Adriano Celentano həyat qanunları. Musiqiçi, aktyor, İtaliya

Mənim haqqımda daha nələr yazmayıblar ki — misal olaraq: mən nadir hallarda evdən çıxıram, həvəzsiz şəkildə söhbətlərə qoşuluram. Ancaq bunlar doğru deyil. Mənə səbəb verin – görün nələr demirəm.

Bütün siyasətçilərə qarşı çxıram — onların hansı ad altında gizlənməklərinə baxmayaraq hamsına qarşı çıxıram. Onların heç biri ucalan göydələnlərin dağıdıcı dalğasını saxlamağa cəhd göstərməyiblər. Mən özlərini diri-diri bu beton qutularda basdıran kasıblara qarşı çıxıram. Mən, zamanla ayaqlaşmaq adı altında qarşısına çıxan, özlərindən əvvəl yaradılmış hər şeyi məhf edən insanlara qarşıyam. Axı bu beşinci mərtəbəsinin sökülməsinə göstəriş verilən binanın altıncı mərtəbəsində yaşamağa bənzəyir.

Artıq çoxdan barışmışam — gələcəkdə hər şeyin daha da pis olcağı ilə bağlı. Ancaq yenə də, əsəbləşməyə və tənqid etməyə davam edirəm. Yəqinki, bütün bunlarla vicdanımı təmizləmək üçün əlləşirəm.

Yəqinki — siyasətçiləri əvvəlki kimi yenidən dürüst və müdrik olmağa örgətmək üçün onların hər birinin yanına bir şair və bir filosof əlavə etmək gərəklidir.

Ədalətli olmaq üçün — ilk öncə xeyirxah olmalısan. Xeyirxah olmaq isə bütün insanların səhf edə biləcək olmalarını anlamaqdır.

Bəzi insanlar məni reaksioner hesab edirlər — Bəlkədə onlar doğru deyirlər. Bir zamanlar oxumuşam: “Əsl sevgi göy üzündə həmişəlik bağla bağlanılır. Yerdə heç bir qüvvə onu ayıra bilməz”. O zamanlar hamı bu misralarda siyasi çağırışlar olduğunu düşündülər. Sankı mən boşanmalara qarşı çıxıram. əslində isə bu mahnıda həyat yoldaşıma olan sevgimi dilə gətirirdim. Boşanmalar isə …. Əgər insanlar müəyyən vaxtdan sonra bir-biriləri ilə yola getməməyə başlayırlarsa, deməli boşanma ən doğru çıxış yoludur. Ancaq, ilk öncə sevgini qorumaq və xilas etmək üçün bütün yollara əl atmaq gərəklidir.

Ailə — bu ya daimi qarşıdurmadır, ya da ümüd və dayaqdır. Sonuncu halda sənin bəxtin çox gətirmiş olur.

Embrionlar haqqında çox az anlayışım var — ancaq, bir şeyi dəqiq bilirəm: həyatın istənilən qığılcımını qorumaq lazımdır.

70 yaş hündürlüyündən baxdıqda — hər şey başqa cür görünür. Bizim planetin ağır xəstəliyə tutulduğunu görməmək mümkün deyil.

Özümü köhnə, ağ-qara videoyazılarda görəndə — düşünürəm: “Lənətə gələsən, vaxt var idi yaraşıqlı idim. Necə olub ki, mən bunu əvəllər hiss etməmişəm?”.

Disklərin birinin üz qabığında — rəssam məni boksçu görkəmində təsvir etmişdir. Deyəsən o doğru tapmışdır. Boksçu – dava edən insandır. O zərbələri qəbul edir və vurur, qələbə haqqında arzulayır, bəzən isə məğlub olur. Bu zaman evə yara bantı ilə qayıdan zaman özünə sual verir: bəlkə mən əbəs yerə arzular qurmuşam?

Fikrini dəyişməmək üçün — hər zaman bunu səndən qabaq edən biriləri tapılır. Ona görə də, əsas edəcəklərini yaxşı etməkdir.

Mənim originallığımın sirri — çox kopyalamağımdadır. Clark Gablenin iştirakı ilə filimlərə baxdıqda onun hərəkətlərini istifadə etməyə çalışırdım.

Niyə mən özümü “cahillərin kralı” kimi rəsmiləşdirmişəm? — yəqinki həyat getdikcə daha qəliz olur və insanlar daha incə düşünməyə başlayırlar deyə.

Sizə məsləhətim — cahilliyinizi qiymətləndirin, iqtisadiyyat və mədəniyyət məsələlərində çox bacarıqlı olanlarla bölüşün.

Təzəlikcə — Montedzemolo (Ferrarinin prezidenti) yeni sürət qatarı buraxıb. Narazılığım yoxdur. Ancaq bunu nə iləsə uyğunlaşdırmaq lazımdır. İndən belə qoy Montedzemolo yeni “ilbiz” adında qatar icadını düşünsün. Sərnişinlərin getdikləri yolda mənzərə görə bilmələri üçün.

Minlərlə kilsə gəzmişəm — Milanda, Boloniada, Neapolda, Palermoda və s. Ancaq heç birində edilən dualardan bir söz başa düşməmişəm. Səbəb keşişlərin hündürdən danışa bilməmələrində deyil, səs ucaldıcıların düzgün quraşdırılmamasında idi. Fikrimcə onla bu cür düşünürlər: biz öz işimizi gördük, dua oxundu. Ancaq arxa sıralarda eşidilib-eşidilməməsi bizlik məsələ deyil.

Məni ən çox qıcıqlandıran şey — keşişlərin hər zaman əsas məsələni deməyi unutmaqlarıdır: onlar nədənsə cənnət haqqında danışmırlar. Niyə? Sanki insan bu dünyada yalnız ölmək üçün yaşayır. Onlar bu haqda mütləq danışmalıdırlar. Əks halda insanlar düşünərlər ki, hər şey yalnız indidən və burdan ibarətdir. Dəgər tərəfdən də ki, bu bəyəm həyatdır ki? Hər yerdə vergilər, krizislər və hərbi çaxnaşmalar.

Mütləq lazımdır ki, — İtaliyanı düzgün rəhbər idarə etsin. Əgər düşünürsünüzsə ki, özümü nəzərdə tuturam, o zaman yanılırsınız. Düzdü, mən uyğun gələrdim, ancaq çox qocayam. Qoy bu mənə bənzər biri olsun.

Hər zaman özümü varlı hesb etmişəm — istənilən zaman öz ideallarına görə hər şeyini itirməyə hazır olan bir varlı.

Məni San-Remoya yalnız müğənni kimi dəvət etmirlər — əksinə, başqa xüsusiyyətlərimə üstünlük verirlər: içirəm, rəqs edirəm, saat düzəldə bilirəm, axan krandı təmir edirəm və s.

Bu gün sadionu yığmaq — çətin iş deyil. Əvvəllər çox az adam bunu bacaradı. Yəqinki yalnız mən. İndi isə sankı insanların pul xərcləmək üçün başqa yerləri yoxdur, hamı konsertlərə gedir.

Daniel Craig həyat qanunlarıChuck Norris həyat qanunları

Fikirlərinizi bildirin.