Avtombil (Boyanma) – Astarın vurulması

85

Avtombil (Boyanma) – Astarın vurulması

İşin məqsədi: Bu modulu bitirdikdən sonra tələbə:

1. Avtomobilə astar vurulmasının funksiyasını izah edə biləcək;
2. Astar vura biləcək.

Təcrübə materialları:

• Döşəkcə (lövhə), bamperlər, reaktiv astar (iki hissəli tipi), bərkidici vasitə, plastik astar, yumşaq pambıq əsgi, aralıq yastıqça, P600 abraziv kağız, süngər abraziv kağız, filtr kağızı, plastik stəkan, stəkan tutacaq, həllediciyə davamlı əlcək, maskalar və ya respiratorlar, təhlükəsizlik eynəyi.

Avadanlıq və alətlər:

• Boyama kabinələri, hava ilə təchizat (kompressorlar, hava çənləri, hava quruducular, hava transformatorları, hava boruları və rezin hava boruları), lövhəni saxlayan dayaqlar, astar püskürən tapança, püskürtmə tapançasının qarmaqları, ikili hərəkətli cilalama dəzgahı, tozsoran qurğu

Təcrübə təhlükəsizliyi və ehtiyat tədbirləri:

• İşə başlamazdan əvvəl həmişə təhlükəsizlik geyimi geyinin.
• Material Təhlükəsizliyi üzrə Məlumat Vərəqəsini (MTMV) öyrənin və təsdiq edin.
• Məhsulun konteynerində qeyd edilən təhlükə işarələrini və xəbərdarlıqları oxuduğunuzdan və başa düşdüyünüzdən əmin olun.
• Boya istifadədən əvvəl yaxşıca qarışdırılmalıdır və təhlükəsizlik məqsədilə yaxşı havalandırılmış yerdə istifadə edilməlidir.
• Xidmət müddətini başa vurmuş heç bir boyadan istifadə etməyin və ya boyanın yapışqanlığı azaltmaq üçün heç bir durulducu ilə qarışdırmayın.
• Bərkidici vasitənin yaxşı həll olmadığı üçün boyaları orijinal boya konteynerində bərkidici
vasitələrlə qarışdırmayın.
• Əməliyyata başlamazdan əvvəl kompressorun normal fəaliyyət göstərdiyini yoxlayın və hava çənindəki, hava ilə qurutma qurğusundakı və hava transformatorundakı rütubəti və yağı təmizləyin.
• Hava alətlərindən istifadə edildikdə, hava transformatorunun nominal hava təzyiqi 6 kq/sm2 olur.
• Avtomobili təmir edərkən boyayan tərəfindən hazırlanmış texniki məlumat vərəqəsinə (TMV) istinad edin.
• Kompressordakı rütubəti aradan qaldırın və praktikadan sonra avadanlıq və alətləri səliqə ilə yığın.

Əməliyyatların yerinə yetirilmə ardıcıllığı:

1. Təsirə məruz qalmış polad lövhəyə iki hissəli reaktiv astarın çəkilməsi
1. Qoruyucu paltarlar, qoruyucu eynəklər və həllediciyə davamlı əlcəklər kimi təhlükəsizlik geyimləri geyinin.
2. Yağsızlaşdırılmış paneldə reaktiv astarı boya və bərkidici maddə ilə qarışdıraraq hazırlayın.

3. Filtr kağızı ilə püskürtmə tapançasının boya konteyneri ilə qarışdırılmış püskürtülməli astarı filtrasiya edin.

4. Rezin hava borusunu püskürmə tapançasına birləşdirin və püskürməni sınaqdan keçirərkən hava manometrini yoxlayın. Hava təzyiqini nizamlayın və boyanacaq hissənin ölçüsü ilə uyğunlaşdıraraq püskürtüləcək boyanın miqdarını müəyyən edin.
(1) Püskürtmə tapançası: qravitasiyalı tapança üçün tövsiyə olunur (sorma tipli tapançadan da istifadə edilə bilər).
(2) Forsunkanın diametri: 1.2 – 1.4 mm (Diametri nə qədər kiçik olsa, tozlanma daha yaxşı olacaq və boya qatı daha nazik olacaq).
(3) Püskürmə məsafəsi: ümumi pistolet üçün 20 ~ 25 sm və 15 sm YHAT (yüksək həcmli aşağı təzyiqli) tapançası üçün.
(4) Hava təzyiqi: Ümumi tapança üçün 3 ~ 4 kq/sm2, YHAT tapançası üçün 2 kq/sm2-dir.
(5) Boyamaların syı: 1 ~ 2 dəfə tövsiyə olunur.
(6) İlkin quruma müddəti: Təxminən 3 ~ 5 dəqiqə (20 ℃-də)
(7) Quru qatın qalınlığı (QQQ): 7-15

5. Boyamağa başlamazdan əvvəl toz təmizləmək üçün nəzərdə tutulan əsgidən istifadə edərək, havanı püskürtmə tapançası ilə hava üfürməklə boyanacaq səthdə olan xırda tozları silin.

6. Reaktiv astarı təsirə məruz qalmış polad səthə elə naziklikdə çəkin ki, parlaqlıq meydana gəlməsin. Reaktiv astar polad lövhəyə vurulmaq üçün nəzərdə tutulduğu üçün, örtük polad lövhənin səthini tək qat şəklində örtəcək vəziyyətdə çəkildikdən sonra birinci qat hazır olur. Boyanı elə çəkmək lazımdır ki, polad lövhənin səthi görünsün, çünki bu boya qatı orta və ya üst boya qatlarından daha qalın olmamalıdır.

7. 3-5 dəqiqəlik ilkin quruma müddəti tətbiq edin.
8. Birinci örtükdə olduğu kimi, ikinci örtüyü eyni şəkildə çəkin.
Əgər astar ikinci örtüyün çəkilməsindən sonra qurumamış qatın üstündən boyama üsulu ilə vurulubsa və astar təbii şəkildə təxminən 10 dəqiqə sonra quruyubsa, püskürmə nəticəsində meydana gələn xırda boya hissəcikləri pambıq əsgi ilə təmizlənir və sonra boşluqlar astarla doldurulur.

2. Yeni bamperə plastik astarın vurulması

1. Qoruyucu paltar, təhlükəsizlik eynəyi, respirator və həllediciyə davamlı əlcəklər kimi təhlükəsizlik geyimləri geyinin.
2. Yeni bamperi və yağsızlaşdırılmış dairəşəkilli hissəciklərdən hazırlanmış xüsusi plastik PP astarını hazırlayın.

3. Yağsızlaşdırılmış bamperin səthini P600 abraziv kağızı ilə pardaqlayın.

Bamperin modelinin müəyyənləşdirilməsi mürəkkəb olduğu üçün künclər, kənarlar kimi maili və dar yerləri incəliklə cilalamaq və bütün hissələr süngər cilalama kağızı ilə cilalamaq zəruridir.

4. Eyni tərəfdə aralıq yastıqçanı ikili hərəkətli cilalama dəzgahına qoşun və onu P600 cilalama yastıqçasını qoşaraq cilalayın.

5. Abraziv toz və ovuntunu tamamilə üfürmək və tam tamizləmək üçün toz üfürücü hava tapançası ilə sıxılmış hava üfürün. Plastik materiallar ətrafdakı toz və ya yad cisimləri özünə çəkmə xassəsinə malik olduğu üçün, onları cilalayərkən abraziya kimi sürtünmə tətbiq olunduqda, statik elektrikin meydana gəlməməsi üçün plastik səthləri diqqətlə yağsızlaşdırmaq tələb olunur.

6. PP astarını onun istifadəsi üçün nəzərdə tutulmuş filter kağızı ilə təchiz olunmuş püskürtmə tapançasının boya konteynerinə əlavə edin.

7. Rezin hava borusunu püskürmə tapançasına birləşdirin və püskürməni sınaqdan keçirərkən hava manometrini yoxlayın. Hava təzyiqini nizamlayın və boyanacaq hissənin ölçüsü ilə uyğunlaşdıraraq çilənəcək boyanın miqdarını müəyyən edin.

(1) Püskürmə tapançası: qravitasiyalı tapança üçün tövsiyə olunur (sorma növlü tapançadan da istifadə edilə bilər)
(2) Forsunkanın diametri: 1.2-1.4 mm (xam örtük materialının qatılığı 10 saniyə və ya daha az və diametri nə qədər kiçik olsa, tozlanma daha yaxşı olacaq və üzlük qatı nazik çəkilə biləcək).
(3) Püskürmə məsafəsi: ümumi tapança üçün 20 ~ 25 sm və YHAT tapançası üçün 15 sm-dir.
(4) Hava təzyiqi: Ümumi pistolet üçün 2 ~ 3 kq /sm2, YHAT tapançası üçün 2 kq /sm2 və ya daha az olmalıdır.
(5) Boyamaların sayı: 1 ~ 2 dəfə tövsiyə olunur.

(6) İlkin quruma müddəti: Təxminən 1 ~ 5 dəqiqə (20 ℃-də) – Örtük çəkmə aralığı boyamadan
10 dəqiqə əvvəl, suda həll olan əsas qatı çəkməzdən 30 dəqiqə əvvəl olmaqla 5 dəqiqədir. Sonrakı yapışma qabiliyyəti zəif və çatlaqlara səbəb ola biləcəyi üçün, qurumadan sonra örtük çəkilməsi arzuolunandır.
(7) Quru qatın qalınlığı (QQQ): 5 ~ 1010μm (10 μm-dan daha qalın boyamayın)

8. Boyamağa başlamazdan əvvəl toz təmizləmək üçün nəzərdə tutulan əsgidən istifadə edərək, havanı püskürmə tapançası ilə üfürən zaman boyanacaq səthdən xırda tozları silin.

9. Birinci PP astarını yüngülcə çəkin.

(1) Bamperin modelinin müəyyənləşdirilməsi mürəkkəb olduğu üçün, işləmək üçün çətin olan künc, kənar və deşik hissələrini və ön hissəni boyamaq lazımdır.
(2) Əgər ilkin örtük tam şəkildə çəkilibsə, bir qatı başa çatdırın.
(3) Örtük elə çəkilməlidir ki, qatılığın aşağı olması səbəbi ilə örtük axmasın.
(4) Əgər quru örtük bərkdirsə, yapışma qabiliyyəti azalır.
(5) Örtük tövsiyə olunan qat qalınlığından daha qalın olsa, yapışma qabiliyyəti zəifləyir.

10. 1-5 dəqiqə ilkin quruma müddəti təyin edin.
11. İkinci PP astarı örtüyü
Eynilə birinci qatda olduğu kimi çəkin, təbii yolla qurudun və son qatı çəkin.

Fəaliyyət üzrə tövsiyə

• Rahat vəziyyətdə dayanaraq tozlama işini yerinə yetirin (üfüqi boyama, boyamaların sayı) və təcrübəyə tətbiq edin.

2. Qurutma üsulu

1. Havada qurutma:
Ümumiyyətlə, bu, boyanın otaq temperaturunda qurudulması deməkdir. Bu məkan tüstü, toz və birbaşa günəş şüasından azad bir yer olmalıdır. Qapalı yerdə və ya quru şəraitdə 21-32 °C temperaturda qurutma təbii quruma adlanır.

2. Məcburi qurutma:
Təbii şəkildə quruyan boyanın örtük materialının qurumasına imkan yaratmaq üçün 60-80 °C temperaturda termiki emal prosesidir. Avtomobil örtüklərinin təmirində istifadə olunan boyalar təbii quruyan boyalardır və quruma müddətini azaltmaq üçün termiki emalla məcburi qurutma tətbiq olunur.

3. Qızdırıb bitişdirmə yolu ilə qurutma:
100 °C və ya daha yüksək temperaturda qurudularaq və termiki emalla quruyan boya istiliklə qurudulan boya növüdür. İstilik mənbəyi dolayı isti hava və ya infraqırmızı şüalardan istifadə edir. Örtük materialından asılı olaraq, isitmə temperaturu və müddəti fərqli olsa da, bu üsul qurumadan sonra örtük qatının bərkliyinin arzuolunan səviyyədə olmasına baxmayaraq, istiliyin təsiri ilə deformasiyaya uğramış və ya korlanmış örtük materialları üçün uyğun sayılmır. Avtomobili qurutma prosesində isitmə və qurutma bir-birini əvəz edir.

3. Boyanın quruluğunun müəyyən olunması

Təbii quruyan tipli boyanın quruma sürətindən asılıdır (5 dəqiqə, 15 dəqiqə, 1 saat) və aşağıda kı quruma qiymətləri müəyyən olunur.

1. Toxuma ilə quruluq
Örtük qatının barmaq ucu ilə yüngülcə toxunduqda onun yapışqan olduğu, lakin barmaq ucuna yapışmayacaq dərəcədə quruduğu və örtük çəkdikdən sonra səthdə tozun və ya yad cismin olmadığı quruma vəziyyətidir.

2. Tozsuz
(1) Barmaq ilə necə yoxlamalı
Örtük olan səthdə barmağın ucu ilə güc tətbiq etmədən yüngülcə sağa və sola hərəkət etdikdə barmaq izi qalmayan quruma vəziyyətinə istinad edir.

(2) Yüksəklikdən pambıq atmaqla necə yoxlamalı
Pambığın təxminən 3 sm hündürlükdən qatın səthinə atıldıqdan sonra ağızla hava üfürdükdə pambığın asanlıqla və tamamilə hərəkət edərək kənarlaşdırıldığı vəziyyətə istinad edir.

3. Yapışmama
Yüngülcə basdıqda örtülmüş qatın səthində barmaq izlərinin qalmadığı və örtülmüş qatın sahəsinin təxminən 1.5 sm-ə çatdığı vəziyyətə istinad edir.

4. Quru bərk
Baş barmaq və digər barmaqla sınaq lövhəsini soyun, qatı baş barmağa tərəf yönləndirin, bərk basın (burmadan) və qatda barmaq izinin qalmadığını göstərmək üçün yumşaq əsgi ilə yüngülcə sürtün.

5. Daxildən quruma
Qatın dartıldığı, qırışdığı və baş barmağı 90° fırlatdıqda səthdə digər qüsurların meydana gəlmədiyi quruma vəziyyətinə istinad edir.
6. Tam bərkimə
Örtülmüş səthin mismar və ya bıçağın ucu ilə cızıldıqda izlərin meydana gəlmədiyi quruma vəziyyətinə istinad edir.

4. Astarın quruması

1. Reaktiv astarın qurudulması
Əgər reaktiv astar çəkildikdən sonra qurumayıbsa, sonrakı örtüyün yapışma xassəsi zəifləyəcək. Buna görə də, 10-20 dəqiqə qurutduqdan sonra, astar səthə qurumamış qatın üstündən boyama üsulu ilə örtük çəkdiyinizdən əmin olun.

2. Epoksid astarın quruması
Epoksid astar çəkildikdən sonra, 80 °C temperaturda və 30 dəqiqə termiki emal tətbiq olunur və növbəti örtük çəkilir.

5. Plastik astarın quruması

1. Əgər plastik material termoplastik PP (polipropilen) ehtiyat hissəsidirsə
Örtük qatının ümumi çəkilməsi qurutma və növbəti örtük qatının çəkilməsi proseslərindən sonra cilalamanın yerinə yetirilməsi üsuludur, lakin plastik astar çəkildikdən sonra üst örtüyü boyayarkən qurumamış qatın üstündən boyama üsulundan istifadə edilir. Başqa sözlə, astar çəkilir və təbii şəkildə quruyur, sonra isə üst örtük və şəffaf örtük cilalama olmadan dərhal çəkilir.

2. Əgər plastik material duroplast PUR (poliuretan) ehtiyat hissəsidirsə
Astarın növündən asılı olaraq, tək paketli və iki paketli növlərdən istifadə edilir, lakin astar çəkildikdən sonra 20-30 dəqiqə ərzində 80°C temperaturda termiki emal aparılır və sonra örtük qatının çəkilməsi başa çatmış olur.

6. Tozlama yolu ilə rəngləmə kabinəsindən istifadə etməklə qurutma

1. Qrup şəklində boyama və tam boyama vəziyyətində çox sayda lövhə qurudulmalıdırsa və
lövhə önə və ya geriyə, sola və sağa itələnirsə, bütün lövhələri qurutmaq üçün nəqliyyat vasitəsini tozlama yolu ilə rəngləmə kabinəsinin ortasına yerləşdirin.
2. Tozlama yolu ilə rəngləmək üçün kabinənin termik emalına nəzarət qutusunu işə salın.
3.Temperaturu və vaxtı təyin etmək üçün termiki emala başlayın.
4. Suda həllolan və yağda həllolan boyaları ayrılıqda istifadə edin.

5. Kabinədə termiki emala başlamaq üçün lazım olan düyməyə basın.
6. Təyin olunmuş temperatur və zaman kəsiyində isti hava və ya elektrik kimi istilik mənbələri ilə örtüyü qurudun.
7. Termiki emal başa çatdıqda, kameradakı isti havanı çölə ötürün.
8. Kameranın havalandırması başa çatdıqda, kameranın qapısının açın və nəqliyyat vasitəsini çölə çıxarın.

Avtombil (Mühərrik) – Akkumulyator tipli yüksək təzyiqli yanacaq sisteminin (CRDI) diaqnozu/təmiri

Əvvəlki məqaləDünya idmanını dəyişdirən 5 tarixi hadisə
Növbəti məqalə6 ekstremal idman rekordları

Fikirlərinizi bildirin.