Avtombil (Boyanma) – Qurumuş boyanın yoxlanması və yekun boyama

0
0

Avtombil (Boyanma) – Qurumuş boyanın yoxlanması və yekun boyama

İşin məqsədi: Bu modulu bitirdikdən sonra tələbə:

1. Qurumuş boyanın yoxlanması və yekun boyama işlərinin funksiyasını izah edə biləcək;
2. Qurumuş boyanın yoxlanması və yekun boyama işlərini yerinə yetirə biləcək.

Təcrübə materialları:

• Boyanın texniki məlumat vərəqəsi (TMV)
• Boyanın sənaye təhlükəsizliyi və sağlamlıq məlumat vərəqəsi (MTMV)
• Örtüyün yoxlanması üçün cilalayıcı dəsmal
• Suda həllolan boyaların istifadəsi
• Örtük lenti, ölçmə lenti, köpük təmizləyici maddə, süngər

Avadanlıq və alətlər:

• Qatın qalınlığın ölçən
• Parlaqlıq ölçən
• Günəş işığı

Təcrübə təhlükəsizliyi və ehtiyat tədbirləri:

• İşə başlamazdan həmişə təhlükəsizlik geyimi geyinin.
• İstifadə etdiyiniz məhsulun material təhlükəsizliyi məlumatları vərəqəsi ilə tanış olun və ehtiyat tədbirlərinə nəzarət edin.
• Məhsulun konteynerində qeyd olunmuş təhlükə işarələrini və xəbərdarlıq əlamətlərini oxuyub başa düşdüyünüzdən əmin olun.
• Müvafiq işıqlandırma ilə qatın vəziyyətini yoxlayın və müəyyən edin.
• Təhlükəsizlik üçün əməliyyatları yaxşı havalandırılan sahədə yerinə yetirin.
• Boya istehsalçısı tərəfindən hazırlanmış avtomobilin boyanması üzrə texniki məlumat vərəqəsinə (TMV) istinad edin.

Əməliyyatların yerinə yetirilmə ardıcıllığı:
1. Örtük qüsurlarının aşkar edilməsi üçün hazırlıq işləri
1. Avtomobili işıqlı yerə hərəkət etdirin.

(1) Yoxlanılacaq nəqliyyat vasitəsini müvafiq işıqlandırmaya malik yerdə saxlayın.
(2) İş geyimi və pambıq əlcəklər kimi qoruyucu geyimlərdən istifadə edin.
(3) Boyanın növündən asılı olaraq işin tərkibini başa düşməyə çalışın.
(4) Dəqiq diaqnostika üçün istehlakçının razılığını əldə edin və yuma işlərini aşağıdakı kimi yerinə yetirin.

2. Su ilə boyanın səthini yuyun.

(1) İş geyimi və pambıq əlcəklər kimi qoruyucu geyimlərdən istifadə edin.
(2) Örtük qatını zədələmədən səthi təmizləyin.
(3) Hava qabarcıqlarını yuyun və təmiz əsgi ilə suyu silin.
(4) Lövhənin boşluqlarındakı rütubəti aradan qaldırmaq üçün toz üfürücü hava pistoletindən istifadə edin.

3. Qüsurların olub-olmadığını yoxlamaq üçün işıqla örtüyün səthini yoxlayın.

(1) Parlaqlıq ölçən və qatın qalınlığını ölçən qurğudan istifadə edərək örtüyün vəziyyətini yoxlayın.
(2) Lampadan istifadə edərək örtük qatının vəziyyətini yoxlayın.
(3) Rəngin solması, çat, saralma, ağarma, qabarma, parlaqlığın azalması və örtüyün qırılması, həmçinin korroziya kimi əlamətlərin meydana gəlmə səbəbini başa düşmək üçün təmir üsulunu bildirin. Razılığınız əldə olunduqdan sonra avtomobiliniz təmir qatı ilə təmin olunacaq.

2. Avtomobilinizin boya qatının qüsurlarını necə təmir etməli

1. Qırılmanın qarşısının alınması və təmiri üsulu
(1) Qarşısının alınması üsulu
(A) Polad lövhənin səthi boyanmalıdırsa, astar örtüyündən sonra yekun boya örtüyünü çəkin.
(B) Astarın qatılığı müvafiq səviyyədə olmalıdır və müvafiq örtük qalınlığı ilə örtülməlidir.
(C) Astar həmçinin əvəz olunan hissəyə çəkilməlidir.
(D) Termiki emal müəyyən müddət ərzində müvafiq temperaturda yerinə yetirilməlidir.
(2) Təmir üsulu
(A) Yüngül zədələnmə halında yalnız müvəqqəti soyulmuş sahəni boyayın.
(B) Əgər zədə astarın dolğu maddəsinin səthinə və ya polad lövhənin səthinə qədər soyulmuşsa, lövhə tam boyanmalıdır.

2. Parıltının zədələnməsinin qarşısının alınması və təmiri

(1) Qarşısını alma üsulu
(A) Örtük yüksək buxarlanma sürətinə malik həlledici maddədən istifadə etməklə çəkilir.
(B) 2-hissə növlü boya və bərkidici maddənin qarışığından əldə edilmiş örtük tətbiq müddəti ərzində çəkiləcək.
(C) Şəffaf örtük çəkildikdən sonra termiki emal ilə tam qurudulur və cilalanır.
(D) Alt qat örtüyünü həddən artıq qalın çəkməyin.
(E) Bərkidici maddələri qaydalara uyğun şəkildə qarışdırın.
(F) Boya qatı müvafiq qalınlıqda çəkiləcək.
(2) Təmir üsulu
(A) Örtük qatının quruma vəziyyətini müəyyən etdikdən sonra lazımi miqdarda istilik verin və cilalama ilə işi başa çatdırın.
(B) Bərkidici maddənin kifayət qədər olmaması səbəbi ilə azalmış parlaqlıq bərpa olunur və sonra təkrar boyanır.

3. Qovuqların qarşısının alınması və təmiri

(1) Qarşısını alma üsulu
(A) Boyama işi elə aparılmalıdır ki, rütubət və yağ nüfuz etməsin.
(B) Səth yağdan tam təmizlənir və sonra boyanır.
(C) Nəm cilalama yox, quru cilalama işi aparın.
(D) Örtüyün səthində yağ təmizləyici maddə qalmamalıdır.
(E) Əsas bərkidici maddəni qarışdırma nisbətinə uyğun olaraq tətbiq edin.
(2) Təmir üsulu
(A) Qabarmış örtükləri qaşıyıb çıxarın və təkrar boyayın.

4. Qarşısını alma və təmir üsulu

(1) Qarşısını alma üsulu
(A) Boyanın son istifadə tarixini yoxlayın.
(B) Hava şəraitinə dayanıqlı olmayan piqmentlərdən və ya boyalardan istifadə etməyin.
(C) Uzun müddət güclü ultrabənövşəyi şüalarla və ya istilik ilə təmas etməsinə imkan verməyin.
(D) Boya lazımi qədər qarışdırıldıqdan sonra istifadə olunmalıdır.
(2) Təmir üsulu
(A) Boyanmış qata təkrar örtük çəkin.

5. Saralmanın qarşısının alınması və təmiri üsulu

(1) Qarşısını alma üsulu
(A) Əsas maddə ilə bərkidici maddənin qarışdırılma nisbətini dəqiqləşdirin.
(B) Hava şəraitinə dayanıqlı olmayan boyadan istifadə etməyin.
(C) Boyanı güclü ultrabənövşəyi şüalardan və ya istidən uzaq tutun.
(D) Örtük qatına müntəzəm olaraq mum örtük qatı çəkilir.
(2) Təmir üsulu
(A) Saralmış hissəni cilalayın.
(B) Cilalama işi ilə təmir olunmursa, cilalalamadan sonra təkrar örtük çəkin.

6. Çatların qarşısının alınması və təmiri üsulu

(1) Qarşısını alma üsulu
(A) Müvafiq qalınlıqda örtük çəkin ki, örtük həddən artıq qalın olmasın.
(B) Örtüyün bərk olması üçün boya işi hər dəfə yaxşıca qurudulmalıdır.
(C) Həlledici maddədən və ya fərqli növ boyadan istifadə etməyin.
(D) Bərkidici maddədən istifadə edərək, müvafiq miqdarda istifadə edin.
(E) Astar səthini cilalayarkən kobud abraziv kağızdan istifadə etməyin.
(F) Örtük qatının üstünə müntəzəm olaraq mum örtük çəkin.
(2) Təmir üsulu
(A) Çatlamış hissəni yaxşı capardaqlayın, sonra isə astar dolğusunu, alt qatı və şəffaf qatı çəkin.
(B) Çatlamış sahə tam təmizlənmədiyi halda örtük çəkilsə, müəyyən vaxtdan sonra daxildə çatlar təkrar meydana gələcək.

7. Yapışmanın qarşısının alınması və təmiri üsulu

(1) Qarşısını alma üsulu
(A) Yapışmanı gücləndirmək üçün köhnə şəffaf qatın səthini cilalandıqdan sonra təkrar boya çəkilir.
(B) Alt qat qalın olsa belə, yapışma gücü zəifləmiş olacaq.
(2) Təmir üsulu
(A) Soyulmuş hissənin təkrar boyanması eyni problemi meydana gətirə bilər, buna görə də soyulmuş hissəni tamamilə təmizləyin və bərkidikdən sonra təkrar örtük çəkin.

8. Solmanın qarşısının alınması və təmiri üsulu

(1) Qarşısını alma üsulu
(A) Hava şəraitinə dayanıqlı olmayan ilkin boyalardan istifadəni azaldın.
(B) Nəqliyyat vasitəsi uzun müddətlik park olunduqda, kuzovu qoruyucu örtüklə örtün və ya qarajda saxlayın.
(C) Əgər hər hansı kimyəvi maddə və ya güclü turşu səth ilə təmas etsə, onu dərhal təmiz su ilə yuyun.
(2) Təmir üsulu
(A) Solmuş örtüyü təqribən P1000 ölçülü incə cilalanmış səth olana qədər pardaqlayın, sonra əsas və şəffaf örtüyü çəkin.

9. Damcı şəklindəki izlərin meydana gəlməsinin qarşısının alınması və təmiri

(1) Qarşısını alma üsulu
(A) Örtük qatını tam qurutmaq üçün kifayət qədər termiki emal yerinə yetirilməlidir.
(B) Yumayın və ya suyun tam qurumasına imkan verin.
(C) Qarışığa həddən artıq həlledici maddə qatmayın.
(D) İki hissəli boya əsas boyanın və həlledici maddənin qarışma nisbətinə uyğun dəqiqliklə hazırlanmalıdır.
(2) Təmir üsulu
(A) Kiçik su izlərinin meydana gəldiyi hissələri pardaqladıqdan sonra təkrar şəffaf örtük çəkin.
(B) Su damcılarına bənzər izlər həddən artıq çoxdursa, pardaqladıqdan sonra alt qatı və şəffaf örtüyü təkrar çəkin.

10. Pas və korroziyanın qarşısının alınması və təmiri üsulu

(1) Qarşısını alma üsulu
(A) Köhnə qatı soyarkən polad səthin pasını tamamilə təmizləyin və sonra örtük çəkin.
(B) Polad lövhənin səthi cilalama əməliyyatı zamanı açıq qalırsa, astar çəkilməsi ilə polad səthin korroziyaya uğramasının qarşısını almaq lazımdır.
(C) Dənizkənarı və sənaye ərazilərində səyahət edirsinizsə, səthi müntəzəm olaraq yuyulmalıdır.
(D) Nəm cilalama halında rütubətin tam qurumasına imkan verin.
(E) Yağış suyunun və ya yuyulmuş suyun qatın səthində və ya çuxurlarına yığılmasına imkan verməyin.
(F) Nəm cilalamanı yerinə yetirməmək tövsiyə olunur.
(G) Qapalı və açıq məkanlarda temperatur fərqi səbəbi ilə meydana gələn suyun kondensasiyası nəticəsində su qatının əmələ gəlməsinin qarşısını alın.
(2) Təmir üsulu
(A) Köhnə qatı tamamilə təmizləyin və polad səthdən pası təmizləyin, sonra isə təkrar örtük çəkin.
(B) Pas həddən artıq çoxdursa, lövhəni dəyişdirin.

2. Örtük çəkildikdən dərhal sonra qüsurların aradan qaldırılması

1. Qabarmaların qarşısının alınması və təmiri üsulu
(1) Qarşısını alma üsulu
(A) Rütubətin yüksək olduğu və ya havada rütubətin çox olduğu mühitlərdə örtük çəkilməməlidir.
(B) Səthləri boyama kabinəsində təmizləyin və boyayın.
(C) Substratın səthi tam şəkildə yağdan təmizlənir, silinir və qurudulur.
(D) Yaxşı yapışma xüsusiyyəti və suya dayanıqlılığı olan boyanı seçin.
(2) Təmir üsulu
Qovuqlar meydana gəldikdə, bütün örtükləri təmizləyib çıxarın və təkrar örtük çəkin.

2. Pardaqlama izlərinin qarşısının alınması və təmiri

(1) Qarşısını alma üsulu
(A) Müvafiq abraziv kağızı seçin və mərhələli şəkildə cilalayın.
(B) Astar – astar dolğunun səthinə ayrıca örtük çəkməyin və bütün səthlərə eyni zamanda örtük çəkin.
(C) Müvafiq fasilə müddəti təyin edin və sonra boya çəkin.
(D) Mövsüm və mühit üçün uyğun həlledici maddə seçin və həddən artıq duruluğun meydana gəlməməsi üçün ehtiyatla boyayın.
(E) Astar çəkildikdən sonra örtüyü kifayət qədər qurudun və sonrakı örtüyü çəkin.
(F) Astarı cilaladıqdan sonra həmişə astar örtüyünü çəkin.
(G) Astar səthini cilalamaq üçün P600 və daha yüksək ölçülü nazik abraziv kağızdan istifadə edin.
(H) Dərin cilalama izlərini aradan qaldırmaq üçün qalın örtük çəkdikdə digər qüsurların meydana gəlməməsinə diqqət edin.
(2) Təmir üsulu
(A) Abraziv izlər səthidirsə, onları cilalama ilə aradan qaldıra bilərsiniz.
(B) Üst örtük tamamilə quruduqdan sonra P dəyəri 0-600 və ya daha yüksək olan cilalama kağızı ilə cilalayın və təkrar örtük çəkin.

3. Qırışların qarşısının alınması və təmiri

(1) Qarşısını alma üsulu
(A) Təmirdən əvvəl köhnə örtüyün vəziyyəti və növü müəyyən edilməli və boyanmalıdır.
(B) Yüksək real təsirə malik ikikomponentli astar dolğusundan istifadə edərək örtük çəkin.
(2) Təmir üsulu
Örtüyü təmizləyib çıxarın və təkrar boyayın.

4. Zamaskanın zədələnməsinin qarşısının alınması və təmiri

(1) Qarşısını alma üsulu
(A) Boyamadan əvvəl aşağı hissələri yoxların və məsamələr meydana gəlmişsə qırmızı zamaska ilə yüngülcə örtün və sonra boyayın.
(B) Havanın nüfuz etməsinin qarşısını almaq üçün bir neçə dəfə nazik zamaska çəkin.
(C) Zamaska həddən artıq qatıdırsa, az miqdarda lak həlledicisi vasitəsi əlavə edin.
(2) Təmir üsulu
(A) Məsamələr çox nazik poliefil zamaskanın çəkilməsi ilə doldurulur.
(B) Məsamələri doldurmaq üçün lak zamaska çəkin.
(C) Astar – səth boyası və ya bəzi hallarda təkrar zamaska işləri görülməlidir.

5. Zamaska izlərinin qarşısının alınması və təmiri

(1) Qarşısını alma üsulu
(A) Zamaska və bərkidici maddənin qarışdırılma nisbəti müvafiq şəkildə uyğunlaşdırılmalı və zədənin kənarları yaxşıca qurumalıdır.
(B) Astar – üst örtüyün üzərinə örtük çəkərək qalınlaşdırmayın.
(C) Mövsümə uyğun həlledici vasitələr seçin və reaksiyanı həddən artıq yavaşladıcı maddələrdən istifadə etməyin.
(D) Lak-əsaslı köhnə qat tamamilə təmizlənib çıxarılır və zamaska çəkilir.
(E) Zamaskanın köhnə qatın üzərinə çəkilməməsi üçün cilalama yerinə yetirilməlidir.
(F) Mümkün olduqda laklı zamaskalardan istifadə etməyin.
(G) Zamaska tamamilə quruyur və cilalanır.
(A) Zamaska su ilə nəm cilalanmalıdır.

(2) Təmir üsulu
(A) Zamaska izləri meydana gəlsə, uretan tərkibli astar səth və üst örtük cilalamadan sonra təkrar boyanır.

6. Parıltının zəifləməsinin qarşısının alınması və təmiri

(1) Qarşısını alma üsulu
(A) Üst örtük tam rəngləndikdən sonra çəkilir.
(B) Əsas örtükdən istifadə etməzdən əvvəl yaxşıca qarışdırın və qaydalara riayət etmək üçün rezin və piqment komponentlərdən istifadə edin.
(2) Təmir üsulu
Əsas qatın rütubəti udması bütün örtük qatını və təkrar boya qatlarını soyulmasına səbəb olur.

7. İynəşəkilli dəliklərin qarşısının alınması və təmiri

(1) Qarşısını alma üsulu
(A) Mövsümə və temperatura uyğun həlledici vasitələrdən istifadə edin.
(B) Boy qatını bir dəfəyə qalın çəkməyin.
(C) Qarışdırarkən meydana gələn hava qabarcıqları yox olduqdan sonra boya çəkilməlidir.
(D) İstilik verməklə qurutma prosesi temperaturu tədricən artırmaqla yerinə yetirilir ki, sürətli qızma meydana gəlməsin.
(E) Zamaska tamamilə qurudulur və cilalanır.
(F) Zamaska nəm cilalama tətbiq etmədən su vasitəsilə quru cilalanır.

(2) Təmir üsulu
(A)Səthi izlər meydana gəldikdə, P1000 cilalama kağızından istifadə etməklə cilalayın və cilalama işlərini başa çatdırın.
(B) İynəşəkilli dəlik dərin olsa, astar dolğusunu təkrar çəkin və cilaladıqdan sonra üst boya qatını çəkin.

Avtombil (Mühərrik) – Yanacaq vurma sisteminin yoxlanması

Fikirlərinizi bildirin.