Avtombil (Elektrik) – Alışma sisteminin diaqnozu/təmiri

101

Avtombil (Elektrik) – Alışma sisteminin diaqnozu/təmiri

İşin məqsədi: Bu modulu bitirdikdən sonra tələbə:

1. Yüksək gərginliyə malik telləri/alışma şamlarını yoxlamaqla, avtomobilin alışma cihazlarının quruluşunu/adını, onun işləmə prinsiplərini izah edə biləcək;
2. Yüksək gərginliyə malik telləri/alışma şamlarını ayırmaqla/yoxlamaqla, yüksək gərginlikli telləri/alışma şamlarını düzgün şəkildə yoxlaya biləcək.

Təcrübə materialları:

1. Elektrik naqili
2. Qum kağızı
3. Alışma şamı

Avadanlıq və alətlər:

1. Quraşdırma və sökmə üçün yanacaqla işləyən mühərrik
2. Yanacaqla işləyən mühərrikin elektronik analizatoru
3. Daşına bilən alətlər qutusu dəsti
4. Yüksək performans kombinasiyalı qayka açarları dəsti
5. Multimetr
6. Daşına bilən alətlər qutusu dəsti
7. Reversiv xırxıra kombinasiyalı qayka açarları dəsti
8. Məftilin kalibri
9. Yastıq çıxaran
10. Alışma şamını təmizləmə bloku

Mövzu ilə əlaqəli biliklər
Təsviri

Mühərrikə nəzarət bloku (MNB) bütün işləmə prinsiplərinə uyğun olaraq optimal alışma müddəti üçün zəruri məlumatlarla proqramlaşdırılıb. Mühərrikin müxtəlif funksiyalarına (dəqiqədəki dövrələrin sayı, daxil olan havanın həcmi, mühərrikin temperaturu və s.) nəzarət edən sensorlar tərəfindən təqdim olunan məlumatlardan istifadə etməklə, MNB lazımi anda qığılcım meydana gətirir.

MNB hər sensordan daxil olan siqnallarla mühərrikin vəziyyətinə nəzarət edir, alışma vaxtını hesablayır və alışma siqnalını alışdırıcıya ötürür. Alışma nəticəsində meydana gələn yüksək gərginlik müvafiq sıra ilə hər bir alışma şamına ötürülərək, elektrodlar arasında qığılcım meydana gəlir və hava-yanacaq qarışığı alışır.

ALIŞDIRICI: Alışdırıcı MNM-dan daxil olan alışma (ALIŞMA siqnalı) ilə müvəqqəti olaraq əsas elektrik axınını kəsir və alışma şamında qığılcım meydana gətirir. Bundan əlavə sığorta tədbiri olaraq alışma meydana gəldikdə, alışmanı təsdiqləyən siqnal (ALIŞMA siqnalı) MNB-yə ötürülür.

ALIŞMA SARĞISI: Alışma sarğısı əsas gövdəyə sarılmış ilkin sarğı vasitəsilə və əsas sarğı ətrafına sarılmış ikincili sarğı vasitəsilə qapalı maqnit ötürücü sarğıdan istifadə edir. Bu, alışma şamının boşluğundan sıçraya biləcək qığılcım meydana gətirmək üçün zəruri yüksək gərginliyin meydana gəlməsinə imkan verir.

PAYLAYICI:

Bu hissə müəyyən alışma sırası ilə hər silindrin alışma şamına yüksək gərginliyi düzgün qaydada paylayır.

QƏBULEDİCİ SARĞILAR:

NE sarğısı dirsəkli valı, G1 və G2 sarğıları isə paylayıcı valın mövqeyini aşkar edir.

İŞ PRİNSİPİ:

Ən uyğun alışma müddətini təmin etmək üçün MNB yoxlama siqnalı göndərir ki, alışdırıcı cərəyanı alışma sarğısına ötürsün və alışma şamları qığılcım meydana gətirsin.

Nəqliyyat Vasitəsinin Yoxlanması
QIĞILCIM SINAĞI
QIĞILCIMIN MEYDANA GƏLMƏSİNİ YOXLAYIN.

(a) Yüksək gərginlikli naqili (alışma sarğısından) paylayıcı örtükdən ayırın.
(b) Ucluğu bədəndən təxminən 12.5 mm (0.50 in.) məsafədə saxlayın.
(c) Mühərrik işə düşərkən qığılcımın meydana gəlib-gəlmədiyini müşahidə edin.
Bu sınaq zamanı yanacağın injektorlardan verilməsinin qarşısını almaq üçün mühərriki bir cəhddə 1-2 saniyədən çox müddət üçün işə salmayın.
Qığılcım meydana gəlmirsə yoxlamanı aşağıdakı şəkildə aparın:

YÜKSƏK GƏRGİNLİKLİ NAQİLLƏRİ VƏ ALIŞMA ŞAMINI YOXLAYIN.

(a) Yüksək gərginlikli naqilləri alışma şamlarından ayırın.
(b) Yüksək gərginlikli naqilləri rezin çəkmələrlə ayırın.
(c) Yüksək gərginlikli naqilləri çəkib çıxarmayın.

QEYD:
Naqilləri çəkib çıxarmaq və ya əymək daxildəki ötürücünü zədələyə bilər.

2. YÜKSƏK GƏRGİNLİKLİ NAQİLİ ALIŞ- MA SARĞISINDAN AYIRIN.
3. YÜKSƏK GƏRGİNLİKLİ NAQİLLƏRİ PAYLAYICI ÖRTÜKDƏN AYIRIN.
4. YÜKSƏK GƏRGİNLİKLİ NAQİLİN MÜQAVİMƏTİNİ YOXLAYIN.

Ommetrdən istifadə edərək, müqaviməti ölçün.

Maksimal müqavimət:

Hər naqildə 25 kΩ. Əgər müqavimət maksimal səviyyədən yüksəkdirsə, terminalları yoxlayın. Zəruri olarsa, yüksək gərginlikli naqili dəyişdirin.

5. YÜKSƏK GƏRGİNLİKLİ NAQİLLƏRİ PAYLAYICI ÖRTÜKLƏ TƏKRAR BİRLƏŞDİRİN.

6. YÜKSƏK GƏRGİNLİKLİ NAQİLLƏRİ ALIŞMA SARĞISINA TƏKRAR BİRLƏŞDİRİN.

7. YÜKSƏK GƏRGİNLİKLİ NAQİLLƏRİ ALIŞMA ŞAMLARINA TƏKRAR BİRLƏŞDİRİN.

ALIŞMA ŞAMLARININ YOXLANMASI

QEYD:
Təmizləmə üçün heç vaxt naqil fırçadan istifadə etməyin.
İstifadə olunmuş alışma şamında elektrod boşluğunu dəyişdirməyə cəhd göstərməyin.
Alışma şamları hər 100.000 km-dən (60.000 mil) bir dəyişdirilməlidir.

Təcrübə mərhələləri:

1.YÜKSƏK GƏRGİNLİKLİ NAQİLLƏRİ ALIŞMA ŞAMLARINDAN AYIRIN.

2. ELEKTRODU YOXLAYIN.

Meqaommetrdən (izolyasiya müqavimətini ölçən cihaz) istifadə edərək, izolyasiya müqavimətini ölçün.
Standart düzgün izolyasiya müqaviməti: 10 MΩ və ya daha yüksək
Əgər müqavimət göstəriləndən aşağıdırsa, 4-cü addıma keçin.
Əgər meqaommetr yoxdursa, aşağıdakı sadə yoxlama üsulu kifayət qədər dəqiq nəticələr verə bilər.

Sadə üsul:

(a) Mühərriki sürətli şəkildə 5 dəfə dəqiqədə 4,000 dövrə ilə işə salın.
(b) Alışma şamını çıxarın.
(c) Alışma şamını vizual şəkildə yoxlayın. Elektrod qurudursa…
QƏNAƏTBƏXŞDİR
Elektrod rütubətlidirsə… 5-ci addıma keçin
(d) Alışma şamını təkrar quraşdırın.

3. ALIŞMA ŞAMLARINI SÖKÜN.

16 mm-lik şam açarından istifadə edərək, 4 alışma şamını sökün.

4. ALIŞMA ŞAMLARINI VİZUAL OLARAQ YOXLAYIN.

Yivlərin və izolyator zədələnib-zədələnmədiyini müəyyən etmək üçün alışma şamını yoxlayın.
Zədələnmiş olarsa, alışma şamını dəyişdirin.
Tövsiyə olunan alışma şamı: ND üçün
PK20R11 və NGK üçün BKR6EP11

5. ELEKTROD BOŞLUĞUNU YOXLAYIN.

Alışma şamı üçün istifadə olunan maksimal elektrod boşluğu: 1.3 mm (0.051 In.)
Boşluq maksimal səviyyədən böyükdürsə, alışma şamını dəyişdirin.
Yeni alışma şamı üçün müvafiq elektrod boşluğu: 1.1 mm (0.043 in.)

QEYD:
Yeni alışma şamının boşluğunu kökləyərkən, torpaqlama elektrodunun yalnız kökünü əyin. Ucuna toxunmayın. Heç bir halda istifadə olunmuş şamın boşluğunu kökləməyə cəhd etməyin.

6. ALIŞMA ŞAMLARINI TƏMİZLƏYİN.

Əgər elektrodda nəm karbon izləri mövcuddursa, alışma şamını təmizləmə blokundan
istifadə etməzdən əvvəl izlərin qurumağına imkan verin.
Hava təzyiqi:
588 kPa-dan aşağı (6 kqf/sm2, 85 psi)
Müddət: 20 saniyə və ya daha az
Yağ izləri mövcuddursa, alışma şamını istifadə etməzdən əvvəl izləri yanacaqla təmizləyin.

7. ALIŞMA ŞAMLARINI TƏKRAR QURAŞDIRIN.

16 mm-lik şam açarından istifadə etməklə, 4 alışma şamını təkrar quraşdırın.
Burucu moment: 18 N-m (180 kgf-sm. 13 ft-lbf)

8. YÜKSƏK GƏRGİNLİKLİ NAQİLLƏRİ T4 ALIŞMA ŞAMLARINA BİRLƏŞDİRİN.

ALIŞDIRMA SARĞISINI YOXLAYIN

QEYD:
Aşağıdakı cümlələrdəki “Soyuq” və “Hot” anlayışları sarğıların temperaturunu xarakterizə edir.
“Soyuq” -10_C (14_F) – 50_C (122_F) arasında və “İsti” 60_C (122” F) – 100_C (212_F) arasındakı temperaturdur.

1. ALIŞDIRMA SARĞISININ KONNEKTORUNU AYIRIN.

2. YÜKSƏK GƏRGİNLİKLİ NAQİLİ ALIŞDIRMA SARĞISINDAN AYIRIN.

3. ƏSAS SARĞININ MÜQAVİMƏTİNİ YOXLAYIN.

Ommetrdən istifadə etməklə, müsbət (+) və mənfi (-) terminallar arasındakı müqaviməti ölçün.
Əsas sarğının müqaviməti (Soyuq):
0.36-0.55Ω
Əsas sarğının müqaviməti (İsti):
0.45-O.65Ω
Müqavimət qeyd olunan səviyyədə deyilsə alışma sarğısını dəyişin.

4. İKİNCİLİ SARĞININ MÜQAVİMƏTİNİ YOXLAYIN.

Ommetrdən istifadə etməklə, müsbət (+) və yüksək gərginlikli terminallar arasındakı müqaviməti ölçün.
İkincili sarğının müqaviməti (Soyuq):
9.0-15.4 kᾨ
İkincili sarğının müqaviməti (İsti):
11.4-18.1 kΏ
Müqavimət qeyd olunan səviyyədə deyilsə, alışma sarğısını dəyişin.

5. YÜKSƏK GƏRGİNLİKLİ NAQİLLƏRİ ALIŞMA SARĞISINA TƏKRAR BİRLƏŞDİRİN.
6. ALIŞMA SARĞISININ KONNEKTORUNU TƏKRAR BİRLƏŞDİRİN.

Avtomobil haqqında 50 maraqlı fakt

Əvvəlki məqaləBizə sevgidən danışın… – OSHO
Növbəti məqaləGeorge Herbert Walker Bush həyat qanunları

Fikirlərinizi bildirin.