Avtombil (Boyanma) – Köhnə Qatı (təbəqəni) çıxarmaq

0
0

Avtombil (Boyanma) – Köhnə Qatı (təbəqəni) çıxarmaq

İşin məqsədi: Bu modulu bitirdikdən sonra tələbə:

1. Avtomobilin köhnə qatını çıxarmaq funksiyasını izah edə biləcək;
2. Köhnə qatı çıxara biləcək.

Təcrübə Materialları:

1. Təmizləyici, kağız dəsmal, cilalama dəzgahı üçün abraziv (cilalama) kağız (15.24 sm – P60, P180), toz maskası, toz keçirməyən geyim, təhlükəsizlik eynəyi, pambıq əlcəklər

Avadanlıq və alətlər:

1. Cilalama kabinələri, kompressorlar, əl mişarları, tək və ya ikili hərəkətli cilalama dəzgahları, tozsoran qurğular, toz üfürücü hava tapançası

Təhlükəsizlik və ehtiyat tədbirləri:

1. Tapşırıqlara başlamazdan əvvəl kompressorun dolma miqdarını yoxlayın və transformatordakı rütubəti aradan qaldırın.
2. Pnevmatik alətlərdən istifadə etdikdə transformatorun nominal təzyiqi 6 kq/sm2olur.
3. Cilalama kabinəsində cilalama zamanı sorucu ventilyatoru işə salın, cilalama dəzgahına tozsoran qurğu və ya tozyığan qutunu qoşun və toz maskası və təhlükəsizlik eynəyi geyinin.
4. Pardaqlama dəzgahını işə salarkən, pardaq yastıqçasını zamaskanın səthinə toxundurun və açarı işə salın.
5. Praktikadan sonra kompressordakı rütubəti aradan qaldırın və dəzgahları və alətləri qaydaya salın.

Əməliyyatların yerinə yetirilmə ardıcıllığı:

1. Yuma və yağsızlaşdırma işləri
Avtomobilin boya təbəqəsinin quruluşunu dəqiqliklə öyrənin.
2. Köhnə qatın cilalama dəzgahı ilə soyulması
Lövhə şəklindəki metal (ortopedik) işlərə və rənglənmiş dar səthlərdə nazik təbəqənin çıxarılması üçün tətbiq oluna bilər.
1. İş prosesi:
(1) Metal lövhə ilə işlədikdə və ya nazik qatı kənarlaşdırdıqda cilalama dəzgahından istifadə edin.
(2) Tək hərəkətli cilalama dəzgahında P24 ~ P40 abraziv kağızları istifadə olunur və köhnə qatı kənarlaşdırmaq üçün yastıqçanın xarici hissəsi 15 ~ 20 ° bucaq altında tutulur.
(3) İşçi səthi hərəkət etdirərkən diqqəti bir hissəyə cəmləyərək davamlı hərəkət etmək vacibdir.
(4) Nəzərə alınmalıdır ki, həddən artıq emal sayəsində səthdə çoxlu cızıqlar meydana gəlir.
(5) İşçi sahənin xaricində dayanaraq işləyin ki, işlənməli əlavə səthlər və iş meydana gəlməsin.
(6) Təmir boyası çəkiləcək sahədən daha geniş səthi cilalayın.
(7) Cilalama işindən sonra P60-P80 cilalama kağızlarından meydana gələn cızıqları aradan qaldırın və aşağı salma əməliyyatını həyata keçirmək üçün ikili hərəkətli cilalama dəzgahından istifadə edin.

Fəaliyyət üzrə tövsiyə

• P50=250 ölçüsündə kağız (təxminən eni 1 mm və uzunluğu 1 mm olan, çox sayda sukeçirməyən zərrəciklərlə)

(8) Köhnə qatın vəziyyətinə əsasən abraziv kağız standartı Cədvəl 2-2-də göstərilən şəkildə müəyyən edilir.

(9) Cədvəl 2-3-də göstərildiyi kimi tətbiq olunan abraziv kağız standartına əsasən örtüyün kənarlarının vəziyyətinə nəzarət edin.

Təmizləyici maddə vasitəsilə köhnə qatın çıxarılması

İşin məqsədi: Bu modulu tamamladıqdan sonra tələbə:
1. Avtomobilin köhnə qatının çıxarılması funksiyasını izah edə biləcək;
2. Köhnə qatı çıxara biləcək.

Təcrübə materialları:

• Təmizləyici, fırça, yağ təmizləyici, kağız dəsmal, cilalama dəzgahı üçün abraziv (cilalama) kağız (15.24 sm – P60, P180), qaz maskası, qoruyucu eynək, kimyəvi dayanıqlı rezin əlcək, pambıq əlcəklər

Avadanlıq və alətlər:

• Cilalama kabinələri, kompressorlar, əl mişarları, tək və ya ikili hərəkətli cilalama dəzgahları, tozsoran qurğular, toz üfürücü hava tapançası

Təcrübə təhlükəsizliyi və ehtiyat tədbirləri:

• Tapşırıqlara başlamazdan əvvəl kompressorun dolma miqdarını yoxlayın və transformatordakı rütubəti aradan qaldırın.
• Pnevmatik alətlərdən istifadə etdikdə, transformatorun nominal təzyiqi 6 kq/sm2olur.
• Təmizləyici ilə işlədikdə yaxşı havalandırılmış iş yeri seçin. Əgər işlədiyiniz yer cilalama kabinəsidirsə, sorucu ventilyatoru işə salın və əleyhqaz, təhlükəsizlik eynəyi, kimyəvi dayanıqlı rezin əlcək geyinin.
• Boyanmayan hissələrə qoruyucu örtük çəkmə prosesini elə edin ki, xaric olunan kimyəvi maddə qoruyucu örtük çəkilmiş lövhəyə nüfuz etməsin.
• Pardaqlama işini bitirdikdə, cilalama kabinəsinin sorucu ventilyatorunu işə salın və cilalama dəzgahına tozsoran qurğu və ya tozyığan qutu birləşdirin, toz maskası və təhlükəsizlik eynəyi geyinin.
• Praktikadan sonra kompressordakı rütubəti aradan qaldırın və dəzgahları və alətləri səliqə ilə yığın.

Əməliyyatların yerinə yetirilmə ardıcıllığı:

Yuma və yağsızlaşdırma işi
Avtomobilin boya təbəqəsinin quruluşunu dəqiqliklə öyrənin.
1. Təmizləyici maddə ilə köhnə qatın çıxarılması
1. İş prosesi
(1) Soyulacaq boyanın səthini yoxlayın.
(2) Zəruri hissələrə qoruyucu örtük çəkin.
Qoruyucu örtüyü elə çəkin ki, xaric olunan kimyəvi maddənin örtük çəkilmiş lövhələrə nüfuz etməsin.

(3) Köhnə qata fırça ilə soyucu maddə tətbiq edin və 15-20 dəqiqə gözləyin
(A) Ayırıcı maddənin tətbiqindən əvvəl, ayırıcı maddənin köhnə qata nüfuz etməsini sürətləndirmək üçün köhnə qatın səthi P80 nömrəli abraziv kağızla cilalanır.
(B) Ayırıcı maddənin tətbiqindən sonra, ayırıcı maddənin nüfuz etməsini sürətləndirmək üçün onu su və ya suda isladılmış vinil ilə örtün.
(4) 10-15 dəqiqə havada qoyun, köhnə qat şişənə qədər gözləyin və qaşıyıcı alətlə köhnə qatı kənarlaşdırın. Bu müddət ərzində həddən artıq güc tətbiq etməklə səthi zədələməyin və
ya əyməyin.
(5) İlkin boyama zamanı işə avtomobilin kuzasının dam örtüyü kimi geniş sahələrdən başlayın və mümkün olduqda, köhnə qatı iki dəfə bütünlüklə kənarlaşdırın.
(6) Köhnə qatı kənarlaşdırdıqdan sonra, üzlüyü kənarlaşdırın və yağsızlaşdırıcı vasitədən istifadə etməklə tətbiq olunmuş xarici maddələri tam şəkildə qaşıyıb çıxarın.

(7) Yad cisimləri kənarlaşdırdıqdan sonra, P60-P80 abraziv kağızını ikili hərəkətli cilalama dəzgahına birləşdirin və soyulmuş səthin hər yerini və örtük çəkilmiş qatın qalan hissələrini hazır vəziyyətə gətirin.

(8) Boya qatından və ya təmizləyicidən qalan qalıqlar boya qüsurlarına səbəb olacaq. Bir qayda olaraq, səth tam hamar olanadək iki dəfə təmizlənir.

(9) Lak əsaslı köhnə qatın qırışları olduqda bu qırışların kənarlaşdırılması çətin olduğu üçün, qatı tamailə kənarlaşdırmaq məqsədilə eyni əməliyyatı təxminən 1-3 dəfə təkrarlayın.

(10) Köhnə qatın çıxarılması ilə təsirə məruz qalmış metal səth asanlıqla paslandığı üçün, proses növbəti mərhələyə qədər davam edir və aşağıdakı kimi səth emalı həyata keçirilir.

Avtombil (Mühərrik) – Qəbul/çıxış sisteminin yoxlanılması/təmiri

Fikirlərinizi bildirin.