi (-) başlığı 2 nömrəli terminala birləşdirin, təkrar hərəkətə başladıqdan sonra motorun durma vəziyyətində dayanıb-dayanmadığını yoxlayın.

Hərəkət müvafiq qaydada deyilsə, motoru dəyişin.

7. YUYUCUNUN MOTORUNU YOXLAYIN.

(a) Ön yuyucunun hərəkəti
Batareyanın müsbət (+) başlığını 2 nömrəli terminala və mənfi (-) başlığı 1 nömrəli terminala birləşdirin, motorun hərəkət edib-etmədiyini yoxlayın.

QEYD:
Bu sınaqlar sürətli şəkildə (20 saniyə ərzində) yerinə yetirilməlidir ki, sarğı sıradan çıxmasın. Hərəkət müvafiq qaydada deyilsə, motoru əvəz dəyişin.

(b) Arxa yuyucunun hərəkəti
Batareyanın müsbət (+) başlığını 2 nömrəli terminala və mənfi (-) başlığı 3 nömrəli terminala birləşdirin, motorun hərəkət edib-etmədiyini yoxlayın.

Hərəkət müvafiq qaydada deyilsə, motoru əvəz dəyişin.

QEYD:
Bu sınaqlar sürətli şəkildə (20 saniyə ərzində) yerinə yetirilməlidir ki, sarğı sıradan çıxmasın.

(c) Yuyucu motorunun hərəkətini yoxlayın.
Batareyanın müsbət (+) başlığını 2 nömrəli terminala və mənfi (-) başlığı 1 nömrəli terminala birləşdirin, motorun hərəkət edib-etmədiyini yoxlayın.

Hərəkət müvafiq qaydada deyilsə, motoru əvəz dəyişin.

Bölmə 2: Havalandırma

QEYD:
Bu sınaqlar sürətli şəkildə (20 saniyə ərzində) yerinə yetirilməlidir ki, sarğı sıradan çıxmasın.

ARXA PƏNCƏRƏNİN BUXAR TƏMİZLƏYİCİSİNİN YAPIŞDIRILMIŞ QIZDIRICISI
XƏBƏRDARLIQ:

Qızdırıcı xəttinin zədələnməsinin qarşısını almaq üçün voltmetrin sınaq başlığının ucunu qalay folqa ilə örtün. Qalay folqaya barmaqla qüvvət tətbiq edin və açıq dövrələrin olub-olmadığını yoxlamaq üçün qalay folqanı tor xətti boyu hərəkət etdirin.

1. Buxar təmizləyicisinin qızdırıcısının çeviricisini yandırın və şüşənin mərkəz nöqtəsində hər qızdırıcı xəttinin gərginliyini ölçək üçün voltmetrdən istifadə edin. Voltmetr 6V gərginlik göstərirsə, arxa pəncərənin qızdırıcı xətti qənaətbəxş hesab olunur.

2. Qızdırıcı xətti mərkəzi nöqtə ilə (+) terminal arasında bozardıqda, voltmetr 12V gərginlik göstərəcək.

3. Qızdırıcı xətt mərkəz xətti ilə (-) terminal arasında bozardıqda, voltmetr 0V gərginlik göstərəcək.

4. Açıq dövrələri yoxlamaq üçün sınaq başlığını mümkün açıq dövrə istiqamətində hərəkət etdirin. Gərginliyin meydana gəldiyi və ya 0V-a çevrildiyi nöqtəni aşkar etməyə çalışın. Gərginliyin dəyişdiyi nöqtə açıq dövrə nöqtəsidir.

5. Terminal və tor xəttinin mərkəzi arasındakı və həmin terminalla bir bitişik qızdırıcı xəttinin arasındakı hər qızdırıcı xəttinin müqavimətini ölçmək üçün ommetrdən istifadə edin. Qırıq qızdırıcı xəttinin olduğu bölmənin müqaviməti digər bölmələrdə olduğundan iki dəfə yüksək olacaq. Təsirə məruz qalmış bölmədə sınaq başlığını müqavimətin kəskin şəkildə dəyişdiyi mövqeyə gətirin.

QIRIQ QIZDIRICI XƏTTİNİN TƏMİRİ
Aşağıdakı alətləri hazırlayın:

1. Keçirici boya;
2. Boya həlledici maddəsi;
3. İzolyasiya lenti;
4. Silikonu təmizləyici məhlul.
Nazik fırçadan istifadə edərək:

Qırıq qızdırıcı xəttə bitişik şüşəni silin, silikon təmizləyici məhlulla təmizləyin və göstərilən şəkildə izolyasiya lentini yapışdırın. Keçirici boyanın konteynerini yaxşıca silkələyin və 15 dəqiqəlik aralıqlarla fırça ilə üç qat boya çəkin. Lenti çıxarın və elektrik enerjisi tətbiq etməzdən əvvəl boyanın quruması üçün kifayət qədər gözləyin. Daha səliqəli yekun iş üçün, boya tamamilə quruduqdan sonra bıçaqla artıq boya qalıqlarını qaşıyıb çıxarın (24 saat gözləyin).

ARXA PƏNCƏRƏNİN BUXAR TƏMİZLƏYİCİSİNİN QURUDUCUSUNUN ÇEVİRİCİSİ

YOXLANIŞ
1. Mənfi (-) batareya terminalını ayırın.
2. Mərkəzi cihazlar panelini (A) sökün. Bərkidici sıxacları zədələməməyə fikir verin. (Kuzov qrupuna – toqquşma yastığına istinad edin)

3. Konnektorları ayırın.

4. İki vinti boşaltdıqdan sonra avto qızdırıcının nəzarət hissələrini sökün.

5. Ommetrdən istifadə edərək, nəzarət qurğusunu sökdükdən sonra terminallar arasındakı kəsilməzliyi yoxlayın.

[LHD]

YÜK BÖLMƏSİNİN LAMPASI YOXLANIŞ

1. Kuzovun yük hissəsinin lampasını sökün və sonra terminallar arasındakı kəsilməzliyi yoxlayın.

SÖKMƏ

1. Mənfi (-) batareya terminalını ayırın;
2. Yastı ucluqlu vintaçanla lampanın şüşəsini
(A) yük bölməsinin lampasından ayırın və lampanı (B) sökün;
3. Bərkidici vinti (2EA) boşaldın və 3P konnektorunu ayırın. Sonra isə yük bölməsinin lampa qurğusunu sökün.

QURAŞDIRMA

1. Lampa konnektorunu birləşdirdikdən sonra yük bölməsinin lampa qurğusunu quraşdırın.
2. Lampanı quraşdırdıqdan sonra lampa şüşəsini bərkidin.

TAVAN LAMPASI
YOXLANIŞ

Tavan lampa qurğusunu sökdükdən sonra terminallar arasındakı kəsilməzliyi yoxlayın.

Kəsilməzlik yoxdursa, istiqamət xəritəsinin lampasının açarını dəyişdirin.

SÖKMƏ

1. Mənfi (-) batareya terminalını ayırın.
2. Sökmə alətindən istifadə edərək, lampa şüşəsini, sonra isə iki vinti sökün.

3. Günəş tavanının açar konnektorunu və lampanın konnektorunu (C) ayırın və tavan (A) lampasını (B) sökün.

E3C70827 QURAŞDIRMA
1. Günəş tavanının açar konnektorunu və lampa konnektorunu birləşdirdikdən sonra tavan lampasını quraşdırın.

2. İki vinti birləşdirdikdən sonra lampa şüşəsini quraşdırın.

REOSTAT
YOXLANIŞ

1. Mənfi (-) batareya terminalını ayırın.
2. Daxili örtüyü sökmə alətindən istifadə etməklə, aşağı toqquşma yastığının açar qurğusunu (A) sökün.

[LHD]

[RHD]

3. Reostatın açar konnektorunu (A) sökün.
[LHD]

[RHD]

4. Yeni reostat açarının intensivliyini yoxlayın.
Əgər reostat yanılı olduqda lampaların intensivliyi yanıb-sönmə olmadan dəyişirsə, reostatın fəaliyyəti qənaətbəxş hesab oluna bilər.

ELEKTROXROM DAXİLİ ARXA GÖRMƏ GÜZGÜSÜ
TƏSVİRİ:

EXG (ElektroXrom daxili arxa görmə Güzgüsü) göz qamaşmaması üçün gecə vaxtı nəqliyyat vasitəsinin arxasındakı əks olunan işıqları zəiflətmək üçün istifadə olunur.

İrəliyə istiqamətlənmiş sensor ətrafdakı işıqları aşkar edir və arxaya istiqamətlənmiş sensor əks olunan işıqların intensivliyini azaldaraq, güzgünün əksetmə gücünü 10-70% aralığına nizamlayır.

1. İrəliyə istiqamətlənmiş sensor ətrafdakı işıqların güzgünün funksiyası üçün kifayət qədər zəif olub-olmadığını yoxlayır.

2. Arxaya istiqamətlənmiş sensor nəqliyyat vasitəsinin arxasında əks olunan işığın parıltısını
aşkar edir.

3. EXG arxaya istiqamətlənmiş sensorun müəyyən etdiyi dərəcədə tutqunlaşır. Parıltı aşkar olunmadıqda, güzgü öz işini dayandırır.

AVTOMATİK TUTQUNLAŞMA FUNKSİYASI

Gecə vaxtı nəqliyyat vasitəsini idarə edərkən görmə qabiliyyətinizi qorumaq üçün güzgünüz arxanızda hərəkət edən nəqliyyat vasitəsindən aşkar olunmuş parıltını avtomatik şəkildə tutqunlaşdıracaq. Avtomatik tutqunlaşma funksiyasına YANILI/SÖNÜLÜ Tutqunlaşma düyməsi ilə nəzarət oluna bilər:

1. Funksiyalara nəzarət düyməsini 3 saniyədən artıq, lakin 6 saniyədən çox olmayaraq basıb saxladıqda avtomatik tutqunlaşma SÖNÜLÜ (OFF) funksiyası işə düşür ki, bu zaman yaşıl “vəziyyət göstəricisi” LED işığı sönür.

2. Funksiyalara nəzarət düyməsini 3 saniyədən artıq, lakin 6 saniyədən çox olmayaraq təkrar basıb saxladıqda tutqunlaşma YANILI (ON) funksiyası işə düşür və bu zaman zaman yaşıl Vəziyyət Göstəricisi LED işığı yanır

QEYD:

Güzgü hər zaman ilkin “YANILI” (ON) vəziyyətdə olur.

YOXLANIŞ:

EXG funksiyasının normal işlədiyini müəyyən etmək üçün aşağıdakı prosedurla yoxlama aparın.
1. Alışma düyməsini “YANILI” vəziyyətə gətirin.
2. İrəliyə istiqamətlənmiş sensoru söndürmək üçün üstünü örtün.
3. İşığı arxaya istiqamətlənmiş sensora istiqamətləndirin.
4. Arxa sensor işığı aşkar edən kimi EXG tutqunlaşmalıdır.

QEYD:

Bu sınaq günorta vaxtı yerinə yetirilsə, qabaq sensorun üstü örtülən kimi GEX tutqunlaşa bilər.

5. Əks istiqamətli ötürmə mexanizmi işə düşdükdə EXG tutqunlaşmamalıdır.

İşıqları irəli və arxaya istiqamətlənmiş sensorlara ötürdükdə, EXG tutqunlaşmamalıdır.

DƏYİŞDİRMƏ

1. Daxili arxa görmə güzgüsünü sökmək üçün güzgünün naqil örtüyünü sökdükdən sonra
daxili arxa görmə güzgüsünün bazasına qüvvət tətbiq edin.

QEYD:

Güzgü güzgünün bazasına (A) möhkəm söykənir və güzgü çıxarıldıqda ayrılır.

Güzgünün yaylı bərkitmə çərçivəsinin (C) zədələnmədiyindən əmin olun.

2. Quraşdırma sökmə addımlarının əks ardıcıllığı ilə yerinə yetirilir.

SİQNAL
YOXLANIŞ

Batareyanın gərginliyini 1-ci terminala birləşdirməklə və 2-ci terminalı torpaqlamaqla siqnalı sınaqdan keçirin.
Siqnal səs çıxarmalıdır. Siqnal səs çıxarmasa, onu dəyişdirin.

SİQNAL RELESİNİN YOXLANIŞI

1. Siqnal relesini (A) mühərrikin rele qutusundan sökün.
2. Elektrik və torpaqlama No.85 və No.86 terminallarına qoşulduqda No.30 və No.87 terminalları arasında kəsilməzlik olmalıdır.

3. Elektrik təchizatı kəsildikdə No.30 və No.87 terminalları arasında kəsilməzlik olmamalıdır.

SÖKMƏ

1. Qabaq bamperi sökün (Kuzov qrupuna – qabaq bamperə istinad edin).
2. Boltu sökün və siqnal konnektorunu ayırın, sonra isə siqnalı (A) sökün.

QURAŞDIRMA

1. Siqnal konnektorunu birləşdirdikdən sonra siqnalı təkrar quraşdırın (Kuzov qrupuna – qabaq bamperə istinad edin).
2. Qabaq bamperi quraşdırın. (Kuzov qrupuna – qabaq bamperə istinad edin)

NİZAMLAMA

1. Siqnalı işə salın və nizamlama vintini fırlatmaqla siqnalın səsini müvafiq səviyyəyə nizamlayın.

QEYD:
Nizamlamadan sonra vintin boşalmasının qarşısını almaq üçün vintin kənarlarına az miqdarda boya çəkin.

ELEKTRİKLİ QAPI KİLİDLƏRİNİN İCRA MEXANİZMLƏRİ
YOXLANIŞ
QABAQ QAPI KİLİDLƏRİNİN İCRA MEXANİZMLƏRİ

1. Qabaq qapının daxili örtüyünü sökün (Kuzov qrupu – Qabaq qapı bölməsinə istinad edin).
2. Qabaq qapı modulunu sökün (Kuzov qrupu – Qabaq qapı bölməsinə istinad edin).
3. Konnektorları icra mexanizmindən ayırın.
4. Cədvələ uyğun şəkildə elektrik təchizatını və torpaqlamanı birləşdirməklə icra mexanizminin işini yoxlayın. İcra mexanizminin zədələnməsinin qarşısını almaq üçün batareyaya qısamüddətli gərginlik tətbiq edin.

ARXA QAPI KİLİDİNİN İCRA MEXANİZMİ

1. Arxa qapının daxili örtük panelini sökün (Kuzov qrupu – arxa qapı bölməsinə istinad edin).
2. Arxa qapı modulunu sökün (Kuzov qrupu – arxa qapı bölməsinə istinad edin).
3. Konnektorları icra mexanizmindən ayırın.

4. Cədvələ uyğun şəkildə elektrik təchizatını və torpaqlamanı birləşdirməklə icra mexanizminin işini yoxlayın. İcra mexanizminin zədələnməsinin qarşısını almaq üçün batareyaya yalnız qısa müddət ərzində gərginlik tətbiq edin.

YÜK BÖLMƏSİNİN QAPISININ İCRA MEXANİZMİ

1. Yük bölməsinin daxili örtüyünü sökün (Kuzov qrupuna – arxa yük qapısı bölməsinə istinad edin)
2. 3P konnektoru icra mexanizmindən ayırın.

3. Cədvələ uyğun şəkildə elektrik təchizatını və torpaqlamanı birləşdirməklə icra mexanizminin işini yoxlayın. İcra mexanizminin zədələnməsinin qarşısını almaq üçün batareyaya yalnız qısa müddət ərzində gərginlik tətbiq edin.

QABAQ QAPI KİLİDİNİN AÇARI

1. Qabaq qapının daxili örtüyünü sökün (Kuzov qrupuna – qabaq qapı bölməsinə istinad edin).
2. Qabaq qapı modulunu sökün (Kuzov qrupuna – qabaq qapı bölməsinə istinad edin).
3. Konnektorları icra mexanizmindən ayırın.

4. Cədvələ uyğun şəkildə açarı qapıya daxil etməklə, açarın hər vəziyyətində terminallar
arasındakı kəsilməzliyi yoxlayın.

ARXA QAPI KİLİDİNİN AÇARI

1. Arxa qapının daxili örtüyünü sökün (Kuzov qrupuna – arxa qapı bölməsinə istinad edin).
2. Arxa qapı modulunu sökün (Kuzov qrupuna – qabaq arxa bölməsinə istinad edin).
3. Konnektorları icra mexanizmindən ayırın.

4. Cədvələ uyğun olaraq, açarın hər vəziyyətində terminallar arasındakı kəsilməzliyi yoxlayın.

YÜK BÖLMƏSİNİN QAPISININ AÇMA ÇEVİRİCİSİ

1. Yük bölməsinin daxili örtüyünü sökün (Kuzov qrupuna – arxa yük qapısı bölməsinə istinad edin).
2. 3P konnektoru İcra mexanizmindən ayırın.

3. Cədvələ uyğun olaraq, açarın hər vəziyyətində terminallar arasındakı kəsilməzliyi yoxlayın.

QORUYUCULU ELEKTRİKLİ ŞÜŞƏQALDIRANIN İŞƏ SALINMA ÜSULU

1. Batareya birləşməsinin işə salınması
Batareya 5 dəqiqədən artıq müddətdə nəqliyyat vasitəsilə qoşulmadıqda, qoruyuculu elektrikli şüşəqaldıranın düyməsi işə salınmalıdır.
1) İşə salınmazdan əvvəl elektrikli şüşəqaldıranın fəaliyyəti
– Əllə yuxarı/aşağı funksiyası mövcuddur
– Avtomatik-Yuxarı funksiyası mövcud deyil
(Avtomatik yuxarı/aşağı açarını çevirdikdə pəncərə əllə yuxarı/aşağı hərəkət etdirilir).

2) İşə salma üsulu
Pəncərə açıqdırsa, pəncərəni bağlayın və pəncərənin tamamilə bağlı olduğu vəziyyətdə 0.2 saniyə ərzində pəncərə açarı düyməsini basıb saxlayın.
(Pəncərənin tam bağlı olduğu vəziyyətdə pəncərəni bağlamağa davam etsəniz, işə salınmaya bilər.)

3) Elektrikli pəncərəqaldıranı tıxac zamanı işə saldıqda, aşağıdakı hallar meydana gələ bilər.
– Təhlükəsizlik funksiyası mövcud olmur

2. Təhlükəsizlik rejiminin işə salınması

1) Əgər pəncərə güc tətbiq etməklə hərəkət edirsə və motorda problem varsa, elektrik pəncərəqaldıranın açarı istifadəçinin təhlükəsizliyini təmin etmək üçün təhlükəsizlik rejiminə keçə bilər.

2) Qəza rejimində elektrikli pəncərəqaldıranın fəaliyyəti
– Avtomatik/Əllə aşağı salma funksiyası mövcud olur
– Avtomatik/Əllə qaldırma funksiyası mövcud olur
(Avtomatik/əllə qaldırma funksiyası işə salındıqda, pəncərə 20 mm qalxır və sonra dayanır.)

ELEKTRİKLİ PƏNCƏRƏQALDIRANIN MOTORU
YOXLANIŞ:

QABAQ PƏNCƏRƏNİN ELEKTRİKLİ PƏNCƏRƏQALDIRANININ MOTORU

1. (-) mənfi batareya terminalını sökün.
2. Qabaq qapının daxili örtüyünü sökün (Kuzov qrupu – qabaq qapı bölməsinə istinad edin.
3. Konnektoru (2P) motordan ayırın.

4. Motorun terminallarını birbaşa batareyanın gərginliyinə (12V) birləşdirin və motorun problemsiz işlədiyini yoxlayın. Sonra qütblərin yerinə dəyişin və motorun əks istiqamətdə problemsiz işlədiyindən əmin olun. Motorun fəaliyyətində anormallıq varsa, motoru dəyişdirin.

ARXA PƏNCƏRƏNİN ELEKTRİKLİ PƏNCƏRƏQALDIRANININ MOTORU

1. (-) mənfi batareya terminalını sökün.
2. Arxa qapının daxili örtüyünü sökün (Kuzov qrupu – arxa qapı bölməsinə istinad edin).
3. Konnektoru (2P) motordan ayırın.

4. Motorun terminallarını birbaşa batareyanın gərginliyinə (12V) birləşdirin və motorun problemsiz işlədiyini yoxlayın. Sonra qütblərin yerinə dəyişin və motorun əks istiqamətdə problemsiz işlədiyindən əmin olun. Motorun fəaliyyətində anormallıq varsa, motoru dəyişdirin.

ELEKTRİKLİ ŞÜŞƏQALDIRANIN ÇEVİRİCİSİ
KOMPONENTLƏR
ELEKTRİKLİ ŞÜŞƏQALDIRANIN ƏSAS ÇEVİRİCİSİ

YOXLANIŞ
ELEKTRİKLİ ŞÜŞƏQALDIRANIN ƏSAS AÇARININ YOXLANIŞI

1. Akkumulyatorun mənfi (-) qütbünü ayırın.
2. Qabaq qapının şüşəsinin haşiyəsini söküb çıxarın. (Kuza – qabaq qapı bölməsinə istinad edin).
3. 16P konnektorunu açardan ayırın.

4. Cədvələ əsasən, açarın hər vəziyyətində terminallar arasındakı kəsilməzliyi yoxlayın. Əgər kəsilməzlik vəziyyəti qənaətbəxş deyilsə, açarı dəyişin.

ELEKTRİKLİ ŞÜŞƏQALDIRANIN KÖMƏKÇİ ÇEVİRİCİSİNİN YOXLANIŞI

1. Akkumlyatorun mənfi (-) terminalını ayırın.
2. Qabaq qapının şüşəsinin haşiyəsini söküb çıxarın. (Kuza – qabaq qapı bölməsinə istinad edin).
3. 10P konnektorunu açardan ayırın.

4. Cədvələ əsasən, açarın hər vəziyyətində terminallar arasındakı kəsilməzliyi yoxlayın. Əgər kəsilməzlik vəziyyəti qənaətbəxş deyilsə, açarı dəyişin.

ELEKTRİKLİ ARXA ŞÜŞƏQALDIRANIN ÇEVİRİCİSİNİN YOXLANIŞI

1. Akkumlyatorun mənfi (-) qütbünü ayırın.
2. Arxa qapının şüşəsinin haşiyəsini kənarlaşdırın. (Kuzov qrupu – arxa qapı bölməsinə istinad edin)
3. 8P konnektorunu açardan ayırın.

4. Cədvələ əsasən, açarın hər vəziyyətində terminallar arasındakı kəsilməzliyi yoxlayın. Əgər kəsilməzlik vəziyyəti qənaətbəxş deyilsə, açarı dəyişin.

ELEKTRİKLİ ŞÜŞƏQALDIRANIN RELESİ
YOXLANIŞ:

1. Akkumlyatorun mənfi (-) qütbünü ayırın
2. Toqquşma yastığının aşağı panelini sökün. (Kuzov qrupu – “Toqquşma yastığı” bölməsinə istinad edin)
3. Birləşdirici qutunu söküb çıxarın.
4. Terminallar arasındakı kəsilməzliyi yoxlayın.
5. Elektrik təchizatı və torpaqlama I/P-H-dəki No.2 terminalına və I/P-B-dəki No.17 terminalı birləşdirildikdə I/P-F-dəki No.2 terminalı ilə I/P-B-dəki No.17 terminalları arasında kəsilməzlik olmalıdır.
6. Elektrik təchizatı kəsildikdə, I/P-F-dəki No.2 terminalı ilə I/P-B-dəki No.17 terminalları arasında kəsilməzlik olmamalıdır.

Elektroavtomobillər haqqında 6 mif

Fikirlərinizi bildirin.