Avto tuning üçün Carbon. Bu yazıda carbon nədir, avto salonun tuningi zamanı nə üçün istifadə olunur, avtomobilin görüntüsünü necə dəişir, carbonun alternativi nə hesab edilir kimi məsələləri sizinlə bölüşmək istərdik.
Carbon nədir?
Carbon-kompozit material hesab edilir. Kömür-plastik materiallar sinifinə şamil olunur. Bir neçə mində fərqli resepturaları özlüyündə cəmləyir. İstənilən carbon resepturanın əsas özəlliyi kömür-qrafit hissələrinin və liflərinin birləşməsidir. Lakin, bu cür liflər olduqca incə olduğundan onları sındırmaq asan olsada, cırmaq çox çətindir. Məhs bu liflərin paralel toxunması nəticəsində carbon parçalar hazırlanmış olur.

Avto tuning üçün Carbon

Kömür-plastik anizotropik olduğundan materialın, parçanın möhkəm olması üçün hər dəfə yönləri, tərəfləri dəyişdirilərək bir neçə təbəqə, qat olmaq şərti ilə toxunur. Materialın tam üstünlüyünün nümayişi üçün istehsal prosesində vakkum texnalogiyasından termo istehsal üsulundan istifadə edilir.

Carbon 40% dəmirdən və 20% aliminumdan yüngül materialdır. Kömür-plastik hissələr şüşə-plastik materialdan belə daha dayanaqlı və yüngül hesab edilir. Lakin, maşın sevənlər onu fərqli xüsusiyyətinə görə deyil, ən çox görünüşünə görə bəyənirlər. İlk olaraq carbon örtük dəbi idman maşınlarında, sportcarlarda yayılmağa başladı. Fərqli görüntü ilə yanaşı avtomobilin salonunda işlədilə biləcək ən yüngül  və ən möhkəm material hesab edildi.

Avto tuning üçün Carbon

Premium sinifində avtomobil istehsalı ilə məşğul olan şirkətlər carbonu maşının ümumi ağırlığını, çəkisini azaltdığına görə həvəslə işlətdilər. BMW § şirkəti yeni 7-ci seria modellərində Carbon care texnalogiyasından istifadə edərək avtomobilin çəkisini 130 kiloqrama qədər azaltmağa nail olmuşdur.
Əsl carbon həqiqətəndə gözəl və yüngül materialdır. Lakin, materialın bütün xüsusiyyətlərini nəzərə alsaq yarana biləcək çətinlikləri də vurğulamaq lazımdır. Belə ki, aterial demək olar ki, dartılmır, uzanmır. Zərbələr onun incə səthini zədələyə və sındıra bilir. Carbon çəkilmiş səthin normal fəaliyyəti üçün təbəqənin qalınlığı, kömür lif iplərinin düzgün toxunuşu, toxunuşun sıxlığı kimi nüyanslar mütləq nəzərə alınmalıdır.
Proses necə baş verir?

Salon tuningi üçün carbon görünüşlü plyonka
“Carbon görünüşlü” ifadəsi deyildikdə boz-qara şahmat dizayn nəzərdə tutulur. Hal-hazırda bazarda bu görünüşə sahib bir çox örtük mövcutdur. Əlbətdə ki, bu cür seçimin üstünlüyü qiymətinin ucuz olmasındadır. İstənilən avto aksesuar dükanlarından almaq və ya internet mağazalarından sifariş etmək mümkündür. Tam olaraq avtomobilin salonunun bəzədilməsi üçün 1-2 metr plyonka kifayət edir. Ödənilmiş pulun miqdarı ilə müqayisədə bu cür seçim heçdə pis görünmür.

Əsl materialda rəng seçimində məhdudiyyət olsada, bu cür plyonkalarda istənilən rəngi seçib istifadə etmək mümkündür. Bir neçə il bundan əvvəl 3D formatlı, şahmat şəkilli örtüklər müasir dövrdə 4D keyfiyyəti ilə istehsal edilərək originala daha çox bənzədilməyə başlanılıb.

Avto tuning üçün Carbon

Qeyd etmək lazımdır ki, bu cür yağışdırıcıları yapışdırmaq o qədərdə asan deyil. Bu səbəbdən də əgər təcrübəniz yoxdursa işi bacaranlara həvalə etməyə çalışın.

Miss tuning- 2020 təqvimiUnudulmuş əfsanələr: ürəyinizi ağrıdacaq 25 fotoİngilis dilində avtomobil terminləri

Fikirlərinizi bildirin.