Avtombil (Elektrik) – HEV/EV akkumulyatorlarının istismarı

0
0

Avtombil (Elektrik) – HEV/EV akkumulyatorlarının istismarı

İşin məqsədi: Bu modulu bitirdikdən sonra tələbə:

1. HEV/EV batareya sisteminin quraşdırılması və sökülməsi yolu ilə HEV/EV batareya cihazlarının quruluşunu/adını/işləmə prinsiplərini izah edə biləcək;
2. HEV/EV batareya sisteminin quraşdırılması və ölçülməsi yolu ilə HEV/EV batareyalarını
təmir edə biləcək.

Təcrübə Materialları:

• Hibrid motor, yüksək gərginlikli batareya, YG (1)

Avadanlıq və alətlər:

• Osilloqraf
• Meqaommetr
• Ümumi diaqnostika avadanlığı
• TƏHLÜKƏSİZLİK AVADANLIĞI (qaz maskaları, toz maskası, qoruyucu eynəklər, qoruyucu əlcəklər, toza qarşı qoruyucu geyim, işçi geyimləri)
• Həlledici qurğunun kompensatoru

Təcrübə təhlükəsizliyi və ehtiyat tədbirləri:

• Tapşırığa başlamazdan əvvəl təcrübi prosedur tərtib edin və təcrübə avadanlığı, alətləri, istismar təlimatlarını və materialları nəzərdən keçirin.
• Təlimə başlamazdan əvvəl təhlükəsizlik üzrə təlim keçin və yanğın hallarına hazırlıqlı olmaq üçün yanğınsöndürənləri hazırlayın, yanğın təhlükəsinin qarşısını almaq üçün yağ kimi alışa bilən maddələri ayrıca təhlükəsiz bir otaqda saxlayın.
• Təcrübi çalışmaya başlamazdan əvvəl və təcrübi çalışma vaxtı təcrübə sahəsinin ətrafını təmizləyin.
• Təcrübi nümayiş zamanı müvafiq alətlərdən istifadə edin və praktika vaxtı təhlükəsizlik və yanğın təhlükəsinə qarşı diqqətli olun.
• Bolt qaykasını bərkidərkən, həddən artıq güc tətbiq etmədən müvafiq burucu moment ilə bərkidin.
• Bütün hissələr sökülmə sırasına uyğun şəkildə sökülməli və quraşdırılmalıdır.
• Təlim dərsindən sonra təcrübi sahə ətrafını təmizləyin.

Mövzu ilə əlaqəli biliklər

Yüksək gərginlikli batareya

(1) Konfiqurasiya

Yüksək gərginlikli batareya litium ion polimer batareyası ilə kuzovun boşluğuna SC 270V-da quraşdırılıb. BNS (batareyaya nəzarət sistemi) hər kameradan gərginlik səviyyəsi, ümumi doldurma və boşalma axını və temperatur göstəricilərini qəbul edir, BNSdə hesablanmış doldurma göstəricisi HNB-na göndərilir və HNB bu göstəriciyə uyğun şəkildə yüksək gərginlikli batareyaya nəzarət edir. GRQ (güc relesi qurğusu) əsas releni ALIŞDIRMA sönülü vəziyyətdə olduqda kəsir. Soyuducu ventilyator yüksək gərginlikli batareyanın temperaturunu optimal səviyyədə saxlamaq üçün istifadə olunur.

72 hücrə (8 hücrə x 9 modul). Hər hücrənin gərginliyi sabit cərəyanda 3.75 V-dir, beləliklə, batareya blokunun həcmi SC-da 270V-dur.

(2) Yüksək gərginlikli əsas rele (GRQ)

Güc relesi qurğusu (GRQ) (+), (-) əsas reledən, ilkin doldurma relesindən, ilkin doldurma registrindən və batareyanın cərəyan sensorundan ibarətdir. GRQ batareya bloku qurğusunda yerləşir və yüksək gərginlikli batareyanın və BNS-nin MNB nəzarət siqnalı vasitəsilə invertorun yüksək gərginlikli enerji təchizatı dövrəsinə nəzarət edir.

Mənbə: GSW baş səhifəsi (htps: /www.globalserviceway.com). Axtarış 1 oktyabrda aparılıb

(3) Təhlükəsizlik qapayıcısı

Təhlükəsizlik qapayıcısı yüksək gərginlikli batareyanın arxasında yerləşir və hibrid sistemə xidmət edərkən, yüksək gərginlikli batareyanın cərəyan birləşməsini mexaniki şəkildə ayırır. Yüksək gərginlikli komponentlərə yüksək gərginlikli batareya, güc relesi qurğusu, HGNB (hidravlik gücə nəzarət bloku) BNS-nin MNB, hibrid aparıcı motor, invertor, HİSG, AÖN (aşağı ölü nöqtəsi), güc kabeli və elektrik kompressor daxildir.

Təhlükəsizlik qapayıcısının daxilində yüksək gərginlikli sistemlə əlaqədar komponentləri həddən artıq cərəyan verilməsindən qorumaq üçün yüksək gərginlikli əsas əriyən qoruyucu quraşdırılıb.

HGNB

HGNB (Hibrid gücə nəzarət bloku) güc çevrilməsinin əsas hissəsidir. Əsas nəzarət bloku olan HNB, MNB və AÖN bu hissənin daxilində quraşdırılıb. Həddən artıq temperatur səbəbi ilə daxili yanmanın qarşısını almaq üçün su ilə soyudulan soyuducu istiliyə davamlı gövdədən istifadə olunur. Daxili hissələr arasında HNB əsas kompüter qismində MNB, TNB, MNB, BNS və AÖN kimi hissələrə nəzarət qülləsi qismində xidmət edir.

Yarımkeçirici cihazların böyük hissəsi HGNB daxilində tətbiq olunurlar ki, bu hissə hibrid nəqliyyat vasitəsinə nəzarətin əsas komponentidir və fəaliyyət vaxtı istiliyin meydana gəlməsi qaçılmazdır. Bu nöqteyi-nəzərdən, su ilə soyudulan soyutma xətti mövcud mühərriki soyutma xəttindən ayrı quraşdırılır. Ümumilikdə bu üsuldan mühərriki soyutmaq üçün istifadə olunmur, çünki mexaniki daxili yanma mühərrikinin soyuma temperaturu aralığı güclü yarımkeçirici komponentin soyuma aralığından fərqlidir.

Əməliyyat sırası
Aparıcı motorun dəyişdirilməsi
1. Sökmə
(1) Avtomatik transmissiyanı sökün.
(2) Motor qurğusunun quraşdırma boltlarını sökün (6).
(3) Motor qurğusundakı quraşdırma / sökmə üçün nəzərdə tutulmuş sıxıcı tərtibatı (09365-3D620) quraşdırın və boltları bərkidin.

(4) Motorun quraşdırma istiqamətləndiricisini quraşdırın (09450-3D20).
(5) Motor qurğusunu avtomatik transmissiyadan ayırmaq üçün quraşdırma/sökmə sıxıcı tərtibatının boltlarını bərkidin (A).

(6) Filşəkilli domkrat və ya oxşar alətdən istifadə edərək, motor qurğusunu (A) avtomatik transmissiyadan (B) sökün.

Fəaliyyət üzrə tövsiyə

• Kənar maddələrin motorun sarğı hissəsinə daxil olmasına yol verməyin.
• Döşəmədəki motorun sarğı hissəsinə toxumayın.
• Zərbələrə qarşı ehtiyatlı olun, çünki onlar motor qurğusunu zədələyə bilərlər.

(7) Motorun sökmə/quraşdırma istiqamətləndiricisini (09450-3D20) avtomatik transmissiyadan söküb çıxarın.

(8) Ayırıcını (A) avtomatik transmissiyadan söküb çıxarın.
(9) Avtomatik transmissiyanın qalan hermetik materialları siyirmək üçün alət və ya oxşar alətlərlə motorun gövdəsindən təmizləyin.

Fəaliyyət üzrə tövsiyə

• Hermetik materialları təmizləyərkən gövdə qurğusunun səthinə toxunmamağa diqqət yetirin.
• Təmizlik tədbiri olaraq, avtomatik transmissiyanın motor gövdəsinə hərəkət etməzdən əvvəl qalan hermetik materialları yapışqan lentlə vinil gövdəyə bərkidin.
• Gövdə qurğusunun səthindən hermetik materialları təmizləyərkən diqqətli olmaq lazımdır, çünki hava ilə təmizlik apararkən kənar maddələr gövdəyə daxil ola bilər.
• Motor qurğularını və avtomatik transmissiyanı saxlayarkən vinil örtüklə örtün ki, toz və kir qurğulara daxil olmasın.

(10) Sökmə / quraşdırma üçün nəzərdə tutulmuş (09365-3D620) sıxıcı tərtibatı motor qurğusundan sökün.

Avtomobil haqqında 50 maraqlı fakt

Fikirlərinizi bildirin.