Alimlər sürücülərin sükan arxasında yatmaqlarının səbəblərini açıqladılar

126
Alimlər sürücülərin sükan arxasında yatmaqlarının səbəblərini açıqladılar

Alimlər sürücülərin sükan arxasında yatmaqlarının səbəblərini açıqladılar. Sizə elə gəlirki, gözləriniz axşamdan maraqlı film izləməkdən və ya sosial şəbəklərdə zaman keçirməkdən yumulur? Əslində belə deyil.

Science Daily dərgisində dərc edilən Melburn krallıq texniki universitetinin alimlərinin sözləri bir çoxlarını təəcübləndirmişdir.

Onların qənaətləri bir qrup könüllülərin cəhdləri sayəsində formalaşmışdır. 15 könüllünün iştirak etdiyi eksperimentdə avtomobil salonu effekti verən ortam yaradılmış və sürətli hərəkət edən təkər səsləri dinlədilmişdir. Bəzən isə proses zamanı salonun titrəyişləri də əlavə edilmişdir.

Nəticələrə əsasən 15 dəqiqədən sonra sirkələnmə ilə yol qət edən könüllüləri yuxu aparır və onlar artıq oturduqları yerdən qalxmağa cəht göstərirlər. Yarım saatdan sonra isə narahatlıqlar daha da artmış olur. Bir saatdan sonra ürək döyüntülərinin göstəriciləri yuxu istəyinin pik həddə olduğunu və artıq bunu yayındırmağın mümkün olmaması müəyyən edilmişdir.

Daha bir xoşagəlməz hal isə avtomobillərin sürücüdə həddən artıq yorğunluq hissi yaratmasıdır. Eksperimentdən sonra könüllülər sadə əşyaların sayını saymağa və ya səliqləi üst-üstə yığmağa əziyyət çəkmişlər.

Lakin, sürüş zamanı sirkələnmə, vibrasiya olmazsa, bu halda yorğunluq halı hiss edilmir, əksinə sürücülər daha pozitiv görünürlər. Vibrasiya məsələləri tam olaraq hər tərəfli araşdırılmasa da, effekt göz qabağındadır. Deməli, hörmətli sürücülər avtomobil alarkən maksimal şəkildə uzaq yollarda maşınların komfortlu ola biləcəyinə və daha az sirkələnmə yaradacağına diqqət yetirin.

Avtomobilin idendifikasiya nömrəsi (VIN nömrəsi)Avtombil (Kuzov) – Tək hissələrin dəyişdirilməsi

Əvvəlki məqaləArıqlamaq üçün ən təhlükəli həblər
Növbəti məqaləUlduzlardan sex barəsində 6 məsləhət

Fikirlərinizi bildirin.