Asexualların 5 səmimi həyat hekayələri

357
Asexualların 5 səmimi həyat hekayələri

Asexualların 5 səmimi həyat hekayələri. Aseksuallıq – orientasiya deyil. Bu insanın azad seçimi də deyil. Xeyli zamandır yayılmış müxtəlif miflərə baxmayaraq asexuallar da tez-tez sexlə məşğul olur, ailə münasibətlərində olurlar. Bu gün sizə asexualların öz fikirləri və və sözləri ilə bütün həzzi necə yaşadıqlarını diqqətinizə çatdırmaq istərdik.

Mən onun sevincini və kədərini paylaşıram

“Bizdə hər şey adi münasibətdə olan insanlar kimidir. Sadəcə yataqda biz ehtirasa qapılmaqdan daha çox yatırıq. Biz bir-birimizi sevir və böyük hörmətlə yanaşırıq. Qucaqlaşırıq, öpüşürük, bir-birimizə toxunuruq. Romantik gecə keçiririk, adi ailə problemlərimizi birlikdə həll etməyə çalışırıq. Hətda axşamlar kimin qabları yuması ilə bağlı mübahisə belə edirik. İşdən sonra narazılıqlarımızı dinləyib, təskinlik verməyə çalışırıq. Bir sözlə, fərq yalnız münasibətlərimizdə intimin, sexin az olmasındadır”.

Bizim yaxınlığımız ehtiras üzərində deyil, sevgi üzərində qurulub

“Biz artıq üç ildirki məsafədən münasibət saxlayırıq. Üç ayda bir dəfə görüşürük. Bir-birimizi sevir və məmnuniyyətlə birlikdə xoş vaxt keçiririk. Münasibətlərimizdə sex böyük rol oynamır. Ancaq qucaqlaşmağı və öpüşməyi sevirik”.

Bizə birlikdə olmaq çox əyləncəli gəlir

“Hal-hazırda artıq iki ildirki məsafədən münasibət yaşayıram. Dürüst olmaq olduqca rahatdır. Onun libido göstəricisi olduqca aşağıdır. Əvvəlki münasibətində sexə daha çox fokuslanmışdır. Mənimlə isə rahatdır. Biz əylənirik. Birlikdə sexal oyunların senarisini yazır, bəzən də özümüz canlandırırıq. Görüşərkən çoxlu qucaqlaşırıq. Onu özümün ən yaxşı dostum hesab edirəm. Sexə böyük önəm verməməsi mənim xoşuma gəlir. Mənim əlavə olaraq narahatlıq pozğunluğumun olduğunu nəzərə alaraq bu mövzularla bağlı onda nələrinsə dəyişdiyini soruşmağım onu narahat etmir”.

Biz dostdan da daha yaxınıq

“7 ildən artıqdır ki, birlikdəyik. Həqiqətən də, bir dəfə də olsun sexlə məşğul olmamışıq. Mənə kimsə toxunanda özümü narahat hiss edirəm. Öpüşməyi də sevmirəm. Xöşbəxtlikdən ona bunlar önəmli deyil. Yəni, münasibətlərimizin sexlə bağlılığı yoxdur. Biz sadəcə bir-birimizə güclü bağlılıq hiss edirik. Yəqinki bu münasibətləri dostluq kimi qiymətləndirmək olar. Ancaq, “dostluq” ifadəsi də bizi tam xarakterizə edə bilməz”.

Onu sevindirmək xoşuma gəlir

“Mən nəyinki asexualam, həm də poliamuram. Bilirəm, bu olduqca gülməli səslənir. İndiki uzunmüddətli münasibətlər hər ikimizi qane edir. Ortada sex olmasa da, onu sevindirmək mənim çox xoşuma gəlir. Buna böyük önəm vermirik”.

Pansexualla bisexuallığın fərqiÖz sexual orientasiyanızı necə müəyyən etməli?6 alternativ sexsuallıq növü

Əvvəlki məqaləMəşhur transgenderlər – cins dəyişikliyindən əvvəl və sonra
Növbəti məqaləDünyanın yeganə BDSM qalasında nələr baş verir?

Fikirlərinizi bildirin.