Auto lüğət ENG – G
SxemlərABCDEFGHIJKMNOPQRSTUVWXYZ

Avtomobilin tarixi 19-cu əsrdə enerji mənbəsi olaraq buxarın istifadə edilməsi ilə başlayır və daxili yanma mühərriklərində neftin istifadə edilməsi ilə davam edir. Hal-hazırda alternatif enerji mənbələri ilə işləyən avtomobillərin istehsal edilməsi mövzusunda çalışmalar sürətlə davam edir.

1907-ci ildə 250.000 avtomobil var idi, 1914-cü ildə Ford Model T-nin istehsal olunması ilə 500.000-ə çatmışdır. İkinci Dünya Müharibəsindən biraz əvvəl bu say 50 milyonun üzərinə çıxmışdır. Müharibədən sonra keçən otuz il ərzində avtomobil sayı altı qatına çıxmış və 1975-ci ildə 300 milyona çatmışdır. İllik avtomobil istehsalı 2007-ci ildə 70 milyonu keçmişdir.

Avtomobil tək bir şəxs tərəfindən ixtira edilməmişdir, təqribən yüzillik boyunca dünyanın hər tərəfində ortaya çıxan ixtiraların bir yerə toplanması ilə ortaya çıxmışdır. Müasir avtomobilin yaranmasının təqribən 100.000 patent alınışından sonra reallaşdığı təxmin edilir.

Avtomobil nəqliyyatda bir inqilab yaratdı və fərdlərin məkan ilə olan əlaqələri başda olmaq üzrə dərin sosial dəyişikliklərə səbəb oldu. İqtisadi və mədəni əlaqələrin inkişaf etməsini asanlaşdırdı və yollar, avtomagistrallar və park yerləri kimi nəhəng yeni infrastrukturların yaradılmasına yol açdı. İstehlak obyekti olaraq görülməsi ilə birlikdə yeni bir universal mədəniyyətə təməl oldu və sənayeləşmiş ölkələrdə ailələr üçün həyati əhəmiyyət daşıyan bir əşya kimi yerini aldı. Avtomobil gündəlik həyatda çox önəmli bir yer tutur.

Fikirlərinizi bildirin.