Avtombil (Elektrik) – Doldurma sistemini Diaqnostikası və Təmiri

0
0

Avtombil (Elektrik) – Doldurma sistemini Diaqnostikası və Təmiri

İşin məqsədi: Bu modulu bitirdikdən sonra tələbə:

1. Generatorun çıxarılması/sökülməsi yolu ilə avtomobil generatorunun cihazlarının quruluşunu/ adını/işləmə prinsiplərini izah edə biləcək;
2. Generatorun çıxarılması/sökülməsi yolu ilə avtomobil generatorunu düzgün şəkildə sökə
biləcək.

Təcrübə Materialları:

1. Pambıq əlcəklər
2. Silmək üçün kağız

Avadanlıq və Alətlər:

1. Quraşdırma və sökmə üçün yanacaqla işləyən mühərrik
2. Daşına bilən alət qutusu dəsti
3. Yüksək performans kombinasiyalı qayka açarları dəsti
4. Daşına bilən alət qutusu dəsti
5. Reversiv xırxıra kombinasiyalı qayka açarları dəsti
6. 7 rəfli alət arabası ilə 227 hissəcikli mexaniki alətlər dəsti
7. Mühərriki yuma bloku

Mövzu ilə əlaqəli biliklər
1. Generatorun Təsviri

Generator kiçik, yüksək sürətə və yüksək iş qabiliyyətinə malik gərginlik tənzimləyicisi ilə təchiz olunmuş generator tipidir. Gərginlik tənzimləyicisi quraşdırılmış dövrələrdən istifadə edir və generator tərəfindən istehsal olunan gərginliyə nəzarət edir.

Avtombil (Elektrik) – Doldurma sistemini Diaqnostikası və Təmiri

Müasir avtomobil alternatoru altı dioddan ibarət quraşdırılmış düzləndirici sxeminə malik üç mərhələli generatordur (2-ci səviyyədə bu sxemi yaxından öyrənəcəyik). Qasnaq mühərrikin dirsəkli valına birləşdirilmiş ötürücü qayış vasitəsilə dönməyə başladıqda, maqnit, adətən, Y konfiqurasiyasına birləşdirilmiş üçfazalı sarğılardan (stator) keçərək fırlanmağa başlayır. Fırlanan maqnit əslində daimi maqnit deyil, elektromaqnitdir. Alternatorlar bu yolla hazırlanır ki, istehsal olunan gərginliyə rotorun sürətindən asılı olmayaraq nəzarət etmək məqsədilə maqnit sahəsinin qüvvəsinə nəzarət etmək mümkün olsun. Bu rotor maqnit sarğısına (həyəcanlandırma sarğısı) batareya vasitəsilə enerji verilir, beləliklə elektrik enerjisinin bir hissəsini alternatora ötürərək böyük həcmdə enerji istehsal edilməsinə səbəb olur.

Elektrik enerjisi stasionar karbon “fırçaları” ilə birləşdirilmiş, konsentrik şəkildə vala quraşdırılmış mis “kontakt halqaları” cütü vasitəsilə fırlanan həyəcanlandırma sarğısına ötürülür. Fırçalar yayın təzyiqinin təsiri ilə kontakt halqaları ilə sıx təmasda saxlanılır. Bir çox müasir alternatorlar istehsal olunan gərginliyə nəzarət məqsədilə batareya enerjisini rotor sarğısına avtomatik şəkildə ötürən və dayandıran “tənzimləyici” dövrələrlə təchiz olunub. Təcrübə üçün seçdiyiniz alternatorda bu dövrə mövcuddursa, bu hissəyə ehtiyacınız yoxdur və qurğu üzərində saxlandıqda sizin öyrənməyinizə mane olacaq. “Cərrahi yolla” bu hissədən qurtulmağa cəhd edin, fırça terminallarının girişini açıq qoyduğunuzdan əmin olun ki, tam şəkildə quraşdırılmış alternator vasitəsilə həyəcanlandırma sarğısına enerji ötürə biləsiniz. Bəzi alternatorlar qayışa mənfi təsirlərə yol verməmək üçün müstəqil şəkildə işə düşən qasnaq ilə təchiz olunublar. Bu, ona görə baş verir ki, mühərrik həmişə sabit sürətlə hərəkət etmir və yanma ilə əlaqədar sürətdə dəyişikliklər müşahidə olunur.

Doldurma sistemində artıq problemlər mövcuddursa, sistem nəqliyyat vasitəsinin sıradan çıxma vaxtını tezləşdirir, buna görə də sistemin vəziyyətini müntəzəm şəkildə yoxlamaq lazımdır. Əsas yoxlanmalı göstəricilərə maye səviyyəsi, turşunun sıxlığı (bütün növ akkumulyatorlarda mümkün olmur) və ötürücü kəmirin gərginliyidir. Sistemlə əlaqədar problemlər yarandıqda istehsal olunan gərginliyi yoxlamaq tələb oluna bilər.

Qeyd: gərginliyin rektifikasiyasının işləmə prinsipləri və s., həmçinin bu hissələrin yoxlanma üsulları 2-ci Elektrik səviyyəsində təsvir olunub.

Avtombil (Elektrik) – Doldurma sistemini Diaqnostikası və Təmiri

2. Ehtiyat tədbirləri

1. Akkumulyatorun kabellərinin düzgün terminallara birləşdirildiyindən əmin olun.
2. Akkumulyator sürətlə doldurulduqdan sonra akkumulyator kabellərini ayırın.
3. Yüksək gərginlik izolyasiyalı müqavimət yoxlayıcısı ilə yoxlama aparmayın.
4. Mühərrik işləyərkən heç vaxt akkumulyatoru ayırmayın.

3. Fəaliyyəti

Alışma keçiricisi YANILI vəziyyətdədirsə, generatorun L terminalından çıxan, akkumulyatorun cərəyan axını gərginlik tənzimləyicisi vasitəsilə E terminalına istiqamətlənir və boşalma xəbərdarlığı lampasının yanmasına səbəb olur. Sonra mühərrik işə düşdükdə, generatorun bir dəqiqədəki dövrələrinin sayı artdıqda istehsal olunan gərginlik artmağa başlayır. İstehsal olunan gərginliyin səviyyəsi akkumulyatorun gərginlik səviyyəsindən yüksəkdirsə, cərəyan təkrar doldurma üçün B terminalına axır. Eyni zamanda, L terminalının gərginlik səviyyəsi artır və akkumulyator və L terminalı arasındakı potensial fərqi aradan qalxaraq boşalma xəbərdarlığı lampası sönür. İstehsal olunan gərginlik tənzimləyicinin uyğunlaşma gərginliyindən yüksəkdirsə, gərginlik tənzimləyicisinin tərkibindəki tranzistor generatordan gələn gərginlik sabit qalacaq şəkildə gərginliyi tənzimləyir.

Təcrübə mərhələləri

GENERATORUN ÇIXARILMASI
1. MƏNFİ (-) TERMİNAL KABELİNİ AKKUMULYATORDAN AYIRIN.

DİQQƏT:
İş alışma keçiricisi “QIFIL” mövqeyinə gətirildikdən və mənfi (-) terminal kabeli akkumulyatordan ayrıldıqdan 90 saniyə sonra başlamalıdır.

Avtombil (Elektrik) – Doldurma sistemini Diaqnostikası və Təmiri

2. GENERATORU ÇIXARIN.

(a) Naqil sıxıcısını düzləndiricinin yan çərçivəsinin üstündəki məftil sıxıcıdan ayırın
(b) Generatorun birləşdiricisini ayırın.

(c) Rezin qapağı və muftanı çıxarın və generatorun naqilini ayırın.

Avtombil (Elektrik) – Doldurma sistemini Diaqnostikası və Təmiri

(d) Nizamlayıcı qıfıl boltunu (w/A/C), tənzimləyici boltu və dönən boltu boşaldın.
(e) Ötürücü qayışı çıxarın.
(f) Nizamlayıcı qıfıl boltunu (w/ A/C), nizamlayıcı boltu və dönən boltu çıxarın.

(g) Generatoru çıxarın.

Avtombil (Elektrik) – Doldurma sistemini Diaqnostikası və Təmiri

GENERATORUN SÖKÜLMƏSİ

1. ARXA KÖRPÜ HİSSƏSİNİN ÇƏRÇİVƏSİ- Nİ ÇIXARIN.

(a) Muftanı və terminal izolyatorunu çıxarın.

(b) 3 qaykanı və arxa qapağı çıxarın.

Avtombil (Elektrik) – Doldurma sistemini Diaqnostikası və Təmiri

2. FIRÇA ÇƏRÇİVƏSİNİ VƏ GƏRGİNLİK TƏNZİMLƏYİCİSİNİ ÇIXARIN.

(a) 5 vinti, fırça çərçivəsini və gərginlik tənzimləyicisini çıxarın.
(b) Fırça çərçivəsinin qapağını fırça çərçivəsindən sökün.

3. DÜZLƏNRİCİ ÇƏRÇİVƏSİNİ ÇIXARIN.

(a) 4 vinti və düzləndirici çərçivəsini çıxarın

Avtombil (Elektrik) – Doldurma sistemini Diaqnostikası və Təmiri

(b) 4 rezin izolyatoru çıxarın.

4. QASNAĞI ÇIXARIN.

(a) SST-ni (A) dinamometrik açarla tutun və SST-ni bərkidin.
(B) spesifi k burucu momentlə saat istiqamətində SST 09820-63010
Burucu moment: 39 N m (400 kqf sm. 29 ft lbf)

Avtombil (Elektrik) – Doldurma sistemini Diaqnostikası və Təmiri

(b) SST-nin

(A) rotor valına bərkidildiyini yoxlayın.
(c) SST-ni
(C) sıxıcı patrona bərkidin.
(d) SST-ni
(B) SST-yə daxil edin
(C) vəşkiv muftasını SST-yə birləşdirin (C).

(e) Qasnağın muftasını boşaltmaq üçün SST-ni
(A) şəkildə göstərilən istiqamətdə döndərin.
(f) Generatoru SST-dən ayırın (C).

Avtombil (Elektrik) – Doldurma sistemini Diaqnostikası və Təmiri

(g) SST-ni döndərin (B) və SST-ni ayırın (A və B).

DİQQƏT:
Rotor valının zədələnməsinin qarşısını almaq üçün şkiv muftasını yarım dövrədən çox döndərməyin.

(h) Qasnağın muftasını və qasnağı çıxarın.

Avtombil (Elektrik) – Doldurma sistemini Diaqnostikası və Təmiri

5. DÜZLƏNDİRİCİNİN YAN ÇƏRÇİVƏSİNİ ÇIXARIN.

(a) 4 qaykanı və məftil qısqacı çıxarın.

(b) SST-dən istifadə edərək, düzləndirici və çərçivəni çıxarın.
SST 09286 – 46011

Avtombil (Elektrik) – Doldurma sistemini Diaqnostikası və Təmiri

(c) Yastıağızdan istifadə etməklə, generatorun yuyucu blokunu düzləndiricinin yan çərçivəsindən ayırın.

6. ROTORU ÖTÜRÜCÜNÜN ÇƏRÇİVƏDƏN AYIRIN

Avtombil (Elektrik) – Doldurma sistemini Diaqnostikası və Təmiri

Lamborghini üçün materialları artıq astronavtlar hazırlayacaq

Fikirlərinizi bildirin.