Atalıq məzuniyyəti – yeni norma yoxsa qaydaların ixtisar edilməsi?

287
Atalıq məzuniyyəti – yeni norma yoxsa qaydaların ixtisar edilməsi

Atalıq məzuniyyəti – yeni norma yoxsa qaydaların ixtisar edilməsi? Bir çox avropa kişiləri uşağın doğuluşundan sonra ödənişli məzuniyyətə yolandığı dövürdə bizdə bu adət haqqında hələ indi-indi düşünməyə başlayırlar. Gəlin birlikdə bu halın xeyirli tərəflərini birlikdə nəzərdən keçirək. Bəzi ölkələrdə olan təcrübənin bütün dünyada adi hal alacağı hansı şəkildə baş verə bilər?

Atalıq məzuniyyəti – bu məsələ demək olar ki, dünyanın bütün ölkələrində əmək qanunvericiliyinin önəmli maddəsi kimi nəzərdən keçirilir. Hal-hazırda yalnız doqquz ölkədə məsələ qununi hal almamışdır.

Analığın və uşağın qorunması

Uşağa qulluq üçün məzuniyyəti ilk dəfə almanlar və isveçllilər qanun külliyatlarına 1883-cü və 1891-ci illərdə daxil etmişlər. 1919-cu ildə isə Beynəlxalq əmək müdafiyəsi təşkilatının təkidi ilə bu kimi məzuniyyət anaların və uşaqların müdafiəysi üçün qorunma kimi mühüm rola sahib olduğu qəbul edilmişdir. Doğrudur, XX əsrin ikinci yarısına kimi dünyanın çox yerində hələ də norma kimi qəbul olunmurdu. Səbəb isə birinci və ikinci dünya müharibəsindən sonra bütünlüklə avropanın xeyli zəifləməsi idi. Ağır iqtisadi tənəzzül, işçi qüvvəsinin çatışmamazlığı əmək qanunvericiliyində bir çox dəyişikliklərə səbəb oldu.

Nəticədə yuxarıda adı çəkilən təşkilat tərəfindən anaların uşaq doğuşu ilə bağlı çıxdıqları məzuniyyət dövrünün ödənişli əsaslarla minimum 14 həfdə olması və birdəfəlik ödəniş kimi əmək haqqının üçdə iki hissəsinin ödənilməsi standart kimi qəbul etdirildi. Lakin, bir çox ölkələrdə qaydalara bu gün də əməl olunmur. Buna görə də, analıq məzuniyyəti hər zaman müzakirə olunan mövzular sırasında yer almaqdadır.

Atalıq ayırmaları

Birinci və ikinci nəsil insanların hüquqları dayanıqlı şəkildə möhkəmləndikdən sonra bütün dünya ölkələrində üçüncü dalğa yaranmağa başladı. İlk növbədə buna hər iki cinsin eyni hüquqa malik olmaq məsələlərini göstərmək olar. Deməli, bu halda atalar üçün də atalıq məzuniyyəti mümkün göründü.

Skandinaviya ölkələrində atalar artıq xeyli zamandır analarla eyni hüquqa malikdir. Onlar uşağın tərbiyəsində və böyüdülməsində yaxından iştirak edirlər. Hələ 1974-cü ildə İsveçrədə kişilər bir neçə gün müddətində atalıq məzuniyyəti hüququna sahib oldular. Daha sonra onu bir aya qədər uzatdılar. Bu gün isə 90 gün və əmək haqqının 80%-nin ödənişi kimi qəbul olunur. Bu şərtlər altında atalar tam razılıqla uşaqları üçün məzuniyyətə yollanırlar. Müddətin üç ay olmasına baxmayaraq, kişilərin öz məzuniyyətlərini xanımlarına vermək ixtiyarları yoxdur.

Küçədə ata tərəfindən uşağın uşaq arabasında gəzdirməsi Finlandiya və İslandiyada adi bir haldır. Norveç ataları da on dörd günlük ödənişli məzuniyyət hüququna sahibdirlər. Bundan əlavə onlar uşaq dünyaya gələn kimi 10 gün tətil götürə bilirlər. Lakin, çox az insan təqdim edilmiş imkanlardan istifadə edir. Bir çoxları artıq səkkiz həfdədən sonra iş həyatına geri dönürlər. Norveç hakimiyyəti üstünlükləri qısaltmağa tələsmir. Danimarka təcrübəsinə əsasən əgər məzuniyyət müddəti qısalarsa, bu halda anaların üzərinə daha çox yük düşmüş olar.

Eyni zamanda digər rahat təcrübə modelləri də mövcutdur. Misal olaraq – Polşa. Orda atalıq məzuniyyəti iyirmi həfədədən ibarətdir. Onun 14 həfdəsi ananın adına, ikisi atanın adına açılır. Qalan müddət isə istəyə uyğun olaraq bölünə bilər. Avstriya, Almaniya, Çexiya və Fransada da buna bənzər sistem tədbiq etmişdir.

Ortalama Qərbi Avropada ataların 80%-i məzuniyyət hüquqndan istifadə edir. Avropa birliyi ölkələrində isə 41% kişi ya atalıq məzuniyyətindədir, ya da çıxmağa hazırlaşır. Bunların hamsının səbəbi cinslər arasında eyni hüququn müəyyən edilməsindədir. Bu halda uşaq doğulan kimi iki həfdə məzuniyyət mütləq halda tədbiq edilməlidir.

Asiya ölkələri bu məsələdə konservativ fikirli hesab edilsələrdə, burda da sözü gedən yanaşma daha çox vüssət almağa başlayır. 2020-ci ildə artıq 6% yapon kişiləri məzuniyyət hüquqlarından istifadə etmişlər. Burda əsas rolu hökümət tərəfindən qadınların işə cəlb edilməsi ilə bağlı yaratdıqları proqramlar oynamışdır.

Uğurlu koryera və xöşbəxt ailə

Müxtəlif araşdırmalara əsasən: kişi atalıq məzuniyyətinə çıxdığı zaman hamı uduşlu olur- işə götürən, gənc ata, onun portnyoru və əlbətdəki uşaq.

Atasına oxşuyub. Genetik baxımdan intellekt uşağa kimdən keçir?Ata olmaq istəyirsənsə noutbuku dizlərindən götür

Əvvəlki məqaləAvtombil (Şassi) – Sükan sisteminin təmiri
Növbəti məqaləSənin istəyindən aslı olmayaraq bədəninin edə biləcəyi 5 qəribəlik

Fikirlərinizi bildirin.