“Allahın övladları” fərqli SEX təklif edən sekta

2817
“Allahın övladları” fərqli SEX təklif edən sekta 4.

“Allahın övladları” fərqli SEX təklif edən sekta. Bu təriqətin tarixi xəstə təxəyyülün xristian təlimini necə dəyişə biləcəyi və ümumilikdə tərəfdarların mənəvi dəyərlərini, həyatını necə təhrif edə biləcəyinin klassik nümunəsidir. Sekta “Allahın övladları” adını dəyişərək indi “Ailə” kimi də adlandırılır. “Ailə”nin təsisçisi uzun illər beynəlxalq axtarışa verilmişdir. Ona və ardıcıllarına (tərəfdaşlarına) qarşı dünyanın bir çox ölkələrində cinayət işi başlanıb. Hazırda bir qədər transformasiya olunmuş təriqət bir sıra ölkələrdə rəsmi qeydiyyata alınmasa da, fəaliyyətini davam etdirir. Kultun qərargahı Sürixdə yerləşir.

Əvvəllər bu təriqət “Məhəbbət ailəsi”, daha əvvəl isə “Allahın övladları” adlanırdı. İndiki rəsmi adı “Ailə”dir. Onlar həmçinin özlərini “Xristian Missiyası “Ailə”” və ya “Müstəqil Missioner Xristian İcmalarının İttifaqı “Ailə”” kimi də adlandırırlar. Mütəxəssislər bu təşkilatı dərin əxlaqsız psevdo-yevangelist, gizli porno mərkəzli apokaliptik sekta kimi xarakterizə edirlər.

Bu qrupun vərəqələrinə 1992-ci ildə Sankt-Peterburq metrosunda rast gəlmək olardı. Vərəqələrdə həmişə Ailənin qurucusu David Brand Berq əks etdirilirdi. Əsas qurucu özünü Ata Allahla əlaqələndirirdi. Bundan başqa, reklam vərəqələrində ürəklər və ilahi eşqə doğru tələsən yarı paltarlı gənclər əks etdirilmişdir. Vərəqlərin arxa tərəfində mətnin altında isə, Polşada poçt qutusunun ünvanı qeyd edilmişdir. Lakin “Ailə”nin katolikliklərlə heç bir əlaqəsi yox idi. Onun yaradıcısı və ona yaxın olan şəxslər bu cür qrupların başqalarının şüuruna təsir etmək üçün standart taktikaları yaxşı bilirdilər. Onlar öncə Müqəddəs Yazılara istinadlarla başlayır, sonra Müqəddəs Yazı bir növ sitat kitaba çevrilir, oradan bəzən yaradıcının elan edilmiş baxışlarını, həyat tərzini və fəaliyyətini təsdiqləyən ifadələr (çox vaxt əvvəli və ya sonu olmadan) formalaşdırırdı.

Ümumiyyətlə, “Allahın övladları” Minskdən başlayaraq bütün SSRİ-nin araşdırmağa başladılar. Ancaq, artıq 1997-ci ildə bu təşkilatın üzvləri Sibir, Moldova, Özbəkistan, Tatarıstan, Estoniya və Litvada möhkəm kök salmağı bacarmışlar. Hazırda qrupun Ümumrusiya mərkəzi, deyəsən, Novosibirskdədir. İndi qrupun qurucusunun qızı Faith Fisher “Humanitar Layihə -” Sibirə Yardım “” adlı yeni bir təşkilat yaratmaqla məşğuldur.

“Allahın övladları” fərqli SEX təklif edən sekta 1.

Bu təriqətin mənfi təzahürünü onun yaradıcısı Devid Brand Berqin şəxsiyyəti haqqında danışmaqla izah etməyə başlamaq lazımdır. O, 1919-cu ildə Kaliforniyada işinə həvəsli olan çox hörmətli yevangelist təbliğatçılar ailəsində anadan olub. Oğlan kiçik yaşlarından valideynlərinin izi ilə getmək arzusunda idi. 20 yaşında ailə həyatı qurur, tezliklə dörd uşaq atası olur. Lakin, Bergin dini koryerası o qədər də uğurlu olmur. Öz arzusunu müxtəlif protestant-yevangelist kilsələrində həyata keçirməyə çalışsada, Davudun çılğın və davakar xasiyyəti ona insanlarla yola getməyə imkan vermirdi. Daim yerdən-yerə köçərək işdən kənarda qaldığını anlayır.

60-cı illərdə, hippi hərəkatı başlayanda, artıq 40 yaşlı Berq sanki yenidən doğulur. Artıq kafe sahibi olan Berq saqqal və saç uzadır, hippiləri təbliğ edir, onlara fıstıq yağlı sendviçlər verir və İsa haqqında danışırdı. Gənclər qəribə “qocaya” qarşı heç bir narahatlıq hiss etmir, onu hörmət mənasında “babamız” adlandırır və öz aralarında Davidi özlərininki hesab edirdilər. Tədricən sədaqətli insanlar Berqin ətrafına toplaşırlar. O, yeni tərəfdarlar cəlb etməyə başlayır. Aktiv və son dərəcə aqressiv zehni idarə etmə üsulları öz işini görürdü: gənclər evdən kütləvi şəkildə yoxa çıxmağa başlayır, bütün əmlaklarını yeni sektaya hədiyyə edirdilər. Onları tapmaq mümkün olanda tanınmaz halda görünürdülər. Məhz bundan sonra ABŞ-da valideyn problemləri daha ciddi müzakirə edilməyə başladı, ilk dəfə sektalarda “beyin yuyulması” və “zombiləşmə” haqqında danışmağa başladılar. “Allahın övladları” qurbanlarının beyinlərini təmizləmə cəhdləri aydın hiss edilirdi.

Özlərini “əsli xristian” adlandıran “Ailə” üzvləri protestant kilsələrində ibadətləri pozmağı çox sevirdilər. Nəticədə Devid Berq yerli əhalini özünə qarşı o qədər çevirdi ki, o, fanatları ilə birlikdə San-Fransisko ərazisindən qovuldu.

Texas Berq və komandası tərəfindən yeni yaşayış yeri kimi təyin edilir. “Ailə”nin başçısı və onun əlaltıları fermada məskunlaşaraq buranı “ruhların klinikası” adlandırırlar. Əvvəlcə Berqin tərəfdarları az-çox yevangelist çərçivədə fəaliyyət göstərirdilər. Təriqət öz üzvlərinə çox ciddi nəzarət edirdi. “Hərəkatın atası” özü göstərişlərini verirdi: “Əvvəlcə onlara deyin ki, İsadan ürəklərinə girməsini xahiş etsinlər, sonra onları Müqəddəs Ruhla doldurun, onlardan əllərində olan hər şeyi tərk edib, İsanın ardınca getməyə yəni, bizim qrupumuza qoşulmağa hazır olub-olmadıqlarını soruşun.”

Bir müddət sonra Berq özünü sonuncu peyğəmbər – Musa-David elan etdi. Sonradan öz təriqətinin sıravi üzvlərindən uzaqlaşmağa, arabir yalnız seçilmiş üzvlərlə görüşməyə başladı. Tədricən bu adamın adı sirlərlə örtülür. Yeni zühur edən peyğəmbər dünya ilə yalnız “Mo məktubları”nın köməyi ilə əlaqə saxlayırdı.

Başlanğıc üçün, Berq yeni bir təbliğat forması icad etdiyini iddia edərək, təriqət üzvlərini ədəbiyyat satmaq üçün küçələrə göndərdi. “Allahın övladları”nın hər biri həftə ərzində ən azı 2000 broşür satmağa borclu idi. Bu ciddi gəlir gətirməyə başlayır. Nəticədə, 1974-cü ildə “Allahın övladları”nın bu cür ticarətdən illik gəliri o dövrlər üçün tamamilə inanılmaz məbləğ təşkil etdi – 200.000 dollardan çox.

Berq ardıcıllarına göndərdiyi təlimat məktublarında pul yığmağın müxtəlif yollarını təsvir edərək, fərqli ixtiraçılıq nümayiş etdirdi. Onun arsenalında hər şey var idi: məktəblərə vergidən azad edilən ianələr, gənclərin narkotikdən azad edilməsi proqramı üçün vəsait, müxtəlif sosial tədbirlər üçün pul yığımı. Tələb olunan məbləğlərin tamamilə fərqli şeylərə getdiyini qeyd etməyə ehtiyac varmı?

Gücündən sərxoş olan Berq bu arada okkultizmə heyran oldu və sonra cinsi azğınlığa düşdü. Hər şey 1970-ci ildə Mariya adlandırdığı, əsl adı Karin Zerbi olan qadınla birlikdə yaşamağa başlaması ilə start götürdü. Eyni zamanda təriqət başçısı keçmiş arvadına və uşaqlarına bəyan edir: Allah mənə yeni qadınla yaşamağı əmr edib, bu yeni kilsənin analogiyasıdır. Əhdi-Ətiq kilsəsi var idi və onun birinci arvadı Əhdi-Ətiqi simvolizə edirdi. Mariya ilə evlilik isə Əhdi-Cədidin doğulması mənasını verir. Qeyd etməliyik ki, Berqin sonradan xeyli sayda belə “Əhdi-Cədid”-ləri yaranmış oldu.

Berq müxtəlif ölülərlə təmaslarının olması ilə öyünürdü: Martin Lüter, İvan Qroznı, Hermit Peter, Anne Boleyn, Merilin Monro və başqaları. Eyni zamanda, yeni yaradılmış peyğəmbər, ölərkən cənnətə getdiyini və səmavi, eyni zamanda müxtəlif zamanların və xalqların məhəbbət ilahələri ilə fiziki yaxınlıq etdiyini söyləyir.

Yavaş-yavaş birlikdə hökm sürən azğınlıq haqqında şayiələr cəmiyyətdə geniş yayılır və üzvlərin valideynləri getdikcə daha təsirli fəaliyyət göstərməyə başlayırlar. Berq hüquqi və cinayətlə bağlı problemlər yaşamağa başlayanda Amerikadan getməyi qərara alır. Nəticədə “Allahın övladları” İngiltərəyə köçməli olur.

1975-ci ilə qədər əksər Avropa ölkələrində “Allahın Uşaqları” koloniyaları quruldu. 70-ci illərin sonunda onlar artıq Fici, Tayland, Sinqapur da daxil olmaqla dünyanın 70-dən çox ölkəsində göründülər. Bu vaxta qədər koloniyaların sayı 400-ü, daimi sakinlərinin sayı isə 10.000-ə yaxınlaşırdı. Qrup birbaşa Berq tərəfindən idarə olunurdu, baş nazir, nazirlər şurası və yepiskoplar ona tabe idi, hər biri 12 bölgədən birinə rəhbərlik edirdi.

Mo’nun məktublarına gəlincə, 1973-cü ildən başlayaraq onların məzmunu açıq şəkildə seksual xarakter daşımağa başladı. “Allahın övladları” yavaş-yavaş, lakin əminliklə ümumi pozğunluğa doğru irəliləyirdilər. Berq tərəfindən göndərilən “birinci əlamət”-də əks olunan tələbə əsasən seçilmişlər (üzvlər) bir-biriləri ilə və əsasən də Berqin özü ilə arvadlarını və ərlərini paylaşmalı idilər. Belə bir məsuliyyətli hərəkət xəttinin inkişafına “müdaxilə edən” uşaqlar sadəcə olaraq başqa əllərə verilirdi. Yeri gəlmişkən, daha sonra Berq ataların övladları üçün heç bir məsuliyyət hiss etməli olmadıqları ilə bağlı yeni mesaj hazırlayır.

Təriqət xüsusilə qrupa qoşulan insanlar üçün yeni bir üsul – “flört balıq ovu” icad etdikdən sonra məşhurlaşdı. İlk dəfə Berq bundan 1973-cü ildə, həyat yoldaşı Mariya ilə diskotekaya getdiyi illərdə istifadə edirdi. Sevgiyə həvəsli xanım kişilərlə tanış olub, onları şirnikləndirib, imkan daxilində qrupa gətirməli idi. Eyni zamanda, “nümunəvi” arvad ərinə bütün əlaqələri haqqında ətraflı hesabatlar verirdi. Üç ildən sonra “peyğəmbər” belə bir təsiri boşa çıxarmamaq qərarına gəlir və İngiltərədə bu təcrübəni tətbiq edir. Bütün tərəfdarları “balıq tutmağa” göndərir. Britaniya polisi Berqin bu ixtirasından məmnun qalmır və üzvlərin bu cür hərəkətlərini fahişəlik adlandırır. “Peyğəmbər”in başı üzərinə buludlar yığılmağa başlayanda o, bir daha qaçaraq Kanar adalarından birində, Tenerifeydə məskən salır. “Allahın Övladları” tamamilə rüsvay olduqdan sonra, hərəkatın atası təşkilatının ləğvini, həmçinin yeni bir təriqətin – “Sevgi Ailəsi” nin yaradıldığını elan edir.

İndi Berq qarmaqlarına düşən bir çox zəngin və nüfuzlu adamlara təriqət üzvlüyünü gizli saxlamağa icazə verir. Amma özünün “Məsih xatirinə fahişələr”, “Allahın cadugərləri”, “insan balıqları” adlandırdığı “peyğəmbər”in qızları, gəncləri hələ də küçələrdə, ictimai yerlərdə “balıq tuturlar”. Artıq üzvlərə hər şeyi etməyə icazə verilirdi – içki içmək, siqaret çəkmək, narkotik qəbul etmək. Özünü necə aparmalı, necə geyinməli, potensial insanı necə şirnikləndirmək barədə ayrıca təlimat hazırlanmışıdır. Bundan əlavə, “peyğəmbər” qeyd edirdi: Əgər “Balıq” hansısa səbəbdən sektaya qoşulmaq istəmirsə, heç olmasa hərəkatın xeyrinə ondan mümkün qədər çox pul qopardılmalıdır.

Belə “balıq ovu”nda həm gənclər, həm də kifayət qədər yetkin insanlar iştirak edirdilər. Eyni zamanda, ərlər öz arvadları üçün sutenyor vəzifələrini özləri yerinə yetirməlidirlər. Qrupda kontraseptivlər qadağan edildiyindən, kifayət qədər azyaşlı var idi; onlar isə, bütün qrupun uşaqları hesab olunurdular. Yaşlandıqca Berq tamamilə ağlını itirdi və hər cür pozğunluğu təşviq etməyə başlayır. Xüsusilə, uşaqların körpəlikdən cinsi istismarı başlayır. “Peyğəmbərin” sözlərinə görə: nə qədər tez olsa, bir o qədər yaxşıdır.

Bir müddət sonra isə, “Musa-Davud” öz sürüsünə uşaqları ilə cinsi əlaqədə olmağı tapşırığını verir. Donda polis “peyğəmbər”in üsullarına diqqət yetirir, ona Tenerife adasının məhkəməsinə çağırış vərəqəsi göndərirlər.

“Allahın övladları” fərqli SEX təklif edən sekta 2.

Berq yenidən qaçır və həmin andan etibarən təriqət atasının yaşayış yeri yalnız onun xüsusi etibar etdiyi şəxslərə məlum olur. Uzun illər beynəlxalq axtarışa verildi. 1994-cü ildə yaşlı “peyğəmbər”in dünyasını dəyişdiyi açıqlandı. “Musa-Davud” etdiyi bütün peyğəmbərliklərin sadəcə cəfəngiyyat olduğu bəlli olan ana qədər yaşaya bildi. Məsələn, o, 1993-cü ildə dünyanın axırının baş verəcəyini, bundan sonra 144.000 candan ibarət yer əhalisinin qalacağını və İsanın 1000 illik padşahlığı dövrünün başlayacağını bildirmişdir.Təssüf ki, peyğəmbər dünyasını dəyişsə də, yaradıcılığı hələ də davam etməkdədir. İndi təşkilata onun həyat yoldaşı Mariya rəhbərlik edir. Daxili təlimatlarda o, Berqin ruhunun müntəzəm olaraq ona göründüyünü və onun vasitəsilə hərəkətə rəhbərlik etdiyini bildirir. Beləliklə, o, hər şeyin əvvəlki kimi qalacağını əmin edir.

1995-ci ilin noyabrında Böyük Britaniyanın Ali Məhkəməsi “Ailə”-nin təxminən iyirmi ildir ki, kütləvi uşaq zorakılığı ilə məşğul olduğunu etiraf etmişdir. Məhkəmə tərəfindən tanınan digər qanun pozuntuları arasında pornoqrafiya, o cümlədən uşaq pornoqrafiyası, yeni üzvlər cəlb etmək üsulu kimi fahişəlik, ianə almaq, üçün uşaqlara fiziki və alçaldıcı cəza tətbiq etmək, uşaqların zorla cinsi əlaqəyə cəlb edilməsi faktları qeyd edilmişdir. Misirdə “Ailə” “müsəlman dininə xələl gətirən fəaliyyət göstərməkdə” ittiham olunub. Təriqətin fəaliyyətinə qarşı məhkəmə çəkişmələri Hindistan, Braziliya və Meksikada da baş verib. İspaniya və Portuqaliyada hüquq-mühafizə orqanları cinayət məcəlləsinin fahişəlik maddəsi ilə “peyğəmbər”i təqib etməyə başlayıb. Birləşmiş Ştatlar “Ailə”nin öz ərazisində fəaliyyətinə qadağa qoymuş, Almaniya və Böyük Britaniyada Berq və onun şirkətinin məhkəmə prosesi hələ də davam etdirilir. 1991-1993-cü illərdə Avstraliya, Fransa və Argentinada da “Allahın övladları”nın fəaliyyəti faktı ilə bağlı məhkəmə prosesləri aparılıb.

Əvvəlki məqaləCazibədarlığın növləri
Növbəti məqaləOrigami idmana çevrilib

1 COMMENT

Fikirlərinizi bildirin.