Aktivlik dərəcəsi-nə dərəcədə aktiv birisiniz? – Psixoloji xarakterin müəyyən edilməsi.
Hər bir sualı diqqətlə oxuyun. Cavabları tərəddüt etmədən qeyd edin. Bu sualların real nəticəsi üçün çox önəmlidir.
Xarakterini örgən Xoşgörülü olmaq-Acıqlı olmaq (rəqabət), Xarakterini örgən Anlaqlı olmaq-Özünü toparlamamaq (refleksiv, impulsiv olmaq), Xarakterini örgən Yeni təcrübələrə açıq-qapalı olmaq, Xarakterini örgən Neyrotizm-Emosyanal dözümlülük, Psychologist
Xarakter (yun. χαρακτηρ — əlamət, fərqləndirici xüsusiyyət, işarə) — şəxsiyyətin münasibət və davranış xüsusiyyətlərini müəyyənləşdirən davamlı, nisbətən daimi psixi keyfiyyət strukturu. Xarakter konkret şəxsiyyət üçün tipik olan fəaliyyət və ünsiyyət prosesində formalaşan və təzahür edən, tipik şəraitdə üzə çıxan və şəxsiyyətin bu şəraitə olan münasibətilə müəyyən edilən özünəməxsus fərdi psixoloji xüsusiyyətlər məcmusudur.
Xarakter bir növ insanın yalnız özünəməxsus davranış formasını əks etdirir. Onun ən mühüm cəhəti şəxsiyyətin hər cür xüsusiyyətlərini deyil, mühüm və davamlı fərdi xüsusiyyətlərinin məcmusu olmasıdır. Digər tərəfdən xarakteri bir psixi fenomen kimi fərqləndirən başlıca cəhət onun həmişə fəaliyyət və ünsiyyət prosesində, insanın onu əhatə edən gerçək aləmə və insanlara münasibətdə təzahür etməsidir. Xarakter həyatda qazanılmış davranış formasıdır. Heç kim tənbəl və ya işgüzar, kobud və ya mehriban, qəddar və ya humanist, səliqəli və ya pinti, təvazökar və ya qeyri-təvazökar doğulmur. Bu kimi keyfiyyətləri həyat prosesində, tipik şəraitin, təlim və tərbiyəsinin təsiri altında qazanır. Bu əlamətlər həmin insanın xarakterini təşkil edən tipik əlamətlər kimi formalaşır və tipik şəraitdə dərhal özünü göstərməyə başlayır.
Bütün bunlarla bərabər insan xarakteri onun dünyagörüş və əqidəsilə də sıx bağlıdır. İnsanın münasibətlər sistemini təşkil edən dünyagörüşü və əqidəsi istər-istəməz onun xarakter əlamətlərinin formalaşmasına zəmin yaradır. Adətən, xarakter formalaşdıqdan sonra bu və ya digər davranış tərzini həyata keçirməyə təhrik edir.