Arvadlarından narazı kişilərin ölüm səbəbləri adətən hansılardır?

311
Arvadlarından narazı kişilərin ölüm səbəbləri adətən hansılardır

Arvadlarından narazı kişilərin ölüm səbəbləri adətən hansılardır? Yox, bu siz düşündüyünüz kimi tava məsələsi deyil. Lakin, yenədə sevinəcək nüyanslar çox azdır. Sən demə, ailə həyatlarında xöşbəxt olmayan kişilər böyük risk altında olurlar.

Bu dəfə sakitliyi israil alimləri pozmaq qərarına gəliblər. Biz sizinlə adi, monoton həyatımızı yaşamağa davam etdiyimiz zaman İsraildə alimlər geniş miqyasda araşdırmalar apararaq 30 yaşından yuxarı kişilərin sağlamlığını örgənməyə cəht göstərmişlər.

Maraqlı tərəf isə sifarişçi qismində məhs hökümətin özünü olmasıdır. Uzun müddət ərzində, təxmini 30 ilə yaxın zamanda dövlət işçiləri arasında ciddi cəhdlə araşdırmalar aparılmışdır. Qarşıya qoyulmuş məqsəd insanların uzunömürlülüklərinə və ümumiyyətlə sağlamlıqlarına təsir edən amilləri müəyyənləşdirmək olmuşdur. Qeyd edək ki, seçilən insanların hamsı tam şəkildə dövlət tərəfindən həyat sığortası ilə təmin edilmişlər. Məhs buna görə də, dövlət sözü gedən sahənin örgənilməsinə və problemlərin mümkün qədər azaldılmasına həvəslidir.

Beləliklə, araşdırmaların bir çox hissəsi sizin üçün maraqsız görünə bilər. Hamımız artıq siqaret çəkən və az hərəkətdə olan insanların ürək-damar xəstəliklərindən əziyyət çəkdiyini bilirik. Lakin, üçüncü, heçdə zəif olmayan bir faktor gözlənilməz açıqlama olmuşdur. Məhs bu faktor 50 yaşa qədər kişilərdə 39% ölüm riskini artırmış olur.

Bu uğursuz ailə həyatıdır. Təsəvvür edin ki, öz həyat yoldaşlarından narazı qalan kişilər daha çox xəstələnir, və subay kişilərə nisbətən daha tez ölürlər.

Bəxti gətirməyənlər ən çox hansı xəstəliklərdən əziyyət çəkirlər? Sən demə, bu insult halıdır. 50 yaşa qədər insult problemləri ilə üzləşmə riski bu cür kişilərdə 69% artmış olur. Eyni zamanda qeyd edək ki, xəstəlik zamanı gedişat ölümlə yekunlaşmasa da, həyatın sonuna qədər müxtəlif sonluqların iflici hallarına rast gəlinmişdir.

Maraqlısı ondadır ki, artıq 50 yaşı keçmiş narazı kişilər risk zonasında hesab edilmirlər. Bu yaşa qədər dözə bilənlərə bundan sonra da təsir etmək çox çətin məsələdir yəni.

Araşdırmaların nəticəsi olaraq israil alimləri olduqca narahat olmuş və dövlət sektorunda çalışan kişilərə ailə və evlilik bairəsində pulsuz psixoloji yardımların edilməli olduğunu təklif etmişlər.

Əgər siz israil dövlət oranlarında çalışmırsınızsa və həyat yoldaşınızdan ümumilikdə narazısınızsa, deməli bircə yolunuz qalır – öz gücünüzə mübarizə aparmaq. Həyatda nələrisə kökündən dəyişmək və yeni səhfə açmaq heç vaxt gec deyil.

50 yaşından sonra sex kişini daha ağıllı edir40 yaşdan sonra testesteronu normallaşdıran qidalar

Əvvəlki məqaləAdların mənası
Növbəti məqaləAlimlərin fikrincə dənizə baxmaq sağlamlığa xeyirlidir

1 COMMENT

Fikirlərinizi bildirin.