Alimlər qızların selfi etməklərinin səbəbini izah etdilər. Sən demə bu məsələnin tam olaraq iqtisadi izahı mövcutdur.

Açıq danışaq: son dövürlərdə qızlar o qədər selfiyə aludə olmuşlarkı, bəzən onların hansının, selfinin ya qızların daha tez yarandığı insanı çaşdıra bilir. Bu səbəbdən də, müasir zamanlarda tez-tez araşdırma mənbəyinə çevrilir.

Əvvəlki araşdırmalara görə daimi olaraq selfi çəkib internetdə yerləşdirmək psixoloji pozğunluğun göstəricisidir. İndi isə alimlər daha irəli gedərək qızları bu hərəkətə təhrik edən səbəbləri örgənməyə başlamışlar. Sən demə, bütün səbəblər iqtisadi mənada özünü təsdiqləmə formasıdır.

Yeni Cənub Uels Universitedinin biologiya elmi məktəbinin araşdırmalarında 68 min sexual mətnaltı məna ifadə edən selfi nəzarətə götürülmüşdür. Bu şəkillər 113 ölkədən olan qızlar tərəfindən çəkilərək “İnstagram” və “Tviter”-də yerləşdirilmişdir. Nəticə isə həmişəki kimi olduqca maraqlıdır.

Daha çox sexual selfilər (alt geyimində selfilər, bikinidə selfilər və müxtəlif həvəsləndirici duruşlarla müşahidə olunan selfilər) adətən inkişaf etməkdə olan ölkələrdə yaşayan qızlar tərəfindən çəkilir. Araşdırmanın rəhbəri Kandis Bleykin sözlərinə görə “Daha çox iqtisadi ədalətin qeyri bərabər bölgüsü geniş vüssət alan ölkələrin qızları selfi üçün zamanlarını və cəhdlərini daha çox investisiya etməyə çalışırlar”. Yəni, qeyri dayanaqlı iqtidadi mühit qızları online formada bir-biriləri ilə yarışmağa məcbur edir. Bu formada onlar müəyyən baxımdan diqqət və qayğı axtarışında olurlar.

“Bu günki iqtisadi vəziyyətdə nə dərəcədə pis və ya yaxşı olmasından aslı olmayaraq sexual xarici görünüş iqtisadi baxımdan xeyir gətirməklə yanaşı, sosial üstünlük hissi də bəxş edə bilir”. “Yəni, qadın öz cəzbedivi bikini selfillərini yerləşdirən zaman onu çoxpilləli evolusiya oyununda xüsusi startegiyaya sahib oyunçu kimi görmək lazımdır” – deyə Bleyk fikirlərini dəqiqləşdirmişdir.

Sən demə, kişi cinsi orqanı zamanla kiçilirUlduzlar hansı sex oyuncaqlardan istifadə edirlər?

Fikirlərinizi bildirin.