Albert Einsteindən günümüzdə aktual 7 stat. Dahi alimin dünyadan köçməsindən təximini 65 il keçir. Ancaq, hələdə onun zəhmətinin bəhrələrindən istifadə etməkdəyik.

Ancaq, istedatlı fizik həyat mövzularında da olduqca dərin fikirlər işlətmişdir. Ölümündən sonra olduqca yadda qalan və düşündürücü statları, fikirləri sonrakı nəsilə yadigar qalmışdır. Belə görünür ki, hələ bir neçə yüz illiklər sonra da aktuallığını qoruyub saxlayacaqdır.

“Xöşbəxt insan indiki halından olduqca məmnundur. Ona görə də gələcəyi haqqında düşünə bilmir.”

Maraqlıdır ki, bu sözləri Einstein ilk dəfə məktəb vaxtı şeirlərində yazmışdır. Dahi alim tamami ilə doğrudur. Bizi irəli çəkən yalnız ehtiyaclarımızdır. Bu ehtiyacların mütləq mənada maddi olmağı önəmli deyil. Yaxşıların yaxşısı olmaq və ətrafındakılara xeyirli olmaq – özüdə güclü arzudur. Eyni ilə tarixdə qalmaq arzusu kimi. Hər iki istək insanı daim inkişaf etdirir.

“Düşüncələr bir gün sərhədləri aşır. Və o heç vaxt əvvəlki vəziyyətinə qayıtmaz.”

Bu həqiqətəndə bizim intellektimizin maraqlı tərəfidir. İntelektual baxımdan sonradan aşağı enmək olduqca çətindir.

Maddi baxımdan asandır. İşinizi itirsəniz həyat səviyyəniz aşağı enəcəkdir. Tez-tez rast gəlinən haldır. Bundan sonra hər şeyin həddinə yenidən baxmalı olursan.

Lakin, bu zaman yenidən yuxarı, ən azından əvvəlki səviyyəyə qalxmağa can atarsınız.

“Həyat – velosiped sürmək kimidir. Müavizinətini saxlamaq üçün daim hərəkətdə olmalısan.”

Sadə görünsədə, olduqca dahiyanə fikirlərdir. Həyat həqiqətən elə qurulub ki, bir yerdə dayanmaq olmur. Ya geridə qalıb, yeni bilikləri qazanmalısan, ya da irəliyə can atmalısan.

Bu varlıların daha da varlanmaqlarının bir səbəbidir. Öz kapitallarını artırmaq üçün dayanmadan yeni işlərlə maraqlanmalıdırlar.

“Fikirdə canlandırmaq – olduqca önəmli məsələdir. Bu bizim həyatımıza dartıb gətirdiklərimizin bir növ güzgüdə əksidir, təzahürüdür.”

Məhs fikirlərimiz bizə özümüzü tanıtmağa imkan yaradır. Biz real olaraq nə istəyirik və nələrimiz çatmır. Media tərəfindən aşılanmış əşyalar və ya ətrafımızda olan insanlar yox, əslində nə istədiyimizi.

“İnsanları örgətməyin yeganə məntiqli yolu – onlara misal göstərməkdir.”

Eyni ilə oxşar sözləri dünyanın bütün pedaqoqları bildirirlər. Uşaqlar kurslara və ya online dərslərə nə qədər cəlb edilməklərinə baxmayaraq, onlar sonda valideyinlərinə baxıb nəticə çıxarırlar və onlara oxşamağa çalışarlar.

Ancaq misal qismində çıxış etmək çox çətindir. Öz üzərinizdə çox işləməli olursunuz, səhvlərinizi aradan qaldırmağa çalışırsınız.

“Qanunauyğunluq – yalnız axmaqların ehtiyac olduğu şeydir. Dahilər xaosun üzərində hakim olurlar.”

Qanunauyğunluq sizin artıq məlum olan şeyləri götürüb sizə rahat olan yerə, rəflərə yerləşdirməkdir. Əgər yeni nələrisə kəşf etmək istəyirsinizsə, bu sizə kömək etməz. Buna görə də alimlərə səliqəsiz ortamda çalışmaq daha rahatdır. Unutmayın, dahi sərkərdələr də hərbi uğurlarını xaos mühitində əldə etmişlər.

“Qalib gəlmək üçün ilk öncə oynamaq lazımdır.”

Təəsüf ki, ilk başdan sadə görünən bu fikir çox vaxt düzgün anlaşılmır. Cəhd etmədiklərinə görə xeli sayda istedatlı insanlar istedatlarının fərqinə varmamışlar.

Biznes motivasiya haqqında statlarMəşhur qadınlardan 15 iynəliyici stat

Fikirlərinizi bildirin.