Avokadodan hazırlanan 3 xeyirli yemək. Avokado son illərin olduqca məşhur qidasıdır. Onsuz sağlam qidalanmanı təbliğ edən restoranın menyusunu təsəvvür etmək mümkün deyil. Meyvəni bir çox yemək növləri ilə birlikdə istifadə etmək mümkündür. Əgər siz avokadonu sevənlər qrupundan deyilsinizsə, deməli hələdə öz ideal kombinasiyanızı tapmamısınız. Bu gün sizin diqqətinizə 6 maraqlı resepti təqdim etmək istərdim. Bunu mütləq sınaqdan keçirməyə dəyər.

Səhər yeməyi- ilk və olduqca önəmli yemək qəbuludur. O tam rahatlıqla örgəndiyimiz yumurtanı və ya sıyığı əvəzləyə bilər.

Avokadodan hazırlanan 6 xeyirli yemək

Avokado muzu ilə yumurta

Ərzaqlar:

Qaynadılmış yumurta – 2-3 ədəd;

Avokado – 1 ədəd;

Duz;

İstiot;

Limon şirəsi;

Zövqə görə: qızıl balıq, qırmızı kürü, rukkola.

Yumurtalar suda qaynadılır və təmizlənərək sarısı çıxarılır. Daha sonra blenderdə avokado ilə qarışdırılır. Bibər və duz əlavə edilir. Alınan qarışığıa igər zülallar əlavə edilir. Üzərinə zeytun yağı və ya badan qırıntıları əlavə edilə bilər

Qızıl balıq, kürü və rukkola rahatlıqla başqa ərzaqlarla əvəzlənə bilər. Bu sırf zövq məsələsidir. əksperimentlərdən çəkinməyin, müxtəlif dadları dadmağa çalışın.

Avokadodan smuzi

Smuzi – səhər yeməyi və ya atışdırmaq üçün alternativ variant hesab edilə bilər. Bu səhər saatlarında zamanı olmayan insanlar üçün çox uyğundur.

Ərzaqlar:

Avokado – yarım;

Dondurulmuş bana – 1 ədəd;

İspanaq – 50 qr;

Badam südü – 200 ml;

Kakos suyu – 100 ml;

Təzə qaragilə – bir miqdar.

İlkin olaraq bananı üç saat müddətinə dondurun. Daha sonra qabığını təmizləyin. Avokadonu təmizləyib bütün ərzaqları blenderdə qarışdırın. Hazır qidanı təzə qaragilə dənələri ilə bəzəmək mümkündür.

Avokadodan hazırlanan 6 xeyirli yemək 3

Bişmiş pomidor və avokado ilə halloumi salatı

Ərzaqlar:

Salat üçün:

Lobya və ya mərcimək -100 qr;

Halumi pendiri – 200 qr;

Yunan qabağı – 1 ədəd;

Qırmızı soğan – ½ ədəd;

Avokado – ½ ədəd;

Çerri – 200 qr;

Göyərti.

Əlavəsi:

Avokado – 1./2 ədəd;

Portağal şirəsi – ½ dəd;

Zeytun yağı – 50 ml;

Duz;

Bibər.

Əlavə üçün ərzaqları blenderdə qarışdırın, tam qarışıq halına salın. Lobyanı qaynadın, çerrini 10 dəqiqə müddətində 180 dərəcəli qızdırılmış sobaya qoyun. Yunan qabağını təxmini 1 santımetr qalınlığında nazik doğrayın. Tavada yağ əlavə etmədən hər tərəfinə çevirməklə 1-2 dəqiqəlik qızardın.

Göyərtini, soğanı, yunan qabağını və avokadonu boşqaba əlavə edib üzərinə kənarda qalan lobyanı tökün. Yarımbişirilmiş çerrini üzərinə qoyub isti halumi ilə tama gətirin.

Avokado – tərkibi və potensiyaya, ürək-damar sistemlərinə təsiri barədə

Fikirlərinizi bildirin.