Alimlərin fikrincə insanlar yuxudan imtina edə biləcəklər

192
Alimlərin fikrincə insanlar yuxudan imtina edə biləcəklər

Alimlərin fikrincə insanlar yuxudan imtina edə biləcəklər. Misal olaraq, Napoleon sutka ərzində cəmi dörd saat yatırdı.

Az yatıb, çox şeyləri çatdırmağı arzulayırsınız? Alimlər axırki, sağlamlığa zərər dəyməmək şərti ilə yatmağın vaxtını qısaltmağın yollarını tapdılar. Bu gün sizinlə alimlərin gəldikləri nəticələri müzakirə edib, nə dərəcədə inandırıcı olması ilə bağlı müzakirə aparacağıq.

Alimlər nələr deyir?

Çox yatan və nəticədə çox şeyi çatdırmayanlar üçün sevindirici xəbər ondan ibarətdir ki, Oksford araşdırmalar mərkəzinin alimləri aktiv əhvalın uzadılma yollarını müəyyən etmişlər. Təcrübə laboratoriya siçanları üzərində aparılmışdır. Araşdırma aparan heyyət siçanların beyin qabığını analiz etmiş və nəticədə orqanizimdə baş verən önəmli prosesləri izləmişlər. Bu mərkəzi beyin sisteminin mərkəzi hissəsi hesab edilərək informasiya qəbuluna, anlayış qabiliyyətinə, düşüncə, diqqət və yaddaşa nəzarət funksiyasını yerinə yetirir. Araşdırma zamanı qabıq qatının hətda yuxu və oyanıq siklinə cavabdeh olması, yəni nəqədər yatmağımızı müəyyənləşdirməsində rolunun olduğu müəyyən edilmişdir.

Siçanların beyni insan beyninə bənzədiyindən anatomik baxımdan onlar üzərində təcrübənin keçirilməsi daha məqsədə müvafiq hesab edilir. Nəticədə xüsusi toxumalar daha dəqiq öyrənilməyə başlanılmışdır. İşin müəllifləri kiçik neyronları deaktiv etdikləri zaman siçanlar hər gün həmişəkindən 3 saat daha gec yatmağa başladılar. Onların təxmini iki il yaşadıqlarını nəzərə alsaq, deməli 3 ay müddətində yuxusuz qala və ya əlavə fəaliyyət vaxtı qazanmış oldular. İnsan ömrünün üzərində hesablama aparsaq, bu müddətin təxmini on il olduğunu müəyyən etmiş olarıq.

Buna baxmayaraq heyvanların yuxunun dərin fazasına olan ehtiyyacları dəyişməz olaraq qalmaqdadır. Adətən az yuxu yatmağı günün digər saatlarında kompensasiya etməyə çalışırıq. Ancaq, sözü gedən təcrübə tamami ilə fərqli nəticələri təqdim etdi. Yəni az yuxu yatmaq sağlamlığa ziyan vurmur və bioloji ritimlərə təsir göstərmir. Alimlər hələ dəqiq olaraq beyin qapağında yerləşən toxuma mexanizimlərinin və neyron bağlarının yuxu prosesini necə nəzarətdə saxladıqları barədə tam məlumatlı olmasalar da, bu barədə araşdırmalarını davam etdirirlər.

Bu yenilik yuxuya olan münasibəti necə dəyişdirə bilər?

Eksperimentlər laboratoriya siçanları üzərində aparılsa da, insan üzərində təsirlərini də  artıq təsəvvür etmək mümkündür. Somnoloqların fikrincə əgər biz insanların da beyin qapaqlarında eyni xüsusiyyətlər müəyyən olunarsa, bu həyatımızın on il müddətində artımı mənasına gəlir.

Lakin, hələ ki, tələsməyə dəyməz. Yenilik xüsusi diqqət və analizlər tələb edir. O vaxta qədər isə, indiki dövürdə yuxu ilə bağlı normalara nəzər salaq və norma daxilində yatmamağın sağlamlığa təsiri istiqamətlərini birlikdə araşdıraq.

İnsanın yuxu ehtiyacı nə qədərdir?

Mütəxəsislərin fikrincə orta statistik insanların yuxu ehtiyacı 6 -8 saatdır. Ancaq, bu heçdə hamı üçün uyğun deyil. Az yatmağa meyilli olan insanlar üçün 4-6 saat yuxu bəs etsə də, çox yatmağı sevənlər üçün müddət 9-12  saat təşkil edir. Yuxu ehtiyacı bizim genetik təlabatımızdan aslıdır. Ortalama yuxuda olma müddətimiz 20 il hesabı ilə götürülür.

Öz normamızdfaktan az yatdıqda nə baş verə bilər?

Mütəxəsislərin fikrincə xroniki yuxu çatışmamazlığı bir növ ciddi pəhrizlər kimi təsirə malikdir və artıq ilk gündən hiss edilir:

  • İş qabiliyyətinin azalması;
  • Gün ərzində yuxusuzluq;
  • Aşırı hissiyyatlı olmaq;
  • Yaddaş pozğunluğu, diqqət yayınması, məlumat mənimsəməsinin azalması.

Uzunmüddətli yuxusuzluq isə daha ağır problemlərə səbəb ola bilər:

  • Alsqeymer xəstəliyi;
  • Ürək-damar xəstəlikləri;
  • Şəkər xəstəliyi;
  • Depresya

Tez yuxuya getmənin 5 asan yoluErotik yuxularınızın mənasıYuxuyozma 1500

Əvvəlki məqaləAlimlər yeni növ qadın orqazmı növü aşkarlayıblar
Növbəti məqaləQeydiyyat nişanlarının seriyaları və rayonlar arasındakı məsafələr

Fikirlərinizi bildirin.