ABŞ alimlərinin fikrincə at çapmaq futbol və avto yarışlardan daha təhlükəlidir

83
ABŞ alimlərinin fikrincə at çapmaq futbol və avto yarışlardan daha təhlükəlidir

ABŞ alimlərinin fikrincə at çapmaq futbol və avto yarışlardan daha təhlükəlidir. Son 10 il ərzində 320 insan at çaparkən dünyasını dəyişmişdir.

İdmanı sağlam həyat tərzi ilə əlaqələndirirlər. Onun digər üzü çox vaxt diqqətdən kənar qalır. Bəli, ölüm və zədələnmə halları ilə bağlı statistik məlumatların yuxarı həddi adətən ekstremal idman növlərində müəyyən edilir. Lakin, təhlükəli növlər siyasında ilk baxışdan heç də təhlükə hiss etdirməyən at çapma və bununla bağlı yarışlar da yer almaqdadır. Niyə məhs at çapmaq?

Amerikalı idman mütəxəsislərinin araşdırmaları olduqca maraqlı faktları diqqət mərkəzinə gətirmişdir. Ümumiləşmiş və ictimaiyətə açıqlanmış məlumatlar idman mütəxəsisləri, sığorta agentləri və bukmeykerlər tərəfindən dəyərli mənbə hesab edilə bilər.

Alimlərin fikirləri

At çapmaq adətən daha rahat və məşhurluq qazanan idman növü hesab edildiyindən onun təhlükəsi lazımı qədər qiymətləndirilmir. ABŞ-dan olan alimlərin müəyyən etdiyi məlumatlara görə at üzərində olmağın zədələnmə ehtimalı futboldan, avto yürüşlərdən və hündürlükdən xizəklə sürüşməkdən daha çoxdur. Onların gəldikləri qənaətlər Trauma Surgery & Acute Care Open dərgisində işıqlandırılmışdır. Burda təəcüblü heçnə yoxdur. Atın üzərindən yıxılma heçdə ürək açan mənzərə vədd etmir.

Misal olaraq, amerikalı aktyor Christopher Reeve sözü gedən məsələdən sonra ömürlük əlil arabasına möhtac qalmışdır. Əlbətdə ki, bu yeganə hal deyil. Alimlər son on il ərzində müxtəlif formada zədə almış insanları saymağa cəht göstərərkən 25 mindən artıq belə hal müəyyənləşdirə bilmişlər. Onlardan 37% insanın sinə nahiyyəsində, 26,5% insannın qol və ayaq hissələrində, 23% insanda isə beyin sirkələnməsi kimi zədələr qeydə alınmışdır. Ən az rastlanan nahiyyə isə qarın nahiyyəsidir ki, yalnız 3 353 dəfə (13,5%) bu hal baş vermişdir.

Qoruyucu geyimsiz uzun müddətli məşqlər zamanı xəsarət alma şansları daha çox artır. Bütün zədələnmələr xəstəxanada olmaqla yekunlaşır. Onların bir çoxları intensiv terapiya keçirsələr də, digərləri əməliyyata cəlb edilmişlər. Son 10 il ərzində 320 insan dünyasını dəyişmişdir. Ölümün əsas səbəbləri kimi isə baş və boyun zədələnmələri hesab edilir. Bu halda ölüm riski 50%-dən artıq olur.

Niyə at çapmaq kimi idman növlərində təhlükə dərəcəsi yetəri qədər qiymətləndirilmir?

Alimlərin araşdırmaya olan maraqlarını izah etmək çətin deyil. Belə ki, ABŞ-da ən məşhur idman növü amerikan futbolu hesab edilir. Bu futbolun yaratdığı fəsadlar mətbuatda geniş müzakirə edilir. İctimaiyyət futbolçuların yarışlar və görüşlər zamanı əziyyət çəkməkləri ilə yanaşı koryeralarını başa vurduqdan sonra belə demensiyadan xəstə olduqlarını təşvişlə izləyirlər. Buna görə də, ABŞ-da futbolçuların təhlükəsizliyi ilə bağlı fondlar yaradılır, reqlamentlər hesablanır. Digər idman növləri kimi at çapmaq da nisbətən kölgədə qalır.

Dünyanın 7 qeyri-adi idman mərkəziYarım saat sex, yoxsa idman məşqi – hansı daha effektivdir?

Əvvəlki məqaləReal olaraq türmədə yatmış məşhurlar
Növbəti məqalə30-dan sonra məşqlərə, qida rasionuna yenidən baxmaq gərəklidir

Fikirlərinizi bildirin.