Arıqlamaq üçün ən təhlükəli həblər

170
Arıqlamaq üçün ən təhlükəli həblər

Arıqlamaq üçün ən təhlükəli həblər. Bir çox insanların fikrincə artıq çəki ilə mübarizədə bütün yollar əlverişlidir. Bu halda idmansız, pəhrizsiz və digər formada əziyyət çəkməməklə nəticə əldə etmə yolları axtarılır. Bir çox reklamlarda sadəcə həblərdən istifadə ilə arıqlama yolları təbliğ edilir. Lakin, bu kimi imkanlar zərəli tərəfləri ilə seçilir. Sağlamlığa ciddi ziyan vura, narahatlıq yarada bilər. Hər halda sağlam orqanizmi arıq görünüş üçün əvəzləməyə dəyməz.

Arıqlamaq üçün həblər niyə təhlükəli hesab edilir?

Bir çox insanlar düşünmədən artıq çəkidən azad olmaq fikirklərinə aldanaraq xüsusi həblərə güvənirlər. Lakin, bu halda ziyanlı tərəfləri mütləq nəzərə alınmalıdır. Bu vasitələr orqanizimdən artıq mayenin ifraz olunmasına hesablanmışdır. Bu zaman maye ilə birlikdə gərəkli minerallar və natrium, kalium kimi elementlər də xaric olunur. Yanaşma arıqlama zamanı istifadə edilən pəhriz anlayışına tamami ilə yad hesab edilir.

Natrium çatışmamazlığı daim qıcolmalara səbəb ola bilər. Qanda kaliumun səviyyəsinin az olması isə ürək ritminin zəifləməsi ilə nəticələnir. Ən ziyanlı həblər arıqlamağa məcbur etmə ilə yanaşı orqanizmə sonsuz ziyanlar vurmaqdadır.

Çəki atmaq həbləri yağların həzm olunması prosesini bloklaşdırır. Ən təhlükəli tərəfləri isə yağ toxumalarının yaranmasının qarşısını alınmasındadır. Nəticədə mədə-bağırsaq sisteminin pozğunluğu yaranır. Böyrəklərdə tədricən daş formalaşır.

Tibb işçiləri istifadə zamanı 6 ən geniş yayılmış mənfi təsirləri müəyyənləşdirmişlər.
  • Əsəb sisteminin pozulması (həyəcan, depresiya, ruh düşkünlüyü);
  • Böyrək çatışmamazlığı;
  • Arterial təzyiqin qalxması;
  • Yaddaş pozğunluğu;
  • Metobolik proseslərin pozulması;
  • Ürək-damar sisteminin fəaliyyətində pozuntular.
Hansı həblər təhlükəli hesab edilir?

Siz onlara yaxınlıqdakı apteklərdə raslaya və ya televizordan reklamlardan görə bilmərsiniz. Bu gün sizə həkimlərin fikrincə ən təhlükəli vasitələri təqdim etmək istərdik. Onlara nə zamansa rastlasanız bacardıqca uzaq gəzməyə çalışın.

Tayland həbləri (IBS, “Mişki”, “LiDa”)

IBS, “Mişki”, “LiDa” – olduqca məşhur Tayland istehsalı olan həblərdir. Satıcıların sözlərinə görə tərkib tam təbiidir və müalicəvi otlardan hazırlanmışdır. Sidikqovucu və rahatlayıcı xüsusiyyətə malikdir. Daimi istifadə zamanı ay ərzində 10-15 kq çəki azalması müşahidə olunur. Tam tərkibi barəsində isə istehsalçılar susurlar. Araşdırmalara əsasən tərkibindəki fenfluramin maddə amfetamin hesab edilir ki, bu da qadağan edilmiş maddələr siyahısındadır. Həbin qəbulu zamanı çəki atmaqla yanaşı əsəb xəstəlikləri və depresiya əldə etmiş olursunuz.

Sibutramin

Arıqlamaq üçün ən təhlükəli həblər 2

Dərmanın işləmə mexanizmi birbaşa olaraq mədənin dolu olması anına hesablanmışdır. Həkimlər tərəfindən yalnız yağlılıq dərəcəsi yüksək olan pasientlərə yazılır. Digər bütün hallarda sibutramin çəki azalması ilə yanaşı ürək-damar və mədə-bağırsaq problemləri yarada bilir. Bir sözlə, bu həbb ən təhlükəli həblər siyahısındadır.

Dinitrofenol (2,4-Dinitrophenol, DNP)

Əslində dərman ilk başdan əsgərlər üçün nəzərdə tutulmuşdur. Yəni onlar soyuq havalarda növbə çəkdikləri zaman soyuqdan donmamaları üçün idi. Lakin, həddindən artıq ziyanlı tərəflərinin olması sonrada qadağan olunma ilə nəticələndi.

Bu həblərdən əslində bacardıqca uzaq durmaq gərəklidir. Tərkibi zəhərlə eyni tərkib hesab edilir. Arıqlamaq üçün çox təhlükəli dərmandır. Dinitrofenolun ən əsas tərkibindəki maddə alaq otlarının kökünü kəsmək üçün istifadə edilir. Onun arıqlama adı ilə necə təqdim edildiyi və satıldığı hələ də müəmmalıdır. Hal-hazırda Dinitrofenol (DNP) demək olar ki, dünyanın bütün ölkələrində qadağan edilmişdir. Əks təsirləri sonradan müalicə oluna bilmir: keçəlləşmə, dəri zədələnmələri, həzm sisteminin sıradan çıxması və s.

Brazilya həbləri (“Emagrece Sim” və “Herbaslim”)

Arıqlamaq üçün ən təhlükəli həblər 4

Tərkibə nəzər yetirdikdə antidepresant və stimulyator çoxluğu insanı təəcübləndirməyə bilmir. Mənfi təsirləri: əhvalın gözlənilmədən dəyişməsi, əsəbilik və depresiya halları hesab edilir. Arıqlamaq üçün çox təhlükəli hesab edilirlər. Xarici görünüşdə ciddi dəyişikliklərə səbəb oduğu hallarına rast gəlinmişdir. Əlvan rəngli qablaşdırma və pafoslu vədlərə aldanmamışdan öncə tərkibini diqqətlə oxumaq məsləhət görülür.

Furosemid

“Furosemid” kapsulları həqiqətəndə çəkini olduğu vəziyyətdə saxlamağa yardımçı olsa da, hətda çəki atmaqla nəticələnsə də, əks təsirləri olduqca ciddi hesab edilir. Dərman sırf sidik ifrazı problemi olan insanlara yazıldığından adi halda qəbul etmək ağır nəticələrə səbəb ola bilər.

Fluoksetin

Arıqlamaq üçün ən təhlükəli həblər 6

Onu bəzən “Flu”-da adlandırılar. Əsəb anoreksiyası üçün həbb hesab edilir. İstifadəçilər bu halda aclıq hissini unudur və yemək haqda az düşünürlər. Nəticədə bədən çəkisi azalmağa başlayır. Lakin, bir müddət sonra psixi pozğunluqlar yarana, əsəblər gərginləşə, sümük və əzələ ağrıları yarana bilər.

Bomba 3

Şərqdən gələn daha bir həbb – “Bomba 3”. İstifadə qaydalarını oxuyan zaman arzusunda olduğunuz bədənə sahib olacağınız qeyd edilib. Aktiv istifadə zamanı orqanizimdən kalsium və maqnium kənarlaşdırılır ki, bu da bütünlüklə maddələr mübadiləsi prosesinə mənfi təsir göstərir, ürəkbulanma və baş ağrıları yaradır.

Az yeyib, çox su içirsiniz – amma arıqlamırsınız?Arıqlamaq üçün kəmər: işə yarıyır ya pul itkisidir?

1 COMMENT

Fikirlərinizi bildirin.