Armudun kişi orqanizminə xeyri barədə

783
Armudun kişi orqanizminə xeyri barədə

Armudun kişi orqanizminə xeyri barədə. Armud ağ çiçəkli ağacın yumşaq, sulu və şirin meyvəsidir. Armud sarı-yaşıl rənglərdə, lifli, həzmi asan və minerallar baxımından olduqca zəngin bir meyvədir.

Bütün növləri bir-birlərindən rənginə və tamına görə fərqlənirlər. Ən böyük armud meyvəsi təxmini üç kiloqram ağırlığında Yaponiyada yetişdirilmişdir.

Bu ölkədə meyvəyə yüksək dəyər verilir. Kuraesi şəhərində isə ümumiyyətlə armuda aid muzey belə təsis edilmişdir. Binanın görünüşü şar formasında armuda bənzədilmişdir. Mərkəzində xüsusi şüşə altında qədim qurudulmuş ağac saxlanılmaqdadır. Deyilənlərə görə ağac 60 il müddətində xeyli sayda meyvə gətirmişdir. İndi isə bütün kökləri ilə birlikdə qurudularaq ziyarətçilərə nümayiş etdirilir.

Tərkibi barədə

Bir armudun tərkibində gündəlik lif normasının 20%-nə rast gəlinir. Bu qida toxumaları bizim maddələr mübadiləmiz üçün olduqca gərəklidir. Nəticədə həzm sistemi xeyirli bakteriyalarla təmin edilir. Kobud liflər bağırsaq hərəkətliliyini stimullaşdırır, boşalmanı asanlaşdırır. Lif, yağ turşularını bloklaşdıra bilir ki, nəticədə onlardan əmələ gələn xolesterinin səviyyəsini aşağı enir. Ən çox lif miqdarı isə yetişmiş armudlarda rast gəlinir.

Armudun tərkibindəki şəkər miqdarı almadan az olmasına baxmayaraq, daha şirin meyvə kimi hiss edilir. Lakin, tərkibində sorbit maddəsi olduğundan şəkər göstəricisi ziyansız hesab edilir. Bir növ şəkər əvəzləyicisi hesab edildiyindən şəkər xəstələri üçün təhlükəsizdir.

Eyni zamanda armudun tərkibində flavonoidlər olduğundan ürək-damar sistemi üçün xeyirli sayılır. Maddə kapilyarların qırılmasının qarşısını alır, qanın qırmızı toxumalarını daha elastik edir. Eyni zamanda bitki piqmentləri antiseptik göstəricilərinə görə də tanınırlar.

Arbutin sayəsində antibakterial xüsusiyyətə sahiblənir. Armudun sidikqovucu xüsusiyyəti isə kalium və arbutinin qarşılıqlı vəhdəti formasında formalaşır. Sidik yollarında ola biləcək infeksiyalarla aktiv mübarizə aparır.

100 qr-ın kalori göstəricisi 57 kKal
Zülal 0.36 qr
Yağlar 0.14 qr
Karbohidratlar 13.1 qr
Vitaminlər
C 4.3 qr
K 4.4 mqr
E 0.1 mqr
B3 0.2 mq
Minerallar
Kalsium 9 mq
Kalium 116 mq
Mis 0.1 mq
Maqnium 7 mq
Dəmir 0.2 mq
Marqans 0.2 mq
Fosfor 12 mq
Sink 0.1 mq
Ziyanlı tərəfləri

Tərkibində xeyli miqdarda şəkər olduğundan şəkərli diabet xəstələrinə və mədə xorasından əziyyət çəkənlərə normadan artıq istifadə məqsədə müvafiq hesab edilmir. Meyvə alergik reaksiya göstərə bildiyindən uşaqlara verərkən ehtiyyatlı olmaq gərəklidir. Kobud liflərə sahib olduğundan istifadə zamanı ölçü mütləq nəzərə alınmalıdır. Əks halda diareya problemi ilə üzləşə bilərsiniz.

Fəsilə uyğun meyvə olduğundan yetişdiyi aylarda istifadəsi daha məsləhətdir. Süni yetişdirilən zaman tərkibində ziyanlı konserogenlər ola bilir.

Tibdə istifadəsi

Armuddan aktiv maddələr əldə edilərək müxtəlif həblərin istehsalında istifadə edilir. Misal olaraq, antseptik xüsusiyyətlərə malik arbutin böyrək və sidikyolu xəstəliklərinin müalicəsində istifadə edilir.

Eyni zamanda armudun xeyirli tərəflərini örgənmək üçün mütamadi araşdırmalar aparılır. Onlardan biri də məhs armudun ürək fəliyyəti ilə bağlı təsiri aspektlərini tanıtmışdır. Üç ay ərzində orta yaşlı və yaşlı nəslin nümayəndələri iki qrupa ayrılaraq biri mütamadi armud yemiş, digəri isə plasebo istifadə etmişdir. Nəticədə birinci qrup insanlarda qan təzyiqinin aşağı enməsi. normllaşması halları qeydə alınmışdır.

Daha bir araşdırma antidiabetik xüsusiyyətləri müəyyən etmək üçün əzələ müayinəsi ilə bağlı olmuşdur. Armud ekstraktı şəkər xəstəliyinin ikinci tipinin inkişafını dayandıra bilir.

Bununla yanaşı ekstraktdan kasmetoloji sahədə çox istifadə edilir. Dəri yağlılığını aradan qaldırır, məsamələri kiçildir, dərini vitaminlərlə və minerallarla təmin edir.

Ümumi orqanizim üçün xeyri

İnsan orqanizmi üçün armudun ümumi xeyirlərini təhlil edərkən meyvənin əsas komponent kimi nəzərdə tutulan həkim reseptlərinə nəzər salmaq yetərli olar.

  • Urolitiyaz xəstəlikləri üçün (sidikqovucu) 2 armudu dilimləyib yemək gərəklidir. Eyni zamanda şəkər əlavə edilmədən hazırlanmış kampotlar da məsləhət görülür.
  • Adenomanın proflaktikası və müalicəsi üçün axşamdan armud termosda dəmlənir. Alınan qarışıq növbəti gün gündə 4 dəfə olmaqla bərabər porsiyalarla içilir.
  • Mədə ağrıları və qıcqırma hallarından azad olmaq üçün səhər yuxudan qalxan zaman iki armud yeyilməsi məqsədə uyğundur.
  • Təzə armudun şirəsi yeməkdən 30 dəqiqə öncə 50-70 ml miqdarında şəkərli diabet xəstəliyindən əziyyət çəkənlərə məsləhət görülür.
  • Sobada bişirilmiş armudun üzərinə yüngül şəkər əlavə edilərək sistitin müalicəsinə başlamaq olar.
  • Boğaz ağrısı və yüksək hərarət zamanı qurudulmuş armud dəmləməsindən istifadə edilir.
  • Qarın getməsi zamanı 100 qram armud qurusu bir litr suda qaynadılır. 2 saat müddətində qarışıq tam dəmlənməsi üçün saxlanılır. Gün ərzində yarım stəkan olmaqla 3 dəfə içilir.
Kişilər üçün xeyri

Kişilər qadınlara nisbətən ürək-damar sistemi xəstəliklərindən daha çox əziyyət çəkirlər. Mütamadi armud meyvəsindən istifadə yarana biləcək risklərin qarşısını ala bilir. Eyni zamanda spirtli içki qəbulundan sonra yaranan baş ağrılarından can qurtarmaq üçün də istifadə edilir. Maddələr mübadiləsini sürətləndirir, böyrəkləri təmizləyir. Səhər saatlarında orta ölçülü bir armud yemək gün boyu baş ağrılarından azad edə bilir.

Xarici görünüşlərinə diqqət edən kişilər həfdə ərzində iki gün yüklənmiş armud günü müəyyən etsələr faydasını daha çox hiss edəcəklər. Bu günlərdə yalnız armud və armuddan istifadə edilmiş yeməklər yemək gərəklidir.

Qeyri-sağlam həyat tərzi, yanlış qidalanma və az fiziki aktivlik zamanı gündəlik armud yemək prostat xəstəlikləri ilə müalicədə yardımçı ola bilər. O aşağı ətraflarda qan və limfa dövrünü artırdığından potensiyaya müsbət təsir etmiş olur. Ən effektiv vasitə isə armudun çiçəklərindən hazırlanan dəmləmə hesab edilir. 30 qr çiçəyin üzərinə iki stəkan qaynar su əlavə edilir və 30 dəqiqə dəmlənir. Gün ərzində içilir.

Miokard infaktı zamanı yeməkdən bir saat sonra armud yemək daha yaxşı olardı. Nəticədə ürək-damar sistemi möhkəmlənər, ürək döyüntülərinin əvvəlki fəaliyyəti bərpa olar.

Buna baxmayaraq, digər meyvələr kimi armudun qəbulu da nəzarətdə saxlanılmalıdır. Gün ərzində 3 meyvədən artıq armud yemək məsləhət deyil.

Vitaminlər haqqında 9 mif. İllərdir bunu doğru bilirdikDarçının kişilər üçün xeyri

Əvvəlki məqaləNiyə idmandan öncə spirtli içki qəbul etmək olmaz?
Növbəti məqaləNizamlanan yolayrıcıları (maddə 76)

Fikirlərinizi bildirin.