Atasına oxşuyub. Genetik baxımdan intellekt uşağa kimdən keçir? “Atasına oxşuyub” və ya “anasına çəkib” kimi ifadələri valideyinlərin və ya uşaqların qohumlarından tez-tez eşitmək mümkündür. Lakin, tibbi qanunlara görə uşaq tamamilə valideyinlərin birinə tam bənzəyə bilməz. Genetik informasiya uşağa bərabər ölçülərdə ötürülür. Sadəcə mübarizə zamanı qalib gələn gen daha çox nüfuz etmiş olur.

Bəzi xüsusiyyətlər və cizgilər sırf anadan və ya atadan keçir. Digər hallarda isə hər ikisindən eyni anda keçə bilir. Gələcək anaları və ataları daha çox uşağın intellekti ilə bağlı suallar düşündürü. Beləliklə, uşağın zehni xüsusiyyəti kimdən yadigardır? Araşdırmaların nəticələrini diqqətinizə çatdıraq.

İntellektin ötürülmə sxemi

Böyük Britanyanın Qlarko Universitetinin alimləri 1990-cı ildə intellektin ötürülməsi sxemini müəyyən etmək üçün araşdırma aparmışlar. İntellek atadan qız övladına, qız övladından isə onun oğluna keçir. Əgər atanın yüksək inkişaf etmiş bacarığı olubsa və ya o dahi insan sayılıbsa, bu halda qız övladı ən azından bu göstəricilərin yarısına sahiblənəcəkdir. Ancaq oğlan nəvəsi bu göstəriciləri üstələyəcək və bəlkədə keçəcək.

Əgər atanın intellekt bacarıqları az inkişaf edibsə bu halda atanın qızı iki qat ağıllı olacaq. Onun oğlu isə (nəvəsi) orta intellekt göstəricisinə sahib olacaq. Bu səbəbdən dahi intellektə sahib qadınlara qız övladı dünyaya gətirmək məsləhət görülür. Kişilərə isə qızları üçün ər və ya yeznə seçimində professorlara üstünlük verilməsi lazım bilinir. İntellektə cavabdeh genlər idarə edilən cinsəl genlərə aid edilir. Bu genlər özlərini fərqli göstrirlər və daha çox özlərini çarpaz sxemdə ifadə edirlər.

Bu doğrudurmu?

Genetiklərin araşdırma sahələri olduqca mürəkkəb məsələləri əhatə edir. Demək olar ki, hər il təəcüb doğuran faktlar üzə çıxır. Bu səbəbdən də intellektin ötürülmə sxemi hələki aksioma kimi qəbul edilməyib.

Kənarlaşmalar hər zaman mümkün ola bilir. Lakin həm qədim, həmdə müasir genetik məktəblər eyni fikrə əsaslanırlar. Uşağa intellektin ötürülmə prosedurunun əks cins valideyin tərəfdən ötürülmə ehtimalı daha çoxdur Bir sözlə çarpazlaşma hallarının mümkünlülük dərəcəsi daha yuxarıdır.

İntellekt səviyyəsi yalnız genetika ilə bağlı deyil

CRI Genetic adlı amerika elm mərkəzinin çox illik təcrübələrinə əsasən bir çox maraqlı faktlar aşkar edilmişdir. Genetikanın uşağa intellekt bacarıqlarının və tərbiyə xüsusiyyətlərinin ötürülmə səviyyəsi 75/25 kimi qəbul olunur. Uşaq yaşlarında olan övladlarda bu ötürülmə mexanizmi 50/50 nisbətində hiss olunur.

Alimlər hələdə uşağın inkişafına ətraf mühitin və cəmiyyətin təsirinin genetikadan daha yüksək olmasına inanırlar. Əgər uşaqda ilk yaşlarında geriləmə hiss edirsinizsə, bu zaman sadəcə ona kömək edin, örgətməyə çalışın. Unutmayın, yəqinki sizin uşaqlığınızda bu cür olub.

Uşaq sexsopotologiyası. Valideyinlərin nəzərinəAna oğlunun həyatına necə təsir edir?

Fikirlərinizi bildirin.