Alfred Nobel və onun mükafatı haqqında 10 maraqlı fakt. Artıq hamı bilir ki, Nobel mükafatı elm, ədəbiyyat və mədəniyyət  sahələri üzrə ən önəmli mükafatlardandır. Mükafat kimyaçı və mühəndis Alfred Nobel tərəfindən təsis edilmişdir. 1884-cü ildə Nobel “Bofors” adlı dəmir istehsalı müəsisəsini əldə edir. Nəticədə avropanın ən böyük silah istehsalçısına çevrilir.

Nəticədə, qısa zaman ərzində Nobel olduqca böyük gəlir əldə edir. Bununla yanaşı kimyaçı mühəndislik işini də buraxmır və xeyli araşdırmalar aparmağa davam edir. Onun 300-ə yaxın kəşfi olmuşdur. Tarixdə qalan ən böyük kəşfi isə dinamiti icad etməyidir.

İllik beynəlxalq mükafat 27 noyabr 1895-ci il və 30 dekabr 1896-cı il tarixində Stokholmda açıqlanan vəsiyyətnaməsi ilə Alfred Nobel tərəfindən qurulan dərnəyin verdiyi, insanlığa xidmət edənlərə təqdim edilən prestijli mükafatdır. Alfred Bernard Nobelin ölümündən sonra qalan kapital Nobel fondunu təşkil etmişdir. Həmin kapital və fondun yaranmasında Nobel qardaşları şirkətinin səhmindən əldə edilən gəlir Nobel fondunun çox hissəsini təşkil etmişdir. İlk Nobel Mükafatları 1901 tarixində verilməyə başlanmışdır.

Fakt 1

1888-ci il Alfred Nobel fransız qəzetində özünə həsr edilmiş, jurnalistlərin səhvən çap olunmuş “Ölüm taciri dünyasını dəyişdi” adında nekroloqu oxudu. Bu məqaləni oxuduqdan sonra Nobel öz fəaliyyətindən qalan izi barədə fikirləşməyə başladı. Bundan sonra o, öz vəsiyyətini  dəyişmək qərara gəldi. Alfred Nobel 1896-cı ilin dekabrın 10-da İtaliyanın San-Remo şəhərində beyindaxili qansızmasından vəfat etmişdir.

Alfred Bernard Nobelin ölümündən sonra qalan kapital Nobel fondunu təşkil etmişdir. Həmin kapital və fondun yaranmasında Nobel qardaşları şirkətinin səhmindən əldə edilən gəlir Nobel fondunun çox hissəsini təşkil etmişdir. Bu gəlir 1901-ci ildən verilməyə başlamışdır.

 Fakt 2

Mükafat Alfred Nobelin vəsiyyətinə əsasən aşağıdakı altı sahə üzrə verilməlidir: Kimya üzrə Nobel mükafatı, Fizika üzrə Nobel mükafatı, Fiziologiya və tibb üzrə Nobel mükafatı, Ədəbiyyat üzrə Nobel mükafatı, Nobel Sülh mükafatı, İqtisadiyyat üzrə Nobel mükafatı.

Fakt 3

Nobel mükafatını alan ən yaşlı alim Petr Leonidoviç Kapisa, dünyaca məşhur sovet fiziki olmuşdur. 1978-ci ildə Petr Leonidoviçin 84 yaşı var idi.

Fakt 4

Nobel mükafatını almış ən gənc alim avstralyalı fizik Uilyam Lourens Breqq olmuşdur. O mükafatı atası ilə birgə almışdır. 1915-ci ildə rentgen şüaları ilə kristalın örgənilməsi sahəsində əldə edilmişdir. Berqin o zamanlar 25 yaşı var idi.

Əgər alimləri nəzərdə tutmasaq, ən gənc laureat 17 yaşlı pakistanlı Malala Yusufzay olmuşdur. 2011-ci ildə dünya mükafatını əldə etmişdir.

Fakt 5

Nobel mükafatı həyatda yalnız bir dəfə verilə bilər. Lakin, tarixdə Nobel komitetinin bu qaydaları pozduğuna da rast gəlinmişdir. Bu halda mütləq qaydada dahi kəşflər nəzərə alınmışdır. Hadisəyə dörd dəfə rast gəlinmişdir: Mariya Skladovskaya-Kyuri (fizika sahəsi üzrə mükafat 1903 və 1911-ci illər), Laynus Pollinq (kimya sahəsi üzrə mükafat 1954 və 1962-ci illər), Jon Bardin (fizika sahəsi üzrə mükafat 1956 və 1972-ci illər) və Frederik Senqer (kimya sahəsi üzrə mükafat 1958 və 1980-cı illər).

Alfred Nobel və onun mükafatı haqqında 10 maraqlı fakt

Fakt 6

Hamı bilir ki, Nobel mükafat sahələrinə riyaziyyat elmi şamil edilmir. Yayılan şayələrə görə, bu qərarın səbəbi o zamanlar Nobelin Maqnus Hustavu Mittaq-Leffler adlı riyaziyyatçıdan xoşlanmadığı səbəbindən baş vermişdir. Deyilənlərə görə sözü gedən alim Nobelin arvadı ilə münasibət yaşayırdı. Lakin, bununla yanaşı başqa versiya da mövcutdur. Nobel gəncliyində bir qadını sevib, lakin xanım sonrada Frans Lemarja üstünlük verib. O isə bir müddət sonra riyaziyyatçı olub.

Sözü gedən versiyaların bir başa sübutu olmadığından Nobelin sadəcə riyaziyyatdan uzaq olduğu və bu sahənin real həyatda tədbiqinə inanmadığı barədə düşündüyü anlaşılır. Onun fikrincə nəzəri elimlər praktik həllərdə gərəksiz görünür.

Fakt 7

1974-cü ildə tədbiq edilən yeni qaydalara görə Nobel mükafatı yalnız sağ qalmış alimlərə təqdim edilə bilər. Ölümündən sonra mükafat laureatın varislərinə çatmır. Buna qədər isə 2 belə hala rast gəlinmişdir: Erik Karfeldtom (1931-ədəbiyyat), Daq Hammerşeldtom (1961-dünya).

Buna baxmayaraq, qaydanın tədbiqindən sonra da bir dəfə kənarlaşma olmuşdur. 2011-ci ildə Amerikan immunoloq Ralf Stayman mükafatlandırmadan üç gün öncə xərçəng xəstəliyi səbəbindən dünyasını dəyişmişdir. Komitetin fikrincə tibb sahəsi üzrə mükafatı ölümündən sonra oun varisləri almışlar.

Fakt 8

Nobel mükafatının tarixində 911 mükafatçı olmuşdur. Ölkələr üzrə bölgüsü aşağıdakı kimidir:

  • ABŞ – 383
  • Böyük Britanya – 132
  • Almaniya – 108
  • Fransa – 69
  • İsveçrə – 32
  • SSSR/Rusya – 31
  • Yaponiya – 28
  • Kanada – 27
  • Avstriya – 22
  • Niderland – 21
Fakt 9

Mükafatın məbləği aşağı templə də olsa, artır. 2019-cu ildə məbləğ 1,1 milyon ABŞ dolları təşkil etmişdir.

Fakt 10

Nobel mükafatının hər il təqdim edilməsi mütləq deyil. Əgər hər-hansı sahə üzrə önəmli kəşflər olmamışdırsa, mükafat heç kimə təqdim edilmir. Bu hallar kifayət qədər baş vermişdir. 1940-1942-ci illərdə ikinci dünya müharibəsi səbəbindən mükafat ümumiyyətlə heç kimə təqdim edilməmişdir.

Nərd haqqında TOP7 faktBoks haqqında TOP15 fakt

Fikirlərinizi bildirin.