Ana oğlunun həyatına necə təsir edir? Atanın övladın tərbiyısində, həyatında və psixologiyasında rolu kifayət qədər müzakirə edilmişdir. Psixoloqların fikrincə ailədə olan uşağa hər iki valideyin tərəfindən göstərilən qayğı mütləqdir. Uşaq yalnız diqqət və dəyərlə tam əhatə olunduğu halda püxtələşə, cəmiyyət üçün gərəkli fərdə çevrilə bilər. Lakin, cəmiyyətdə olan bir çox fikirlərə əsasən oğlan uşağına ata, ata tərbiyəsi onun insan və kişi kimi formalaşmağında daha önəmli rol oynayır. Ana isə əksinə incəliyi tərənnüm etdiyindən qız uşaqları ilə daha yaxın olur və xanımlığı aşılayır. Mütəxəsislərin fikrincə isə əksinə, ananın ailədəki oğlan uşaqları üçün təsiri və mövcutluğu olduqca önəmlidir.

Bu səbəbdən də, ana sevgisinin, diqqətinin, qayğısının oğlan uşaqlarının həyatında və xarakterinin formalaşmasına təsiri barədə danışmaq istərdik. Eyni zamanda, müzakirə prosesində müasir dövürdə bəzən ananın yalnız uşaq tərbiyələndirmək məcburiyyətində qaldığıda nəzərə alınmalıdır.

Hər bir uşaq üçün ana ən saf varlıqdır. Ən dəyərli və doğma insandır. Analar da öz növbəsində doğuşdan etibarən uşaqlarını hər şeydən qorumağa, narahatlıqlardan uzaq tutmağa çalışırlar. Nəticədə bir çox analar qoruma instinqdi ilə bəzən çox uzağa getdiklərini unudurlar və oğlan uşaqlarının sərbəst böyüməsinə, sərbəst qərar qəbul etmələrinə mane olurlar. Normadan artıq qorumaq hissi, uşaq vaxtlarından hər şeyə nəzarət etmək istəyi, onların yerinə qərar qəbulu nəticədə bu günki oğlan uşaqlarının gələcəkdə kişi kimi formalaşmamasına, həyata hazır olmamasına səbəb olur. Bu cür kişilər etdikləri hərəkət, verdikləri qərarlarla bağlı məsuliyyətli olduqlarını anlamırlar və heç anlamağa belə cəhd göstərmirlər.

Psixoloqların fikrincə hər bir oğlan uşağı böyüdən ana oğlunun müxtəlif yaşlarında, etablarında necə davranmalı olduqları barədə məlumatlı olmalıdırlar. Bəzi yaş aralığında oğulun tərbiyəsi, öyüd-nəsihəd vermə məsələləri atanın çiyninə qoyulmalıdır. Bu olduqca önəmli məsələdir və bundan qorxmaq lazım deyil.

Ana oğulun dünyaya gəlməsindən 3 yaşına kimi.

Bu yaş aralığında uşaqlar tam olaraq ana nəzarətində olurlar. Bu halda anlaşılmayacaq heçnə yoxdur. Analar həm qız, həmdə oğlan uşaqları ilə daha yaxşı rəfdar edə bilir, onlara yeməyi, gəzməyi, oturmağı örgədirlər. Eyni zamanda oğlan uşaqları məhs bu yaşda analarından emosyaları, təcrübəni, digər insanları hiss etmə qabiliyyətlərini örgənirlər. Ana oğlunun qəlbini sevgi ilə doldurur, həyatı boyu sevgini paylaşmağın nə olduğunu izah edir.

Ana oğlunun 3 yaşından – 11 yaşına qədər.

Bu yaşda isə enerji mənbələri və prioritetlər dəyişir. Ana müəyyən qədər ikinci plana keçməlidir. Ata tərbiyədə və həyatı anlatmaqda önəmli məsuliyyəti öz üzərinə götürməldirir. Hal-hazırda müasir ailələrdə bu məsələlər önəmli qəbul edilmir. Daha doğrusu münasibətlərin formalaşması zamanı çətinliklər yaranır. Bir çox hallarda ata bütün günü işdə olduğundan, ana uşaqla çox zaman keçirir. Müvafiq olaraq uşağa həyatda dəyərləri, qərarqəbuletmə yollarını, psixoloji baxımdan dayanıqlığı qadınsayağı enerji ilə doldurmamaq üçün, yeni yaranan kişi oyanışını öldürməmək üçün qərar qəbulu məsələlərini axşama, atanın evə gəldiyi vaxta saxlamaq gərəklidir. Uşaq oyun yerlərində, parklarda, məktəbdə yaşıdaları arasında olan davalar zamanı ana qabağa döşməməli, problemi həll etməyə getməməlidir. İstənilən halda yanaşma tərzini və problemləri ata özü həll etməlidir.

Ana oğlunun 11 yaşından – 16 yaşına qədər.

Bu yaş aralığında oğlan uşaqlarında kişi xarakteri artıq formalaşır, başlanğıc gütürür. Emosiyanallıq səviyyəsi azalır, hislərə az önəm verilir. Bunun əksinə olaraq sahib olmaq və istəyini qorumaq, mücadilə etmək xarakteri formalaşır. Zamanla oğlan uşağı üzərinə məsuliyyət götürməli olduğunu anlayır, ailəni daha ciddi dəyərləndirir, qərar qəbul etmək bacarığnı formalaşdırır.

Bəli, ana gərəklidir. Onun sevgisi, sığalı, narahatçılığı hər zaman hiss olunmalıdır. Lakin bu yaş aralığında oğlan uşaqları daim ana yanında qalmamalıdırlar. Analar yalnız uşaqlarını özlərindən buraxan zaman, ciddi cəhtlə nəzarətdə saxlamağa can atmadıqları zaman kişi gücü ilə möhkəmlənmiş övlad tərbiyə edə bilərlər. Tam kişi kimi formalaşdıqdan sonra övladda qadına dəyər, hörmət hissi formalaşar, xöşbəxt olmaları üçün əks cins nümayəndələrini seçmək bacarığı yaranar. Əks halda oğul hər zaman anasının xarakterinə, xarici görünüşünə bənzəyən həyat yoldaşlarının axtarışında olurlar. Nəticədə yaranan ailə möhkəmliyi ilə, dayanıqlı münasibətləri ilə seçilmir. Kişi hər zaman uşaq kimi qalaraq ailə məsuliyyətini həyat yoldaşının üzərinə yıxmağa çalışırlar. Şəxsi fikri və qərarları olmaz, nəticəsindən peşman olmamaq üçün qərar qəbulunu qarşı tərəfə həvalə edər.

Uşaq sexsopotologiyası. Valideyinlərin nəzərinəAtadan uşağa keçən 15 xüsusiyyət

Fikirlərinizi bildirin.