Sağlamlıq üçün müsbət tərəfləri:

Avokado – tərkibi və potensiyaya, ürək-damar sistemlərinə təsiri barədə. Avokado digər meyvələrdən fərqli xüsusiyyətlərinə görə seçilir. Tərkibində bütün çəkisinin 30-40%-i miqdarında bitki yağı mövcutdur. Bu səbəbdən də, dadı kərə yağı, göyərti və qozun qarışıq tamını xatırladır. Avokadodakı yağı yağ turşuları (omeqa-9 kimi qəbul edilir) profil baxımından daha çox  zeytun və badam yağına bənzədilir. Vətəni Meksikadır, bəzən “timsah armudu” kimi də adlandırılır.

Təbiətdə mövcud olan meyvələrdən demək olar ki, heç biri avokado ilə müqayisə edilə bilməz. Beləki, tərkibində olduqca çox vitaminlər, minerallar, qida əlavələri olmaqla yanaşı, həmdə hazırlanma formaları müxtəlifdir. Adətən meksika mətbəxində daha çox işlədilməsinə baxmayaraq, isti və soyuq salatlara, hazırlanan yeməklərə əlavə edilir. Hətda vegeterianlar üçün əti belə əvəz edə bilir.

Vitaminlər və minerallar:

Avokadonun tərkibindəki təbii antioksidantlar bir-biriləri ilə mütərəqqi kombinasiya təşkil edirlər. B vitamin qrupunun mümkün vitaminləri, C vitamini, E vitamini, K vitamini, eyni zamanda müxtəlif karotinoidlər orqanizmə sərbəst radikallardan azad olmağa kömək olur, nəticədə imun sistemini gücləndirir.

Əsas vitaminlər 100 qr üçün tərkibi Günlük norma faiz dərəcəsi
Vitamin B2 0.13 mq 11 %
Vitamin B3 1.7 mq 12 %
Vitamin B5 1.4 mq 28 %
Vitamin B6 0.25 mq 20 %
Vitamin B9 81 μg 20 %
Vitamin C 10 mq 12 %
Vitamin E 2 mq 14 %
Vitamin K 21 μg 20 %

Tərkibindəki minerallar arasında önəmli yeri kalium tutur. Kalium ürək-damar sisteminin fəaliyyətinə müsbət təsir göstərir. Dəmir – qan dövranı və tənəfüs sistemləri üçün xeyirli, maqnium – ürək və bütün bədən əzələləri üçün vacib, sink – testestronun sintezi və digər harmonlar üçün gərəkli hesab edilir.

Əsas minerallar 100 qr üçün tərkibi Günlük norma faiz dərəcəsi
Dəmir 0.55 mq 4 %
Maqnium 29 mq 8 %
Marqens 0.14 mq 7 %
Fosfor 52 mq 7 %
Kalium 485 mq 10 %
Sink 0.62 mq 7 %
Qlikemik indeksi və kalorilik miqdarı:

Ciddi araşdırmalar zamanı 100 qram avokodunun tərkibində 160 kkal, 15 qr yağ, 9 qr karbohidrat, 2 qr zülal olduğu müəyyən edilmişdir. Lakin unutmayaq ki, digər meyvələr kimi avokadonunda tərkibi və kalorilik dərəcəsi onun əkildiyi, becərildiyi yerdən, həmin yerin təbiətindən çox aslıdır.

Qlikemik indeksə gəldikdə isə, ən az Qi göstəricisinə malik məhsullar siyahısına aid edildiyindən pəhris saxlayanlar və şəkər xəstəliyindən əziyyət çəkən insanlar üçün uyğun hesab edilir. İndeks göstəricisi olaraq 15 vahidin üzərində dayanır.

Avokado - tərkibi və potensiyaya, ürək-damar sistemlərinə təsiri barədə
Metobolizmin sürətləndirilməsində rolu:

Tərkibinin yağlılıq dərəcəsini və yüksək lifliliyə malik olmasını nəzərə alaraq orqanizmin dözümlülüyünü artırmasına əmin ola bilərik. Omeqa-3 yağ turşuları həzm prosesini normallaşdırır və mineralların orqanizmə sovrulmasını təmin edir.

Kalori dəyərinin o qədər də yüksək olmamasına baxmayaraq, təbii yağlar və liflilik sayəsində mədədə toxluq hissi yaradır, Orqanizmi sanki az kalori ilə çox işləməyə vadar edir.

Kişi sağlamlığına təsiri:

Artıq qeyd etdiyimiz kimi, tərkibində yüksək miqdarda zülal və bitki yağı mövcut olduğundan, nəticədə ürək-damar sisteminin fəaliyyətinə müsbər təsir göstərmiş olur. Damar sisteminin yaxşı fəaliyyətə malik olması kişi sağlamlığının əsas şərti hesab olunub, aktiv cinsi həvəsin yaranmasına səbəb olur.

Eyni zamanda qeyd etməliyik ki, avokado əsl təbii afrodizak hesab edilir. Bu səbəbdəndir ki, bəzi tibbi əlavələrə avokado ekstratı istifadə edilir. Nəticədə impotensiyanın proflaktikası, sonsuzluğun aradan qaldırılması halları müşahidə olunur. Bəzi araşdırmalara görə tez-tez bu meyvədən istifadə psixikaya müsbət təsir göstərir, əsəb sistemini sakitləşdirir. Nəticədə güclü cinsin nümayəndələrində özünə inam hiss artır, düşüncə qabiliyyəti güclənir.

Avokado - tərkibi və potensiyaya, ürək-damar sistemlərinə təsiri barədə
Spermanın keyfiyyəti:

Fol turşusunun miqdarının çox olması sayəsində kişilərdə reprodiktiv funksiya yaxşılaşır və spermanın keyfiyyəti artır. Əksinə fol turşusunun miqdarının azalması nəticəsində gənc hüceyrələr ləngiyir və zəifləyirlər.

Adı çəkilən fol turşusu avokado ilə yanaşı ət məhsullarında da rast gəlinir. Lakin ətin qəbulu bişirilmə prosesindən sonra baş verdiyindən tərkibində turşuların bir çoxu məhf olmaya məruz qalır. Avokado isə meyvə şəkilində yeyilə bilindiyindən lazımı minerallar, vitaminlər və turşular orqanizmə birbaşa daxil ola bilir.

Sexsual həyatın yüksək tonusda saxlanması üçün təsiri istiqamətləri:
  • Qanın təmizlənməsi, nəticədə cinsi orqana yeni qanın çatdırılması, ereksiyanın gücləndirilməsi;
  • Testesron sintezinin artırılması;
  • Sexsual istəklərin aktivləşdirilməsi;
  • Spermatozoidlərin səviyyəsinin artımı;
  • Metobolizmin yaxşılaşdırılması, çəkinin normallaşdırılması;
  • Əsəb sisteminin sakitləşməsi, qorxu, həyəcan hislərinin aradan qaldırılması;
  • Sidik ifrazı sistemdə soyuqdəymə hallarının aradan qaldırılması, bakteriaların yayılmasının qarşısının alınması;
  • Bəd xassəli şişlərin aradan qaldırılması.
Aktiv məşqlə maraqlananlar üçün:

Tərkibində xeyli miqdarda L-karnitin mövcutdur. Adətən L-karnitindən uzun müddətli idman məşqləri edən insanlar dözümlülüyün artırılması, əzələ kütləsinin böyüdülməsi üçün istifadə edirlər. Eyni zamanda bu maddə yaşlı insanlara qan-damar sisteminin proflaktikası üçün də məsləhət görünür.

Badam – kişi orqanizmi üçün xeyri və ziyanıBananın kişilər üçün xeyri

Fikirlərinizi bildirin.