Arıqlamaq üçün kəmər: işə yarıyır ya pul itkisidir? Bəzi fikirlərə görə arıqlamaq üçün kəmərlər tərləməni sürətləndirir və beləliklə qarın bölgəsində yağları aktiv şəkildə yandırır.

Sosial şəbəkələrdə vau-effektə sahib bu və ya başqa yeni alətlərə rast gəlmək mümkündür. Nəticədə bir çox insanlar tələsik olaraq əldə etməyə çalışır və real olaraq çalışıb-çalışmadığı ilə bağlı maraqlanmırlar. Bəli, arıqlamaq üçün kəmərlər də bunlardan biridir. Bu gün onun satışı və reklamı nisbətən böyük marketlərdən tutmuş idman sahəsi üzrə blogerlərin səhfələrinə qədər rast gəlmək mümkündür. Heç bir əziyyət çəkmədən onun artıq kiloqramlardan azad edəcəyinə inanmaq bir müddət adı çəkilən və buna bənzər yeniliklərin satışını artırmış olur. Bu gün kəmərlərin həqiqətəndə işləməsi və hansı şərtlər daxilində işləməsi ilə bağlı fitnes məşqçilərin fikirlərini diqqətinizə çatdırmaq istərdik.

Arıqlama kəmərlərinin bir önəmi varmı?

Məşqçilərin fikrincə kəmərin gərəklilik səviyyəsini insan fiziologiyasından kənarda axtarmaq lazımdır. Daha dəqiq desək marketing məsələlərində. İstifadə etmiş insanın nəticələri görmə və hiss etmə səviyyəsi onun hərəkətlərindən aslıdır. Lakin, ayrılıqda kəmər arıqlama prosesinə heç bir təsir göstərmir.

Vasitənin əlavə energi istifadəsini təmin etmək üçün heç bir əlavəsi yoxdur. Bu sadəcə insanın üstən geyindiyi bir şeydir. İstifadə zamanı effekt məşqlər zamanı qarın nahiyyəsini plyonka (kulok) ilə örtməyə bənzəyir. Nəticədə kənardan isinmədən başqa təsiri olmur.

Bəli, kəmər müəyyən bədən hissəsində tərləməni sürətləndirə bilər. Lakin, prosesin ümumi arıqlama ilə bağlılığı demək olar ki, yoxdur. Ciddi və yorğun məşqlərdən sonra soyunma otağında onu sıxarkən maye töküldüyünə rastlamanız heç də sizin piy toxumalarınızı məhf emək anlamına gəlmir. Əslində siz sadəcə su itirmiş olursunuz. Orqanizminizdəki maye ifraz edilir və qanınız qatılaşır. Bu eyni zamanda sizin saunada tərləməyinizə bənzəyir. Bu halda da bədəndəki nəmliyi aradan qıdırıb, piy toxumalarına toxunmursunuz.

Bundan başqa əgər siz kəmərdən deyil, daha da irəli gedib qarın nahiyyəsini sıxmaq üçün müxtəlif korsetlərdən də istifadə etsəniz belə effekt əldə edə bilməyəcəksiniz. Lakin, əgər karsetlə daimi məşqləri davam etdirsəz, bəzi əzələlər ümumiyyətlə fəaliyyətlərini dayandırmış olarlar. Onlar sıxılma zamanı çalışmazlar. Bir müddət sonra karsetsiz məşq etmək qərarına gəldikdə isə ciddi zədələnmələrə səbəb ola bilər.

Unutmayın ki, orqanizim üçün mənfi təsirlərə sahib olmayan real piy əridici vasitələr mövcud deyildir. Bu ad altında reklam edilən istənilən vəsitə energetiklərin və kofein sayəsində bədən tempraturunu artırır və hərəkət etmə imkanlarınızı çoxaldır. Nəticədə siz misal olaraq, 45 dəqiqə deyil, 50 dəqiqə məşq edə bilirsiniz.

İstifadə üçün məhdudiyyətlər mövcutdurmu?

Məhdudiyyətlər deyərkən – sağlam düşüncə və pul qabınızın qalınlığı – deyə fitnes məşqçilər yetkinliklə bildirirlər. Eyni zamanda kəməri əldə etmək sizə sağlam qidalanmaq və aktiv idmanla məşğul olmaq üçün əlavə motivasiya vermiş ola bilər.

Lakin, mütləq qaydada nəzərə alınmalıdır ki, kəmərdən qeyri düzgfitnesün istifadə məşqlər zamanı qan axınında problemlər yarada və ciddi zədələnmələrə səbəb ola bilər.

Mən arıqlayıram: tarixin dietoloqları və pəhrizləriSex vasitəsilə arıqlamaq olarmi?

Fikirlərinizi bildirin.