Alimlərin fikrincə dənizə baxmaq sağlamlığa xeyirlidir. Katalonyada aparılan araşdırma zamanı alimlər qəribə eksperimentlər aparmışlar: orta yaşlı kişilərin bir qisminə üç ay müddətində dənizkınarında, bir qisminə isə şəhərdə istirahət təklif edilmişdir. Nəticələr insanı heyrətləndirməyə bilmir.

Bizlərdən bir çoxu üçün dəniz – geci-tezi yerinə yetən arzu kimidir. Çoxumuz Qara və Baltik dənizinin sahilində istirahətin arzusundayıq. Çox az zaman sahildə oturaraq isti-qaynar qarğıdalı yemək imkanımız olur.

Lakin, bəzi qıcıq yaradan insanlar var ki, onlar okean sahillərində yaşamaqla yanaşı okeanla bağlı müxtəlif eksperimentlərdə iştirak edir və buna görə üstəlik pul da qazanırlar. Sözü gedən eksperiment də məhs gün ərzində müəyyən saat müddətində əyləşib dənizə baxmaqdan ibarətdir.

Katalonyada ispan alimlərinin apardıqları araşdırmalar zamanı orta yaşlı kişilər eyni sahilə yığılaraq yarım saat müddətində dənizə baxmışlar. Digər qrup isə parka gəzməyə göndərilmişdir. Ən maraqlısı isə üçüncü qrupa Barselonada mərkəzdən bir balaca kənarda, yaşadıqları yerin yaxınlığında daim gördükləri mənzərəni izlmək tapşırılmışdır.

Bu zaman kişilər istədikləri məşğuliyyətlə məşğul ola bilərlər: kitab oxuya, sadəcə otura, musiqi dinləyə, telefonda eşələnə və s. Bir sözlə adətən bu kimi yerlərə gələrkən nə edirlərsə, onu da edə bilərdilər.

Sözü gedən istirahətdən əvvəl və sonra iştirakçılar diqqət, fikir cəmləmə, psixoloji gərginlik, həyəcanla bağlı bir neçə testlərdən keçməli, təzyiqləri ölçülməli və ürək döyüntüləri dinlənilməli idi.

Üç ay müddətin nəticələrinə əsasən mavi rəngli dəniz və yaşıllıqlara könül oxşayan ağaclarla dolu park terapeftik effekt bəxş edir. Diqqətli olmaq və fikirləri cəmləmək bacarığı hiss ediləcək dərəcədə yaxşılaşır. Bundan başqa dəniz kənarında zaman keçirmək döyüntü miqdarını azaldır və ümumilikdə kardionevroloji sağlamlığı yaxşılaşdırır. Yaşılllıq isə stress harmonu olan kortizolun qanda miqdarını aşağı salır.

Gözlənildiyi kimi, şəhər mühütündə olan insanlarda heç bir göstərici dəyişmir. Bu insanlar yarım saatlıq istirahət etsələr belə beyinləri hər zaman çalışır, gündəlik problemlər haqqında düşünməyə davam edirlər.

“Küçə uşaqlarının” pedofillərə verilmə eksperimenti30 günlük sex eksperimenti

Fikirlərinizi bildirin.