Altgeyiminə əsasən kişinin necə olduğunu anlamaq. Bəzən xırdalıqlar insan xarakterini özü bilmdən belə nümayış etdirə bilər. İnsanlar adətən geniş məsələlərlə bağlı nəticə çıxarmağ və fikir irəli sürməyə örgəniblər. Ancaq, xırdalıqlar unudulmamalıdır.

Altgeyimləri – geyimin bu kiçik detalı insan haqqında düşündüyünüzdən belə artıq şeyləri məlum edə bilər. Altgeyimlərinizi seçərkən qarşı tərəfin diqqətində olduğunuzu, sizin xarakter, davranışlar və seçimləriniz barədə özünüzdən aslı olmadan məlumat verdiyinizi unutmayın. Beləliklə altgeyiminin rəngi, forması, şəkillərinə görə nələri müəyyən etmək mümkündür.

Rəng

Konservativ və özünə güvənən kişilər göy rəngə üstünlük verirlər. Bu cür kiçilər bir qayda olaraq güvənli olmaqla yanaşı xəyanətkarlıq etmirlər. Ancaq bir çox vaxt özlərinə əks cins nümayəndəsi, həyat dostu seçimində çox tələbkardırlar.

Aqressiv, çılğın xarakterə malik kişilər adətən qara rəngli altgeyiminə üstünlük verirlər. Onlar həyəcanı sevirlər, hər yerdə adrenalin yaşamaq istəyərlər. Bu cür kişilər əlvan rəngli sevgi məcaralarını və romantikanı sevirlər. Ancaq, münasibətləri çox vaxt qısa müddətli olur.

Həyat yoldaşlarında bir növ “ana”-larını görmək və həmin nəvazişin axtarışında olan kişilər ağ rəngə üstünlük verirlər. Onlar hər zaman diqqət və qayğı axtarırlar. Bu cür kişilər adətən məsuliyyətli öz üzərlərinə götürməyi sevməzlər və bundan yayınarlar.

Özlərini sevən, diqqət mərkəzində olan kişilər qırmızı rəngli altgeyimlərini sevərlər. Onlar yaraşıqlı olduqları ilə bağlı heç vaxt şübhə içərisində olmazlar. Hər zaman cazibəli, sexsual olduqlarını düşünərlər. Bu səbəbdən də qadınların qeydinə qalmaq, onların istəklərinə vaxt itirmək onlar üçün deyil. Qadın onun barəsində narahat olmalıdır, o yox.

Tərz
Kiçik və dar.

Özünə əmin kişilər bu tərzi sevir və istifadə edir. Onlar ailə həyatından çox subaylığa üstünlük verirlər və baxımlı olurlar.

Bədənə yapışan şortlar

Həyatda dərs, məsləhət verməyi sevən kişilər tərəfindən geyinilir. Onlar ətrafındakı insanların hamısına məsləhət verməyə çalışırlar. Özlərini daha təcrübəli hesab edirlər.

İdman tərzi

Standart həyat tərzi keçirən, məsələlərə adi qaydada yanaşan, həyatlarında çox şeyə eyni senarini tədbiq edən kişilər tərəfindən üstünlük verilir.

Dizə qədər olan uzun geyim

Optimistlər geyinir. Bu kişilərlə heç vaxt darıxdırıcı olmaz. Onlar qadınları yalnız zarafatları ilə yora bilərlər. Bəzən danışdıqlarını özləri belə eşitməz, anlamazlar. Ağıllarına gələn ilk sözü düşünmədən danışarlar.

Naxışlar
Geometrik fiqurlar və xətlər, cızıqlar

Bu naxış tərzinə üstünlük verən kişilər üçün kənardakıların fikirləri önəmlidir. Onlar özlərinə rahat qadınları seçməyə çalışırlar. Elə bir insan olsun ki, onunla komfort hissi təmin olunsun.

Komuflyaj naxışlar

Özgüvəni zəif olan kişilərin seçimidir. Onlar çox vaxt qadınlardan çəkinirlər. Bu cür kişilər bütün qadınların merkantilə və heçnədən dava sala biləcək varlıq hesab edirlər.

Uşaq şəkilləri ilə bəzəklər

Pişik, ürək, dovşan və s şəkilli altgeyimini adətən pikaperlər geyinirlər. Bu cür kişilər istənilən qadını yoldan çıxara bilərlər. Xaraktercə yerində edilən zarafatlarla və axıcı danışıq qabiliyyətinə sahibdirlər. Eyni zamnda onların qadın tanışları çox olur. Hamsınada yalnız onu sevdiklərini bildirirlər.

Kişi geyimində buraxılan 25 səhvKişi qol saatlarının seçilməsində 5 nüyans

Fikirlərinizi bildirin.