Angelina Jolie həyat qanunları. Aktrisa, Los-Ancels, 45 yaş

Tatoolar, qan və çapıqlar — mən bunlardan yaradılmışam.

Mənim psixoanalitikə ehtiyacım yoxdur — mənim seçdiyim rollar mənim psixoanaltikimdir.

Ətrafdakı bütün qızlar balet oynamaq istəyən zaman — mən vampir olmaq istəmişəm.

İnsanların fikrincə qaranlıq sirlərlə doluyam — ölüm fikri ilə yaşayıram. Ancaq, mən ölüm haqqında düşünməyi sevsəm belə, hər zaman bir müddət öncə onunda mənim kimi canlı olduğunu düşünmüşəm.

Məni qanın görünüşü qorxuzmur — məni heç vaxt ölmüş cəsədlər də qorxuzmayıb. Ölmüş insanı gördüyüm zaman yalnız onun bir neçə saat öncə mənim kimi sağ olduğunu düşünürəm.

Ölümdə insanı sakitləşdirəcək nəsə var — Sabah sənin olmayacağın haqqında fikirlər bü gün həyatını dəyərləndirmək imkanı verir. Həyatının necə olmasından aslı olmayaraq dəyərləndirmək imkanı.

Çox gec anladım ki, — xöşbəxt olmaq sadəcə bir seçimdir. Seçim yalnız səndən aslıdır.

Əzablar ağrısız olmur — əzablarsız isə biz dərs çıxarmağı örgənməyəcəyik. Öz səhflərimizdən dərs çıxarmalıyıq.

Mən hər zaman çatışmamazlıqları cazibəli hesab etmişəm — misal olaraq, çapıqlar mənim üçün sexsual görünür. Sankı onlar mənim axmaqlıq etdiyimin sübutudur.

Anam heç vaxt qışqırmayıb — və heç vaxt danlamayıb. O ağlayırdı. Yataq otaqlarımız yan-yana olduğundan onun ağlamağını tez-tez eşidirdim. Bir dəfə məktəb vaxtlarında – nə etdiyimi soruşmayın – səhərə yaxın evə gələndə onun ağladığını üzündən gördüm. O səhərə qədər ağlamışdı.

Mənim atam (Jon Voight) — dahi aktyordu. Ancaq ilk növbədə dahi atadır.

Kinolara çəkilməmişdən öncə — mən öz sinəmin ölçülərini belə bilmirdim.

Öz personajlarımın arxasında gizlənməyi sevirəm — olduqca qapalı insanam. Məşhurluqla davranışı yaxşı bacarmıram.

Mənə kiminsə toxunmasını sevmirəm — bir dəfə mənə dedilər ki, kimsə məni qucaqlayan zaman donuram və nəfəsimi saxlayıram. Mən hələdə bu cür edirəm.

Yəqinki —  məni çoxdan psixi müalicə mərkəzində yatızdırmalı idilər.

Bax burda, qaşlarımın arasında qırışım var — çünki mən hər zaman təəccüblənməli oluram və bu zaman qaşlarımı qaldırıram.

Bunu anlamaq çox vacibdir — dünya çox böyükdür.

İlk böyük səyahətimə xeyli vaxt əvvəl çıxmışam — o zaman gördükərim məni çox təsirləndirdi və çox dəyişdi. Daha sonra səyahət etməyə davam etdim. Bir çoxları kimi zamanla hirsimin üzərindən atlamalı olduğumu və əsəbə zaman ayırmaqdansa ehtiyacı olanlara kömək etməli olduğumu anladım.

Xəbərlərdə qaçqınlar üçün düşərgəni gördükdə — Amerika vətəndaşlrının xeyli hissəsi həmin adamların öz vətənlərinə qayıtmaq istədiklərini anlamadıqlarını başa düşdüm.

İlk dəfə Ser Leonedə (Afrika) olarkən — minlərlə əlləri və ayaqları kəsilmiş insanlar gördüm. Böyük dünyanın bütün görüntüləri sankı beynimdə canlandı. Yadımdadır ki, ilk günlər həmin insanların tarixcələrini eşitdiyim zaman daima ağlayırdım. Sonradan anladım ki, onların mənim göz yaşlarıma ehtiyacları yoxdur.

Qazandığımın üçdə-bir hissəsini — yığıram, üçdə-bir hissəsini xərcləyirəm, üçdə-bir hissəsini isə xeyriyyə məqsədi ilə sərf edirəm.

Ən böyük etdiyim hədiyyə — uşaqlarıma dünyanı görmək imkanını verməyimdir.

Mənim uşaqlarımda mənim kimi səyahət etməyi çox sevirlər — fikrimcə artıq onların beyinlərində də böyük dünya anlayışı formalaşıb. Onlara da kenya səhrasında işıqsız şəraitdə yatmaq Manhettonda oteldə yatmaq kimi komfortlu gəlir.

Fikrimcə uşaqlar hər şeyi öz gözləri ilə görməlidirlər — ona görə də uşaqlarım mənim kimi Kambocadakı evimizdə yaşayıblar. Bu düzü heç evdə sayılmır, gecəqondu desək daha doğru olardı. Qonşularımızla, sadə xristianlarla sahənin təmizliyi ilə məşğul olurduq. Bizə aid sahədən 48 ədəd mina tapmışdıq.

Nəzamansa — kürəyimdə balaca pəncərə çəkilmiş tatoo var idi. Sonradan onu böyük pələnglə örtdüm. Ancaq, hələ balaca qız olan vaxtlarımda pəncərədən baxmağı sevirdim. Sankı indilərdə harasa getməli idim. Sonralar da bu cür oldu. Önəmli deyil, ərə getdim, ya ərimlə sexlə məşğul oldum, filim çəkilişlərini yekunlaşdırdım – pəncərəyə baxırdım. Hər zaman maraqlı nələrsə baş verirdi. İndi isə, pəncərəm pələnglə örtülüdür. Uşaq vaxtı pəncərə qabağında oturaraq ora-bura gedirdim, istənilən işləri görürdüm. İndi isə, göylərə bxıram, uçmaq haqqında düşünürəm.

Azad olmaq yaşamaq deməkdir — intuisiyama inanıram, heç kimi günahlandırmıram, həç kimə ağrı yaşatmıram və səhflərinə görə günahlandırmıram.

Hər zaman istəmişəm — bir neçə həyat yaşayım.

İntuisiyama inanmağı tərgizən kimi, — məntiqimə güvənərək hərəkət edərkən çətin vəziyyətlərə düşürəm.

Sənin altı uşağın olarkən — özünü heç vaxt təhlükəyə atmaq istəmirsən.

Bəzən uaqların sualları məni çıxılmaz vəziyyətə salır — onlar hər zaman soruşa bilərlər: “Niyə Şreklə Fiona evləndilər, sən isə hələ yox?”

Mənə elə gəlir ki, — uşaqlar üçün toy sadəcə gözəl dörd mərtəbəli tort deməkdir.

Həyat kinodan fəqlənir, ən azından ona görə ki, — qadın yatağında sevgilisi ilə uzandığı zaman heçdə ideal pozada uzanmağa məcbur deyil. Sinəsini ədyalla örtməməlidir.

Mən işləyən anayam — buna görədə geyimimin gözəl, sexsual, eyni zamanda praktik  görünməyini istəyirəm.

Həmişə elə gəlirdi ki, ana olmaq — dünyada olduqca qorxulu və ciddi bir məsuliyyətdir. Bu – bütün kürəyin boyunca çəkilmiş tatoo deyil.

Yaxşı olduğun işlə — kənardakıların fikirncə sənin yaxşı olduğun iş arasında fərq var.

Bu bütün həyatımın arzususdur — Bond haqqında filimdə cinayətkar obrazında oynamaq.

Daimi kinoya çəkilmək fikrim yoxdur — nə zamansa nənə olmalı olacam.

Bir çox qadınlardan fərqli olaraq, hamilə olmağı sevirəm — bu hiss xoşuma gəlir. Sənin bütün bədənin sənin olmur, uşağın olur.

İnsanlar çox qəribədirlər — onlar mənə deyirlər ki, mən arığam, onların fikrincə bu mənim kefimi açacaq.

Müəyyən müddətdən sonra anladım ki, özüm kimi olmaq mənə rahatdır — bu hissi daha öncə hiss etməmişdim. İndi rahatlıqla deyə bilərəm ki, mənim həyatım da işim kimi olduqca maraqlıdır.

Fərqli insanlardan daha çox nələri istədiklərini soruşun — hələki istəklərini etmədikləri məlum olacaq. Bu həqiqətən mənim əhvalımı pozur.

Mənim zamanım çatmır — həyatın mənasını anlamağa.

Nələrisə etməyi sevirəm — məşğul olmağı sevirəm, coxlu sualları cavablandırmağı sevirəm. Ancaq, çəkildiyim filimlərin sayını bilmirəm. Hesabı itimişəm.

Kinolarda döyüşlər hər zaman gözəl görünür — həyatda isə çox irgəncdir.

Mən cavan olarkən ölməmişəm — bu artıq yaxşı əlamətdir.

Brad Pitt həyat qanunlarıMuhammad Ali həyat qanunlarıMarilyn Monroe həyat qanunları

Fikirlərinizi bildirin.