Kişi  – Adların mənası

Xahiş edirik yuxarıdakı menyudan seçin

Əlifba sırası üzrə

Adların mənası. Araşdırmalar göstərir ki, adların tədqiqi tarixi çox qədim- dir. Adların, əşya və hadisələrin adlandırılması məsələsinin mübahisəli olması hələ miladdan əvvəl antik dövrün alimlərinin əsərlərində özünü göstərmişdir. Bu məsələyə yunan filosofları öz münasibətlərini bildirmişlər. Məsələn, Heraklit, Kratil və həmfikirləri əşya ilə onun adı arasında sıx əlaqə olduğunu göstərdikləri halda, Demokrit və onun həmfikirləri (tərəfdarları) isə, onların əksinə olaraq, əşya ilə onun adı arasında heç bir əlaqə olmadığını iddia edirdilər. Aristotel isə xüsusi adların (əsasən isimlərin) məhz cinsə görə təsnif edilməsinin zəruriliyini göstərirdi. Bu məsələdə o öz müəllimi Platonun fikirləri ilə həmrəy idi və təbii adın olmadığı ilə razılaşaraq adın rəmzə çevrilərkən şərti məna ifadə etdiyini göstərirdi. Qeyd etmək azımdır ki, adqoyma ilə əlaqədar yunan filosoflarında fikir ayrılığı olsa da, onlar xü- susi adla ümumi adlar arasında fərq qoymamışlar.

Fikirlərinizi bildirin.