Ata olmaq istəyirsənsə, noutbuku dizlərindən götür. Təəcüblü olsada, noutbukun ziyanlı tərəfi elektrik şüalanması və ya radiasiya ilə bağlı deyil. Məsələ noutbukun istifadəsi zamanı onun qızmasındadır.

Kişi sonsuzluğunun səbəbləri olduqca müxtəlifdir. Buna spirtli içki qəbulunu, siqaret çəkməni, yolxucu xəstəlikləri və digər təsirləri misal göstərmək olar.

Amerikalı alimlər onsuzda uzun olan siyahıya əlavə olaraq kompüterləri də daxil etmişlər. Bu o demək deyil ki, siz mövcud ofis işinizdən ərizənizi yazıb, iş masanızı fərqli ortama dəyişməlisiniz. Siyahıya yalnız müasir, portativ kompüterlər, noutbuklar daxil edilmişdir.

Sənə istidir?

New Yorkun State Universitetinin araşdırmaçılarının, daha dəqiq rus əsilli alim Efim Şunkinin gəldikləri nəticələrə görə dizlər üzərində noutbukdan istifadə xayalar arasında mövcud tempratur dərəcəsini təxmini üç dəfə artırmış olur.

Araşdırma zamanı 21-35 yaş arasında 29 könüllü seçilərək xayaya yaxın hissələrinə, şalvarın üstünə xüsusi istilik ölçmə qurğuları quraşdırılmışdır. Daha sonra bütün iştirakçılara oturmağı və dizlərini birləşdirməyi xahiş etmişlər. Bəzilərinin dizləri üzərinə işlək noutbuk qoymuşlar.

Bir müddət sonra isə çox təəcüblü nəticə ortaya çıxdı. Sadəcə dizlərini birləşdirərək oturan insanların cinsəl bölgələrində istilik 2.1 dərəcə artmışdır. Lakin, noutbukla işləyən insanlarda bu göstərici daha 0.7 dərəcə çox müəyyən edildi.

Kişinin nəsil artırma göstəricisi və bacarığı bir başa onun spermalarının tektik-texniki göstəricilərindən çox aslıdır. Bir spermatozoidin xayalarda yaranma müddəti olduqca uzun prosesdir. Təxmini 72 saat çəkir. Bu müddətin böyük hissəsi toxumaların yumurtalarda inkişafına yönəlir. Və məhs bu zaman tempratur böyük rol oynamış olur.

Təbiət əbəs yerə spermatozoid fabrikini kişi bədəninin həmin hissəsində yaratmamışdır. Müəyyən qədər bədəndən ayrı olsada, əzələlərlə əhatə edilmişdir. İsti zamanı bu əzələlər boşalır və genişlənir. Soyuqda isə əksinə, qısalır və yığılır.

Ata olmaq istəyirsənsə, noutbuku dizlərindən götür

Ata olmaq istəyirsənsə noutbuku dizlərindən götür. Tempraturun normadan artıq olması spermanın keyfiyyətinə mənfi təsir göstərir. Bu səbəbdən də, uşaq haqqında düşünən kişilərə dar alt geyimi, isti vanna qəbulu, saunaların tez-tez ziyarıtə məsləhət görülmür.

Araşdırmalar nəticəsində məlum olan ikinci fakt isə mobil telefonun şalvarın cibində və ya kəmərin üstündə gəzdirilməsilə bağlıdır. Bu nəticəyə Macarıstandan olan Seqeda Universitetinin alimləri gəlmişlər. Müəyyən olmuşdur ki, telefondan çox istifadə edən kişilərin spermatozoidlərinin sayı digərlərindən 30% aşağıdır. Eyni zamanda qeyd edək ki, bu faizin daha yüksək olduğu hallarda müşahidə edilmişdirki, bu da sonsuzluğun yaranması prosesini sürətləndirir.

Bu günki məqaləmizdən məntiqə əsaslanıb yalnız bir nəticə çıxarmaq mümkündür: elmi-texniki tərəqqi inkişaf etdikcə, elektrik cihaz növləri zənginləşdikcə, müasir insan daha çox sağlamlığı haqqında düşünməli və onun qeydinə qalmalıdır.

Varikolsel nedir? – Sonsuzluğa təsiriƏlvida prezervativ: alimlər kişilər üçün hormonal kontraseptlər kəşf ediblər

Fikirlərinizi bildirin.