ABŞ-dan olan alimlər qoca siçanları cavanlaşdırıblar. İnsanlarla da bu keçərlidirmi?

67
ABŞ-dan olan alimlər qoca siçanları cavanlaşdırıblar. İnsanlarla da bu keçərlidirmi

ABŞ-dan olan alimlər qoca siçanları cavanlaşdırıblar. İnsanlarla da bu keçərlidirmi? Deyəsən biz zamanla uzunömürlülüyün cavabını tapmağa çox yaxınıq.

Alimlər ciddi cəhdlə cavanlığın və uzunömürlülüyün yollarını axtarmağa davam edirlər. Bu dəfə onlar yaşlı siçanları cavanlaşdırmağa çalışıblar. Deyəsən belə gedişlə vampirlərlə bağlı hekayələr də həqiqətə çevriləcək. Lakin, bütün bunlar real həyatda nə dərəcədə mümkündür?

Bu yolla alimlər insanlarda da yaşlanma ilə mübarizə apara biləcək həblər hazırlamağa çalışırlar.

Mütəxəsislərin fikirləri

Uzun müddətli davam edən araşdırmalar asta-asta nəticə verməyə başlayıb. Yeni eksperimentlər zamanı fərqli xüsusiyyət aşkarlanmışdır. Bu halda əzələlərin regenerasiyası gedə və qocalma prosesi gecikə bilər. Pittsburg universitetinin alimləri yaşlı siçanlara cavan siçanların qanını köçürmüşlər. Nəticədə yaşlıların damarlarından yeni qan hüceyrələri axdığına görə gəncləşmə baş vermişdir.

İşləmə prinsipi

Yaş keçdikcə əzələlərin zədələnmələrdən sonrakı bərpa prosesi geçikməyə başlayır. Bu əzələ toxumaları arasında qopmalarla bağlıdır. Alimlərin fikrincə sözü gedən prosesə təsir edən nələrsə mövcutdur. Və bu “nəsə” əzələlərin bərpasına və uzunömürlülüyünə kömək edən kloto zülalı olduğu müəyyən olundu. İllər keçdikcə onun səviyyəsi azalır. Nəticədə alimlər məhs bu zülalı axtarmağa çalışmışlar. Onlar gənc və yaşlı siçanların qan damarlarını birləşdirirlər. Məlumdur ki, araşdırma müəllifləri insanlarda yaşla bağlı problemlərlə mübarizə aparmağa kömək edəcək dərman yaratmaq üçün bu istiqamətdə işlərini davam etdirəcəklər.

Uzunömürlülüyə daha nələr təsir edir?

“Uzunömürlülüyün” dərmanı işlənib hazırlanana qədər bizə nə qalır? Sağlamlığınızın qayğısına qalın, çünki yaxşı genlər hələ uzun ömür zəmanəti deyil. Bir çox hallarda buna müsbət vərdişlər təsir edir.

  • Düzgün qidalanın və idmanla məşğul olun – pəhriz və fiziki məşqlər bədənin sağlam çəkidə qalmasına yardımçı olur. Aktivliyin az olması isə qan təzyiqinə səbəb olar, şəkər xəstəliyi yaradar, depresiya və ürək-damar narahatçılıqları ilə yekunlaşar.
  • Stress hallarından qaçın – o sizin gündəlik həyatınızın bir hissəsi olmamalıdır. Meditasiya və yetərli yuxu sizin üçün çox vacibdir. Ətrafdakılardan yardım istəməkdən çəkinməyin. Çox vaxt məhs yalnızlıq insanda depresiya, narahatlıq, koqnetiv bacarıqlarda zəifləmə yarada bilir.
  • Yuxunuzu tam alın – yuxu çatışmamazlığı zamanla hipertoniya, şəkər kimi xəstəliklərə səbəb ola, kökəlmə yarad bilər. İnsanın stresə davamlılığını zəiflətmiş olur.
  • Siqaretdən imtina edin – siqaret çəkmə yer üzündə baş verən ölüm hallarının hər 5-cisinin səbəbidir.
  • Spirtli içki aludəçisi olmayın – normadan artıq spirtli içki qəbulu xərçəng xəstəlikləri yarada bilir.

Sağlam qidalanmama bir çox xəstəliklərin səəbi hesab edilir. Bu səbəbdən də, sağlamlığın özünü vərdiş kimi qəbul etməlisiniz. Hər zaman rasionunuzda kifayət qədər meyvə, tərəvəz, balıq məhsulları, ləpə olmalıdır. Eyni zamanda ən azından həfdə ərzində beş dəfə olmaqla 30 dəqiqəlik aktiv fiziki hərəkətlərin icra olunması lazımlı buyrulur. İdman insanın həm fiziki formasına, həm də psixoloji durumuna müsbət təsir göstərmiş olur.

Siqaretdən imtina sizi necə cavanlaşdıra bilər?Hər zaman cavan görünən bürclər

Əvvəlki məqaləCristiano Ronaldodan evdə icra edilən 7 məşq hərəkəti
Növbəti məqaləKoronavirus sexual fantaziyalarımızı necə dəyişdi

Fikirlərinizi bildirin.