Avto lüğət ENG

There are no glossary items.

Avto lüğət ENG. Avtomobil (q.yun. αὐτός — özü, lat. mobilis – hərəkət edən) – avtonom enerji mənbəyi (daxili yanma, elektrik mühərrikləri və s.) ilə hərəkətə gətirilən və sükanla idarə edilən relssiz nəqliyyat vasitəsi. Avtomobil hərəkət etdirici orqanı ilə (təkər, tırtıl, xizək) dayaq səthi (yol, torpaq) arasında yaranan ilişmə qüvvəsi nəticəsində hərəkət edir; minik avtomobiliyük avtomobiliavtobus və xüsusi təyinatlı avtomobillərə ayrılır. Bu avtomobil tipləri də müxtəlif əlamətlərə görə təsnif olunur. Məsələn: minik avtomobili mühərrikinin həcminə, qaabarit ölçülərinə, kuzasının (kuzovunun) tipinə (qapalı, açılabilən və açıq kuzalı) görə siniflərə ayrılır. Təyinatına görə nəqliyyat, xüsusi və yarış (idman) avtomobilləri olur. Nəqliyyat avtomobili yük, yük-sərnişin və sərnişin daşıyır. Sərnişin avtomobili minik avtomobili və avtobuslara ayrılır. Xüsusi avtomobillər üzərində quraşdırılmış müxtəlif təyinatlı (tikinti, sanitar, yanğın və s.) qurğuları daşımaq üçündür. İdman avtomobil xüsusi konstruksiyalı, yüksəksürətli maşınlardır.

Fikirlərinizi bildirin.