Avtomagistrallarda hərəkət (maddə 43)

60

Avtomagistrallarda hərəkət (maddə 43)

I.Nәqliyyat vasitәlәrinin sürücülәri avtomagistrala girdikdә, avtomagistralda hәrәkәt edәn nәqliyyat vasitәlәrinә yol vermәlidirlәr (şəkil 1.). Sürәtlәndirmә zolağı olduqda, sürücülәr bundan istifadә etmәlidirlәr.

  1. Avtomagistrallarda:

1)piyadaların, mal-qaranın, at-araba nәqliyyatının, yük motorollerlәrinin, atlıların, әl arabalarının, velosipedlәrin, mopedlәrin, traktorların, kәnd tәsәrrüfatı maşınlarının vә özügedәn maşınların, texniki xarakteristikasına vә ya vәziyyәtinә görә, sürәti saatda 50 kilometrdәn az olan digәr nәqliyyat vasitәlәrinin, avtomagistralda xidmәt işlәrinin görülmәsi halları istisna olmaqla, yol maşınlarının hәrәkәti (şəkil 2; 3);

2)icazә verilәn maksimum kütlәsi 3,5 tondan artıq olan yük avtomobillәrinin ikinci zolaqdan sonrakılarda hәrәkәti (şəkil 3);

3)5.15 vә ya  6.11 nişanları ilә işarә edilmiş xüsusi dayanacaq meydançalarından kәnarda dayanmaq vә ya durmaq (şəkil 4);

4)geriyә dönmәk vә ayırıcı zolağın texnoloji kәsiklәrinә girmәk (şəkil 2);

5)geriyә hәrәkәt etmәk (şəkil 2);

6)sürmә tәlimi keçmәk qadağandır.

III.Sürücü avtomagistralın hәrәkәt hissәsindә mәcburi dayandıqda, nәqliyyat vasitәsini bu Qanunun tәlәblәrinә müvafiq nişanlamalı vә onu bu mәqsәd üçün nәzәrdә tutulan zolağa (hәrәkәt hissәsinin qırağını göstәrәn xәtdәn sağdakı yol hissәsinә) çıxarmaq üçün tәdbirlәr görmәlidir.

IV.Bu maddәnin tәlәblәri  5.3 nişanı ilә işarә olunmuş yollara da şamil edilir.

Piyada keçidləri və ümumi istifadədə olan nəqliyyat vasitəsinin dayanması (maddə 54)Hərəkətə başlama, manevretmə (maddə 42)Qadağan nişanları (maddə 64)Nәqliyyat vasitәlәrinin texniki vәziyyәti vә onların texniki baxışdan keçirilmәsi (maddə 30)

Əvvəlki məqaləPilates fitnesin fərqli formasıdır, yoxsa müalicə üsulu?
Növbəti məqaləHərəkət sürəti və NV arasında ara məsafəsi (maddə 50)

Fikirlərinizi bildirin.